Məhkəmə qərarları › İş №2-1(102)-2732/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2732/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2732/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanaraq əvvəlki dövrlər üzrə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond u publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 03 iyun tarixli, 2-1(103)-1769/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2002-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqına Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixində ona xidmət illərinə görə pensiya təyin edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 636 nöm rəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyun 1998-ci il tarixli 0389 nömrəli şəxsi heyət üzrə əmri (polkovnik İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına keçirilməsi) və Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyun 1998-ci il tarixli, 0391 nömrəli şəxsi heyət üzrə əmri (Müdafiə nazirinin sərəncamında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının rəisi təyin olunması barədə) ləğv olunmuş, xidməti zərurətlə əlaqədar olaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsinin icraçısı polkovnik İddiaçı xidmət mənafeyi naminə (səhhətinə görə) xx.xx.1998ci il tarixdən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının Rəisi təyin olunmuş hesab edilmişdir.

3. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində xx.xx.2014-cü il tarixli 53707 nömrəli məlumat vərəqəsi tərtib edilərək iddiaçının vəzifəsi (tarif dərəcəsi) Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı qeyd edilməklə, təminat xərcliyi həmin vəzifə maaşına müvafiq olaraq hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və iddiaçının əmək pensiyası həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmışdır.

4. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 05 aprel 2014-cü il tarixli 636 nömrəli əmri və həmin əmrdən sonra düzəliş edilərək verilmiş məlumat vərəqəsini nəzərə alaraq pensiyaya çıxdığı 2002-ci ildən etibar ən ona “Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı” vəzifə maaşı əsasında hesablanmış təminat xərcliyinin əsas götürülməklə pensiyasının ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı fərqin xx.xx.2002-ci il tarixdən xx.xx.2014cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandı rılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli, 0381 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin 1-ci müavini vəzifəsindən azad olunaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Taktika Kafedrasının rəisi vəzifəsinə təyin edilmişdir. Daha sonra o, xx.xx.2000-ci il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Silah və Atəş Kafedrasının rəisinin müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədən xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılmış və bu tarixdə də, ona Silah və Atəş Kafedrasının rəisinin müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə əmək pensiyası təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 0268 nömrəli xx.xx.2014-cü il tarixli əmri ilə onun Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Taktika Kafedrasının rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 0391 nömrəli əmrində müvafiq dəyişikliklər edilmiş və xidməti zərurətlə əlaqədar olaraq, Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini vəzifəsinin icraçısı kimi onun – polkovnik İddiaçı xidmət mənafeyi naminə (səhhətinə görə) 17 iyun 1998-ci il tarixdən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının rəisi təyin olunmuş hesab edilməsi göstərilmişdir və bu əmr əsasında onun barəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin İ müavini vəzifəsinin vəzifə maaşı əsas götürülməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə yeni məlumat vərəqəsi göndər ilmişdir. Bu məlumat vərəqəsinə əsasən 2014-cü ilin may ayından başlayaraq onun əmək pensiyası yenidən hesablanmışdır. Lakin bu zaman əvvəl, yəni xx.xx.2002-ci il tarixdə Atəş kafedrasının rəis müavini vəzifəsinin vəzifə maaşı götürülməklə təyin olunmuş pensiya ilə yeni təyin olunmuş pensiya arasındakı keçmiş müddət üçün yaranmış fərq ona ödənilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, əvvəlki müddətdə yaranmış pensiya fərqini almaq hüququ olmuşdur. Bununla əlaqədar bu fərqin alınması üçün o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən aldığı əmək pensiyası ilə ona 2014-cü ildə təyin olunmuş pensiya arasında yaranmış fərqin xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi cavabdehin qəbul şöbəsinin əməkdaşı Həsən Kərimov tərəfindən xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul edilmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 01 aprel 2002-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 2319.00 manat məbləğində aşağıdakı tərkibindən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi – 243.30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə - 2075.70 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci və 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçü n alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il hesablanaraq ödənilir. Qanunun 26.3-cü maddəsinin 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən, tələb olunan xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr Mərkəzi Filiala müraciət edilən xx.xx.2024-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə edir. Eyni zamanda, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını xx.xx.2007-ci il tarixdən etibarən Fond həyata keçirir. Buna görə də, hesab edirlər ki, iddia tələbində qeyd edilənlər qanuna uyğun deyildir. Odur ki, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq hərəkətləri qanunauyğun olmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 10 dekabr tarixli, 2-1(112)-9946/2024 nömrəli qərarı ilə (hakim A.Abullayeva) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pe nsiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı ödənilməmiş pensiya məbləği fərqinin xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmışdır, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz. Belə ki, onun ilkin pensiya təyinatı məhz 01 iyul 2017-ci il tarixinədək (xx.xx.2002ci il) təyin olunmuşdur və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, cavabdeh tərəfindən pensiyanın təyin edilməsi zamanı düzgün hesablanmayan pensiya məbləğinin hesabla naraq ödənilməsi ilə bağlıdır. İşin hallarından göründüyü kimi, iddiaçı barəsində ilkin olaraq xx.xx.2002-ci il tarixdən təyin edilərək ödənilmiş pensiya məbləği Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli əmri əsasında düzəliş edilərək yenidən verilmiş xx.xx.2014cü il tarixli məlumat vərəqəsi əsasında yenidən hesablansa da, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği iddiaçıya ödənilməmişdir. Məhkəmə, eləcə də iddiaçının tələbinin – “xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun ol araq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları 1 yanvar 2007-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fonduna keçdiyindən həmin tarixdən əvvəlki dövrlər üzrə (xx.xx.2002-ci il tarixdən-xx.xx.2007-ci il tarixədək) keçmiş müddət üçün pensiya fərqi məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Bu səbəbdən də, iddia tələbi qismən təmin edilməklə iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilməmiş əmək pensiyası məbləği ödənilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci 03 iyun tarixli, 2-1(103)-1769/2025 nömrəli qərarı ilə (hakimlər G.Abbasova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 10 dekabr tarixli, 2-1(112)-9946/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam şəkildə təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində etiraz ərizəsində göstərdiyi dəlillərə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ö dənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1ci maddəsinə uyğun ödənilir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı 18. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı 19. “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı

20. İnzibati Prosessual Məcəllə Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mahiyyətcə iddianın təmin edilmiş hissəsinin ləğvinə yönəldiyi üçün qərar həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instans iyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd olunmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

24. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya “Hərbi xidmətkeçmə haqqına Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən ehtiyata buraxıldığı xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Mü dafiə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixində xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq xx.xx.2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən onun barəsində Azərbaycan Respublikası Hərbi Komissarı tərəfindən tərtib edilmiş MN seriyalı, ZE-53707 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə xx.xx.2007-ci il tarixli məlumat vərəqəsinə əsasən əmək pensiyası həmin tarixdən (xx.xx.2007-ci il) etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilmişdir. Həmin məlumat vərəqəsinin tərt ib edilməsi zamanı iddiaçının təminat xərcliyi, məlumat vərəqəsində vəzifəsi kimi qeyd edilən – “kafedranın baş müəllimi” vəzifəsinin maaşına əsasən hesablanmış və buna müvafiq olaraq da iddiaçıya pensiya ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 636 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyun 1998-ci il tarixli 0389 nömrəli şəxsi heyət üzrə əmri (polkovnik İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına keçirilməsi) və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli, 0391 nömrəli şəxsi heyət üzrə əmri (Müdafiə nazirinin sərəncamında “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının rəisi təyin olunması barədə) ləğv olunmuş, xidməti zərurətlə əlaqədar olaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsinin icraçısı polkovnik İddiaçı xidmət mənafeyi naminə (səhhətinə görə) xx.xx.1998ci il tarixdən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktika Kafedrasının Rəisi təyin olunmuş hesab edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində xx.xx.2014-cü il tarixli 53707 nömrəli məlumat vərəqəsi tərtib edilərək iddiaçının vəzifəsi (tarif dərəcəsi) Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı qeyd edilməklə, təminat xərcliyi həmin vəzifə maaşına müvafiq olaraq hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndəri lmiş və iddiaçının əmək pensiyası həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmışdır. İddiaçının hazırda hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 636 nömrəli əmri və həmin əmrdən sonra düzəliş edilərək verilmiş məlumat vərəqəsini nəzərə alaraq əslində pensiyaya çıxdığı 2002-ci ildən etibarən ona “Baş Qərargah Rəisinin Birinci müavini vəzifəsinin icraçısı” vəzifə maaşı əsasında hesablanmış təminat xərcliyinin əsas götürülməklə pensiyasının ödənilməsidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmişdir. Məhkəməyə təqdim edilmiş etirazda isə cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, tələb olunan xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr Mərkəzi Filiala müraciət edilən xx.xx.2024-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə edir. Eyni zamanda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını xx.xx.2007-ci il tarixdən etibarən Fond həyata keçirir.

25. İş üzrə aşağı instansiya məhkəmələri iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçı barəsində ilkin olaraq xx.xx.2002-ci il tarixdən təyin edilərək ödənilmiş pensiya məbləği xx.xx.2014-cü il tarixli məlumat vərəqəsi əsasında yenidən hesablansa da, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği iddiaçıya ödənilməmişdir. Həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əm ək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyaları xx.xx.2007-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fonduna keçdiyindən həmin tarixdən əvvəlki dövrlər üzrə (xx.xx.2002-ci il tarixdən-xx.xx.2007-ci il tarixədək) keçmiş müddət üçün pensiya fərqi məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.

26. Kollegiya bir daha qeyd edir ki, hazırkı iş üzrə iddiaçının nail olmaq istədiyi məqsəd xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsidir. Beləliklə, onun tələbi pensiyanın təy in edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya məbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz, pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir.

27. Bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir.

28. Odur ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2019-cu il tarixindən sonra cavabdehə müraciət etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmaqla ödənilməlidir.

29. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəas ı pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir.

30. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.

31. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunu n 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Müvafiq olaraq Qanunun 32.1-1-ci maddəsinin tələbləri, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara şamil edilir. Ona görə də, məhkəmələr iddianı qismən təmin etməkdə haqlı olmamışlar.

32. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdən sonra müvafiq inzibati orqana müraciət etdiyindən, habelə əvvəllər müraciətinin olması barədə iş materiallarında heç bir sübut olmadığından, iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əm ək pensiyaları haqqında” Qanuna xx.xx.2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir.

33. Həmçinin qeyd edilməlidir ki, qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin tələbinə əsasən, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Göründüyü kimi, sözügedən norma təyin edilmiş pensiya üzrə ödənilməli olan məbləğlərin pensiya təyin edən orqanın təqsiri üzündən vaxtında pensiyaçıya ödənilmədiyi hallarda, həmin məbləğlərin keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilməli olduğunu təsbit edir. Hazırkı iş üzrə isə tərəflər ödəmənin aparılmalı olduğu dövr və məbləğlərlə b ağlı mübahisə edirlər. Daha dəqiq desək, iş üzrə pensiyanın təyin edilməsi ilə bağlı pensiya təyin edən orqanlar tərəfindən hər hansı təqsirin olması müəyyən olunmur.

34. Odur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən kassasiya şikayəti təmin edilməli, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli və iş üzrə iddianın təmin olunmuş hissəsində yeni qərar qəbul olunaraq iddia rədd edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 03 iyun tarixli, 2-1(103)-1769/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə iddianın təmin olunmuş hissəsində yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən təyin edilmiş əmək pensiyası ilə 2014-cü il tarixdə təyin edilmiş əmək pensiyası arasındakı ödənilməmiş pensiya fərqinin xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində iddia tələbi təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar