Məhkəmə qərarları › İş №2-1(102)-273/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-273/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-273/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçınin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarə sinə qarşı “qərarların ləğv edilməsi və dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2001/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC (sifarişçi) və Çexiya Respublikasının “SaZ s.r.o.” şirkəti (icraçı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çexiya Respublikasının “SaZ s.r.o.” şirkətinə həvalə edilmişdir. Kürdəmir-Ucar-Yevlax-BərdəTərtər yolunun təmiri və yenidən tikintisi “SaZ s.r.o.” şirkəti tərəfindən Türkiyə Respublikasının “X7 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nə (subpodratçı) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. “X7 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialının əsasnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarət olmuşdur. Müqaviləyə əsasən layihənin ümumi məbləği 447.058.824,00 (dörd yüz qırx yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) AVRO olmuşdur. Həmin məbləğin 15 %-i, yəni 67.058.824,00 (altmış yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) AVRO "xxxx" ASC tərəfindən, qalan 85%, yəni 380.000.000,00 (üç yüz səksən milyon) AVRO Çexiya Respublikasının “Çeska Sporitelma a.s.” bankı tərəfi ndən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Podrat müqaviləsində tikintinin başa çatma müddəti xx.xx.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 004109 saylı “İstismara hazırlıq aktı”na əsasən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi xx.xx.2012-ci ildə başlanılmış və xx.xx.2016-cı ildə başa çatmışdır. Baş ofis və “X10” Bankı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şirkətə 100.000.000,00 AVRO kredit xətti ayrılmışdır. Baş ofis və Filial arasında xx.xx.2014-cü il tarixdə “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma” imzalanmışdır. Həmin anlaşmanın 1.1-ci bəndinə əsasən “Kürdəmir-Ucar-Yevlax-Tərtər” avtomobil yolunun tikintisi üçün bağlanılmış xx.xx.2011-ci il tarixli, 11092 01-SL-1 №li müqaviləyə əsasən yolun tikintisi zamanı maliyyə çatışmazlıqlarını aradan qaldırmaq üçün aralarında mövcud olan qarşılıqlı (Hierarxik) əlaqəyə görə, Filialın Baş Ofisin törəmə müəssisəsi (alt kurumu) olduğunu nəzərə alaraq, həmçinin “X12 Zərər” prinsipli beynəlxalq işgüzar təcrübə əsas alınaraq mövcud iqtisadi və maliyyə şəraitində mümkün olan hər növ risklərin önlənməsi məqsədi ilə, “Tərəflər” qarşılıqlı olaraq 57.000.000,00 AVRO maliyyə yardımı göstərilməsi və həmçinin xərclərin (maya dəyəri ilə) mənfəətsiz və zərərsiz təqdim edilməsi barədə razılıq əldə etmişlər. "xxxx" ASC tərəfindən Filiala ödəniş olunduğu zaman, alınmış maliyyə yardımı Baş Ofisə geri qaytarılacaqdır.

2. Bank hesablarından çıxarışlara əsasən həmin məbləğdən 2015-2016-cı illər ərzində 48.748.178,60 AVRO (58.785.391,79 manat, o cümlədən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 53.213.619,19 manat və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 5.571.772,60 manat) məbləğ Filialın bank hesablarına köçürülmüşdür.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 noyabr 2020-ci il tarixli **********344100 nömrəli qərarına əsasən 2018-ci ilin hesabat dövrü üzrə 6.747.783,88 manat məbləğində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş əlavə vergi məbləği hesablamışdır. Filial tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunsa da, 11 dekabr 2020-ci il tarixli **********269900 saylı qərara əsasən 6.747.783,88 manat vergi məbləğini yenidən şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.

4. Cavabdeh orqanın 11 dekabr 2020-ci il tarixli **********269900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iddiaçı barəsində 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanmışdır. Bundan sonra cavabdeh tərəfindən noyabr 2017 - oktyabr 2020-ci illər üzrə səyyar vergi yoxlaması təyin edilmiş və 03 avqust 2021-ci il tarixli **********143360 saylı səyyar vergi yoxlaması aktı qəbul edilmişdir. Həmin akt əsasında qəbul edilmiş 24 sentyabr 2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 11 dekabr 2020-ci il tarixli **********269900 sa ylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 6 747 783.88 manat kameral qaydada hesablanmış mənfəət vergisi təsdiq edilərək, əlavə olaraq 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası) hesablanmaqla, cəmi 11 121 931.96 manat vergi məbləği hesablanması təklif edilmiş və bu məbləğlər təsdiq edilmişdir.

5. Cavabdeh orqanın 29 dekabr 2020-ci il tarixli **********143339 saylı qərarına əsasən İddiaçınin Azərbaycan Respublikasındakı Filialı üzrə səyyar vergi yoxlaması aparılmış, yoxlama nəticəsində tərtib olunan akta əsasən Filial tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 157 793.11 manat artıq hesablanması, 2018-ci il üzrə isə 1 827 133.42 manat azaldılması, ƏDV-nin 2017-ci il üzrə 168 360.02 manat azaldılması, 2018-ci il üzr ə 401 949.49 manat azaldılması, 31620.17 manat artıq olmaqla 433 569.96 manat artıq hesablanılması, 2020-ci il üzrə isə 1 193 432.75 manat azaldılması, əmlak vergisinin 2019-cu il üzrə 38.73 manat azaldılması müəyyən olunmuşdur. Ümumilikdə, səyyar vergi yoxlaması ilə yoxlanılan dövr ərzində büdcəyə çatası vergi məbləğinin 2 662 831,60 manat (1 827 133,42 – 157 793,11 + 1 595 382,54 - 601 929,98 + 38,73) azaldılması müəyyən edilmiş, eyni zamanda 2019-cu ili üçün zərər məbləğinin 113 691.10 manat bəyannamədə əks olunmadığı, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1 827 133,42 manat azaldılmasına görə 50% miqdarında, yəni 913 566,71 manat, ƏDV-nin 1 595 382.54 manat azaldılmasına görə 797 691.27 manat, əmlak vergisinin 38.73 manat azaldılmasına görə 19.37 manat olmaqla, cəmi 1 711 317.36 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur.

6. Cavabdeh orqanın “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24 sentyabr 2021-ci il tarixli **********149970 nömrəli Qərarı ilə iddiaçı vergi ödəyicisinə 2 662 831.6 manat (3 020 604.9 - 357 773.3) əlavə vergi hesablanmış və 1 711 317.36 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müra ciət edərək cavabdeh orqanın 24 sentyabr 2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 dekabr 2020-ci il tarixli **********269900 saylı qərarlarının ləğv olunması və 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 17 fevral 2012-ci il tarixdə *** ******* (VÖEN) saylı, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarətdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi İddiaçınin Azərbaycan Respublikasındakı Filialında 23 yanvar 2020-ci il tarixdə müəssisə tərəfindən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmiş və daxil olmuş uyğunsuzluq məktubuna cavab olaraq 11 fevral 2020-ci il tarixdə **********657100 nömrəli və 18 fevral 2020-ci il tarixli **********657100 nömrəli məktublarla müvafiq təsdiqedici sənədlər və izahat təqdim olunmasına baxmayaraq vergi orqanı tərəfindən hesablanmış vergi bərpa edilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 fevral 2020-ci il tarixli **********858000 nömrəli Qərar qəbul edilərək yenidən 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanmışdır. Bundan sonra 11 sentyabr 2020-ci il tarixində, 22 sentyabr 2020-ci il tarixində və 03 noyabr 2020-ci il tarixində həmin dövr üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək vergi orqanının bildirdiyi və hal-hazırkı qərar üzrə qeyd etdiyi iradlar aradan qaldırılmışdır. Buna baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli **********344100 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamış və 11 dekabr 2020-ci il tarixli **********269900 saylı qərarına əsasən həmin vergi məbləği ye nidən şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Qərardan verilmiş həmin hesablama inzibati şikayətin təmin edilməməsi barədə qərarda bu bəyannamələrə qəsdən toxunulmamışdır. Əvəzində vergi orqanı qərarında iddiaçının 12 iyul 2020-ci il tarixdə mənfəət vergi bəyannaməsi verməyi və guya ilin 33 738 919.4 manat mənfəətlə yekunlaşdığını qeyd etmişdir. Şəxsi vərəqəni təqdim edərək iddiaçı belə bir bəyannamə təqdim etməmişdir. Bundan sonra pozulmuş hüquqların bərpa olunması üçün İqtisadiyyat nazirliyi yanında Apellyasıya Şurasına şikayət etsə də, 19 mart 2021-ci il tarixli 29 nömrəli qərara əsasən iddiaçının şikayəti təmin olunmamış, həmin qərar isə iddiaçıya 21 iyun 2021-ci il tarixdə göndərilmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası “Azəryolservis" ASC (sifarişçi) Çex R espublikasının “SaZ s.r.o.” şirkəti (icraçı) arasında bağlanmış 15 sentyabr 2011-ci il tarixli ******* nömrəli kontrakta əsasən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çex Respublikasını “SaZ s.r.o” şirkətinə həvalə olunmuşdur. Layihənin ümumi dəyəri 447 058 824,0 EUR təşkil etmişdir. Bu məbləğin 15%-i, yəni 67 058 824.00 EUR "xxxx" ASC tərəfindən, qalan 85%, yəni 380 000 000.00 EUR Çex Respublikasının “Çeska sporitelna a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Azərbaycan Respublikasında Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi “Sa2 s.ro.” şirkəti tərəfindən Türkiyə Respublikasının “X7 X2 İhracat Sanayi ve Ticaret Anonim" Şirketi”nə (subpodratçı şirkət) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Resp ublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://www.aayda.gov.az/az/news/628) də qeyd olunduğu kimi 13 sentyabr 2012-ci il tarixindən fevral 2015-ci il tarixinə qədər yerinə yetirilən işlərin həcmi 79%, fevral 2015-ci il tarixindən sonrakı dövrdə isə 21% təşkil edib. Yoxlanılan dövr ərzində bu işlərin görülməsi məqsədi ilə Baş Ofisdən Filiala 15 sentyabr 2011- ci il tarixli müqavilədə göstərilən məbləğ həmin dövrə qədər bitdiyindən 2015-2016-cı illər ərzindən öz vəsaiti hesabına əlavə olaraq bitium və dizel yanacağının qiymətlərində olan artımla bağlı olaraq 58 785 391,79 manat (48 748 178.6 EURO) əlavə vəsait ayrılmışdır (o cümlədən 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2015-ci il tarixədək olan d övr üzrə 53 213 619.19 manat və 01 yanvar 2016-cı il tarixdən 31 oktyabr 2016-cı il tarixədək olan dövr üzrə 5 571 772.60 manat). Yuxarıdan göründüyü kimi, bütün vəsait baş ofis tərəfindən ayrılmışdır və təbii ki, bu vəsait yolun inşaası başa çatdırıldıqdan sonra Azərbaycan Respublikası tərəfindən geri qaytarılmalıdır. Bununla bağlı olaraq 18 aprel 2016-cı il tarixdə "xxxx" ASC, “SaZ s.r.o.” şirkəti və “X7 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirketi“nin AR-dəkı Filialı arasında AAY-196/2016 saylı üçtərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “SaZ s.r.o.” şirkəti müqavilədən kənarlaşdırılmış və bütün hüquq və öhdəliklər “X7 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nin AR-dəki Filialına keçmişdir. Eyni zamanda müqavilənin 2.3-cü bəndinə əsasən Filial tərəfindən 2015-2016-cı illərd ə baş ofisin 58 785 391,79 manat vəsaiti hesabına “Sifarişçi Azərbaycan Respublikası Tarif Şurasının 02 dekabr 2013-cü il tarixli 14 saylı qərarı ilə bitium və dizel yanacağının qiymətlərində edilmiş artımla bağlı layihənin dəyərində 57 246 255 EURO məbləğində yaranan qiymət fərqini icraçıya ödəyir”. Həmin bəndə əsasən "xxxx" ASC tərəfindən Filiala 57 246 255 EURO qaytarılmalı idi. Lakin bank çıxarışlarından da göründüyü kimi 05 iyul 2018-ci ildə 18 643 767,8 manat, 27 dekabr 2018-ci il tarixdə isə 21 095 834,75 manat, cəmi 39 739 602.55 manat və 6 154 255,87 isə ƏDV olmaqla cəmi 46 893 000.0 manat (24 000 000 EURO) vəsait ödənilmişdir. Əlavə olaraq 3 853 642.85 manat hesaba mədaxil olunmuş, 3 883 493.08 manat vəsait isə digər iş görülmüş şirkətlərdən daxil olmuşdur. Bank əməliyyatları bar ədə çıxarışdan da göründüyü kimi, həmin vəsaitin 22 613 636,12 dolları “RETURN OF DEBT ACC TO STATEMENT FROM TEXNİKABANK (Razılaşmaya əsasən borcun qaytarılması)” qeydi ilə və 1 481 750 EURO isə “X11 X9 X5” qeydi ilə, cəmi həmin dövrün valyuta məzənnəsi ilə 41 349 099,28 manatı filial tərəfindən baş idarəyə qaytarılmışdır. Qalan 6 127 606.15 manat vəsait isə borclar qaytarılmışdır. "xxxx" ASC-dən daxil olmuş 7 153 182,46 manat ƏDV-nin də 6 154 255,87 manatı büdcəyə ödənilmişdir. Göründüyü kimi 2018-ci ildə hər hansı işlər görülmədiyindən "xxxx" ASC tərəfindən iddiaçıya o qədər vəsait əsassız köçürülə bilməzdi. Bu pul 20152016-cı illərdəki alınmış və layihənin icrasına xərclənmiş pulun qarşılığıdır. Yuxarıda qeyd olunduğu kimi ümumilikdə filial 58 785 391,79 manatlıq işlərin görülməsinə gör ə şəxsi hesab vərəqəsinə əsasən faktiki olaraq həmin dövrdə 7 261 144,49 manat vergi məbləği ödəmişdir, əlavə olaraq isə vergi orqanı tərəfindən cəmi 20 531 333.26 manat vergi məbləği, 7 705 398,58 faizlər hesablanmışdır. Heç bir halda bir dövriyyənin təxmini 50%-i məbləğini təşkil edə biləcək verginin hesablanılması yolverilməzdir.

9. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə sonrakı ərizələrdə qeyd olunmuşdur ki, Filiala 6 747 783.88 manat kameral qaydada hesablanılmış mənfəət vergisinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bundan sonra vergi orqanı tərəfindən həmçinin noyabr 2017 - oktyabr 2020- ci illər üzrə səyyar vergi yoxlaması təyin edilmiş və 03 avqust 2021-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən kameral qaydada hesab lanmış məbləğ təsdiq edilməklə əlavə olaraq 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği hesablanması təklif edilmiş və bu məbləğlər 24 sentyabr 2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla təsdiq edilmişdir. İddiaçı tərəfindən hesab edilmişdir ki, baş ofisdən Filiala daxil olmuş 58 785 391,79 manat dəyərində görülmüş işlərə görə iki dəfə vergi hesablanması aparılmışdır. Belə ki, 05 oktyabr 2020-ci il tarixli “İstismara hazırlıq Aktı”na əsasən 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə yolunun təmiri və yenidən tikintisi işi 14 sentyabr 2012-ci ildə başlamış və 22 sentyabr 2016-cı ildə yekunlaşmışdır. Lakin vergi orqanı tərəfindən Fil iala iki dəfə, yəni 2015 və 2016-cı illərdə daxil olmuş vəsaitə, eyni zamanda 2018-ci ildə daxil olmuş vəsaitə görə vergilər hesablanmışdır. Baş ofisdən Filiala daxil olmuş 58 785 391,79 manat dəyərində görülmüş işlərə görə Filiala, ümumilikdə 38 488 086 manat məbləğində vergilər (faizlər və maliyyə sanksiyası ilə birlikdə) hesablanmışdır ki, bu da ümumi dövriyyənin 65%-ni təşkil edir. Bu həcmdə vergi hesablanması tamamilə absurddur. Qeyd olunanlarla əlaqədar bildirmişdir ki, vergi orqanının 25 sentyabr 2021-ci il tarixli qərarı ilə Filiala 2018-ci ildə daxil olmuş və Baş ofisə geri qaytarılmış 41 349 099,28 manat məbləğə görə hesablanmış cəmi 11 121 931.96 manat vergi məbləği ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kə s qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz; Vergi Məcəlləsinin 3.5-ci, 3.10-cu və 12.3-cü maddələrində qeyd edilmişdir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 2018-ci ildə heç bir iş görülməmiş və sadəcə olaraq Filial tərəfindən baş ofisə onun Filiala 2015-2016-cı illər ərzində ödədiyi 58 785 391,79 manat (48 748 178.6 EURO) məbləğin bir hiss əsi Filial tərəfindən Baş ofisə geri qaytarılmış və əvvəllər görülmüş işlərə görə qalıq borclar ödənilmişdir. Belə olan halda, iki əməliyyatdan yalnız biri vergitutma obyekti ola bilər. Çünki birinci vəsait Baş ofisin öz puludur və həmin maliyyə vəsaiti Filiala verilərkən vergi orqanı tərəfindən Filiala 13 783 549.38 manat vergi və maliyyə sanksiyası hesablanmışdır. Eyni zamanda 2015-ci il üzrə Filial tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində də Filialın 53 213 619.19 manat zərərinin olması qeyd olunmuşdur. May 2015-oktyabr 2016-cı illəri əhatə etmiş səyyar vergi yoxlaması üzrə Filiala hesablanmış 1 526 870.25 manat mənfəət vergisinə, 50% -i miqdarında yəni 763 435.12 manat maliyyə sanksiyasına və 7 662 162.67 manat ƏDV-yə və 3 831 081.34 manat maliyyə sanksiyasına, cəmi 13 783 549.38 manat vergi məbləğinə münasibət bildirilməsi üçün Filial tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Konstitusiya Məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə icraata xitam verərək hesab etmişdir ki, qeyd edilən səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlər qüvvədə qalmalı, lakin Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsi və Vergi Məcəlləsinin 3.5-ci maddəsi nəzərə alınmalıdır. Qərardadın təsviri hissəsindən belə nəticəyə gəlinir ki, vergi öhdəliyi 2015 və 2016-cı illər üzrə yarandığından vergilər 2015 və 2016-cı illər üzrə hesablanmalı, 2018-ci il üzrə isə hesablanmış vergilər ləğv olunmalıdır. Həmçinin cavabdeh tərəfindən 14 avqust 2017-ci il tarixli **********78928 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş 19 sentyabr 2017-ci il ta rixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən hesablanılmış 9 189 032.92 manat əsas vergi borcuna görə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində açılmış 19 oktyabr 2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin Baş İdarənin 14 iyun 2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən xitam verilmişdir. Ödənilmiş 9 189 032.92 manat əsas borca, filial tərəfindən 2018-ci ilin iyul ayı üçün 2 356 908,69 manat və 2018-ci ilin dekabr ayı üçün isə 3 797 250,26 manat, cəmi 6 154 158.95 manat bəyannamə verilməklə büdcəyə ödənilmiş vergi məbləği aid edilmiş, əlavə olaraq da Filial tərəfindən 2020-ci ilin iyun ayında 3 000 000 manat vəsait nağd qaydada dövlət büdcəsinə ö dənilmişdir. Göründüyü kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin özü cinayət işinə xitam qərarında 2018-ci ildə ödənilmiş ƏDV məbləğini 2015-2016-cı illərin ƏDV-si kimi qiymətləndirərək cinayət işinə xitam vermişdir. Burda diqqət edilməli məqam ondadır ki, Filial tərəfindən 2018-ci ilin iyul və dekabr ayları üçün bəyan edilmiş və ödənilmiş ƏDV məbləği həmçinin 19 sentyabr 2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən 2015-ci və 2016-cı illər üzrə hesablanmışdır. Bu səbəbdən də iddiaçı hesab etmişdir ki, vergi orqanı tərəfindən Filiala texniki şərait yaradılmalıdır ki, 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilsin. Vergi Məcəlləsinin həmin vaxt qüvvə də olmuş 166.1-ci maddəsində qeyd edilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1 -ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edi ldiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda.

10. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və onunla əsaslandırılmışdır ki, İddiaçınin Azərbaycan Respublikasindaki Filialı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********269900 nömrəli qərarın ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qərardan şikayət vermə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddia ərizəsindən də göründüyü kimi mübahisələndirilən qərar vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Sözügedən qərar vergi orqanı tərəfindən elektron qaydada vergi ödəyicisinin elektron kabinetinə göndərilməsinə, vergi ödəyicisi tərəfindən isə həmin qərarla xx.xx.2020-ci il tarixində tanış olunmasına (oxunmasına ) baxmayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 dekabr 2020-ci il tarixli **********269900 nömrəli qərar 2021-ci ilin iyun ayında vergi ödəyicisi tərəfindən mübahisələndirilmişdir. Bundan başqa, iddiaçı vergi ödəyicisi kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2020-ci il tarixdə şikayət məktubu ünvanlamış, inzibati vergi orqanı tərəfindən şikayətin araşdırılması nəticəsində xx.xx.2020-ci il tarixli **********344100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən qərardan iddiaçı vergi ödəyicisi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət verərək, qəbul edilmiş xx.xx.2020-ci il tarixli *** *******344100 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya Şurası tərəfindən şikayətə toplanmış sənədlər əsasında baxılmış, yekun olaraq vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanması haqqında xx.xx.2021-ci il tarixli 29 nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərar vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə poçtla vergi ödəyicisinin ünvanına göndərilmişdir. Yuxarıda qeyd olunan tarixlərdən də göründüyü kimi vergi ödəyicisi vergi orqanının qərarının məhkəmə qaydasında mübahisələndirilməsi müddətini ötürmüşdür.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7778/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ek spertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 9/9590 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin 2015-2016-cı illərdə qüvvədə olmuş redaksiyasına əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. İşlərin isə təqdim edilmiş iş materiallarına əsasən 2016-cı ilin sentyabr ayında başa çatması və bunun üçün Filialın 2015-2016-cı illər ərzində dövlət büdcəsinə ödəməli vergi məbləğinin 9.189.032,0 manat olması müəyyən olunur. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, 9.189.032,0 manat məbləğ Filial tərəfindən tam olaraq ödənilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aç ılmış 19 oktyabr 2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin Baş İdarənin 14 iyun 2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən xitam verilmişdir; 2015-ci ilin fevral ayından 2016-ci ilin sentyabr ayınadək Kürdəmir-UcarYevlax-Bərdə-Tərtər yolunun qalan 21%-i İddiaçınin “X10” Bankasından götürdüyü kredit hesabına maliyyələşdirilmişdir (10 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən). Baş ofis və Filial arasında olan 25 dekabr 2014-cü il tarixli “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma”ya əsasən 2015-2016-cı illər ərzində Baş ofis tərəfindən Filialın bank hesablarına 58 785 391,79 manat (48 748 178.6 EURO) köçürülmüş, daha sonra "xxxx" ASC 2018-ci ildə həmin vəsaitin əvəzinə Filiala 46 893 000.0 manat qaytarmış və Filial d a öz növbəsində baş ofisə geri köçürmüşdür. 2015-2016cı illər ərzində Baş ofis tərəfindən Filiala köçürülmüş 58 785 391,79 manat məbləğə görə, xx.xx.2017-ci il tarixli qərarla Filiala cəmi 13 783 549.38 manat vergi məbləği hesablanmışdır. Vergi qanunvericiliyinə əsasən Filiala köçürülmüş məbləğ artıq vergiyə cəlb edildiyindən, "xxxx" ASC-nin 2018-ci ildə Filiala qaytardığı 46 893 000.0 manat təkrarən vergiyə cəlb oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmçinin işdə olan sənədlərin tədqiqindən görünür ki, sözügedən layihə 2016-cı ilin sentyabr ayında bitmiş, 2018-ci ildə layihə üzrə heç bir iş görülməmiş və həmin ildə "xxxx" ASC Baş ofisə olan borcu Filia l vasitəsi ilə geri qaytarmışdır. Bu halda göstərilənlərə əsasən 2015-2016-ci illər ərzində “X8 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən layihənin icrasına sərf olunmuş 58 785 391,79 manat (48 748 178.6 EURO) vəsait onun şəxsi vəsaiti hesab olunduğundan, həmin vəsaitin əvəzinə 2018-ci ildə "xxxx" ASC tərəfindən Filiala ödənilmiş və Filial tərəfindən də Baş ofisin borcunun qaytarılmasına yönəldilmiş 46 893 000,00 manat məbləğində vəsaitin təkrar vergiyə cəlb olunması əsassızdır. İkinci sualın cavabında və digər yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 fevral 2020-ci il tarixli Qərarına əsasən Filiala 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanmışdır. Vergi orqanının 24 sentyabr 2021-ci il tarixli səyyar vergi yoxlamasının nəticəsi haqqında qərarına əsasən həm kameral qaydada hesablanmış 6 747 783.88 manat vergi məbləği təsdiq edilmiş, həm də əlavə olaraq 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği hesablanmışdır. İşdə olan sənədlərdən görünür ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə yolunun təmiri və yenidən tikintisi işi 2016-cı ildə başa çatmış, bu layihə çərçivəsində İddiaçınin Azərbaycan Respublikasındakı filialına vergi orqanının xx.xx.2017-ci il tarixli qərarı ilə 13 783 549.38 manat vergi və maliyyə sanksiyası məbləği hesablanmışdır. Sadalananlar əsasında Filialın 2018-ci il ərzində əlavə vergiyə və vergini bir dəfədən artıq ödəməyə cəlb olunması üçün əsaslar mövcud deyildir. Yəni göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə və Vergi Məcəlləsinin 3.5ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli qərarla kameral qaydada hesablanmış 6 747 783.88 manat mənfəət vergisi və s əyyar vergi yoxlaması əsasında 24 sentyabr 2021-ci il tarixli qərarla əlavə hesablanmış 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği əsaslı deyil. İş materiallarından görünür ki, Azərbaycan Avtomobil Yolları X4 Hüquqi Şəxs tərəfindən Filialın ƏDV depozit hesabına xx.xx.2018-ci il tarixdə 3 355 932.20 manat, xx.xx.2018-ci il tarixində isə 3 797 250.26 manat vəsait köçürülmüşdür. Həmçinin Filial tərəfindən xx.xx.2018-ci il tarixində 2 000 000.00 manat, xx.xx.2018-ci il tarixində 357 005.61 manat, xx.xx.2018-ci il tarixində isə 3 797 250.26 manat olmaqla cəmi 6 154 255.87 manat ƏDV (əsas borcu) dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına əsasən vergilər işlərin görüldüyü vaxt he sablanıb ödənilməlidir. İşdə olan sənədlərdən göründüyü kimi vergi orqanı xx.xx.2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən Filiala 2015-ci və 2016-cı illər üzrə 7 662 162.67 manat ƏDV hesablamış və Filial tərəfindən həmin vəsait dövlət büdcəsinə ödənilmişdir. X6 Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində açılmış xx.xx.2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin baş idarənin xx.xx.2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən (2018-ci ildə ödənilmiş 6 154 255.87 manat ƏDV+ 3 000 000 manat nağd qaydada) xitam verilmişdir. Xitam qərarında qeyd edilmişdir ki, filialın ƏDV üzrə vergi öhdəliyi 2015-2016-cı illər üzrə yaranır və filial tərəfindən ƏDV üzrə ö dənilmiş məbləğlər həmin dövrə aid edilmişdir. 2018-ci ildə heç bir iş görülməmiş və sadəcə olaraq filial tərəfindən baş ofisə onun filiala 2015-2016-cı illər ərzində ödədiyi 58 785 391,79 manat (48 748 178.6 EURO) məbləğin 46 893 000.0 manatlıq hissəsi Baş ofisə geri halda, iki əməliyyatdan yalnız biri vergitutma obyekti ola bilər. Həmin vaxt qüvvədə olan 166.1-ci maddəsinin redaksiyasına əsasən ƏDV 2015-ci və 2016-cı illər üzrə hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən yəni 2018-ci ilin iyul və dekabr aylarında "xxxx" ASC tərəfindən filiala ödənilmiş vəsait borcun qaytarılması ilə əlaqədar olduğundan, cinayət işinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qərara əsasən ƏDV üzrə öhdəliyin vaxtının 2015-2016-cı illər olduğu müəyyən edildiyindən və filial bu əməliyyatdan heç bir gəlir əldə etmədiyindən Vergi Məcəlləsinin tələblərinə əsasən Filialın 2018-ci il üzrə hər hansı ƏDV öhdəliyi yaranmır. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, Vergi Məcəlləsinin həmin (yəni 2015-2016-cı illərdə) vaxt qüvvədə olmuş 166.1-ci maddəsinə əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. Qeyd edilən qərar Filial tərəfindən məhkəmədə mübahisələndirilmiş və Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 21(102)-1820/2020 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ali Məhkəmə qərarında Vergi Məcəlləsinin 166.1-ci maddəsinə istinad etmişdir. İşlər isə 2016-cı ilin sentyabr ayında başa çatdığı üçün Filialın vergi öhdəliyinin yaranmasının son müddəti 2016-cı ilin sentyabr ayıdır. Bu səbəbdən də Filiala vergilər 2015-ci və 2016-cı illər üzrə hesablanmalıdır. 2018ci il üzrə filialın vergi öhdəliyi yaranmadığından həmin dövr üzrə filiala hər hansı bir vergi hesablanmamalıdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, hazırkı ekspertiza zamanı xx.xx.2020-ci il tarixli “İstismara hazırlıq aktı”na istinadən layihə üzrə işlər xx.xx.2016-cı ildə yekunlaşdığından və 2018-ci ildə layihə üzrə heç bir iş görülmədiyindən filialın 2018-ci ildə mənfəət vergisi və ƏDV üzrə hər hansı bir öhdəliyi yaranmır. 2020 və 2021-ci illərdə təkrarən hesablanmış vergilər vergi qanunvericiliyinə əsasən əsassız olduğu və filiala vergi orqanı tərəfindən 2017-ci ildə hesablanmış vergilər dövlət büdcəsinə ödənildiyi üçün (Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən), həmçinin "xxxx" ASC-nin filiala olan borcunun qaytarılması filialın gəliri hesab olunmadığından, filialın 2018-ci il üzrə dövlət büdcəsi qarşısında mənfəət və əlavə dəyər vergisi üzrə vergi öhdəliyi yoxdur.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1344/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********149970 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********269900 saylı qərarların l əğv edilməsi və 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması öhdəliyinin vergi orqanın üzərinə qoyulması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunanlara, təqdim olunmuş sənədlərə, tərəflərin məhkəmə baxışında verdikləri izahatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 9/9590 №li ekspert rəyinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli Qərardadına əsasən, “X7 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən yalnız bir layihə- Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi işl əri 2015-2016-cı illərdə həyata keçirilmiş və layihənin icrası xx.xx.2016-cı ildə başa çatdırılmış, layihənin icrası ilə bağlı 2015-2016-ci illərdə çəkilmiş 58 785 391,79 manat vəsait Baş ofisin öz vəsaiti hesabına Filiala göndərilmişdir. Layihənin icrası ilə bağlı çəkilmiş 58 785 391,79 manat xərcə görə Filiala ümumilikdə 24 753 805.51 manat vergi, 6 305 833.83 manat maliyyə sanksiyası, 7 671 864,61 manat faizlər olmaqla, ümumilikdə 38 731 503.95 manat hesablama aparılmışdır. Filialın şəxsi hesab vərəqəsinə əsasən qeyd olunan dövr ərzində dövlət büdcəsinə 10 261 212,27 manat vergi məbləği ödənilmişdir. Layihənin icrası ilə bağlı filialın vergi öhdəliyi 1 526 870.25 manat mənfəət və 7 662 162.67 manat ƏDV olmaqla 9 189 032.92 manat təşkil edir ki, qeyd olunan məbləğ də dövlət büdcəsinə hes ablanmış və ödənilmişdir. 2018-ci il ərzində "xxxx" ASC-dən filialın hesabında daxil olmuş məbləğ 2015-2016-ci illərdə layihənin icrası ilə bağlı Baş ofisin öz vəsaiti hesabına çəkdiyi xərclərin əvəzinin ödənilməsidir ki, buna görə də yenidən ƏDV və mənfəət vergisi hesablanması qanunsuzdur. Layihənin icrası ilə bağlı ƏDV öhdəliyi 20152016-ci illərdə icra edildiyindən 2018-ci il üzrə heç bir ƏDV öhdəliyi yaranmır. Azərbaycan Dövlət Avtomobil X1 layihənin icrasi ilə bağlı Baş ofisin hesabına çəkdiyi xərclərə görə hələ də 23 000 000 EURO borcu olduğundan Filialın mənfəət əldə etməsi sübut edilməmişdir. Eyni zamanda Filial tərəfindən 2018-ci il ərzində baş ofisə göndərdiyi vəsait, baş ofisin layihənin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzi olduğundan və filialın mənfəət eldə etməsi yoxlama a ktları ilə sübut edilmədiyindən 2018-ci il üzrə mənfəət vergisi yarana bilməz. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında 2018-ci ilin iyul ayı üzrə 401 949.79 manat ƏDV-nin nəyə əsasən az hesablanması sübut edilməmişdir.

15. Eyni zamanda, 2018-ci il üzrə 433 569.96 manat ƏDV-nin artıq hesablanması müəyyən olunduğu halda, az hesablamaya görə 200 974.90 manat maliyyə sanksiyası tətbiq olunması Vergi Məcəlləsinin tələblərinə ziddir. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında filialın 2020-ci ildə heç bir fəaliyyətin olmamasına baxmayaraq, 2018-ci ildəki ƏDV əvəzləşmələrinin ləğv edilərək 2020-ci ilin oktyabr ayı üzrə 1 193 432.75 manat ƏDV və 596 716.38 manat maliyyə sanksiyası hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Həmçinin iş materiallarında olan sa hibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Lakin cavabdeh göstərilən məlumatlara dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir.

16. Məhkəmə iddia tələbinin iddiaçının qeyd etdiyi dövrlər üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsi üçün texniki şəraitin yaradılmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbinin həmin hissədə hüquqi əsasını Vergi Məcəlləsinin 72.5-ci maddəsi təşkil edir.

17. Belə ki, işin hallarından müəyyən edildiyi kimi iddiaçı tərəfindən 2018-ci ilin iyul və dekabr ayları üçün bəyan edilmiş və ödənilmiş ƏDV məbləği həmçinin xx.xx.2017ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən 2015-ci və 2016-cı illər üzrə hesablanmışdır.

18. Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesabla nmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

19. Göründüyü kimi, həll edilməli məsələ iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməli olması üçün müvafiq şəraitin yaradılması ilə bağlıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələrinin inzibati orqana təqdim edilməsi zərurəti yarandığından, qeyd olunan əsas üzrə iddia tələbi 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması öhdəliyinin vergi orqanın üzərinə qoyulması hissəsində də əsaslıdır və təmin edilməlidir. 20. 2020 və 2021-ci illərdə 2018-2020-ci illər üzrə təkrarən hesablanmış vergilər vergi qanunvericiliyinə əsasən əsassız olduğu və filiala vergi orqanı tərəfindən 2018-ci ildə hesablanmış vergilər dövlət büdcəsinə ödənildiyi üçün (Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsinin ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən), həmçinin "xxxx" ASC-nin filiala olan borcunun qaytarılması filialın gəliri hesab olunmadığından və belə olan halda 2018-ci il üzrə dövlət büdcəsi qarşısında mənfəət və əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin mövcud olması müəyyən edilmədiyindən iddia əsaslıdır və təmin olunmalıdır.

21. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, “Vergilərin, sosial sığ orta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 dekabr 2020-ci il tarixli **********269900 saylı qərara münasibətdə iddia tələbinin mümkün sayılmamasını və 24 sentyabr 2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2001/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1344/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı d əyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti işin faktiki halları, eləcə də iddia tələbinə dair etiraz və apellyasiya şikayətinə uyğun məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2001/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlum at əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqı nda vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə b ağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifa hi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamış dır.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halla rı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını həmin qərarda göstərilənlərdən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyində əks olunanlardan əlavə olaraq aşağıdakı hüquqi mövqe ilə əsaslandırır.

36. Belə ki, iş materiallarına əsasən cavabdeh vergi orqanının “Vergilərin, s osial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********269900 saylı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********149970 saylı qərarı mübahisələndirilir.

37. İş materiallarından görünür ki, "xxxx" ASC (sifarişçi) və Çexiya Respublikasının “SaZ s.r.o.” şirkəti (icraçı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çexiya Respublikasının “SaZ s.r.o.” şirkətinə həvalə edilmişdir. Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi “SaZ s.r.o.” şirkəti tərəfindən Türkiyə Respublikasının “X7 X2 İhracat Sanayi ve Ticaret A nonim Şirketi”nə (subpodratçı) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. “X7 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialının əsasnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarət olmuşdur. Müqaviləyə əsasən layihənin ümumi məbləği 447.058.824,00 (dörd yüz qırx yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) AVRO olmuşdur. Həmin məbləğin 15 %-i, yəni 67.058.824,00 (altmış yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) AVRO "xxxx" ASC tərəfindən, qalan 85%, yəni 380.000.000,00 (üç yüz səksən milyon) AVRO Çexiya Respublikasının “Çeska Sporitelma a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Podrat müqaviləsində tikintin in başa çatma müddəti xx.xx.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 004109 saylı “İstismara hazırlıq aktı”na əsasən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi xx.xx.2012-ci ildə başlanılmış və xx.xx.2016-cı ildə başa çatmışdır. Baş ofis və “X10” Bankı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şirkətə 100.000.000,00 AVRO kredit xətti ayrılmışdır. Baş ofis və Filial arasında xx.xx.2014-cü il tarixdə “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma” imzalanmışdır. Həmin anlaşmanın 1.1-ci bəndinə əsasən “Kürdəmir-Ucar-Yevlax-Tərtər” avtomobil yolunun tikintisi üçün bağlanılmış xx.xx.2011-ci il tarixli, 1109201-SL-1 №li müqaviləyə əsasən yolun tikintisi zamanı maliyyə çatışmazlıqlarını a radan qaldırmaq üçün aralarında mövcud olan qarşılıqlı (Hierarxik) əlaqəyə görə, Filialın Baş Ofisin törəmə müəssisəsi (alt kurumu) olduğunu nəzərə alaraq, həmçinin “X12 Zərər” prinsipli beynəlxalq işgüzar təcrübə əsas alınaraq mövcud iqtisadi və maliyyə şəraitində mümkün olan hər növ risklərin önlənməsi məqsədi ilə, “Tərəflər” qarşılıqlı olaraq 57.000.000,00 AVRO maliyyə yardımı göstərilməsi və həmçinin xərclərin (maya dəyəri ilə) mənfəətsiz və zərərsiz təqdim edilməsi barədə razılıq əldə etmişlər. "xxxx" ASC tərəfindən Filiala ödəniş olunduğu zaman, alınmış maliyyə yardımı Baş Ofisə geri qaytarılacaqdır. İş materiallarına əlavə olunmuş bank hesablarından çıxarışlara əsasən həmin məbləğdən 2015-2016-cı illər ərzində 48.748.178,60 AVRO (58.785.391,79 manat, o cümlədən xx.xx.2015-ci il tari xdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 53.213.619,19 manat və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 5.571.772,60 manat) məbləğ Filialın bank hesablarına köçürülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarına əsasən 2018-ci ilin hesabat dövrü üzrə 6.747.783,88 manat məbləğində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş əlavə vergi məbləği hesablamışdır. Filial tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunsa da, xx.xx.2020-ci il tarixli **********269900 saylı qərara əsasən 6.747.783,88 manat vergi məbləğini yenidən şəxsi hesab v ərəqəsinə bərpa edilmişdir.

38. Cavabdeh vergi orqanının xx.xx.2020-ci il tarixli **********143339 saylı qərarına əsasən iddiaçı vergi ödəyicisində səyyar vergi yoxlaması aparılmışdir. Yoxlama nəticəsində tərtib olunan akta əsasən filial tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 157.793,11 manat artıq hesablanması, 2018-ci il üzrə isə 1.827.133,42 manat azaldılması, ƏDV-nin 2017-ci il üzrə 168.360,02 manat azaldılması, 2018-ci il üzrə 401.949,49 manat azaldılması, 31.620,17 manat artıq olmaqla 433.569,96 manat artıq hesablanılması, 2020ci il üzrə isə 1.193.432,75 manat azaldılması, əmlak vergisinin 2019-cu il üzrə 38,73 manat azaldılması müəyyən olunmuşdur. Ümumilikdə, səyyar vergi yoxlaması ilə yoxlanılan dövr ərzində büdcəyə çatası vergi məbləğinin 2.662.831,60 manat (1.827.133,42 – 157.793,11 + 1.595.382,54 – 601.929,98 + 38,73 ) azaldılması müəyyən edilmiş, eyni zamanda 2019-cu ili üçün zərər məbləğinin 113.691,10 manat bəyannamədə əks olunmadığı, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1.827.133,42 manat azaldılmasına görə 50% miqdarında, yəni 913.566,71 manat, ƏDVnin 1.595.382,54 manat azaldılmasına görə 797.691,27 manat, əmlak vergisinin 38,73 manat azaldılmasına görə 19,37 manat olmaqla, cəmi 1.711.317,36 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-c i il tarixli **********149970 №li Qərardan görünür ki, vergi ödəyicisinə 2.662.831,60 manat (3.020.604.90- 357.773.30) əlavə vergi hesablamış və 1.711.317,36 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.

39. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir.

40. Kassasiya şikayətinin qərardan şikayət vermə müddətinin keçməsi və bununla da, iddianın mümkün sayılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar əsassızdır. Belə ki, kassasiya şikayətində qeyd olunur ki, mübahisələndirilən **********269900 saylı xx.xx.2020-ci il tarixli qərar cavabdeh vergi orqanı tərəfindən elektron qaydada iddiaçının elektron kabinetinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə tanış olunmasına (oxunmasına) baxmayaraq qərar iddiaç ı tərəfindən 2021-ci ilin iyun ayında mübahisələndirilmişdir.

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir (maddə 1.1.15.). Həmin Qanunun 27.3-cü maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2. elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

42. Eyni zamanda vergi orq anının qərarının surəti vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.

43. İş materiallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən mübahisələndirilən qərar vergi ödəyicisinə göndərilməmiş hesab edilməlidir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

45. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.1-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. - 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. - 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu M əcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. - 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. - 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. - 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən vergi ödəyicisinin fəaliyyəti (vergilərin hesablanması və ödənilməsi) haqqında vergi orqanınd a olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında aparılır. - 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. - 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına m üvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. - 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilmə si, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ver gi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. - 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. - 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi i lə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. - 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. - 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. - 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

47. Cavabdeh vergi orqanının mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə əlaqədar iş materiallarında olan sənədlərə istinad edərək məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edərək bildirir ki, hazırkı məhkəmə mübahisəsindən öncə, yəni may 2015-oktyabr 2016-cı fəaliyyət illərini əhatə etmiş xx.xx.2017-ci il tarixli **********78928 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən filiala cavabdeh vergi orqanı tərəfindən 1 526 870.25 manat mənfəət və 7 662 162.67 manat ƏDV olmaqla 9 189 032.92 manat əlavə vergi məbləği və 4 594 516.46 manat maliyyə sanksiya olmaqla cəmi 13 783 549.38 manat hesablama aparılmışdır. Qeyd olunan qərar məhkəmə qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1820/2020 saylı qərarına əsasən iddia təmin edilməmişdir.

48. Qeyd olunan iş üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Konstitusiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə icraata xitam verərək hesab etmişdir ki, qeyd edilən səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlər qüvvədə qalmalı, lakin Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsi və Vergi Məcəlləsinin 3.5-ci maddəsi nəzərə alınmalıdır. Qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, lakin göstərildiyi kimi vergi orqanı tərəfindən filiala eyni layihə üzrə iki dəfə, yəni 2015-2016-cı illərdə Baş ofisdən Filiala daxil vəsaitə, eyni zamanda layihənin icrası ilə bağlı 2018-ci ildə "xxxx" ASC tərəfindən daxil olmuş vəsaitə görə vergi hesablanmışdır.

49. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda əksini tapmış hissə ilə bağlı qeyd etmişdir ki: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

50. Qeyd olunan hallar Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərardadında təsdiq olunmuşdur və Qərardadın nəticə hissəsində qeyd edilir ki, “bu qərardadın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınsın”.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, kassasiya şikayəti bu hissədə əsaslı hesab edilə bilməz və Bakı Apellyasiya Məhkəməsi düzgün nəticəyə gəlmişdir.

52. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV üzrə vergitutma obyektid ir (maddə 159.1). Həmçinin rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (maddə 104.1.). İş materiallarında da görünür ki, bundan öncəki aparılan yoxlamada hesablanmış vergi məbləği ilə hazırkı iş üzrə hesablanmış vergi məbləği Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi zamanı vergi ödəyicisinin gördüyü işin (göstərdiyi xidm ətin) dəyərindən ibarətdir. Başqa sözlə ifadə etsək, vergi orqanı hər iki səyyar vergi yoxlamasında bir əməliyyatı müxtəlif dövrlərdə iki dəfə vergiyə cəlb etmişdir ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 oktyabr 2021-ci il tarixli qərardadında öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə və Vergi Məcəlləsinin 3.5ci maddəsinə əsasən yolverilməzdir. Bundan başqa Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmçinin Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını v ə qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı hesab edilə bilməz və Bakı Apellyasiya Məhkəməsi düzgün nəticəyə gəlmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020ci il tarixli **********269900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarını ləğv edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin qərara əsasən 2018-ci ilin mənfəət vergisi üzrə 6.747.783,88 manat əlavə vergi məbləği hesablamışdır. Qərarda hesablamanın əsası kimi qeyd edilmişdir ki, “bəyannamənin 239cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki, 12.181.638,84 manat məbləği (uyğun olaraq 2015 il – 12.181.635,84 manat) sizin əvv əlki illərdə təqdim etdiyiniz bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2015 il – 0,00 manat) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir”.

54. Lakin iş materiallarına əlavə edilmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində formalaşan 2018-ci ilin mənfəət vergisi bəyannaməsi ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş (kameral vergi yoxlamasına məruz qalmış) 2018ci ilin mənfəət vergisi bəyannaməsi müqayisə edilərkən aydın olur ki, cavabdeh vergi orqanı faktiki olaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 224-cü sətrində əksini tapmış xərc məbləğini cavabdeh vergi orqanı əsaslandırılmadan (heç bir səbəb göstərilmədən) qəbul etmədiyi üçün vergi ilinin süni şəkildə mənfəətlə yekunlaşmasına və əlavə vergi mə bləğinin hesablanmasına gətirib çıxarmışdır.

55. Lakin bütün bunlara baxmayaraq mübahisələndirilən qərarda vergi orqanının hərəkəti heç nəyə əsaslanmadan və aşağıda qeyd olunan səbəblərə görə qanuni və əsaslı hesab oluna bilməz: 56. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 24.1-ci maddəsinə əsasən “İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur”. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, kassasiya şikayəti bu hissədə də əsaslı hesab edilə bilməz və mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq düzgün əsaslandırılmadığı üçün Bakı Apellyasiya Məhkəməsi doğru nəticəyə gəlmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin ƏDV ilə bağlı hissəsində də qeyd olunanl ar əsassızdır. Belə ki, iş materiallarına əsasən Kürdəmir-UcarYevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi üzrə işin həcmi heç bir əsas olmadan ƏDV-yə cəlb edilmişdir. Həmin işin həcmi cavabdeh vergi orqanı tərəfindən 2015-2016-cı illərdə səyyar vergi yoxlaması zamanı vergiyə cəlb edilmişdir. Həmin hesablama ilə iddiaçı vergi ödəyicisi razı olmamış və məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı hesab etmişdir ki, yerinə yetirilmiş iş həcmi üçün ƏDV tutulan əməliyyatın vaxtı 2018-ci ilin iyul və dekabr ayları olduğu üçün həmin dövrlərə aid ƏDV bəyannaməsi vergi orqanına təqdim etməklə bəyan etmişdir. Başqa sözlə ifadə etsək, vergi orqanı ilə vergi ödəyicisinin arasında olan fikir ayrılığı ƏDV tutulan əməliyyatın bəyanetmə vaxtı (vergi tutulan əməliyyatın vaxtı) ilə əlaqəl i olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1820/2020 saylı qərarına əsasən iddiası təmin edilməmiş hazırkı iş üzrə mübahisələndirilən yoxlamadan öncəki səyyar vergi yoxlaması ilə hesablanmış vergilərin əsaslı olduğu məhkəmə qərarı ilə təsdiq edilmişdir. Bununla razılaşmayan iddiaçı Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1820/2020 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayət vermişdir. Şikayətə xx.xx.2021-ci ildə baxılmış və yerinə yetirilmiş iş üzrə vergi tutulan əməliyyatın vaxtının ƏDV-nin 2015-2016-cı illərə aid olduğu və əvvəlki səyyar vergi yoxlaması zamanı hesablanan vergilərin qanuna müvafiq olduğu qənaətinə gəlinmişdir. Lakin bu zaman vergi ödəyicisinin özü nün 2018-ci ilin iyul və dekabr aylarında bəyan etdiyi ƏDV məbləğinin dəqiqləşdirilməsi cavabdeh vergi orqanı tərəfindən həmin hesabat dövrləri üzrə səyyar vergi yoxlaması keçirildiyi üçün məhz və yalnız texniki səbəbdən mümkün olmamışdır (səyyar vergi yoxlaması başladığından AVİS yoxlanılan vergi dövrü üçün bəyannamə təqdim etmək imkanını məhdudlaşdırır).

59. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, əvvəlki səyyar vergi yoxlaması zamanı ƏDV-yə cəlb olunmuş əməliyyatı ikinci dəfə vergi ödəyicisinin özü tərəfindən səhv olaraq eyni əməliyyatı bəyan etməsinə baxmayaraq cavabdeh vergi orqanı münasibət bildirməməklə öz vəzifə borcunu yerinə yetirməmişdir. Halbuki həmin dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərardadının “Qərara aldı” hissəs ində “bu qərardadın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınsın” qeydinə əhəmiyyət verilməmişdir. Faktiki olaraq eyni əməliyyat iki dəfə, yəni birinci dəfə vergi orqanının səyyar vergi yoxlaması aktında, ikinci dəfə isə vergi ödəyicisinin özü tərəfindən bəyannamə ilə vergiyə cəlb olunmuşdur.

60. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin verilməsinə texniki şərait yaradılmalı və eyni zamanda təqdim ediləcək bəyannamələrin vergi orqanı tərəfindən kameral yoxlanılması hüququ saxlanılmalıdır.

61. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən yoxlama zamanı hesablanmış ƏDV məbləği hissəsində kassasiya şikayəti əsaslı hesab edilə bilməz və Bakı Apellyasiya Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən ƏDV məbləği Vergi Məcəlləsinin 67.15-ci maddəsinə istinad edilməklə hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 6) yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir. Eyni zamanda iş materiallarında qeyd olunan mal-materialın iddiaçının uçot sənədlərində əks olunduğu barədə hər hansı sübut mövcud deyildi r.

62. Bundan başqa, iş materiallarına əsasən əlavə vergi məbləğinin hesablanmasına səbəb olmuş hallardan biri də müvəqqəti idxal rejimində olan mallara görə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsi olmuş və cavabdeh vergi orqanı bu əvəzləşdirməni əsassız hesab etmişdir.

63. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə ƏDV əvəzləşdirməsinin məhdudlaşdırılmasını nəzərdə tutan Vergi Məcəlləsinin 175.10-cu maddəsinin 2-ci cümləsi 2022-ci ildən, hesablamaya əsas olmuş Vergi Məcəlləsinin 67.15-ci maddəsi isə xx.xx.2019-cu ildən qüvvəyə mindiyi üçün bu maddi hüquq norması 2017-2018-ci illərdə aparılmış əməliyyatlara tətbiq edilə bilməz.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərd ən Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etmək üçün əsas yoxdur.

65. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edərək bildirir ki, keçirilmiş səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis rəyi əldə edilməsi məqsədi ilə yoxlama müddətinin dayandırılması barədə qərar qəbul edilməsinə baxmayaraq, dayandırmanın səbəbinin nəticəsini gözləmədən yoxlamanın keçirilməsini davam etdirmiş və əsassız qərar qəbul etmişdir. Həmçinin aparılan yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında təyin olunmuşdur ki, bu da yoxlamanın təyin olunması barədə qərarla əsaslandırılmamışdır.

66. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keç irilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məq sədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2001/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar