Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2730/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2-1(103)842/2023 nöm rəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim N.Abıyev) 21 sentyabr 2022-ci il tarixli, 21(112)-8377/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx xxx 1960-cı il təvəllüdlü İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlə rlə Təyinat üzrə Mərkəzi Filialı) xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə olunmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.Tağızadə və K.Əkbərov) 14 fevral 2023-cü il tarixli, 2-1(103)842/2023 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S,Nə bizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 02 avqust 2023-cü il tarixli 21(102)-1715/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2-1(102)-1715/2023 tarixli və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2-1(103)-842/2023 nömrəli qərarlarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
8. Ərizəçinin əsaslandırılması: 8.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin xx.xx.2023-cü il tarixli 3-16-03/2-3804/11-Q-249-6/2023 nömrəli cavab məktubunda qeyd edilir ki, Nazirlər Kabinetinə ünvanlanmış müraciətinə Ədliyyə Nazirliyində baxılmış və müəyyən edilmişdir ki, döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrində döyüşlərdə olma müddətinin əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə hesablanması məsələsini tənzimləyən normativ hüquqi aktların məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyələr aşkar edilməmişdir. Bu hallar aşkar edildikdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 90.1-ci maddəsinə əsasən müvafiq normaları həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikas ı Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi rəsmi şərh edir. 8.2. Eyni zamanda, Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsindən onun müraciətinə əsasən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16/2-48/11-Q-2-6/2024 saylı cavab məktubundan məlum olur ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsində sığorta stajının hesablanmasında güzəştlər yalnız əmək pensiyası hüququ verən sığorta stajına daxil olan dövrlərə görə müəyyən edilmişdir. 8.3. Nazirlər Kabinetindən Ədliyyə Nazirliyinə daxil olmuş digər müraciəti əsasında ona verilmiş xx.xx.2024-cü il tarixli 3-16-03/2-55/11-Q-15-6-2024 nömrəli cavab məktubundan həmçinin məlum olur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun mü əyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Adıçəkilən Qanunun 24.0.1-ci maddəsinə uyğun olaraq, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (Azərbaycan Respublikası Nazirlər Kabineti qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir. 8.4. Bütün bunlar onu deməyə əsas verir ki, “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” hazırkı ərizəyə əlavə edilmiş, işin düzgün həlli ü çün gerçəkdən həlledici material olan və işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən sonradan aşkar olunmuş yeni sübutlar və hallar Ali Məhkəmənin İnzibati Kollegiyasına iş üzrə 02 avqust 2023-cü il tarixli qərarı qəbul edərkən məlum olmamışdır. Əgər belə olmasaydı, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair mahiyyətcə ədalətli və başqa məzmunda yeni qərar qəbul etməklə, onun iddia tələbinə münasibətlə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci və 24-cü maddələrinin müddəalarını düzgün qiymətləndirmiş və tətbiq etmiş olardı.
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.Abbasova /sədrlik edən və məruzəçi/, E.Əliyev və C.Yusifov) 02 iyul 2 024-cü il tarixli 2-1(103)842/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş ərizədə istinad edilən hallar yeni sübutların və ya halların aşkar olunması, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmayan yeni açılmış hallar qismində qəbul edilə bilməz. Belə ki, istinad olunan hallar qanunvericiliyin tələblərinə ziddir.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini və ilkin icraatın davam etdirilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı ərizənin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 13.Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə ərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellya siya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayə t üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə yeni açılmış halların mövcud olub-olmaması ilə bağlı zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
20. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya halların olduğunu əsaslandırmalıdır. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Həmin sübut və halla r mütləq mübahisənin olduğu dövrdə mövcud olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim edilməsinin mümkün olmadığı sübuta yetirilməlidir.
21. Nəzərə alınmalıdır ki, qanunvericinin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün müəyyən etdiyi şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini daşıyır.
22. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda, ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümum iyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.
23. Konstitusiya Məhkəməsinin Plenumu Y.Cümşüdovun şikayəti üzrə 3 iyul 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki: “...işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı, bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır...” 24. “Yeroqova Rusiya Federasiyasına qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni mövqedən çıxış edərək qeyd etmişdir ki, “işə aid və məhkəmə prosesi zamanı mövcud olan, lakin hakimdən gizli qalmış hallar “yeni açılmış haldır”.
25. Hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallara istinad etməmiş və bu barədə sənədlər təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli 21(103)-842/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.