Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2733/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə “qərara izah verilməsi” barədə ərizəyə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(105)-594/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(118)- 642/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə İ ddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur və həmin qərar qanuni qüvvəyə minmişdir
3. Cavabdeh məhkəməyə qərarın icra edilməsi barədə 16 may 2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 iyun 1998-ci il tarixində yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirirdiyindən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənil ir. Sonrakı artımlar nəzərə alınmaqla İddiaçı əmək pensiyası 790,77 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; qulluq stajına görə əmək pensiyasına əlavə-547,47 manat. Eyni zamanda iddiaçının əmək pensiyası Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli 2-1(118)-642/2022 nömrəli qərarına əsasən yenidən hesablanmışdır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 16683,00 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin işdən azad olduğu tarixdən yenidən hesablandığı tarixə indeksləşdirilməklə 16683,00 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanun un 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (16683,00:72=231,71 manat) əmək pensiyanızın sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 475,01 (243,30+231,71) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq onun qulluq stajına görə əlavəsinin məbləği (547,47 manat) həmin artım qədər (231,71 manat) azaldılmışdır. Nəticədə, İddiaçı əmək pensiyasının sığorta hissəsi 475,01 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 315,76 (547,47-231,71) manat müəyyən edilmişdir. Əlavə olaraq bildirirlər ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cüə maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 86 9,85 manat müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 997,72 manata artırılmaqla ödənilir.
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin 21(118)-642/2022 nömrəli qərarına izah verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-642/2022 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) ərizənin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli 2-1(118)-642/2022 nömrəli Qərarının təsviriəsaslandırıcı hissəsinə uyğun izah verilməsi, məhkəmə qərarının icrası zamanı pensiya kapitalının artım ı ilə bağlı hesablama zamanı qulluq stajına görə əlavənin məbləğinin azaldılmaması, iddiaçının pensiya kapitalındakı artıma uyğun olaraq artırılmasının izah edilməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarı icraya yönəldilmədiyi halda, cavabdeh inzibati orqan məhkəmə qərarı əsasında hesablama apardığını qeyd etmişdir. Halbuki, inzibati orqan məhkəmə qərarı əsasında hesablama apardığını qeyd etsə də, bu hesablama məhkəmə qərarına uyğun həyata keçirilməmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıran zaman onun iradəsi pensiya kapitalında yaranmış artım nəzərə alınaraq, pensiyasının yenidən hesablanaraq artımına nail olmaqdan ibarət olmuşdur. Qeyd edilən məhkəmə qərarının əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə qərarı ilə iddiaçının tələbi təm in edilmiş, həmin mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tətbiq edilməməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(105)-594/2023 nömrəli qərardadı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və S.Qafari) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi “Əmək pensiyaları” haqqında Qanunun 37.3.1 və 45-ci maddələrinin tətbiq edilməklə, pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Müvafiq məhkəmə qərarı ilə iddia tələbi təmin edilsə də, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrası tam təmin edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin özünün məhkəmə iclasında verildiyi izahatından aydın olur ki, cavabdeh məhkəmə qərarının icra olunması və bu əsasla da izah verilməsinin yolverilməz olması halına istinad etsə də, əmək pensiyasının yenidən hesablanması zamanı müvafiq Qanunun 37.3.1-ci maddəsinin tələbinin nəzərə alınmadan icra edildiyini, pensiyanın sığorta hissəsinin artımı məbləğində qulluq stajına əlavənin məbləğinin azaldılmaqla hesablandığını qeyd etmişdir. Göründüyü kimi, müvafiq məhkəm ə qərarının icrası zamanı qeyri-müəyyənlik, anlaşılmazlıq olduğundan, habelə qeyd edilən hal isə iddiaçının mənafeyinə təsir etdiyindən, müvafiq məhkəmə qərarının icrası zamanı çətinlik yarandığından, habelə müvafiq məhkəmə qərarı qeyd edilən hissədə icra olunmadığından (nəticə hissəsinə uyğun düzgün icra edilmədiyindən), həmin məhkəmə qərarına izah edilməsi zərurəti yaranmışdır.
10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti 16 may 2023-cü il tarixli məhkəmə qərarının icrası haqqında məktuba uyğun tərtib edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kass asiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Prosessual Məcəllə: Maddə
230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxt ı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, ha belə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
19. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, ərizə üzrə apellyasiya məhkəməsi tərəfindən zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərara izah verilməsi ilə bağlı qərardadın qəbulu zamanı məhkəmə tərəfindən istinad edilən hüquq normaları düzgün tətbiq və təfsir olunmuşdur, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yu xarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(105)-594/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.