Məhkəmə qərarları › İş №2-1(102)-2728/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2728/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2728/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması dair çıxarışın verilməsi və mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına qeyd edilmiş hər bir ailə üzvünün payının 3 ha olmaqla ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahəsindən əlavə Şəki rayonu Sarıca kəndində yerləşən 2,08 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda qeyd edilməyən faktiki istifadəsində olan 0,415 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olmas ı barədə arayışın (elektron çıxarışın) verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2-1(107)-398/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki rayonu "Sarıca" X8 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarından görünür ki, kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X8nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki Rayon AİK-in xx.xx.1998ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X8 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir.

2. Şəki Rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli 54 saylı qərarı ilə X12, X2, X6, X9 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 12,92 ha torpaq sahəsi verilmiş və bununla bağlı Şəki rayon Torpaq Şöbəsi tərəfindən kod 40402037, JN 0025 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır.

3. Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarından görünür ki, "Sarıca" X8ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-nın xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. 4. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Sarıca kəndində yerləşən 0,4026 ha to rpaq sahəsi üzərində İddiaçı, X17, X7, X16 və X10 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 5. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Sarıca kəndində yerləşən 12,5156 ha torpaq sahəsi üzərində İddiaçı, X17, X7, X16 və X10 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və mərhum şəxsə məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.

7. Cavabdeh 16 avqust 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, pay normasının 3 ha müəyyən edilməsinə baxmayaraq, elektron baza məlumatlarında düzəlişin aparılmaması və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan unun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı ilin iyulu 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxladığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına qeyd edilmiş hər bir ailə üzvünün payının 3 ha olmaqla ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahəsindən əlavə Şəki rayonu Sarıca kəndində yerləşən 2,08 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın veri lməsi və Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda qeyd edilməyən faktiki istifadəsində olan 0,415 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu "Sarıca" X8 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı ilə kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X8nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla, 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki rayon AİK-in xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X8 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir. Sarıca sovxozu Yerli AİK-in xx.xx.2001-ci il tarixli 02 nömrəli protokol qərarı ilə Sarıca bələdiyyəsi tərəfindən Yerli AİK-ə qaytarılan 2292 ha əkinə yararlı torpaq sahələrinin torpaq payı almaq hüququ olan hər bir subyektin torpaq payı müəyyən edildikdən sonra onların arasında bərabər bölünməsi qərar alınmışdır. Şəki rayon AİKin xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə "Sarıca" X8ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə respublika AİKnin xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. Şəki rayon AİK-nin xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyri-mümkünlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sanca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır. Hazırda 5 ailə üzvünə ayrılmış 15 ha və atasından vərəsəlik qaydasında ona keçmiş 3 ha torpaq sahəsini əkib-becərir, torpaq vergisini ödəyir, lakin Dövlət aktında ayrılmış 15 ha torpaq 12,92 ha, atasına ayrılmış 3 ha torpaq sahəsi isə xx.xx.2017-ci il tarixli **********94 reyestr nömrəli çıxarışda 2,535 ha qeyd edilmişdir. Kod 40402037, JN 0025 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd edilmiş hər bir ailə üzvünə 3 ha olmaqla Şəki rayonu Sarıca kəndində yerləşən və mülkiyyətində olan 15 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sanca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda düzəliş edilərək 3 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı X4-40402037, JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd edilmiş hər bir ailə üzvünə 3 ha olmaqla Şəki ray onu Sanca kəndində yerləşən 15 ha torpaq sahəsinə çıxarışın verilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. Şəki rayonu Sarıca kəndində vətəndaşlara verilən torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adambaşına düşən pay norması torpağın kateqoriyasından asılı olaraq 2.58 ha, 2.70 ha və 2.91 ha kimi hesablanmış, “Sarıca” X8 X31 Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 saylı, xx.xx.2001-ci il tarixli (say göstərilməyib), xx.xx.2001-ci il tarixli, 02 saylı, 07.11,2002-ci il tarixli, 02 saylı qərarları və Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 61 saylı, xx.xx.2002-ci il tarixli; 02 saylı, xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3 hektara çatdırılsa da, el ektron baza məlumatlarında düzəliş aparılmadığından, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından müraciətinin icrası mümkün olmamışdır.

11. Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(116)-365/2023 nömrəli qərarı ilə (hakim: X14) iddia təmin edilmiş, cavabdehin üzərinə Kod 40402037 JN-0025 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına qeyd edilmiş hər bir ailə üzvünün payının 3 ha olmaqla ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahəsindən əlavə Şəki rayonu Sarıca kəndində yerləşən 2,08 ha torpaq sahəsi ü zərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi və Şəki rayonu Sarıca kəndində yerləşən 2,535 ha torpaq sahəsi ilə bağlı adına verilmiş xx.xx.2017-ci il tarixli, **********94 reyestr nömrəli çıxarışda qeyd edilməyən iddiaçının faktiki istifadəsində olan 0,415 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh orqan imtina cavabını pay normasının 3 ha müəyyən edilməsinə baxmayaraq, elektron baza məlumatlarında düzəlişin aparılmaması və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı ilin iyulu 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları t ərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxlaması ilə əsaslandırmışdır. Lakin, qeyd olunan əsaslardan heç biri iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçıya və mərhum atasına ayrılmalı olan torpaq sahəsinin normasının 3 hektara çatdırılması ilə bağlı Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı mövcuddur və sözügedən qərar inzibati akt olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş anlamda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2-1(107)-398/2023 nömrəli qərarı ilə (hakimlər: X18 (sədrlik edən, məruzəçi), X3 və X11) Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etir azın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi ü ç ü n deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninki ləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qa ydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin t əşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması dair çıxarışın verilməsi və mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi barədə tələblərinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya və mərhum atasına ayrılmalı olan torpaq sahəsinin normasının 3 hektara çatdırılması ilə bağlı Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı mövcuddur və sözügedən qərar inzibati akt olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş anlamda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

28. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı qəbul edildikdən sonra elektron məlumat bazasında müvafiq düzəlişlərin edilməsi və yerquruluşu işlərinin aparılması iddiaçının yox, cavabdeh orqanın vəzifəsi olduğundan cavabdeh orqanın qeyd olunan hala istinad etməsi tamamilə əsassız olmuşdur.

29. Həmçinin məhkəmə kollegi yası qeyd edir ki, iş materiallarında olan çıxarışlara və texniki sənədlərə əsasən torpaq sahəsinin normasının 3 hektara çatdırılması ilə bağlı Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarının təsiri dairəsinə düşən digər torpaq sahələri onların sahibi olan vətəndaşlara münasibətdə 3 hektara çatdırılmış, torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində 3 hektar kimi qeydiyyata alınaraq çıxarışlar verilmişdir.

30. Belə ki, “İnzibati icraat haqqında” qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.

31. Lakin cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” qanunun 13-cü maddəsini pozaraq eyni ərazidə ye rləşən eyni hüquqmüəyyənedici sənədə malik şəxslərdə iddiaçıya münasibətdə fərqli yanaşma göstərmişdir.

32. Beləliklə, cavabdehin imtina dəlillərinin əsassız olması nəticəsində iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

33. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 26 iyul 2023-cü il tarixli, 21(107)-398/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar