Məhkəmə qərarları › İş №2-1(102)-2730/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2730/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2730/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə da ir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2-1(103)2106/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998ci il tarixli sərəncamına əsasən X4 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 600,0 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamının 1 və 2-ci bəndlərinə dəyişiklik edilərək X6 Zığ qəsəbəsinin qərb hissəsində 300,0 kv.m torpa q sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına icazə verilmişdir. Qalan 300,0 kv.m X2 tərəfində saxlanılmışdır.

3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1141/2008 saylı iş üzrə qəbul etdiyi xx.xx.2008-ci il tarixli qətnaməsi ilə İddiaçı Hadi qızının cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı vərəsəlik faktının təsdiq edilməsi və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamında qismən dəyişiklik edilməsinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı Hadi qızının xx.xx.2003-cü ildə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınması, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamına qismən dəyişiklik edilməsi, İddiaçı Hadi qızının mərhum X3 vərəsəsi olması faktının təsdiq edilməsi, X3 adına v erilmiş Suraxanı rayon İcra Hakimiyyəti Başçının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamının İddiaçı Hadi qızının adına keçirilməsi qət edilmişdir.

4. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli xx.xx.2012ci il tarixli sərəncamına Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının 2-ci bəndi X2 adından İddiaçı adına keçirilmişdir. Sərəncamın qalan bəndləri dəyişiklik edilmədən saxlanılmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qə səbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsinin təmin olunmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2020-ci il tarixli **********83 nömrəli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi ilə bağlı İddiaçı Hadi qızının adına Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir, belə ki, qeyd olunan tarixdə torpaq sahəsinin addan-ada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Həmçinin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur (qonşu torpaq sahəsi ilə aralarında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edil məmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq sənədləri ilə cavabdehə müraciət edərək xahiş etmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 №-li, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 02 fevral 1998-ci il tarixli sərəncamına dəyişiklik aparılması haqqında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2000-ci il tarixli, 1233 №-li sərəncamının 2-ci bəndi X5 adından iddiaçının adına keçirilmişdir. Qeyd olunan 25 avqust 2000-ci il tarixli, 1233 №-li sərəncamının 2-ci bəndinin məzmunu belədir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, fərdi tikinti təyinatlı, 300 kv.metr torpaq sahəsi X5 tərəfində sa xlanılsın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, eləcə də Mülki Məcəlləyə görə torpaqlar qeydiyyata alınmalıdır. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 №-li, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 21 sentyabr 2021-ci il tarixli məktubla dolayısı yolla tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh cavab məktubunda əv vəlki cavablarına istinad edərək çatışmamazlıqların aradan qaldırılmadığını, təqdim edilən sənədlərin dövlət reyestri haqqında qanunun 8-ci maddəsinin tələbinə uyğun olmadığı göstərilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair İddiaçı Hadi qızının adına Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Belə ki, qeyd olunan tarixdə torpaq sahəsinin addanada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. Həmçinin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq mövcuddur (qonşu torpaq sahəsi ilə aralarında notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir). Sözügedən to rpaq sahəsi mübahisəlidir və hüquqmüəyyənedici sənədlərdə 300 kv.m qeyd olunsa da, faktiki 202 kv.m təşkil edir (+98 kv.m zəbt sahə). Bu barədə vətəndaşa sonuncu dəfə **********73 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarəyə daxil olan sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyətinin 123 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X5 adına (iddiaçının mərhum həyat yoldaşı) Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Suraxanı rayon İcra Hakimiyyətinin 1233 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsinin 300 kv.m X7, Suraxanı rayon İcra Hakimiyyətinin 169 saylı xx.xx.2012-ci il tarixli sərəncamı ilə digər 300 kv.m hissəsi mərhum X5 həyat yoldaşı İddiaçı Hadi qızının adına dəyişdirilmişdir. X1 öz torpaq sahəsini 3 hissəyə bölərək özgəninkiləşdirmişdir. Lakin öz sahəsindən də əlavə 98 kv.m iddiaçının ərazisindən istifadə edir.

10. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 2-1(112)-3014/2022 nömrəli qərarı ilə (hakim: M.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)- 1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinin İddiaçının adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi c avabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla torpaq sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2-1(103)-2106/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə -sədrlik edən, K.Əkbərov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin, 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 №-li qətnaməsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçıya Zığ qəsəbəsində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsinin ayrılması barədə 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli sərəncam verilmişdir. Bu səbəbdən də iddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən hissəsinin başqası tərəfindən zəbt olunması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Həmçinin cavabdeh ap ellyasiya şikayətində qeyd olunan tarixdə torpaq sahəsinin addan-ada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, həmin sərəncamda dəyişiklik edilməsi qanuni qüvvəyə minmiş qətnamə əsasında olmuşdur.

15. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 10.2, 15.1-ci maddələrinə və “İnzibati icraat haqqında” Qanunun 11.1, 15.2, 19.1, 19.2, 24.1, 24.2, 24.4-cü maddələrinə istinad etmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməs i tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin pozulmasını qeyd etmişdir. Belə ki, apellyasiya məhkəməsi xx.xx.2012-ci il tarixində yerli icra hakimiyyətinin torpaq sahəsinin addan-ada keçirilmə səlahiyyətinin olub-olmaması, 300 kv.m torpaq sahəsinin faktiki olaraq naturada mövcud olub-olmaması məsələsini araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən mə hkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegi yası, həmçinin aşağıdakıları nəzərə alır.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən mə hkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsinə istinadən, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli, 12 dekabr 2012-ci il tarixli Sərəncamı ilə ona ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən, tikinti təyinatlı, ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X4 fərdi yaşayış e vi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 123 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamının 1 və 2-ci bəndlərinə dəyişiklik edilərək X6 Zığ qəsəbəsinin qərb hissəsində 300,0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına icazə verilmişdir. Qalan 300,0 kv.m X2 tərəfində saxlanılmışdır. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 169 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamına Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1233 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının 2-ci bəndi X2 adından İddiaçı adına keçirilmişdir. Sərəncamın qalan bəndləri d əyişiklik edilmədən saxlanılmışdır.

31. İddiaçının istinad etdiyi Suraxanı rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli, 2(010)-1141/2008 nömrəli qətnaməsi ilə İddiaçı Hadi qızının cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı vərəsəlik faktının təsdiq edilməsi və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamında qismən dəyişiklik edilməsinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı Hadi qızının xx.xx.2003-cü ildə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınması, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamına qismən dəyişiklik edilməsi, İddiaçı Hadi qızının mərhum X3 vərəsəsi olması faktının təsdiq edilməsi, X3 adına verilmiş Suraxanı rayon İcra Hakimiyyəti Başçının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamının İddiaçı Hadi qızının adına keçirilməsi qət edilmişdir.

32. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətinin təkrar edən dəlili ondan ibarətdir ki, xx.xx.2012-ci il tarixində torpaq sahəsinin addan-ada keçirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olmamışdır.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1233 saylı sərəncamına dəyişiklik edilməsi qanuni qüvvəyə minmiş qətnamə əsasında olmuşdur.

34. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun olması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası, bununla bağlı hər hansı sübut təqdim edilməməsi barədə apellyasiya məhkəməsin in mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, göstərilən uyğunsuzluq iddianın təmin edilməməsinə əsas ola bilməz.

35. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, hazırkı işdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir

36. Beləliklə, hazırkı halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olmuşdur.

37. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-2106/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar