Məhkəmə qərarları › İş №2-1(102)-2732/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2732/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2732/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər:(inzibati orqan cavabdehdən məcburi sığorta haqları üzrə yaranmış borcun tutulması ilə bağlı özü qərar qəbul edə və məhkəmə mübahisəsi açmadan (məhkəmədənkənar) icraya yönəldə bilər.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazi rliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə1, onun vəkili Vəkil, Cavabdeh ASC-nin idarə heyətinin sədri Nümayəndə2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh ASC-yə qarşı məcburi sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1000/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallarına əsasən, hüquqi şəxs Cavabdeh ASC (bundan sonra - cavabdeh) vergi orqanında (VÖEN: **********) qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, **********2 saylı uçot nömrəsi ilə DSMF-nin Bakı şəhəri üzrə X1 İdarəsində sığorta ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin 01.07.2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqları üzrə cəmi 23.793,20 manat borcunun yaranması, həmin məbləğdə borcunun ödənişinin təmin edilməyəcəyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi tərəfindən 07.12.2017-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdar əsi 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 01.07.2017-ci il tarixə 23.793,20 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin iddiaçıya 01.07.2017ci il tarixə 23.793,20 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh ASC-yə həmin borcu ödəməsi barədə xəbərdarlıqla müraciət edilsə də, cavabdeh həmin borcu ödəməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-90/2019 saylı, 25 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddianın təmin edilməsi, Cavabdeh ASC-dən 01.07.2 017-ci il tarixə 23.793,20 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məcburi dövlət sosial sığorta haqqları üzrə borcu yaranmış, cavabdeh həmin borcun ödənilməsi barədə, borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmiş, lakin həmin borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də iddia əsaslıdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1000/2019 nömrəli, 18 aprel 2019-cu il tarixl i qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) iddiaçı Bakı şəhəri üzrə X1 İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1000/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-90/2019 saylı, 25 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan cavabdehdən məcburi sığorta haqları üzrə yaranmış borcun tutulması ilə bağlı özü qərar qəbul edə və məhkə mə mübahisəsi açmadan (məhkəmədənkənar) icraya yönəldə bilər. Ona görə də cavabdeh inzibati orqanın pul tələbinin ödənilməsi ilə bağlı hazırkı iddiası Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Apelyasiya instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1000/2019 nömrəli, 20 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsini, cavabdehdən dövlət büdcəsinə olan 23.793,20 manat məbləğində borcun cavabdehin fəaliyyətinin dayandırılması və satılması yolu ilə ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şika yətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 54-VQD nömrəli Qanununa əsasən, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əlavə və dəyişiklik edilmiş, həmin Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qeyd edilən dəyişikliklərdən sonra 23.1.15-1-ci maddəyə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşd ırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddənin tələbindən də göründüyü kimi, vergi orqanı istər siyahıya alınmış əmlakın açıq hərracda satılması, istərsə də hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldıra bilər və bu hüquq heç bir halla məhdudlaşdırılmır. Şikayət müəllifi daha sonra qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 455-VQD nömrəli Qanuna əsasən 26.1-ci maddədə “fiziki şəxslər arasında” sözlərindən sonra“, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arası nda” sözləri, 26.2.8-ci maddədə “vergi ödəmələri barədə” sözlərindən sonra“, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə” sözləri əlavə edilmiş və həmin Qanun 2017-ci il yanvarın 1dən qüvvəyə minmişdir. Qeyd edilən dəyişikliyə əsasən, MPM-nin 26.2.8-ci maddəsinə əsasən, vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilm iş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr mülki icraat qaydasında inzibati-iqtisadi məhkəmələrə aiddir. Bu maddənin tələblərindən göründüyü kimi, vergi orqanı tərəfindən məhkəməyə aşağıdakı kateqoriya mübahisələr üzrə iddialar verilə bilər: Vergi ödəmələri barədə; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə. Əgər Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəs ində təsbit edilmiş hüququn reallaşdırılması qaydası həmin Məcəllənin 89-90-cı maddələri ilə məhdudlaşdırılmış olsaydı, bu halda, MPM-in 26.2.8-ci maddəsinin mətni aşağıdakı şəkildə verilmiş olmalı idi: “vergi ödəmələri ilə bağlı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr”. Digər tərəfdən, “vergi ödəmələrinin təmin edilməsi üsulu kimi öhdəliyin borclunun mülkiyyətində olan əmlaka yönəldilməsi” barədə vergi orqanı tərəfindən iddianın sürülməsi imkanı ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Bu hüquqları həyata keçirərkən borclu (dövlət büdcəsi qarşısında öhdəliyi yaranan) vergi ödəyicisi ilə bağlı ortaya çıxan hüquq münasibətlərində vergi orqanı əlbəttə ki, dövlət büdcəsinə vergi daxil olmalarını təmin etməyə məsul olan subyekt olaraq kreditor kimi çıxış edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin idarə heyətinin sədri məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin buna baxmayaraq şikayət əsassızdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1 -ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində iddianın mümkünlüyü ilə bağlı tələblər göstərilmiş və qeyd edilmişdir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının tələbi 01 iyul 2017-ci il tarixə 23.793,20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi və «Sosial s ığorta haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 07 aprel tarixli 568 saylı Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dö vlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Bundan əlavə Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlar ının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hər raclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair 13 sentyabr 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İnzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, vergi orqanlarının pul tələblərinin məhkəmə qaydasında tutulması «siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması» halı ilə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd e dir ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə tənzimlənir. 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə görə pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. (82.1); İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldi lməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. (82.2). Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə, vergi orqanının borcun dövlət büdcəsinə alınmasına dair sərəncamı icra sənədi sayılır. Göründüyü kimi, inzibati orqan olan iddiaçının cavabdehdən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəmə mübahisəsi açmadan (məhkəmədənkənar) özü icraya yönəldə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələbl ərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılırlar. 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 43-cü maddəsində icra məmurlarının icra sənədlərinin icrası ilə bağlı tətbiq etdikləri məcburi icra tədbirləri sadalanmış, 44-cü maddəsində isə həmin tədbirlərin tətbiqi əsasları öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, qanunvericilik icra sənədlərinin icrası qaydasını fərqləndirməmiş, bütün icra sənədlərinin həmin qanuna uyğun olaraq həyata keçirilməli olmasını təsbit etmişdir. Bu isə o deməkdir ki, icra məmurları vergi orqanının da qanuna müvafiq qaydada icraya yönəltdiyi icra sənədinin icrasını həmin qanun əsasında həyata keçirir və buna əsaslar olduğu halda məcburi icra tədbirlərini, o cümlədən tələbin borclunun əmlakına yönəldilməsini tətbiq edirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, inzibati orqanın pul tələbinin ödənilməsi ilə bağlı iddiaları Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəl ləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1000/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar