Məhkəmə qərarları › İş №2-1(102)-2728/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2728/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2728/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 və Uçotun Təşkili Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: vergi mübahisəsi, səyyar vergi yoxlamasının keçirilmə əsası və müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı X14 cavabdeh Bakı şəhəri X22 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbin ə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)-451/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X27 fərdi sahibkar kimi faktiki olaraq ünvan 1 ünvanında “restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər” fəaliyyəti ilə məşğuldur və obyekt icarə müqaviləsi əsasında onun istifadəsindədir.

2. Cavabdehin xx.xx.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı ilə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dö vr əhatə edilməklə, fiziki şəxs X1 fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır.

3. Yoxlama nəticəsində xx.xx.2019-cu il tarixli akt və onun əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli qərar qəbul edilmişdir.

4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi üzrə 80.12 manat, 2016-cı ilin sadələşdirilmiş vergisi üzrə 110.17 manat (o cümlədən, 102.94 manat məbləğində maliyyə sanksiyası), 2017-ci ilin sadələşdirilmiş vergisi üzrə 97.62 manat (o cümlədən, 142.51 manat məbləğində maliyy ə sanksiyası), 2018-ci ilin sadələşdirilmiş vergisi üzrə 3178.19 manat (o cümlədən, 1589.10 manat məbləğində maliyyə sanksiyası), 2015-ci ilin ödəmə mənbəyində vergisi üzrə 756 manat, 2016-cı ilin ödəmə mənbəyində vergisi üzrə 3318 manat (o cümlədən, 903 manat məbləğində maliyyə sanksiyası), 2017-ci ilin ödəmə mənbəyində vergisi üzrə 3402 manat (o cümlədən, 1701 manat məbləğində maliyyə sanksiyası), ümumilikdə 11031.87 manat əlavə hesablanmış və 4438.55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli qərarının ləğv olunma sını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması fərdi sahibkarın və onun nümayəndəsinin, vəkilinin və mühasibinin iştirakı olmadan keçirilmişdir. Bundan əlavə, yoxlama zamanı verilən ekspert rəyi mötəbər deyildir. Belə ki, iddiaçının icarəyə götürdüyü obyektin vəziyyəti (pəncərələrinin olmaması), obyektə gələn müştərinin sayının az olması (yaxınlıqda digər böyük restoranların olması səbəbindən) nəzərə alınmamış, nəticədə qeyd edilən hallara görə icarə haqqının daha aşağı olması qəbul edilməmiş, əsassız olaraq bazar qiyməti tətbiq edilməklə əlavə vergilər hesablanmışdır.

7. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı yoxlama zamanı nümayəndəsinin (həmçinin özünün) iştirakının təmin edilmədiyini qeyd etsə də, həm xx.xx.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərar, həm də xx.xx.2018-ci il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə fərdi sahibkar tərəfindən şəxsən imzalanmışdır. Bundan əlavə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi obyektə xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş və baxış zamanı vergi ödəyicisinin icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi obyektin sahəsinin 145.8 kvadrat metr olmasına baxmayaraq, icarə müqaviləsində olan sahə azaldılaraq 48.0 kvadrat metr yazılmaqla, vergi orqanındakı qeydiyyat məlumatlarının saxtalaşdırıldığı müəyyən olunmuşdur. Həmçinin, yoxlanılan dövrdə icarə qiymətlərinin bazar qiymətlərindən 30 faizdən çox aşağı olduğu müəyyən edildiyindən iş üzrə xx.xx.2019-cu il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmış və keçirilmiş ekspertiza barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin eksperti X4 tərəfindən xx.xx.2019-cu il tarixli "ekspert rəyi" tərtib olunaraq yoxlamaya təqdim edilmişdir. İddiaçı iddia ərizəsində ekspert rəyi ilə müəyyən olunmuş daşınmaz əmlakın icarə məbləğinin qərəzli və əsassız olduğunu, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilməklə yazıldığını, obyektin zirzəmidə yerləşməsinin və obyektin texniki göstəricilərinin zəif olmasının rəydə nəzərə alınmadığını əsas gətirsə də, ekspertizanın keçirilməsi zamanı ekspert tərəfindən sərbəst formada obyektə baxış keçirilmiş, obyektin zirzəmidə yerləşməsi və obyektin texniki göstəriciləri barədə məlumatlar rəy də qeyd olunmaqla nəzərə alınmışdır. Eyni zamanda, ekspert rəyinə əlavə edilmiş icarə haqlarına dair reklam məlumatlarından biri 2015-ci ilin avqust ayına, biri 2016-cı ilin iyun ayına, ikisi 2017-ci ilin mart və avqust ayına, eləcə də digəri isə 2018-ci ilin fevral ayına aid olub yoxlama dövrünü əhatə edir. Həmin məlumatlardan görünür ki, qeyd olunan obyektlər üzrə 1 kvadrat metrin icarə haqqı 2015-ci il üzrə 23.0 manat, 2016-cı il üzrə 20.90 manat, 2017-ci il üzrə 28.4 manat və 22.70 manat və 2018-ci il üzrə isə 20.0 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, ekspert rəyi ilə isə yoxlanılan dövr üzrə obyektin aylıq icarə haqqı 2500.0 manat götürülməklə 1 kvadrat metr üçün 17.15 manat (2500.0 manat / 145.8 kv.m) müəyyən olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X28) 2-1(112)-1 02/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə ekspert rəyləri eyni mütəxəssis rəyi əsasında verildiyi halda bir-birinə uyğunluq təşkil etmədiyindən, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1108 saylı ekspert rəyində məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ekspert qarşısında qoyulmuş üçüncü sual düzgün cavablandırılmadığından (qərardadın üçüncü sualında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyi tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli ekspert rəyi əsas götürülməklə sualın cavablandırılması nəzərdə tutulsa da, ekspert "xxxx" MMC-nin müvafiq rəyi əsasında sualı cavablandırmışdır) ekspert rəylərinin mötəbər sübut kimi qəbul olunmasını məqsədəmüvafiq hesab etməmişdir.

10. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, yoxlama müddəti Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə zidd olaraq iş günü ilə hesablanmış, o cümlədən yoxlama müddətinin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməmiş, yoxlama xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq “Vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar xx.xx.2019-cu il tarixdə, yəni 180 gün sonra qəbul edilmişdir. Qeyd edilənlər, VM-nin 49.5-ci maddəsinə əsasən vergi orqanının qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

11. Cavabdeh həmin qəra rdan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1888/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: X15 /sədrlik edən və məruzəçi/, X16 və X17) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olu nmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1922/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X2 -məruzəçi, X5 və X18) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1888/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbulu zamanı müəyyən illər üzrə vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4 və 55.1.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edil məsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi, 2015-2016-cı illərin ödəmə mənbəyində vergisi hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi (Vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ vardır), eyni zamanda, 2016-2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbi (hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır) nəzərə al ınmamış, əsassız olaraq 3 illik müddət ötürülməklə əlavə vergilər hesablanmış, həmçinin artıq ödəmələr nəzərə alınmadan maliyyə sanksiyası azaldılmış məbləğə münasibətdə tətbiq edilmişdir. Bundan əlavə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38-ci maddəsindəki prosessual müddətlərin tələblərinin gözlənilməməsinə istinad etmişlər. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyasına əsasən, yoxlamanın keçirilmə müddəti və uzadılma müddəti müvafiq olaraq 30 gün, 90 gün olaraq göstərilmişdir. Vergi orqanı hesab edir ki, “gün” dedikdə təqvim günü deyil, iş günü nəzərdə tutulur. Eyni zamanda, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunla edilən dəyişikliyə əsasən, “gün” sözü “iş günü” ilə əvəz edilmişdir. Vergi orqanı Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 38.4-cü maddəsi ilə əlaqəli şəkildə təhlil edilməli olduğunu, eyni zamanda qanunvericilikdə edilən dəyişikliyin dəqiqləşdirmə xarakterli olduğunu iddia etsə də, qeyd olunmalıdır ki, Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Odur ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qanunvericinin hüquqi marağı mübahisəli qərarın qəbul edildiyi vaxt tam aydın təsbit olunmamışdır.

17. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yalnız 38.2-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməm əsi ilə bağlı məqama, yəni yoxlama müddətləri ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməməsi halına istinad etməklə iddianın təmin edilməsi ilə razılaşmır. Belə ki, İnzibati Prosessual Məcəllənin 70.1ci maddəsinə əsasən,... inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi, inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati akt digər əsaslar üzrə yoxlanılmadan ləğv edilə bilər. Hazırkı iş üzrə isə, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən vergi orqanı tərəfindən inzibati icraatın qaydalarının pozulmasına (inzibati icraatla bağlı müddətlərin pozulması) istinad etsə də, yo xlama müddətlərinə riayət edilməməsinin mübahisələndirilən qərara təsirini əsaslandırmamışlar. Digər tərəfdən, işə baxan birinci instansiya məhkəməsi əgər vergi orqanı tərəfindən müddətlərə riayət edilməməsi halını qərarın ləğvi üçün kifayətedici əsas kimi hesab edirdisə, bu halda nə səbəblə vergilərin düzgün hesablanıb-hesablanmaması ilə bağlı ekspertiza təyin etməsi (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı) aydın deyildir. Yox, əgər, vergilərin hesablanmasının qanuniliyinin müəyyən edilməsi zəruri idisə, mötəbər ekspert rəyinin əldə edilməsi təmin edilməli idi. Beləliklə, birinci instansiya məhkəməsi ziddiyyətli məhkəmə araşdırması həyata keçirmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi də bu hallara qiymət veməmişdir. Odur ki, işə təkrar ba xan apellyasiya instansiyası məhkəməsi yoxlamanın müddətlərinə riayət edilməməsinin qərarın qəbuluna təsir edib-etməməsi halını yoxlamalı və qiymətləndirməli, qeyd olunan formal əsasın qərarın ləğvi üçün kifayət olmadığı nəticəsinə gəldiyi halda, təkrar ekspertiza keçirməklə (notarial müqavilələr əsasında keçirilməsi məqsədəmüvafiqdir) icarə haqqı ilə bağlı məsələni həll etməlidir. ç. apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1520/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərardadı ilə (X8 (məruzəçi), X10 və X19) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X26 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/ 2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan (qeyd olunan formal əsasın qərarın ləğvi üçün kifayət olmadığı nəticəsinə gəldiyi halda, təkrar ekspertiza keçirməklə (notarial müqavilələr əsasında keçirilməsi məqsədəmüvafiqdir) icarə haqqı ilə bağlı məsələni həll etməlidir. Eyni zamanda, mübahisələndirilən qərarla iddiaçıya yalnız icarə haqqına görə ödəmə mənbəyində vergi deyil, sadələşdirilmiş vergi də hesablanmış və kassator şikayətində verginin hesablanma səbəbi kimi dövriyyənin bəyannamədə düzgün əks etdirilməməsini göstərmişdir.Lakin, sadələşdirilmiş verginin hesablanması aşağı instansiya məhkəmələrinin araşdırma predmetini təşkil etməmişdir.) barəsində şikayət verilmiş məhkəmə qərarı ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərilməlidir. d. birinci instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı İnzibati Məhkəməsinin (hakim X3) 2-1(112)-9690/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X26 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli qərarı ləğv edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan tərəfindən aparılmış səyyar vergisi yoxlaması zamanı qanunun müddəalarına əməl edi lməmiş, yoxlama zamanı qanunla müəyyən edilmiş müddətlər gözlənilməmişdir. Bu pozuntu formal prosessual pozuntu olmamaqla birbaşa icraatın aparılması ilə bağlı müəyyən edilmiş şərtlərin pozulması ilə nəticələnmiş, bu isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə qanunsuz inzibati aktın qəbul edilməsi ilə nəticələnmişdir.

22. Bundan başqa VM-nin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində 49.1.1-ci maddəyə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarmalıdır. Lakin vergi orqanı Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozaraq, xx.xx.2019-cu il tarixli **********187403 saylı “vergi ö dəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2019-cu il tarixdə bitdikdən 180 gün sonra vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar çıxarıldığından, VM-nin 49.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

23. Eyni zamanda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4 və 551.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi, 2015-2016-cı illərin ödəmə mənbəyində vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddə sinin tələbi (Vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ vardır), eyni zamanda, 2016-2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbi (hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır) nəzərə alınmamış, əsassız olaraq 3 illik müddət ötürülməklə əlavə vergilər hesablanmış, həmçinin artıq ödəmələr nəzərə alınmadan maliyyə sanksiyası azaldılmış məbləğə münasibətdə tətbiq edilmişdir. Bundan baş qa iş materiallarında olan icarə müqaviləsindən görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən icarədar (mülkiyyətçi) - X20 mülkiyyətində olan 145.8 kv.m qeyriyaşayış obyektinin 48 kv.m hissəsini iddiaçıya icarəyə vermişdir.

24. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılmış yerində müayinə protokolundan müəyyən edilir ki, (İİ cild, iş v. 68-69) yerində müayinə keçirilərkən (xx.xx.2020-ci il tarixdə) qeyri-yaşayış obyekti iki mərtəbəli olmuş, birinci mərtəbə zirzəmi – sahəsi 48 kv., ikinci mərtəbə mənzil – sahəsi 70.5 kv.m-dir. İkinci mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi X11r (Çıxarış təqdim edilmişdir). Yerində müayinə keçirilərkən hər iki mərtəbənin fəaliyyət göstərdiyi müəyyən edilmiş, lakin vergi orqanı tərəfindən ikinci mərtəbənin hazır olmadığı bildirilmiş dir. Göründüyü kimi, iddiaçı ilə Aliyə Qasımova arasında bağlanmış icarə müqaviləsində 48 kv.m sahənin iddiaçıya icarəyə verilməsinə, həmçinin vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilən zaman ikinci mərtəbənin hazır olmaması, fəaliyyət göstərməməsinə baxmayaraq vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən 145.8 kv.metr sahəyə görə icarə haqqı hesablamışdır. Vergi orqanı tərəfindən qərar qəbul edilərkən istinad edilmiş ekspert rəyində də, qeyri-yaşayış obyektinin sahəsi 145.8 kv.metr kimi göstərilmişdir. Lakin nəzərə alınmamışdır ki, mənzil kimi göstərilən ikinci mərtəbəyə dair iddiaçı ilə həmin sahənin mülkiyyətçisi arasında hər hansı icarə müqaviləsi mövcud olmamış, zirzəmi mərtəbəsində yerləşən sahəyə dair icarə müqaviləsi isə 48 kv.m sahə ilə bağlı olmuşdur. Həmçin in qeyd edildiyi kimi, yoxlama zamanı ikinci mərtəbə hazır olmamış, fəaliyyət göstərməmişdir.

25. İş üzrə təqdim edilmiş bütün mütəxəssis və ekspert rəylərində də, icarə haqqı hesablanarkən yalnız zirzəmi sahəsi deyil, ikinci mərtəbə adlanan mənzil də nəzərə alınmışdır. Bundan başqa cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı adıçəkilən icarə müqaviləsində göstərilən icarə haqlarını deyil, “Azərekspertiza Birliyi”nin mütəxəssisləri tərəfindən müəyyən olunmuş qiymətləri əsas götürməklə və Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə istinad etməklə icarəyə verilmiş daşınmaz əmlakın dəyəri kimi hesab edərək, cəmiyyət tərəfindən yuxarıda göstərilən vergilərin azaldılması nəticəsinə gəlmişdir. Halbuki qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqa n həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

26. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. e. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-451/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: X12 /sədrlik edən və məruzəçi/, X6 və X13) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

30. İqtisadiyyat Nazirliyinin 28 dekabr 2021-ci il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1-F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a.Kassasiya şikayətinin dəlilləri

31. Kassasiya şikayətində Vergi Məcəlləsinin 37, 38-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

32. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmiş dir ki, iddiaçı ilə Aliyə Qasımova arasında bağlanmış icarə müqaviləsində 48 kv.m sahənin iddiaçıya icarəyə verilməsinə, həmçinin vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilən zaman ikinci mərtəbənin hazır olmaması, fəaliyyət göstərməməsinə baxmayaraq vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən 145.8 kv.metr sahəyə görə icarə haqqı hesablamışdır. Vergi orqanı tərəfindən qərar qəbul edilərkən istinad edilmiş ekspert rəyində də, qeyri-yaşayış obyektinin sahəsi 145.8 kv.metr kimi göstərilmişdir. Lakin nəzərə alınmamışdır ki, mənzil kimi göstərilən ikinci mərtəbəyə dair iddiaçı ilə həmin sahənin mülkiyyətçisi arasında hər hansı icarə müqaviləsi mövcud olmamış, zirzəmi mərtəbəsində yerləşən sahəyə dair icarə müqaviləsi isə 48 kv.m sahə ilə bağlı olmuşdur. Həmçinin qeyd edild iyi kimi, yoxlama zamanı ikinci mərtəbə hazır olmamış, fəaliyyət göstərməmişdir. İş üzrə təqdim edilmiş bütün mütəxəssis və ekspert rəylərində də, icarə haqqı hesablanarkən yalnız zirzəmi sahəsi deyil, ikinci mərtəbə adlanan mənzil də nəzərə alınmışdır.

33. Məhkəmənin bu mövqeyi qanuni sayıla bilməz. Belə ki, səyyar vergi yoxlaması çərçivəsində obyektə yerində baxış keçirilmiş, qeyd edilənin əksinə, 48 kv.m deyil, obyektin tam sahəsinin 145.8 kv.m sahənin fərdi sahibkarın istifadəsində olduğu müəyyən edilmiş və buna uyğun olaraq icarə haqqından ödəmə mənbəyində vergi məbləği hesablanmışdır.

34. Məhkəmə araşdırması çərçivəsində təyin edilmiş yerində müayinə həyata keçirilən zaman da hər iki mərtəbənin fəaliyyət göstərdiyi, hazır olmadığı bildirilən ikinci mərtəbədə müştərilərə iaşə xidməti göstərildiyi aşkar edilmişdir. Odur ki, məhkəmə Vergi Məcəlləsinin 14-cü maddəsini iş üzrə düzgün tətbiq etməmişdir.

35. Daha sonra qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən vergi orqanının təşəbbüsü ilə həyata keçirilmiş ekspertiza nəticəsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsinə, o cümlədən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununun bir sıra maddələrinə istinad etməklə təqdim edilmiş rəyin ekspert rəyi olmaması qənaətinə gəlmişdir.

36. Lakin bu nəticə qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən təqdim edilmiş rəyin yuxarıda sadalanan normalar baxımından ekspert rəyi hesab edilib-edilməməsi hazırkı mübahisənin həlli baxımından müəyyənedici rol oynamır. Belə ki, əgər məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza nəticəsində qeyd olunan halların aşkarlansa idi, o halda ekspert rəyinin mötəbərliyini şübhə altına almaq olardı.

37. İndiki vəziyyətdə səyyar vergi yoxlaması zamanı tərtib olunmuş rəyin hətta mütəxəssis rəyi olaraq qiymətləndirilməsi və hesablamaya mahiyyəti üzrə münasibət bildirilməsi vacib olduğu halda, məhkəmə formal xəta axtarmağa üstünlük vermişdir.

38. Halbuki ekspert rəyi kimi tanımadığı “Azərekspertiza” Birliyinin rəyi hazırlanarkən kifayət qədər əsaslı araşdırma aparılmış, analoji sahibkarlıq subyektləri tərəfindən ödənilmiş icarə haqlarının müqayisəli təhlili həyata keçirilmişdir.

39. Həmçinin məhkəmə kollegiyası qeyd olunan rəyi qiymətləndirərkən yanlış olaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna istinad etmiş v ə həmin qanunu tətbiq etmişdir. Belə ki, sözügedən qanunun 1-ci maddəsinə əsasən məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Vergi Məcəlləsinin 44-cü maddəsində məhkəmə ekspertizasının həyata keçirilməsi müəyyən edilməmişdir.

40. Apellyasiya instansiya məhkəməsinin qərarında həmçinin qeyd edilmişdir ki, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi, 2015-2016-cı illərin ödəmə mənbəyində vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi (Vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ vardır), eyni zamanda, 2016- 2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbi (hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır) nəzərə alınmamış, əsassız olaraq 3 illik müddət ötürülməklə əlavə vergilər hesablanmış, həmçinin artıq ödəmələr nəzərə alınmadan maliyyə sanksiyası azaldılmış məbləğə münasibətdə tətbiq edilmişdir.

41. Vergi orqanı tərəfindən qeyd olunan maddələrin hər hansı pozuntusuna yol verilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəə t, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 42. 2015-ci il 4-cü rüb üzrə sadələşdirilmiş verginin hesabat dövrü xx.xx.2016-cı il tarixində, 2015-2016-cı illərin ödəmə mənbəyində vergi üzrə hesabat dövrü isə müvafiq olaraq xx.xx.2016 və xx.xx.2017-ci il tarixlərində başa çatır. Qeyd olunan maddələrin birgə təhlilindən görünür ki, 2015-ci ilin 4-cü rübü üzrə xx.xx.2019-cu il tarixədək, 2015-2016-cı illərin ödəmə mənbəyində vergisi üzrə isə müvafiq olaraq xx.xx.2019 və xx.xx.2020-ci il tarixədək səyyar vergi yoxlaması həyata keçirilməsi mümkündür.

43. Səyyar vergi yoxlamasının keçirilmə si barədə Qərarın xx.xx.2018-ci il tarixdə qəbul edildiyini nəzərə aldıqda, qeyd olunan vergi hesablamalarına münasibətdə müddətlərlə bağlı hər hansı pozuntuya yol verilmədiyi aydın görünür. 44. 2016-2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbinin pozulması ilə bağlı isə qeyd edirik ki, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən VM-in 58.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla sadələşdirilmiş verginin bəyannamədə göstərilməli məbləğə görə 1103,19 manat azaldıldığı müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisinin bəyannamələr üzrə artıq hesabladığı 193,32 manat sadələşdirilmiş vergi məbləği nəzərə alınmaqla, 909,87 manat (1103,19-193,32) əlavə sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Bununla da, ve rgi orqanı tərəfindən hesablama aparılarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin nəzərə alındığı sübuta yetirilir.

45. Məhkəmə kollegiyası həmçinin Vergi Məcəlləsinin 49.1-ci maddəsini tətbiq etməklə hesab etmişdir ki, həmin normanın tələbləri pozularaq xx.xx.2019-cu il tarixli, **********187403 saylı qərar qəbul edilmişdir. Halbuki hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməmiş, sadəcə iş üzrə hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, məhkəmə kollegiyası sözügedən maddi hüquq normasını tətbiq edərkən səyyar vergi yoxlamasının dayandırılması və uzadılması hallarını nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qəra rının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə

44. Ekspertiza 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. Ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tut ula bilər. 44.3. Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir. 44.4. Ekspertin yoxlamanın predmetinə aid olan yoxlama materialları ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır. 44.5. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir. 44.6. Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilə n vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. 44.8. Ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda, barəsində onlara dair suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə, həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır. 44.9. Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. 44.10. Əlavə ekspertiza ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir. Təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şüb hələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir. Əlavə və təkrar ekspertiza bu maddə ilə nəzərdə tutulmuş qaydada təyin edilir. 44.11. Yoxlanılan şəxsin bu Məcəllənin 44.7-ci və 44.9-cu maddələrində nəzərdə tutulmuş hüquqları ilə əlaqədar vəsatəti təmin edilmədikdə, vergi orqanının rəhbəri (onun müavini) vəsatətin rədd edilməsi səbəbləri göstərilməklə əsaslandırılmış qərar çıxarır və qərarın surətini yoxlanılan şəxsə təqdim edir. Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məs uliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Maddə

68. Müddətlərin müəyyən edilməsi qaydası 68.1. Bu Məcəllədə müəyy ən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. 68.2. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 48. “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

11. Məhkəmə eksperti Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəa liyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tə ləblərə cavab verən və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir: 1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu. Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəm ə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir. Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir. Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir. Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağand ır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə

21. Məhkəmə ekspertizasının aparılmasının əsasları Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş v ermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etm ək hüququna malikdir. Maddə

23. Məhkəmə ekspertizası fəaliyyətinin təşkili Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Məhkəmə-tibb, məhkəmə-psixiatriya, məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin və dərman maddələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər. Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertlərinə metodik köməklik göstərir. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

50. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Apelyasiya mə hkəməsinin qərarından yalnız cavabdeh kassasiya şikayəti verdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin şikayət həddində yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin predmeti olan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxar ı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

54. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesa b olunur.

55. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

56. Cavabdeh kassasiya şikayətində aşağıdakı halları mübahisələndirmişdir:

1. İcarəyə götürülmüş sahənin 48 kv.m deyil, 146 kv.m olması 2. icarə haqqının bazar qiymətinin ekspert rəyi ilə müəyyən edilməsi 3. yoxlama müddətinə əməl olunmaması 4. yoxlama dövrü üzrə 3 illik müddətin keçməməsi

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin hər birinə ayrı ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. İcarəyə götürülmüş sahənin 48 kv.m deyil, 146 kv.m olması

58. Cavabdeh qeyd edir ki, baxış zamanı vergi ödəyicisinin icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi obyektin sahəsinin 145,8 kv.m olmasına baxmayaraq icarə müqaviləsində olan sahə azaldaraq 48 kv.m yazılmaqla vergi orqanındakı qeydiyyat məlumatlarının saxtalaşdırıldığı müəyyən olunmuşdur.

59. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən icarədar (mülkiyyətçi) - X20 mülkiyyətində olan 145.8 kv.m qeyri-yaşayış obyektinin 48 kv.m hissəsini iddiaçıya icarəyə vermişdir. Bundan başqa yerində müayinə protokolundan müəyyən edilir ki, qeyri-yaşayış obyekti iki mərtəbəli olmuş, birinci mərtəbə zirzəmi – sahəsi 48 kv., ikinci mərtəbə mənzil – sahəsi 70.5 kv.m-dir. İkinci mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi X11r (Çıxarış təqdim edilmişdir). Yerində müayinə keçirilərkən hər iki mərtəbənin fəaliyyət göstərdiyi müəyyən edilmiş, lakin ver gi orqanı tərəfindən ikinci mərtəbənin hazır olmadığı bildirilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Aliyə Qasımova arasında bağlanmış icarə müqaviləsində 48 kv.m sahənin iddiaçıya icarəyə verilməsinə, həmçinin vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilən zaman ikinci mərtəbənin hazır olmaması, fəaliyyət göstərməməsinə baxmayaraq vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən 145.8 kv.metr sahəyə görə icarə haqqı hesablamışdır. Vergi orqanı tərəfindən qərar qəbul edilərkən istinad edilmiş ekspert rəyində də, qeyri-yaşayış obyektinin sahəsi 145.8 kv.metr kimi göstərilmişdir. Lakin nəzərə alınmamışdır ki, mənzil kimi göstərilən ikinci mərtəbəyə dair iddiaçı ilə həmin sahənin mülkiyyətçisi arasında hər hansı icarə müqaviləsi mövcud olmamış, zirzəmi mərtə bəsində yerləşən sahəyə dair icarə müqaviləsi isə 48 kv.m sahə ilə bağlı olmuşdur. Həmçinin qeyd edildiyi kimi, yoxlama zamanı ikinci mərtəbə hazır olmamış, fəaliyyət göstərməmişdir. Cavabdeh iddiaçının bütün sahədən istifadə etməsini sübut edə bilməmişdir. İcarə haqqının bazar qiymətinin ekspert rəyi ilə müəyyən edilməsi

61. Kassasiya şikayətində qeyd edilir ki, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi zamanı ekspert tərəfindən sərbəst formada obyektə baxış keçirilmiş, obyektin zirzəmidə yerləşməsi və obyektin texniki göstəriciləri barədə məlumatları rəydə əks etdirərək nəzərə alınmışdır. Ekspert rəyinə əlavə edilmiş icarə haqlarına dair reklam məlumatlarına əsasən qeyd olunan obyektlər üzrə 1 kv.metrin icarə haqqı 2015-ci il üzrə 23,0 manat, 2016-cı il üzrə 20,90 manat, 2017-ci il üzrə 28.4 manat və 22.7 manat və 2018-ci il üzrə 20.0 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyi ilə isə yoxlanılan dövr üzrə obyektin aylıq icarə haqqı 2500.0 manat götürülməklə 1 kvadrat metr üçün 17,15 manat (2500.0 manat/145,8 kv.m) müəyyən olunmuşdur. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi ödəyicisinə sadələşdirilmiş vergi və ödəmə mənbəyində tutulan vergi olmaqla üzrə 11031,87 manat əlavə vergi məbləği hesablanmış və 4438,55 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı adıçəkilən icarə müqaviləsində göstərilən icarə haqlarını deyil, “Azərekspertiza Birliyinin mütəxəssisləri tərəfindən m üəyyən olunmuş qiymətləri əsas götürməklə və Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə istinad etməklə icarəyə verilmiş daşınmaz əmlakın dəyəri kimi hesab edərək, cəmiyyət tərəfindən vergilərin azaldılması nəticəsinə gəlmişdir. Halbuki qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə t əsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu q iymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.... Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün allarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Ve rgi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış verg i orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqan ına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

64. Hazırkı işdən görünür ki, vergi orqanı 24 dekabr 2018-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, 12 aprel 2019-cu il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək daşınmaz əmlakın icarəsi üçün bazar qiymətinin müəyyənləşdirilməsinə ehtiyac olmasının müəyyən olunması istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə qeyri-yaşayış obyektinin (bir hissədə isə mənzilin) bazar dəyər inin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda və iş materiallarında iddiaçı kimi fəaliyyət göstərən və iddiaçının əmlakına uyğun əmlakın icarəsi barədə heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir.

65. Konstitusiya Məhkəməsinin 13 mart 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə ə mlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Əks yanaşma tərəflər arasında müqavilə azadlığı çərçivəsində bağlanmış və tələb və təklif əsasında müəyyən edilmiş qiymətin mötəbərliliyi prezumpsiyasına ziddir. Qeyd edildiyi kimi, əgər vergi orqanı mülki hüququnun subyektlərinin müqavilə azadlığından suiistifadəsinə istinad edirsə, bunu mötəbər sübutlarla təsdiq etməlidir.

66. Həmçinin ekspertizanın keçirilməsi ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində qeyd edilmiş prosedurlara əməl edilməsi müəyyən edilmir.

67. Be ləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, cavabdeh inzibati orqan həmin qanunvericiliyin və konstitusiya məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur.

68. Digər tərəfdən istinad edilən Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarında “ekspert rəyi”, “ekspertlə bağlanan müqavilə”, “ekspertə məsuliyyət barədə xəbərdarlıq” ifadələrinin işlədilməsi onu göstərir ki, aparılmış ekspertiza “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun aparılmalı, cavabdeh istinad etdiyi rəy ekspert rəyi olmalı, aparılmış tədqiqat ekspertiza tədqiqatı olmalıdır. Lakin cavabdeh orqan tərəfindən bu qaydalara əməl edilməsi müəy yən edilmir.

69. Məhkəmə kollegiyası “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanuna istinad edərək bildirir ki, özəl ekspertiza fəaliyyəti göstərmək üçün ekspert müvafiq tələblərə cavab verməli, müsahibədən keçməli, şəhadətnamə aldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməlidir.

70. Yalnız bundan sonra şəxs ekspertiza aparmaqda və ekspert rəyi verməkdə səlahiyyətli şəxs ola bilər. Əks halda bu ekspert rəyi deyil, mütəxəssis rəyi hesab edilir və bu ekspert rəyini əvəz etmir. Baxılan işdə cavabdeh qərar qəbul edərkən istinad etdiyi rəyin ekspert rəyi, rəyi verən müəssisənin isə Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməsi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (Azərbaycan Respublikası TSP və ya Palata) mənfəətə iddiası olmayan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının inkişafına yardım edən müstəqil, qeyri-dövlət ictimai təşkilatdır. Azərbaycan Respublikası TSP hüquqi şəxsdir, ayrıca mülkiyyətə malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, vəzifələr daşıya bilər, məhkəmə, arbitraj və münsiflər məhkəməsində iddiaçı və cavabdeh ola bilər.

71. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nəzdində 1994-cü ildə yaradılmış “Azərekspertiza” Birliyi çoxsahəli təşkilatdır. Öz Nizamnaməsini rəhbər tutaraq Birlik, hüquqi və fiziki şəxslərin sifarişi ilə və müvafiq orqanlarιn tapşırığına əsasən aşağıdakı işləri yerinə yetirir: - Daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi. Beləliklə, cavabdeh vergi orqanı tərəfindən mübahisəli qərar qə bul edilərkən qeyri- yaşayış obyektinin icarə haqqı müəyyən edilərkən istinad edilən rəyin verilməsi zamanı Vergi Məcəlləsinin 44-cü maddəsində, “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan normalarında nəzərdə tutulmuş ekspertizanın keçirilməsi qaydalarına, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyət barədə xəbərdarlıq edilməsi və s. yuxarıda sadalanan prosedurlara əməl edilməsi müəyyən edilmir. Bu isə təqdim edilən rəyin ekspert rəyi olmaması qənaətinə gəlməyə əsas verir. Yoxlama müddətinə əməl olunması

72. Cavabdeh qeyd edir ki, səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş proses sual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır.

73. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və belə yoxlama iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Müddət axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.

74. Səyyar vergi yoxlamasının müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi şərti isə barəsində yoxlama aparılan vergi ödəyicisinin iş rejiminin gözlənilməsini tələb edir v ə həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi qanunverici bunu həmin normada birbaşa göstərərdi.

75. Qanunverici (yoxlamanın keçirildiyi dövrə münasibətdə) vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Beləliklə, mübahisələndiril ən qərar “İnzibati icraat haqqında” Qanunun 61-ci maddələrinə görə qanunsuzdur.

76. Beləliklə, vergi orqanı tərəfindən yoxlama müddətlərinə riayət edilməmişdir ki, bu da qəbul edilmiş inzibati aktın qanunsuz olması ilə nəticələnmişdir.

77. Eyni zamanda qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” müddəti ötürüldüyündən VM-nin tələblərinə zidd olaraq müddətinin artırılması və dayandırılması barədə qanunvericiliyin tələblərinə riayət edilməyərək, səyyar vergi yoxlamasının müddəti xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq, yoxlamanın müvəqqəti dayandırılması haqqında xx.xx.2019-cu ildə, daha sonra xx.xx.2019-cu ildə, daha sonra xx.xx.2019-cu ildə, daha sonra xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ildə, daha sonra xx.xx.2019-cu ildə qərarlar qəbul edilmişdir. xx.x x.2019-cu il tarixdə isə yoxlama müddətinin uzadılması ilə bağlı qərar çıxarılmışdır.

78. Həmçinin Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində 49.1.1-ci maddəyə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarmışdır ki, bu da Vergi Məcəlləsinin tələbinə ziddir. Yoxlama dövrü üzrə 3 illik müddətin keçməməsi

79. Cavabdeh qeyd edir ki, 2015-ci il 4-cü rüb üzrə sadələşdirilmiş verginin hesabat dövrü xx.xx.2016-cı il tarixində, 2015-2016-cı illərin ödəmə mənbəyində vergi üzrə hesabat dövrü isə müvafiq olaraq xx.xx.2016 və xx.xx.2017-ci il tarixlərində başa çatır. Qeyd olunan maddələrin birgə təhlilindən g örünür ki, 2015-ci ilin 4-cü rübü üzrə xx.xx.2019-cu il tarixədək, 2015-2016-cı illərin ödəmə mənbəyində vergisi üzrə isə müvafiq olaraq xx.xx.2019 və xx.xx.2020-ci il tarixədək səyyar vergi yoxlaması həyata keçirilməsi mümkündür. Səyyar vergi yoxlamasının keçirilməsi barədə Qərarın xx.xx.2018ci il tarixdə qəbul edildiyini nəzərə aldıqda, qeyd olunan vergi hesablamalarına münasibətdə müddətlərlə bağlı hər hansı pozuntuya yol verilmədiyi aydın görünür.

80. Məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə də qanuni hesab etməyərək bildirir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbulu zamanı müəyyən illər üzrə vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4 və 55.1.5-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə mə suliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019 tarixli, **********187403 saylı qərarı ilə 2015-ci ilin sadələşdirilmiş vergisi, 2015-2016-cı illərin ödəmə mənbəyində vergi hesablanarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi (Vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ vardır), eyni zamanda, 2016-2017-ci illərin sadələşdirilmiş vergisi hesablanarkən Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələbi (hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edə n haldır) nəzərə alınmamış, əsassız olaraq 3 illik müddət ötürülməklə əlavə vergilər hesablanmış, həmçinin artıq ödəmələr nəzərə alınmadan maliyyə sanksiyası azaldılmış məbləğə münasibətdə tətbiq edilmişdir.

81. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-451/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar