Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2734/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2734/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmış xəstəlik nəticəsində vəfat etmiş şəxslərə şəhid statusunun verilməsi nəzərdə tutulmamışdır) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Və kil1, cavabdehin nümayəndəsi Vəkil, vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-362/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əri X1 1992-ci ilin xx ayından xx ayına qədər Kəlbəcər Ağdərə batalyonunda leytenant rütbəli zabit kimi Qarabağ uğrunda gedən döyüşlərdə döyüşdüyünü, cəbhədə 5 gün ac döyüşdüyünü, ermənilər tərəfindən atılmış mərmi qırıntılarının ziyan vurduğu meyvələrlə qidalandığını, qanına zəhərlənmə keçdiyini, sentyabr ayında müxtəlif bədən üzvləri şişdiyini və yüksək hərarətlə evə gəldiyini, bu şikayətlərlə hərbi hospitala müraciət etdiyini, oradan da Qanköçürmə İnstitutuna kəskin leykoz xəstəliyi ilə yerləşdirildiyini, fasilələrlə 9 ay müalicə aldıqdan sonra 1993-cü ilin xxxx tarixində vəfat etdiyini, bu xəstəliyinin birbaşa Qarabağ müharibəsi ilə əlaqədar olması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi həkim komissiyası tərəfindən təsdiq edildiyini, Qaradağ rayonu Hərbi Komissarlığı Müdafiə Nazirliyinin 1995-ci il tarixli, 132 saylı əmrinə əsasən X1 şəhid statusunun verildiyini, buna baxmayaraq Qaradağ rayonu hərbi komiss arı dəyişdikdən sonra şəhid statusu ilə bağlı problemlərin yarandığını və X1 şəhid olmasının təkzib edildiyini bildirərək, mərhum əri X2 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-2917/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-362/2019 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, X3 28.05.1993-cü ildə vəfat etməsinə baxmayaraq, məhkəmə hazırkı işdə tətbiq edilməli maddi hüquq norması kimi yeganə olaraq xxxx 1993-cü il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1994cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adın ın əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarına istinad etmiş, bununla da MPM-in 217.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, X1 vəfat etdiyi vaxtda, yəni xxxx 1993-cü il qüvvədə olan normativ hüquqi akta deyil, ölümdən 4 və 7 ay sonra qəbul olunan normativ hüquqi aktlara istinad etməklə yanlışlığa yol vermiş, X4 xxxx 1995-ci il tarixli, 132 saylı Əmrinə əsasən “şəhid” statusu verilmiş, həmin Əmrlə bağlı hər hansı hüquqi araşdırma aparılmamış, Əmrin ləğv olunması ilə bağlı hər hansı bir məlumat mövcud deyildir, X1 həyat yoldaşı İddiaçı (iddiaçıya) müvafiq əmrlə “şəhid ailəsi” statusu verilmiş, həmin Əmr də bu günədək qüvvədədir və ləğv olunmamış, məhkəmə istinad etdiyi xxxx 1993-cü il tarixli “Şəhid adının əbədilişdirilməsi və şəhid ailələrinə güzəştl ər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini iddiaçının vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə almamışdır. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iz ahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-362/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X3 X5 ilə xxxx 1983-cü ildə nikaha daxil olmuş, iddiaçının həyat yoldaşı X3 xxxx 1993-cü ildə “kəskin leykoz” səbəbindən vəfat etmiş, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, mərhum həyat yoldaşına şəhid statusunun verilməsini xahiş etmiş, sonuncu, xxxx 2017-ci il tarixli məktubla mərhum X1 zabit kimi xidməti barədə Nazirlikdə heç bir məlumatın olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəl mişdir ki, qanunvericiliyə əsasən şəhid hesab edilən şəxs və şəhid ailəsi statusu zabit heyəti üçün Müdafiə Nazirliyinin verdiyi arayışla təsdiq edilməlidir, Azərbaycan SSR Sosial Təminat Nazirliyinin 36 nömrəli, xxxx 1996-cı il tarixli “Müayinə aktından çıxarış”da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi hərbi-həkim komissiyasının 203 nömrəli, 26.07.1996-cı il tarixli qərarında, 6 nömrəli TSEK-in ****** nömrəli, xxxx 1993-cü il tarixli arayışında X1 xəstəliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə bağlı olduğu, iddiaçının mərhum ərinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmış xəstəlik nəticəsində vəfat etdiyi qeyd edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il xxxx tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmış xəstəlik nəticəsində vəfat etmiş şəxslərə şəhid statusunun verilməsi nəzərdə tutulmamış, beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya «Şəhid adına və şəhid ailəsi statusuna» dair arayışın verilməsindən imtina edilməsi «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın tələblərinə uyğun olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyas ı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”Azərbaycan Respublikasının Qanunununa əsasən bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Qanunun 1-ci maddəsinə uyğun olaraq şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağı dakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1994-cü il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın preambulasına əsasən bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Bu Qaydaların "Şəhid anlayışı” adlı 1-ci bəndində göstərilmişdir: 1.1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.1.2. Aşağıdakılar şəhid hesab edilirlər:1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;1.2.2. xxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildə n 1990-cı ilin xx ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xi dməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Qaydaların 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Apellyasiya məhkəməsi, Qaradağ ra yon Hərbi Komissarı tərəfindən iddiaçıya verilmiş 1996-cı il tarixli arayışda bu barədə məlumatın göstərilməsi ilə bağlı qeyd etmişdir ki, həmin əmr şəxsi işə əlavə edilməmiş, cavabdehin nümayəndəsi isə həmin arayışa münasibət bildirərək, cavabdeh inzibati orqanın şəhid statusunun verilməsi ilə bağlı bir qayda olaraq fərdi əmr vermədiyini, əgər belə bir əmr olmuşsa, şəhidlərə aid ümumi əmr olduğunu, cavabdehin arxivində iddiaçının mərhum ərinə şəhid statusunun verilməsi haqqında əmr barədə məlumatların aşkar olunmadığını göstərmişdir. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının mərhum əri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyü şlərdə alınmış xəstəlik nəticəsində sonradan vəfat etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il xx tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmış xəstəlik nəticəsində vəfat etmiş şəxslərə şəhid statusunun verilməsinin nəzərdə tutulmadığını, həmçinin cavabdehin arxivində iddiaçının mərhum ərinə şəhid statusunun verilməsi haqqında əmr barədə məlumatların aşkar olunmadığına görə cavabdeh inzibati orqanın imtinasının istinad edilən qanunvericiliyin tələblərinə uyğun olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-362/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu i l tarixli, 2-1(103)-362/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2734/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2734/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver