Məhkəmə qərarları › İş №2-1(102)-273/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-273/2024

15.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-273/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğvi, məcburi dövlət sosial sığorta haqları üzrə borc, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barəd ə” qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2301/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı notariat fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 12 saylı Notariat ofisinin xüsusi notariusudur.

2. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2018-ci ilin İ-İV rübləri üçün məcburi dövlət sosial sığorta haqları üzrə 16844,88 manat əlavə borc məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli və xx.xx.2019-cu il tar ixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir.

3. Cavabdeh tərəfindən həmçinin iddiaçıya münasibətdə 2019-cu ilin İV rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə 73,87 manat əlavə borc məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il ta rixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir notariat fəaliyyəti ilə məşğul olur və hazırda Bakı şəhəri 12 saylı Notariat ofisinin xüsusi notariusudur. Bu müddət ərzində vergi ödəyicisi kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri tam həcmdə və vaxtında ödəmişdir. Lakin cavabdehin ona göndərdiyi xx.xx.2022-ci il tarixli bildirişdə 8149,38 manat məbləğində vergi borcunun olduğu qeyd edilmişdir. İnternet resurs səhifəsinin “Vergi borcu barədə məlumat” hissəsində isə 19112,95 manat vergi borcu göstərilmidir. İddiaçının fəaliyyəti üzrə hər hansı ödənilməmiş vergi borcu yoxdur. Həmin uyğunsuzluqların araşdırılması, eləcə də borcun yaranmasının hüquqi əsaslarının öyrənilməsi məqsədilə iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etməyə məcbur olmuşdur. Əvəzində bir neçə cavab məktubu ilə ona bildirilmişdir ki, guya onun külli miqdarda ödənilməmiş məcburi dövlət sosial sığorta borcu var. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli bildirişində göstərilir ki, guya onun həmin tarixə 8259,31 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 5995,35 manat, faizlər üzrə isə 2263,96 manat borcu var. Digər tərəfdən, Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin sorğuya verilən cavab məktubunda göstərilir ki, “vergi orqa nı tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmiş borc bildirişində qeyd olunan məcburi dövlət sosial sığorta haqqı üzrə 5995,35 manat əsas, 2154,03 manat faiz borc məbləğləri iddiaçının təqdim etdiyi 2019-cu ilin 2-4-cü rübləri üzrə “Xüsusi notariuslar” və 2019-cu ilin 3-4-cü rübləri üzrə “Muzdlu işləyənləri işəgötürən sığortaedənlər (MDSS)” sosial sığorta hesabatları və xx.xx.2020-ci il tarixdə vergi orqanının 2019-cu ilin 4-cü rübü üzrə əlavə sığorta haqqı hesablaması və müvafiq dövrlər üzrə onun (iddiaçının) təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatlarına)” əsasən hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığo rta haqları üzrə hesablamalarına münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. xx.xx.2022-ci il tarixə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” şəxsi hesab vərəqəsi üzrə mövcud olan 7270,36 manat əsas və 5673,47 manat faiz borc məbləğləri xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə vergi orqanı tərəfindən 2018-ci ilin 1-4-cü rübləri üzrə “Vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst” sosial sığorta hesabatları üzrə hesablanmış məbləğlər və müəyyən edilmiş müddətdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalara münasibətdə hesablanmış faizlər ilə təmin edilmiş müvafiq ödənişlərin fərqindən ibarətdir. Müvafiq fondlara xx.xx.2022-ci il tarixə borc aşağıdakı kimidir: məcburi dövlət sosi al sığorta haqları üzrə 13265,71 manat əsas, 7939,02 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0,02 manat əsas borc, borcun dərhal ödənilməsi tələb olunur.” İddiaçı hesab edir ki, nə vergi borcu, nə də ki, məcburi dövlət sosial sığorta ödənişləri (MDSS) üzrə hər hansı bir borcu olmayıb və hazırda da yoxdur, əvvəlki dövrlər üzrə, yəni 2019-2020-ci illər üzrə hər hansı ödənilməmiş borcu olmamışdır və belə olduğu təqdirdə cavabdehin ona təyin etdiyi borc öhdəliyi də əsassızdır. Həmçinin, əvvəlki borc öhdəliyi ona əsassız hesablandığına görə cavabdeh tərəfindən sonrakı dövrlər üçün ödədiyi MDSS haqları əvvəlki mövcud olmayan borcların ödənilməsinə qanunsuz olaraq yönəldilmişdir. Beləliklə də, hazırda süni şəkildə borc öhdəliyi yaranmışdır. Ona hesablanmış borcların yaranmasına əsas o lmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamışdır. İddiaçının sorğularına da əsaslı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır.

6. Cavabdehin iddianın mümkün sayılmamasına dair məhkəməyə ünvanladığı vəsatətdə qeyd edilmişdir ki, vergi orqanının elektron üsulla təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********595800 nömrəli qərarı xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli, **********247500 nömrəli, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli qərarları xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarı isə xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı həmin qərarları xx.xx.2022-ci il tarixdə mübahisələndirmiş və bununla İPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmiş və 3054,2 manat ödəniş edilmişdir. Bu da, MDSS üzrə büdcəyə ödənilməli vəsaitin yayındırılması kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli “Kamer al vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından, 2018-ci ilin 1-4cü rübləri üçün MDSS (Xüsusi notariuslar (0300)) bəyannamələri üzrə 16844,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli **********247500 nömrəli, **********249900 nömrəli və **********251000 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. xx.xx.2019-cu il tarixədək qüvvədə olan “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Vergi orqanına təqdim edilən 2019-cu ilin 4-cü rübü üzrə bəyannamələrdə işçilərə ödənilən əmək haqqı məbləğinin minimum aylıq əmək haqqı səviyyəsində və ya daha aşağı olması əmək haqlarının tam rəsmiləşdirilməməsi qənaətinin yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş, təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əmək haqqı məbləğinin düzgün əks etdirilməsi tövsiyə olunmuşdur. Lakin vergi ödəyicisi tə rəfindən bildirişdə qeyd olunan təsdiqedici sənədlər təqdim olunmadığından, 2019-cu ilin 4-cü rübü üçün MDSS (Muzdlu işləyənləri işə götürən sığortaedənlər (0112)) bəyannaməsi üzrə 73,87 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********902500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində sıfır faizlə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə xx.xx.2019-cu il tarixdən minimum əmək haqqı ölkə üzrə 250 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta borcunun olmaması barədə arayışları əlavə edərək ödənilməmiş borcunun olmamasını və borcun əsassız hesablandığını bildirmişdir. Təqdim olunan arayışlar 2012-2017-ci illər üzrə olan dövrə borcun olmamasını təsdiq etmiş, iddiaçı tərəfindən isə vergi orqanının 2018-ci ilin 1-4-cü rübləri və 2019-cu ilin 4-cü rübü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişiklikl ərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının q aytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə, sosial sığortanın prinsiplərindən biri onun məcburiliyidir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

8. İş üzrə birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş, məktub, digər məlumat daşıyıcısı göndərilməmişdir. Müvafiq məktub alındığı təqdirdə, iddiaçı tərəfindən bütün zəruri sənədlər vergi orqanına təqdim olunardı.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 09 fevral 2023-cü il tarixli, 2-1(112)-2873/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, məhkəməyə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə daxil olsa da, cavabdeh inzibati orqan xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarların xx.xx.2022-ci il tarixdən əvvəlki dövrdə iddiaçıya müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müd dəti buraxılmamış qiymətləndirilir.

11. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdeh inzibati orqanın kameral vergi yoxlaması keçirməklə qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarlarını mübahisələndirir. Məhkəmə vurğulayır ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq bəyannamənin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Xüsusi notarius tərəfindən bəyannamələr isə, vergi orqanına hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verilir. Hazırkı işin hallarına görə, 2018-ci ilin İ-İV rübləri üzrə bəyannamələrin 2019-cu ilin may ayınadək (mübahisə predmeti olan qərarlar 18 iyun və 21 iyun 2019-cu il tarixlərdə qəbul olunmuşdur) təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə 2018-ci ilin İ-İV rübləri üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verildiyi və ya müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdən 30 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.20 19-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları qəbul etdiyi kameral vergi yoxlamasını onlar üçün müəyyən olunmuş müddət ötürülməklə (pozulmaqla) keçirmişdir. Bununla da, həmin qərarlar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də “İnzibati icraat haqqında” Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cavabdehin kameral vergi yoxlaması üzrə yuxarıda qeyd olunan əsaslarla sosial sığorta haqları üzrə məbləğlərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları – əlverişsiz inzibati aktları qanunsuz sayılmalıdır.

12. Mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli ***** *****902500 nömrəli qərara gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin qərarın qəbulu üzrə aparılan icraatda Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyənləşdirilmiş müddət kriteriyasına riayət olunsa da, həmin Məcəllənin 37.4-cü maddəsində nəzərdə tutulan “kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatların tələb edilməsi”, yəni bununla bağlı sənədlərin təqdim edilməsi üçün vergi ödəyicisinin məlumatlandırılması təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan qeyd olunanları (çatdırılmanın təmin olunmamasını) təkzib edən heç bir sübut, o cümlədən poçt sənədi təqdim etməmişdir. Bu isə, belə nəticə yaradır ki, kameral vergi yoxlaması üzrə icraat formal aparılmış və xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərar vergi ödəyicisinə müvafiq sənədlərin təqdim olunması üçün zəruri şərait yaratmadan qəbul olunmuşdur. Halbuki, iddiaçının müvafiq qaydada məlumatlandırıldığı halda, uyğunsuzluğun aradan qaldırılmasını şərtləndirən zəruri sənədləri vergi orqanına təqdim etməsini istisna edən xüsusat müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin xx.xx.2020-ci il tarixli, **********902500 nömrəli qərarı da qanuna zidd, yəni Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbləri pozulmaqla qəbul olunmuş sayılır.

13. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********25 1000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktların özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə (“İnzibati icraat haqqında” Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Həmçinin, məhkəmənin qənaətinə görə cavabdehin “Ve rgilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********902500 nömrəli, xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, **********249900 nömrəli və **********247500 nömrəli qərarları qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya qanunvericiliklə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə borcu (əsas borc və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 1.4 və 3.8-ci maddəsinin tələblərinə ziddir.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məh kəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 05 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2301/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. K assasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddia müddətinin ötürülməsi barədə cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilmiş, iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə prosessual müddətin bərpa edilməsi barədə heç vaxt ərizə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti təmin edilməmiş, iddia müddəti buraxılmamış kimi qiymətləndirilmişdir. İddiaçı müddətin buraxılmasının səbəbi kimi məhkəmə prosesi zamanı bildirmişdir ki, ona hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmamış, nə də ki, dəqiq, əsaslı və ətraflı olaraq ona izah olunmamış, iddiaçının sorğularına da əsa slı cavab verilməmiş və borcların hesablanması ilə əlaqədar qəbul olunmuş qərarlar ona təqdim olunmamışdır. Bu dəlilə münasibətdə qeyd edilməlidir ki, əvvəla iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 4-cü bəndində elektron sənədlərin mübadiləsindən imtina edildikdə vergi orqanına ərizə vermək, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi xx.xx.2019cu il tarixli qərar xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli qərarlar xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixli qərar isə xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilmi şdir. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı qanunvericilik normalarına düzgün əməl edilməmişdir.

19. Həmçinin apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının bəyannamələri təqdim etmədiyini ifadə etdiyi halda, digər tərəfdən bəyannamələri təqdim etdiyi qənaətinə gəldiyini sərgiləmişdir. Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli məktubla vergi ödəyicisinə müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatlarının təqdim edilməməsi və hesabatlar və zəruri olan sənədlər (məlumatlar) 5 (beş) iş günü ərzində təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi öh dəliklərinin yenidən hesablanacağı barədə xəbərdarlıq edilmişdir. Yəni vergi ödəyicisi mövcud vəziyyət barədə məlumatlı olmuş, buna baxmayaraq nə vergi orqanına, nə də məhkəməyə hesabatları təqdim etməsi barədə hər hansı bir sübut təqdim etməmiş və ya təqdim edəcəyi barədə heç bir məlumat verməmişdir. Həmçinin, 2018-ci il üçün təqdim edilmiş xüsusi notariusun gəlir vergisi bəyannamələrinə əsasən 128490,3 manat gəlir əldə edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatları təqdim edilməmişdir. Qanunvericilikdə müvafiq bəyannamənin vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunduğu vaxtdan 30 iş günü müddətində vergi yoxlamasının keçirilməsini nəzərdə tutur. Lakin hazırkı işin halları vergi ödəyicisi tərəfindən müvafiq hesabatlar təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37.2-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Həmçinin vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə elektron üsulla vergi ödəyicisinə “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndərilmiş və xx.xx.2020-ci ildə oxunmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan inzibati aktların iddiaçıya çatıdırılması barədə sənədləri və 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş müvafiq bildirişin iddiaçıya çatırılması barədə sənədləri ümumiyyətlə araşdırmamış və qiymətləndirməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarını təhrif etməsi və qanunun müddəalarını bu şəkildə yanlış təfsir etməsi gəldiyi yanlış və əsassız nəticənin əsaslandırılmasına xidmət etmişdir. A pellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyətli olan halları ətraflı araşdırmadan qanuni və əsaslı olmayan qərar qəbul etdirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hər əkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 13.2.72 (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Elektron kabinet – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə; Maddə 16.1 və 16.1.1. Qanu nla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.21-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Verg i qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 70.2-1 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 i ş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Maddə 85.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 85.5-1 (xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövl ət sosial sığorta haqqına, münasibətdə tətbiq edilmir. 24. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9-1.1 (xx.xx.2019-cü il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10 (xx.xx.2019-cü il tarixədək qüvvədə olan redaksiyada). Sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Maddə 10 (xx.xx.2019-cü il tarixdən qüvvədə olan redaksiyada). Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifəsidir. Maddə

11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redak siyada). Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı: vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün — gəlirlərinin 20 faizi miqdarında ödənilir. Maddə 14.5 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; 25. “İnzibati icraat haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 a y müddətində müvafiq şikayət instansiyasına verilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddi ndə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıl an zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

31. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əh əmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

32. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********595800 nömrəli, xx.xx.2019-cu il tarixli **********251000 nömrəli, xx.xx.2019-cu il tarixli **********249900 nömrəli, xx.xx.2019-cu il tarixli **********247500 nömrəli və xx.xx.2020-ci il tarixli **********902500 nömrəli qərarların ləğv edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

34. Hazırkı mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən qərarların elektron qaydada iddiaçıya çatdırıldığına və oxunduğuna istinad etməklə iddianın mümkün sayılmaması barədə vəsatət təqdim etmiş və kassasiya şikayətində qeyd olunan məsələni yenidən vurğulamışdır.

35. Məhkəmə kollegiyası iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi bundan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövrə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə əvvəlki inzibati aktın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münas ibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Bu halda da iddiaçının yenidən iddia ilə məhkəməyə müraciət etməsi mümkündür. Bu mənada vergi ödəyicisinin kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarı ən azı 3 il ərzində mübahisələndirmək imkanına malik olduğu nəzərə alınmalıdır. Qeyd olunan səbəbdən, eləcə də prosessual qənaət prinsipinin məqsədləri baxımından hazırkı iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Bundan başqa, qərarların elektron üsulla çatdırılması “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilməli dir. Hazırkı işdə isə mübahisələndirilən qərarların qeyd olunan Qanunun tələblərinə uyğun şəkildə çatdırılmasına dair müvafiq sübut yoxdur.

36. İddianın mahiyyətinə münasibətdə isə nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixdən məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin İV rübü, xx.xx.2019-cu il tarixlərdə isə 2018-ci ilin İ-İİİ rübləri üzrə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 37.2ci maddəsinin hesablama aparılan dövrdə qüvvədə olan redaksiyasına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisinin bəyannamə təqdim etdiyi vaxtdan 30 iş günü ərzində həyata keçirilə bilərdi. Hazırkı mübahisəyə dair iş üzrə materiallarda isə iddiaçının 2018-ci ilin İ-İV rübləri üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatları Dövlət Sosial Müdafiə Fonduna təqdim etməsinə dair məlumatlar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hesabatların Dövlət Sosial Müdafiə Fonduna təqdim edilib-edilmədiyini araşdırmadan, cavabdeh tərəfindən hesablamanın 30 iş günü müddətində aparılmadığına və kameral hesablamadan öncə vergi ödəyicisindən hər hansı məlumatın, izahatın tələb olunmadığına istinadən iddianı təmin etmişdir. Halbuki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Nəzərə almaq lazımdır ki, yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir.

37. Hə mçinin, nəzərə alınmalıdır ki, 30 iş günü müddəti Vergi Məcəlləsinin tələbidir və 2018-ci ildə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatların həmin müddət ərzində vergi orqanı tərəfindən yoxlanılması mümkün deyildir. Çünki bu səlahiyyət vergi orqanlarına xx.xx.2019-cu il tarixdən verilmişdir və həmin ildən Vergi Məcəlləsinə əlavə olunan 1.4-cü maddəyə görə, Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları ilə, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətlə, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslər inin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə bağlı qaydalara dair müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

38. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-1-ci maddəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020 -ci il tarixədək qüvvədə olan redaksiyasına görə isə, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

39. Cavabdeh xx.xx.2019-cu il tarixli uyğunsuzluq məktubu ilə iddiaçıya 2018-ci ilin İ-İV rübləri üzrə xüsusi notariusların məcburi dövlət sosial sığorta hesabatlarının təqdim edilməməsi, hesabatlar və digər zəruri sənədlərin (məlumatların) beş iş günü ərzində təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdarlıq olunduğunu qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin halın təsdiq olunubolunmadığını, yəni iddiaçı ilə cavabdeh arasında “Elektron sənəd mübadiləsi haqq ında” müqavilənin olub-olmadığını, həmin uyğunsuzluq məktubunun, eləcə də mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********902500 nömrəli qərara münasibətdə iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildirişin elektron üsulla iddiaçının elektron kabinetinə göndərilib-göndərilmədiyini, həmçinin bunun “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilib-keçirilmədiyini müəyyən etməmişdir.

40. Belə ki, bu qərarın 23-cü və 25-ci bəndlərində istinad edilən normalara əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş sənədlər, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş sənədlər isə, göndərildiyi gündən 3 gün keçdikdən s onra maraqlı şəxsə təqdim olunmuş sayılır.

41. Bundan başqa, iş üzrə materiallarda iddiaçının 2018-ci ilin İ rübü üzrə borcunun olmadığına dair Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müvafiq məktubunun olduğu da nəzərə alınmalı və işə təkrar baxılması zamanı həmin məktuba da hüquqi qiymət verilməlidir.

42. Eyni zamanda nəzərə alınmalıdır ki, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına görə, xüsusi notariuslar üçün məcburi dövlət sosial sığorta haqqı gəlirlərinin 20 faizi miqdarında ödənilir. Həmin maddənin xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyasına görə isə, xüsusi notariuslar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında ödənilir.

43. Mübahisəyə dai r iş üzrə materiallardan görünür ki, cavabdeh iddiaçının 2018-ci il üzrə təqdim etdiyi xüsusi notariusun gəlir vergisi bəyannaməsinə əsasən onun 128490,3 manat gəliri olduğuna istinad edir. Lakin həmin bəyannamənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti iş materiallarında yoxdur. Ümumiyyətlə, iddiaçının 2018-ci ilin İ-İV rübləri üzrə cavabdeh tərəfindən əlavə hesablamaya əsas olan gəlirlərini təsdiq edən sənədlər apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilməmiş, həmin gəlirlərin hansı məbləğdə olması araşdırılmamışdır.

44. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm fakt iki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusi on məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

46. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

47. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə mə hkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

49. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblə rinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2301/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar