Məhkəmə qərarları › İş №2-1(102)-2730/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2730/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2730/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: mümkünlük; apellyasiya mümkün sayılmamışdır GİRİŞ HİSSƏ 12.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı əlilliyə görə ə mək pensiyanın təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbənin imtinasını əsassız hesab edərək, iddiaçıya 11.10.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin olünmasının ə/kitabçası əsasında olan, 08.05.1983-cü il tarixdən 28.08.2002-ci ilədək Azərbaycan Respublikası 15 saylı Regionl ararası Təmir Tikinti Quraşdırma İdarəsində işlədyi iş stajını nəzərə almaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.08.2017-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-3767/2017) iddianın təmin edilməsi; iddiaçının 08.05.1983-ci il tarixdən 28.08.2002-ci ilədək Azərbaycan Respublikası 15 saylı Rayonlararası Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial siğorta stajına daxil edilməklə, 11.10.2016-cı ildən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və E.Kərimli; iş № 21(103)-1604/19) cavabdeh şöbənin apellyasiya şikayətinin üzrə apellyasiya icraatının mümkün sayılmaması; apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazim i qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən i sə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.08.2017-ci il tarixli qərarı 31 avqust 2017-ci il tarixdə cavabdeh şöbəyə təqdim olunmuş və 29 sentyabr 2017-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra, məhkəmənin 29 avqust 2017-ci il tarixli məktubu ilə icra edilməsi üçün ona göndərilmişdir. Bundan sonra cavabdeh şöbə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə 24.10.2017-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, tərəfindən qərar icra olunmuşdur. Göründüyü kimi, qərarın alındığı, həm də həmin qərarı icra etdiyi vaxtdan 1 ildən də çox müddət keçdikdən sonra, cavabde h şöbə 23.05.2019-cu il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh şöbə tərəfindən şikayətin verilməsinin prosessual qanunvericiliklə müəyyən olunan qaydalarına riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anında n, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda elan edilmə anından başlanır. İşin hallarından isə göründüyü kimi, cavabdeh şöbə tərəfindən İnzibati Prosessual Məcəllənin qeyd olunan norması ilə müəyyən edilən 30 günlük şikayət vermə müddəti buraxılmışdır. Digər tərəfdən isə həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İşin yuxarıda qeyd olunan hallarından isə göründüyü kimi, iddiaçı nəinki qərarı aldığı, hətta onu icra etdiyi gündən belə 1 ildən çox olan müddət keçmişdir. Göstərilənlərə əsasən, 1-ci in stansiya məhkəməsinin qərarından cavabdeh şöbənin verdiyi apellyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri öz təsdiqini tapmır. Belə ki, həm şikayətin qanunla müəyyən olunan verilmə müddətinin ötürülməsi, həm də müddətin bərpası barədə ərizənin belə verilməsinin, 1 ildən çox müddət keçdiyinə görə mümükünsüz olması, bütün bunlar cavabdehin apellyasiya şikayətinin məhkəmə icraatını istisna edir. Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Beləliklə də, cavabdeh şöbənin 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18.08.2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalı, şikayətin icraata, qəbul edilməsindən imtina olunmalı və geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq no rmaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar