Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2731/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əlilliyə görə pensiya, staj, fərdi hesabda yığılan pensiya kapitalı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “2-ci dərəcəli əlilliyə görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-983/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1959-cu ildə Masallı rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı 1976-cı ildə əmək fəaliyyətinə başlamış, 1976-1977-ci illərdə Dəniz piyada məktəbində mühərrik ustası, 1977-78-ci illərdə X2 gəmi nəqliyyat mühərrik ustası işləmiş, 1 978-80-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1980-81-ci illərdə X2 gəmi nəqliyyat mühərrik ustası, 08.07.1998-ci il tarixdən 09.01.2006-cı il tarixədək “Sənayekommunaltikinti” Birliyində rəngsaz peşəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 04.05.2018-ci il tarixdə verilmiş arayışa əsasən iddiaçıya ümumi xəstəlikdən 2ci dərəcəli əlillik təyin olunmuşdur. Cavabdehin 01.10.2018-ci il tarixli məktubunda iddiaçının təqdim etdiyi ərizəsinə cavab olaraq qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qru p əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Yuxarıda qeyd edilənlərə uyğun olaraq vətəndaşa ikinci dərəcəli əlil kimi əmək pensiyası təyin edilməsi üçün 14 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 14.998,80 manat pensiya kapitalının olması tələb olunur. Lakin təqdim edilmiş sənədlərə əsasən fərdi iddiaçının hesabında tələb olunan pensiya kapitalının toplanmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, 08.07.1998-ci il tarixdən 09.01.2006-cı il tarixədək işləmiş olduğu müəssisədə olan iş stajının yerində qarşılıqlı yoxlanılması və həmin dövrlərin əmək haqla rından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini müəyyən etmək mümkün olmadığı üçün həmin müddət sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı 9 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, 08.07.1998-ci ildən 09.01.2006-cı ilədək işlədiyi müddətin sığorta stajına daxil edilərək, 2-ci qrup əliliyə görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının 20 ildən artıq iş stajı var. İddianın maddi hüquqi əsası kimi Konstitusiyanın 26, 60, 71, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 21.2.11, “Sosial sığorta haqqında” Qanunun 11 və 14-cü maddəl ərinə istinad edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı tələb olunan qədər olmadığından əlliliyə görə əmək pensiyası almaq hüququ yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4,2-1(81)-4391/2018 saylı iş) 27 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının 08.07.1998-ci il tarixdən 09.01.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığort a stajına daxil edilərək ona hüququnun yarandığı 04.05.2018-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən 30 may 2019-cu il tarixdə cavabdehə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nə qədər təşkil etməsini təsdiq edən mötəbər sübutların təqdim olunması barədə və “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinə isə bir nüsxəsi çatdırılmaq üçün iddiaçıya verilməklə iddiaçıya aid əmək kitabçasında qeyd olunmuş 01.07.1998-ci il tarixli, 83 nömrəli; 03.09.1999-cu il tarixli 09/1 nömrəli; 03.09.1999-cu il tarixli, 09/1k nömrəli; 09.01.2006-cı il tarixli, 08-k nömrəli əmrlərin əsillərinin və ya qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surə tlərinin təqdim olunması barədə sorğular ünvanlanmışdır. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş: - “Sənayekommunaltikinti” Birliyinin 3 saylı Təsərrüfat hesablı sahə üzrə 01.07.1998ci il tarixli, 83 nömrəli Əmrin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01.07.1998-ci ildən 3 saylı Təsərrüfat hesablı sahəyə 3-cü dərəcəli rəngsaz işinə qəbul edilib. - “xxxx” Səhmdar Cəmiyyətinin 2 №-li Müəssisəsinin 03.09.1999-cu il tarixli, 09/1k nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.09.1999-cu il tarixdən “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 3-cü dərəcəli rəngsazı hesab edilmişdir. - “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinin 09.01.2006-cı il tarixli, 08-k nömrəli əmrinin təsdiq edilmiş surət indən görünür ki, iddiaçı 09.01.2006-cı il tarixdən Azərbaycan Respublikasının 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin27 noyabr 2018-ci il tarixli qərarı ilərazılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X3 və X1, 2-1(103)-983/2018 saylı iş) 20 iyun 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 08.07.1998-ci il tarixdən 09.01.2006-cı il tarixədək “Sənayekommunaltikinti” Birliyində 3-cü dərəcəli rəngsaz işləməsi onun adına tərtib edilmiş əmək kitabçası və yuxarıda sadalanan əmrlərlə sübut olunur. Cavabde h 12 iyul 2019-cu il tarixdə qərarın surətini almış, 19 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı cavabdehə pensiya təyin olunması xahişi ilə müraciət etsə də, aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. İddiaçı əlilliyə görə əmək pensiyanın təyin edilməsi üçün ikinci dərəcəli əlil kimi 14 il 4 ay tələb olunan sta jı və fərdi hesabın sığorta hissəsində 14.998.80 manat pensiya kapitalı yoxdur. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən ümumi iş stajını yoxlamaq mümkün olmamışdır. İddiaçının ümumi stajı tələb edilən əmək stajından az olduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona əmək pensiyası təyin edilməsi qanuna ziddir. Aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiya sı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarın ın tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı ümumi xəstəliyə görə İİ dərəcəli əlildir, onun əlilliyi 4 may 2018-ci il tarixdə müəyyən edilmişdir. İddiaçı 1998-2005-ci illərin sosial sığorta stajına daxil edilməklə İİ dərəcəli əlil kimi əmək pensiyası təyin edilməsini xahiş edir. İddiaçının əlilliyi 4 may 2018-ci il tarixdə yarandığından, həmin vaxt (hazırda) qüvvədə olan qanunvericiliyə əsasən mübahisə həllini tapa bilər. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır. Əmək pensiyasının təyin edilməsi növü hazırkı işdə əlilliyə görədir. “Əmək pensiyaları haqq ında” Qanunun 11.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddətimüvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmı ş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir (Qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan 12.1-ci maddəsi). Cavabdeh hesab edir ki, iddiaçının mübahisə olunan illərin iş stajı qarşılıqlı yoxlama zamanı təsdiqini tapmadığından və fərdi hesabın sığorta hissəsində 14.998,80 manat pensiya kapitalı olmadığından ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisə olunan dövrlə bağlı iş stajı qanunvericiliyin tələb etdiyi kimi əmək kitabçası ilə təsdiq edildiyindən həmin dövr onun sığorta stajına daxil edilməlidir. İddiaçının 1998-2005-ci illərdə işlədiyi vaxt 1 yanvar 1992-ci ildən 2006-cı i lədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək ha qqı cədvəlləri...nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, mübahisə olunan dövr əmək kitabçası ilə təsdiq edildiyindən, əmək kitabçasında olan məlumatların cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Lak in məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının İİ dərəcəli əlil kimi pensiya hüququna malik olmasını kifayət qədər ətraflı tədqiq etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə iddiaçının əlilliyə görə əmək pensiyası hüququna malik olması üçün onun həm əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı ilə yanaşı, həm də zəruri miqdarda pensiya kapitalının olması vacibdir. İddiaçının qanunvericilikdə nəzərdə tutulan zəruri iş stajına malik olması barədə apellyasiya məhkəməsi qiymətləndirmə aparsa da, pensiya hüququnun yaranması üçün ikinci vacib şərt olan pensiya kapitalına malik olması müəyyən edilməmişdir. Cavabdeh etirazında həm də iddiaçının 14.998,80 manat pensiya kapitalına malik olmadığını bildirm işdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehə göndərdiyi sorğusunda iddiaçının fərdi hesabının sığorta hissəsində nə qədər pensiya kapitalı olması, pensiya kapitalının 14.998,80 manat olmasının əsasları barədə məlumat istəmiş (səh.62), cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş (səh 72), lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının fərdi hesabının sığorta hissəsində olan pensiya kapitalının məbləği barədə araşdırma aparmamış, 1998-2005-ci illərin iş stajı nəzərə alındığı təqdirdə zəruri miqdarda pensiya kapitalının yaranmasının mümkünlüyünü müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin müddəasına uyğun araşdırma aparmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, əri zə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtər əfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri bu hissədə əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsl ərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasında qeyd edilən 1 yanvar 2006-cı il 9 yanvar 2006-cı il dövrü ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işdə olan sübutlarla təsdiq edilmədiyindən bu hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın bütövlükdə rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Mə hkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-983/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarı iddiaçının hüququnun yarandığı 4 may 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar 1 yanvar 2006-cı il 9 yanvar 2006-cı il dövrünün iddiaçının sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilsin. Bu hissədə iddia təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qər ar iddiaçının 28 iyul 1998-ci il tarixdən 1 yanvar 2006-cı ilədək işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2731/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2731/2019
29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver