Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2733/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 15.10.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1 279/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 noyabr 2018-ci il tarixli, İQ-1431 saylı qərarına əsasən İran İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “Ərizəçi 2011-ci ildə Azərbaycana gəldiyini, burada Memarlıq və İnşaat Universitetində 3 il təhsil aldıqdan sonra maddi imkanı olmadığı üçün təhsilinin yarımçıq qaldığını, Azərbaycanda olduğu müddətdə İran vətəndaşı olan Mustafa adlı şəxslə nikaha girdiyini, valideynlərinin bu nikaha razılıqları olmadığı üçün münasibətlərinin pozulduğunu, daha sonra təhsilini davam etdirmək məqsədilə Azərbaycan Dillər Universitetində hazırlıq fakultəsində təhsil aldığını, lakin təhsilin səviyyəsindən razı qalmadığı üçün təhsilini davam etdirmədiyini bildirmişdir. Ərizəçi İranda məktəbdə təhsil aldığı illərdə hobbi kimi teatr tamaşalarında rol aldığını, dərnəklərdə iştirak etdiyini, hətta bir neçə dəfə həvəskar çəkilişlə musiqi klipində də çəkildiyini və bu səbəbdən də “şallaq cəzası” aldığını, bir dəfə də “dərviş” cərəyanına mənsub olan şəxslərlə “cəmxana” adlanan ibadətgahına polislərin müdaxiləsinə etiraz etdiyi üçün növbəti dəfə “şallaq cəzası” aldığını qeyd etmişdir. Ərizəçi ərinin qohumlarının onun “dərviş” cərəyanına mənsub olduqlarından xəbərsiz olduqlarını, təsadüfən bu məsələni öyrəndikl ərini, bu hadisədən sonra qaynanası tərəfindən təqib olunduğunu, oğlunun dinini dəyişməyə cəhd etdiyi bəhanəsi ilə polisə şikayət edəcəyini ona bildirdiyini qeyd etmişdir. Ərizəçi əri ilə münasibətlərinin əvvəlcədən yaxşı olmadığını, 2018-ci ilin təxminən may-iyun aylarında ərindən ayrıldığını, hazırda ərinin harada olmasından məlumatsız olduğunu bildirmişdir. Ərizəçi İrana qayıtmaq istəməməsini qaynanası tərəfindən təqib oluna biləcəyi ehtimalı və İrandakı rejimdən narazılığı ilə əlaqələndirmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu do ğru olaraq qəbul edilmişdir. Bununla yanaşı, ərizəçinin İrana qayıdacağı təqdirdə təqiblərə məruz qalma riski qiymətləndirilmiş və söylədiklərindən onun təqib oluna biləcəyi ilə bağlı ehtimalları inandırıcılıq baxımından qəbul edilməmişdir. Şəxsin Azərbaycana əsasən təhsil almaq və burada əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə gəlməsi məlum olmuşdur. Ərizəçinin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən həmçinin müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, ərizəçi ilə aparıl mış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusunun verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir”. Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 yanvar 2019-cu il tarixli, 17 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarının ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı ildə İran İslam Respublikasının Urmiya şəhərində anadan olmuşdur və İran İslam Respublikasının vətəndaşıdır. O, etnik mənsubiyyətinə görə azərbaycanlıdır (türkdür) və islam dininə itaət edir (dərviş təriqəti). İddiaçı Mustafa adlı şəxslə evli olsa da, hazırda onlar ayrıdılar və iddiaçi onun harada olması barədə məlumatlı deyil. İddiaçının İranda, Urmiyada yaşayan iki bacı-qardaşı var. Onun valideynləri də İranda yaşayır. İranda 12 illik təhsilini başa vurub, lakin İran hökuməti dərvişlərin universitetdə oxumasına icazə vermədiyindən təhsilini davam etdirə bilməyib. İranda olan zaman o, yanacaq doldurma məntəqəsində dörd il müddətində mühasib işləyib. Azərbaycana gəldikdən sonra isə burada ilk əvvəl gözəllik salonunda, daha sonra isə Fars dili müəllimi işləyib. İddiaçı həmçinin dizayner kim i fəaliyyət göstərib. İddiaçı dini ilə bağlı problemlərinə görə İranı tərk edib. O və digər dərviş təriqətinə etiqad edənlər müəyyən yerdə toplaşaraq dinləri ilə bağlı ayinlər icra edirdilər. Ettelaat üzvləri həmin yerlərə basqınlar təşkil edirdi ki, bunun nəticəsində basqınlar zamanı iddiaçı Ettelaat üzvləri ilə mübahisə edərək üç dəfə həbs olunmuşdur. O, həbsə alınmış və 90 şallaq cəzası ilə cəzalandırılmışdır. Bu hadisə iddiaçının orta təhsilini başa vurub universitetə qəbul olmaq istədiyi zaman baş verib. İddiaçıya dini inancına görə təhsilini davam etdirməyə icazə verilməyib. Bu səbəbdən iddiaçı 2011-ci ildə Azərbaycana gəlib və Bakı Dövlət Memarlıq Universitetinə qəbul olub. O, təhsil əsası ilə müvəqqəti yaşayış icazəsi ilə təmin olunub. Lakin son təhsil ili üçün təhsil haqqını ödəyə bilmədiyi üçün universiteti başa vura bilməyib. İddiaçı daha sonra Dillər Universitetinə qəbul olub, lakin təhsil sistemini bəyənmədiyi üçün təhsilini davam etdirməyib. 2014-cü ildə iddiaçi Mustafa adlı şəxslə evlənib. O, İranlı olub və İslamın Şiə məzhəbinə etiqad edib. Daha sonra ailələri onların evliliyi barədə xəbərdar olub və dini müxtəliflik səbəbindən bundan narazı olublar. İddiaçı ailəsi ilə əlaqəsini dayandırsa da, iddiaçının qaynanası onun barəsində İran polisinə məlumat verib və İddiaçını oğlu Mustafanın dinini dəyişdirməkdə günahlandırıb (Şiə təriqətindən Dərviş təriqətinə). İddiaçının qaynanası Basijdir və İranda çox nüfuzlu və varlı ailəyə aiddir. Mustafa iddiaçını onun dinini qəbul etməyə məcbur etdiyindən, iddiaçı isə bundan imtina etdiyindən cütlüyün ailədə mübahisələri b aşlayıb. Mustafa iddiaçını döyüb və bıçaqla təhdid edib. Təxminən 4 ay əvvəl Mustafa evi tərk edib və iddiaçı onun harada olması barədə məlumatlı deyil. İddiaçı qaynanasının ondan polisə şikayət etdiyindən İran hökuməti tərəfindən pis rəftara məruz qalacağından qorxduğu üçün İrana geri qayıtmaq istəmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1346/2019 saylı, 15 mart 2019-cu il tarixli qərarı (hakim – Ş.Ə.Süleymanova) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1279/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(8 1)-1344/2019 saylı, 15 mart 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, məhkəmə qərarında göstərilən yeganə norma “Qaçqınların və məcburi köçkünlərin statusu” haqqında Qanunun bir maddəsi və həmin qanunla bağlı “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxıması Qaydaları” olmuşdur ki, bu müdd əalar da məhkəmə tərəfindən səhv təfsir edilmişdir. Halbuki, məhkəmə bu iş üzrə qərar qəbul edərkən aşağıdakıları nəzərə almalı və işə müvafiq beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməli idi. Azərbaycan Respublikasının Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərb aycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur. X3 Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququ da hazırkı işə tətbiq edilməlidirlər. Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi hüquq normalarına və prosessual hüquq normalarına bölünür. Maddi hüquq norması kimi çıxış edən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci mad dəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İddiaçının hazırkı vəziyyəti 1951-ci il Konvensiyasında nəzərdə tutulan qaçqın anlayışı ilə ehtiva edilir, çünki o, dini inancına və siyasi mövqeyinə görə təqib edilən şəxsdir, öz ölkəsinin himayəsindən mərhumdur və öz ölkəsinə qayıdacağı t əqdirdə pis rəftara məruz qalacağı barədə ehtimal çox yüksəkdir. Məhkəmə iddiaçının öz ölkəsində dini əsaslara görə iki dəfə fizik cəzaya məruz qalmasını (90 şallaq), bu cəzaları çəkdikdən sonra hər dəfə tibbi klinikada müalicə olunmasını, vətəndaşı olduğu ölkəyə qayıtdıqdan sonra yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqlarının təhlükə altına düşə biləcəyini nəzərə almamışdır. Məhkəmə beynəlxalq hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş, yalnız qərarında cavabdehin məhkəməyə təqdim etdiyi vəsatətə baxılması haqqında sənədlərə (müsahibə, ərizə- anket) istinad edərək, apellyasiya şikayətini rədd etmişdir. Hazırkı iş üzrə inzibati mübahisəyə dair icraat İPM-lə tənzimlənir. Hazırkı işə tətbiq edilməli “yumşaq hüquq” normaları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın ın (bundan sonra - BMT QAK) tərtib etdiyi Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçidir (2011) (bundan sonra - Bələdçi).Həmin Bələdçinin əsaslı təqib qorxusu meyarına dair 37-50-ci bəndləri və qaçqın statusunun verilməsi prosesinə və sübutetmə standartına dair 192-205-ci bəndləri hazırkı işin hallarına tətbiq edilməlidir. Bundan əlavə, BMT QAK-ın Sübutetmə vəzifəsi və standartı adlı Qeydlərindən (bundan sonra - Qeydlər) də istifadə edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəm ə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti t əmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaç qın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi ha llarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin mə sələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Kollegiya inzibati orqanın gəl diyi nəticə ilə razılaşır ki, ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı həqiqətən barəsində təqib qorxusunun mövcudluğuna işarə edə biləcək hər hansı inandırıcı və mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Belə ki, iddiaçının bildirdiyinə görə o, dini inancına görə təqib edilən şəxsdir, öz ölkəsinin himayəsindən mərhumdur və öz ölkəsinə qayıdacağı təqdirdə pis rəftara məruz qalacağı barədə ehtimal çox yüksəkdir. Lakin iddiaçı öz ölkəsində dini əsaslara görə iki dəfə fizik cəzaya məruz qalmaqla 9 0 şallaq cəzası ilə cəzalandırıldığını, bu cəzaları çəkdikdən sonra hər dəfə tibbi klinikada müalicə olunduğunu bildirsə də, nə cəzaya məruz qaldağına, nə də xəstəxanada müalicə olunduğuna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı həmçinin dini inancına görə təhsilini davam etdirməyə öz ölkəsində icazə verilmədiyini bildirsə də, bununla bağlı olaraq da hər hansı sübut təqdim etməmişdir. Başqa sözlə, iddiaçının öz ölkəsində universitetə daxil olmaq üçün müraciət edib-etmədiyi, ona qəbuldan rəsmi olaraq hansı səbəblə imtina edildiyi ilə bağlı iddiaçının bildirdiklərini təsdiq edəcək hər hansı sübutlar da işdə yoxdur. İddiaçı təqiblə bağlı qorxusunu həmçinin onunla əsaslandırmışdır ki, qaynanası onun barəsində İran polisinə məlumat verib və iddiaçını oğlu Mustafanın dinini dəyiş dirməkdə günahlandırıb (Şiə təriqətindən Dərviş təriqətinə). Ona görə də o, qaynanasının ondan polisə şikayət etdiyindən İran hökuməti tərəfindən pis rəftara məruz qalacağından qorxduğu üçün İrana geri qayıtmaq istəmir. Bununla bağlı olaraq da kollegiya qeyd edir ki, iddiaçı bu hala dair də hər hansı sübut təqdim etməyib. Digər tərəfdən isə iddiaçının özünün bildirdiyinə görə onun artıq əri Mustafa ilə münasibətləri pozulmuşdur. Bu halda, ərinin anası tərəfindən ona münasibətdə hər hansı təqibə səbəb ola biləcək hərəkətlərin edilməsi də ehtimal olaraq olduqca düşükdür. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1279/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2733/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2733/2019
15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver