Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2731/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2731/18) Bakı şəhəri 19 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-524/2018 saylı iş üzrə 10.1 0.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixində Ağdam rayonunun Saybalı kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçının 06.05.1979-cu il tarixli PT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən o, 06.05.1979-cu il tarixdən – 01.07.1983-cü il tarixədək 28 nömrəli Xüsusi Təyinatlı İdarəetmədə, 02.07.1983-cü il tarixdən - 04.10.2003-cü il tarixədək 7 nömrəli “Aqrartikinti” X5 X1, o cümlədən 02.07.1983-cü il tarixdən - 12.10.1996-cı il tarixədək izo lyasiyaçı vəzifəsində işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini 10.05.2018-ci il tarixli 57/1557 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, onun işlədiyi müəssisələr hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin harada saxlanılması məlum olmadığından onun işlədiyi illərin yerində qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı olmadığı üçün tələbin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən edilmiş imtina əsassızdır. Belə ki, onun işlədiyi illər əmək kitabçasında qeyd olunmuşdur və həmin illərin güzəştli iş stajı kimi hesablanması üçün qanuni əsaslar mövcuddur. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı əmək kitabçasında qeyd olunan 06.05.1979-cu il tarixdən - 01.07.1983-cü il tarixədək 28-Nli Xüsusi Təyinatlı İdarəetmədə və 02.07.1983-cü il tarixdən 04.10.2003-cü il tarixədək 7N-li Kənd Təsərrüfatı X1 işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanması və 02.07.1983-cü il tarixdən 12.10.1996-cı il tarixədək izolyasiyaçı vəzifəsində işlədiyi dövrlərin güzəştli iş stajı kimi hesablanması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 09.07.2018-ci il tarixli iş № 2-1(84)-1069/2018, (sədrlik edən hakim Kənan Vəliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 06.05.1979-cu il tarixdən 01.07.1983-cü il tarixədək 28 nömrəli Xüsusi Təyinatlı İdarəetmə, 02.07.1983-cü il tarixdən 04.10.2003-cü il tarixədək 7 nömrəli Kənd Təsərrufatı X1 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, 02.07.1983-cü il tarixdən 12.10.1996-cı il tarixədək izolyasiyaçı işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və ona 10.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rə dd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.07.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10.10.2018-ci il tarixli iş № 2-1(107)-524/2018 (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 09.07.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsa slandırılmışdır ki, iddiaçının 52 yaşı 2014-cü il tarixdə tamam olduğu üçün pensiya hüququna həmin tarixdə qüvvədə olan qanunvericiliyə uyğun baxılmışdır. 2014-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan qadınların 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin (əmək şəraiti xüsusilə ağır olan) işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi d övlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlamasını həyata keçirir. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan 06.05.1979-cu il tarixdən 01.07.1983-cü il tarixəd ək 28 nömrəli Xüsusi Təyinatlı İdarəetmə, 02.07.1983-cü il tarixdən 04.10.2003-cü il tarixədək 7 nömrəli Kənd Təsərrüfatı X1 işləmə faktının “Qaydalar”a uyğun qarşılıqlı yoxlanılması mümkün deyil. Əmək kitabçasında qeyd olunan müəssisələr halhazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün onun həqiqətən həmin müəssisələrdə işləməsini və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini aydınlaşdırmaq mümkün deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasi ya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərə findən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 52 yaşı 2014-cü il tarixdə tamam olduğu üçün pensiya hüququna həmin tarixdə qüvvədə olan Qanunvericiliyə uyğun baxılmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan 06.05.1979-cu il tarixdən 01,07.1983-cü il tarixədək 28 nömrəli Xüsusi Təyinatlı İdarəetmə, 02.07.1983-cü il tarixdən 04.10.2003-cü il tarixədək 7 nömrəli Kənd Təsərrüfatı X1 işləmə faktının “Qaydalar”a uyğun qarşılıqlı yoxlanılması mümkün deyil. Əmək kitabçasında qeyd olunan müəssisələr hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün onun həqiqətən həm in müəssisələrdə işləməsini və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini aydınlaşdırmaq mümkün deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 06.05.1979-cu il tarixdən - 01.07.1983-cü il tarixədək 28 nömrəli Xüsusi Təyinatlı İdarəetmədə, 02.07.1983-cü il tarixdən - 04.10.2003-cü il tarixədək 7 nömrəli “Aqrartikinti” X5 X1, o cümlədən 02.07.1 983-cü il tarixdən - 12.10.1996-cı il tarixədək izolyasiyaçı vəzifəsində, 12.10.1996-cı ildən - 04.10.2003-cü il tarixədək xadimə işləmişdir. İddiaçının işlədiyi illər adına olan 06.05.1979-cu il tarixli PT-l seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini 10.05.2018-ci il tarixli 57/1557 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, onun işlədiyi müəssisələr hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin harada saxlanılması məlum olmadığından onun işlədiyi illərin yerində qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajı olmadığı üçün tələbin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 19 92-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyı həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatiar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR-i Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. 28.12.1998-ci ildə qəbul edilmiş və 01.07.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığorta lamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seç kili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. Azərbaycan Respublikası "Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığor ta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək: könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsi ni tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründ üyü kimi, baxılan işdə sığorta edən 28 nömrəli Xüsusi Təyinatlı İdarəetmənin və 7 nömrəli “Aqrartikinti” X5 X2 "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə kimi qüvvədə olan redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmç inin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanununun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən ta rixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən, əmək pensiyaları haqqında qanun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumı sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.20 07-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısında 29-cu bölmədə - bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində “izolyasiyaçı” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadiKollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 28 nömrəli Xüsusi Təyinatlı İdarəetmənin və 7 nömrəli “Aqrartikinti” X5 X2 fəaliyyət göstərməməsi, arxiv sənədlərinin harada saxlanılmasının məlum olmaması, qeyd olunan dövrün qarşılıqlı yoxlanılmasının mümkün olmaması və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlət sosi al sığorta haqlarının ödənilməsinin aydınlaşdırılmasının mümkün olmaması, əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbi ilə iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 10.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.10.2018-ci il tarixli 21(107)-524/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2731/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2731/2018
19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver