Məhkəmə qərarları › İş №2-1(102)-2734/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2734/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2734/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi şərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tutulmuş pensiyanın geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 13 iyul 2023-cü il tarixli, 2-1(103)-1432/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2014-cü il tarixdə 2-ci dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. Əlillik müddətinin başa çatması ilə əlaqədar ona təyin edilmiş pensiya dayandırılmışdır.

2. İddiaçı təkrar müayinədən keçməsi ilə əlaqədar ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin olunmuş və o, xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək əlillik dərəcəsi bərpa edildiyi üçün ona təyin edilmiş əmək pensiyasının davam etdirilməsini xahiş etmişdir.

3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq, əvvəlkinə nisbətdə 662 manatdan 632,85 manata azaldılmışdır.

4. Cavabdeh iddiaçıya ünvanladığı əmək pensiyasının yenidən hesablanması haqqında məktubunda bildirmişdir ki, ona ödənilən pensiya səhv hesablanaraq xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasında 1193,11 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə 491,40 manat, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasında isə 670,45 manat, cəmi 2354,96 manat artıq pensiya ödənilmişdir. Ona xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik müəyyən olunduqdan xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə, 4429,95 manat pensiya məbləğindən artıq ödənilmiş həmin 2354,96 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir.

5. İddiaçı ərizə ilə cavabde hə müraciət edərək onun pensiyasından qanunsuz tutulmuş pul vəsaitinin kart hesabına ödənilməsini xahiş etmişdir.

6. Cavabdeh 21 aprel 2022-ci il tarixli **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə artıq ödənilmiş 2354,96 manat pul vəsaiti, həmçinin 12 iyul 2021-ci il tarixindən İİ dərəcəli əlilliyinin müəyyən olunduğu üçün xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 4429,95 manat (hər ay üzrə 632,85 manat) pensiya məbləğinin hesablandığı və həmin 4429,95 manat pul vəsaitindən ona artıq ödənilmiş 2354,96 manatın çıxılaraq büdcəyə bərpa edildiyi barədə ətraflı izah verilmiş, qalıq 2074,99 manat pul vəsaiti isə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı döv r ərzində hissə-hissə əmək pensiyasının (632,85 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının pensiya kartından pul məbləğini tutmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin kart hesabına mədaxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 04 iyul 2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuş, ancaq sonradan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fili alın ona göndərdiyi məktubdan məlum olmuşdur ki, DSMF tərəfindən pensiyasının hesablanmasında yanlışa yol verilmiş, buna görə də onun pensiyasından tutmalar həyata keçirilmişdir. Artıq ödənilən məbləğin DSMF-nin Mərkəz filialının geri tələb etmək səlahiyyəti heç bir halda doğru deyil. Əvvəla, bir dövlət qurumunun 2014-cü ildən bəri 7 il ərzində pensiyanı yanlış hesablaması gülüncdür. İkincisi, həqiqətən də belə bir hal varsa, bunun məsuliyyətini aidiyyəti dövlət qulluqçusu daşımalıdır. Nəzərə alınmalıdır ki, onunla həmin dövlət qurumu arasında əmək müqaviləsindən irəli gələn münasibəti olmuşdur. Üçüncüsü, pensiyanın yanlış hesablanması faktının fərziyyə olaraq qəbul edilməsi halında belə, yenə də DSMF-nin artıq ödənilmiş vəsaiti vətəndaşın pensiyasından təktərəfli tutması qanunsuzdur. Çü nki qanunvericilikdə həmin quruma münasibətdə belə bir səlahiyyət nəzərdə tutulmamışdır. Başqa sözlə, pensiyadan təktərəfli olaraq tutmaların həyata keçirilməsi ilə bağlı qanunvericilikdə hər hansı norma mövcud deyildir. Dördüncüsü, həqiqətən də belə bir hal (pensiyanın artıq ödənilməsi halı) varsa, bu zaman həmin qurumun artıq ödənilmiş məbləğə dair tələbetmə hüququ yaranar ki, bu zaman hüquq subyekti həmin məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edə bilər.

9. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9789/2022 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək cavabdehin iddiaçıya ödənilməli olan pensiya ödənişindən 2354,96 manat məbləğində pulun tutulması qanunsuz hesab edilmiş və iddiaçıya ödənilməli olan pensiya ödənişindən tutulmuş 2354,96 manat məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya xx.xx.2014xx.xx.2021-ci il tarixlərində 2354,96 manat məbləğində artıq pensiya ödənişi edildiyini aşkar etsə də, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan pensiya ödənişindən həmin məbləği tam formada çıxaraq yerdə qalan məbləği iddiaçıya ödəmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar q əbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda, qanunvericiliyə əsasən 2354,96 manat vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 21(103)-1432/2023 nömrəli qərarı ilə (hakimlər C.Yusifov – sədrlik edən və məruzəçi, P. Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qə rarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, öz hüquqi mövqeyini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” 39.1, 39.2, ”İnzibati icraat haqqında” Qanunun 13.1, 28.1.2, 36.3, 51.1, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarına istinad etmişdir.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti mahiyyət etibarilə imtina məktubu ilə oxşar məzmunda tərtib edilmiş və təkrarən qeyd edilmişdir ki, iddiaçının əmək pensiyasından heç bir tutulma aparılmamış, yalnız ona ödənilən artıq pul vəsaiti əvəzləşdirmə qaydasında ödənilməli olan pensiya məbləğindən çıxılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2-1(103)-1432/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin mə bləğinin tutulması. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.... 19. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıd akı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan v ə yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nə ticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraql arına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim e tməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması on un qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.

20. İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş h allarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi ü zrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.

27. İş material ları ilə müəyyən edilir ki, iddiaçıya 2-ci dərəcə əlillik səbəbi ilə xx.xx.2014-cü il tarixdən əmək pensiyası təyin olunmuşdur. Təkrar müayinədən keçməsi ilə əlaqədar ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin olunmuş və o, xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək əlillik dərəcəsi bərpa edildiyi üçün ona təyin edilmiş əmək pensiyasının davam etdirilməsini xahiş etmiş, lakin cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, ona təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq, əvvəlkinə nisbətdə 662 manatdan 632,85 manata azaldılmışdır.

28. Cavabdeh tərəfindən qeyd edilən azaldılma onunla əsaslandırılmışdır ki, iddiaçıya ödənilən pensiya səhv hesablanaraq xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasında 1193,11 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə 491,40 manat, xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasında isə 670,45 manat, cəmi 2354,96 manat artıq pensiya ödənilmişdir. Ona xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik müəyyən olunduqdan xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə, 4429,95 manat pensiya məbləğindən artıq ödənilmiş həmin 2354,96 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir.

29. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımında n xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

31. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunv ericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

32. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları s ferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

33. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması n əticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.

34. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər e tməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya sadəcə olaraq, “pensiya məbləğindən tutulma haqqında” məktub ünvanlayaraq məlumat verməklə kifayətlənmiş, bununla da hazırkı qərarın 20-ci bəndində qeyd olunan normaların tələblərini pozmuşdur.

35. Həmçinin qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən id diaçının razılığı alınaraq artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməmiş, cavabdeh öz mülahizəsinə əsasən iddiaçıya ödənilən artıq pul vəsaiti əvəzləşdirmə qaydasında ödənilməli olan pensiya məbləğindən çıxmışdır.

37. Beləliklə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qanunsuz tutulmuş pensiya məbləği ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 1820-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 21(103)-1432/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar