Məhkəmə qərarları › İş №2-1(102)-2735/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2735/2019

29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2735/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər:diplomun tanınması, magistratura pilləsi üzrə ixtisasların üst-üstə düşməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “Türkiyə Respublikasının İstanbul Ticarət Universiteti tərəfindən iddiaçının adına verilmiş 4 mart 2015-ci il tarixli 1826 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-356/2019saylı, 29 may 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 2012-ci ildə Türkiyə Respublikasının Sakarya Universitetinin bakalavr səviyyəsini “menecment” ixtisası üzrə bitirmiş və iddiaçının adına verilmiş 21.03.2012-ci il tarixli diplom 2016-cı ildə Azərbaycan Respublikasında tanınmış və cavabdeh tərəfindən həmin diplomun tanınmasına və ekvivalentliyinə dair müvafiq şəhadətnamələr verilmişdir. Həmçinin iddiaçı İstanbul Ticarət Universitetində təhsilini magistratura səviyyəsində davam etdirmişdir. İstanbul Ticarət Universiteti Sosial Elmlər İnstitutu tərəfindən 04.03.2015-ci il tarixdə verilmiş 1826 saylı magistr diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Qədır oğlu Ali Təhsil Qanunu və İstanbul Ticarət Universitetinin ixtisas üzrə Təkmilləşmə TəlimTəslim və İmtahan Təlimatına əsasən müvafiq şərtləri yerinə yetirərək Sosial Elmlər İnstitutu Ticarət hüququ və X1 Magistr proqramını müvəffəqiyyətlə başa vurmuş, Beynəlxalq Ticarət Hüququ və X1 Magistr dərəcəsini almağa layiq görülmüşdür. Diplom Türkiyə Respublikası İstanbul Ticarət Universiteti tərəfindən 4 dekabr 2015-ci ildə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil möhürü ilə təsdiq edilmişdir. Bundan sonra iddiaçı həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 7 sentyabr 2017-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən diplomun tanınması mümkün deyildir. İddiaçı 6 oktyabr 2017-ci il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının İstanbul Ticarət Universiteti tərəfindən iddiaçının adına veri lmiş 4 mart 2015-ci il tarixli 1826 nömrəli diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçı müvafiq müsahibədə iştirak etmək üçün həmin idarəyə çağırılmış və müsbət rəy almışdır. 07.09.2017-ci il tarixində iddiaçıya müvafiq şəhadətnamənin verilməsindən imtina edilməsi barədə cavab məktubu verilmişdir. İddiaçının həm “bakalavr” həm də “magistr” səviyyəsi üzrə aldığı ixtisaslar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş eyni ixtisasl ar qrupuna aiddir və buna görə cavabdehin imtinası qanuni və əsaslı sayıla bilməz. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin 010-0171556/02/2018 saylı 26.07.2018-ci il tarixli məktubunda bildirilmişdir ki,

1. UNEC-də bütün ixtisaslarda seçmə fənlər blokuna aid (seçm ə fənlər bloku o deməkdir ki, blokda olan üç fəndən ancaq biri tələbələr tərəfındən seçilə bilər) Azərbaycan Respublikasının konstitusiyası və hüququn əsasları» fənni tədris olunur. “İqtisadiyyat” və “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” ixtisaslarında hüquqa aid digər fənlər vardır. Belə ki, “İqtisadiyyat” ixtisasında “İqtisadi hüquq” fənni əsas fənlər blokuna, “Maliyyə hüququ” fənni isə seçmə fənlər blokuna aiddir. “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” ixtisasında isə “İqtisadi hüquq” fənni seçmə fənlər blokuna aiddir.

2. UNEC-də 050404 şifrəli “İqtisadiyyat” adlı ixtisas var, lakin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsi heç zaman olmayıb. 2009-2014-cü illərdə fəaliyyət göstərən “Ali təhsil pilləsinin dövlət standartlarına aid “İqtisadiyyat” ixtisasında “İqtisadiyyat ın hüquqi tənzimlənməsi” ixtisaslaşması olmuşdur. 2014-cü ildə qəbul edilmiş “Ali təhsil pilləsinin dövlət standartında isə ixtisasların nəzdində bütün ixtisaslaşmalar ləğv edilmişdir. Bununla belə, 2009-2014-cü illərdə fəaliyyət göstərən “Ali təhsil pilləsinin dövlət standartında “İqtisadiyyat” ixtisasının “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisaslaşmasını bitirən tələbələrin diplomlarında ancaq ixtisasın adı “İqtisadiyyat” sözü yazılmışdır. Bu ixtisaslaşmanı bitirən məzunlara hüquqyönlü fənlər tədris edildiyinə baxmayaraq onlar hüquqşünas kimi tanınmırlar. Hal-hazırda 2014-cü ildə qəbul edilmiş «Ali təhsil pilləsinin dövlət daxilində «Beynəlxalq ticarət» ixtisaslaşması olmuşdur. Həmin məzunların diplomlarında «Beynəlxalq ticarət» sözləri yazılırdı. Halhazırda tədris planına uyğun ola raq, «Dünya iqtisadiyyatı» ixtisasında aşağıdakı fənlər tədris olunur: «Azərbaycan dili və nitq mədəniyyəti», «Azərbaycan tarixi», «Xarici dili-l», «Xarici dili-2», «Sosiologiya», «Fəlsəfə». Hal-hazırda tədris planına uyğun olaraq, «Dünya iqtisadiyyatı» ixtisasında aşağıdakı fənlər tədris olunur: «Azərbaycan dili və nitq mədəniyyəti», «Azərbaycan tarixi», «Xarici dili-l», «Xarıcı dili-2», «Sosiologiya», «Fəlsəfə». İxtisasın (proqramın) peşə hazırlığı fənləri: «İqtisadiyyata giriş», «Mikroiqtisadiyyat», «Makroiqtisadiyyat», «Xətti cəbr və riyazi analiz», «Ehtimal nəzəriyyəsi və riyazi statistika», «İqtisadi informatika», «Ətraf mühitin iqtisadiyyatı», «Mülki müdafiə», «İnsan resurslarının idarə edilməsi», «İnformasiya kommunikasiya texnologiyaları», «Ekonometrika», «İşgüzar yazışmalar», «Ma rketinq», «Menecment», «Maliyyə», «Bank işi», «Vergilər və vergitutma», «Mühasibat uçotu», «Audit», «Statistika», «İqtisadiyyatın tənzimlənməsi», «Azərbaycan iqtisadiyyatı», «Dünya iqtisadiyyatı», «Gömrük işi», «Beynəlxalq iqtisadi hüquq», «Beynəlxalq iqtisadiyyat», «Beynəlxalq iqtisadi təşkilatlar», «Beynəlxalq kommersiya işi». 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5,2-1(82)-271/2018 saylı iş)25 yanvar 2018-ci il tarixliqərarı ilə iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin25 yanvar 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X15məruzəçi, X7 və X11, 2-1(103)-1239/2018 saylı iş) 30 avqust 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəm əsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X8 və X9, 2-1(102)-584/2019 saylı iş) 30 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin25 yanvar 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X10məruzəçi, X6 və X4, 2-1(103)-356/2019 saylı iş) 29 may 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdi rmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. İddiaçı menecment ixtisası üzrə bakalavr təhsili almasına baxmayaraq, magistr təhsilini menecment ixtisası üzrə deyil, həmin ixtisasla əlaqəsi olmayan Beynəlxalq Ticarət hüququ və Avropa Birliyi ixtisası üzrə almışdır. İddiaçı 22 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublika Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda isə “Menecment və Beynəlxalq ticarət” ixtisaslarının ikisi də 4-cü ixtisas qrupuna, yəni “İqtisadiyyatı idarəetmə ixtisasları qrupu”na aid edilmişdir. Yəni bu ixtisaslar heçdə bir-birindən ayrı və tamamilə fərqli bazalı ixtisaslar deyil. Şikayətin maddi hüquqi əsasları iddianın maddi hüquqi əsasları ilə eynidir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını v ə iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin mübahisə olunmayan halına görə iddiaçı menecment ixtisası üzrə bakalavr təhsilini 2012-ci ildə Türkiyə Respublikasının Sakarya U niversitetində bitirmiş, bu ixtisas üzrə diplomu Azərbaycan Respublikasında tanınmışdır. Bundan başqa, iddiaçı İstanbul Ticarət Universitetinin Sosial Elmlər İnstitutunu magistratura təhsili üzrə bitirmiş və ona verilən diplomda ixtisasının Beynəlxalq ticarət hüququ və Avropa İttifaqı olduğu qeyd edilmişdir. İddiaçı magistratura təhsili üzrə diplomunda qeyd edilən ixtisasın və tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh magistratura ixtisasının bakalavr ixtisası üzrə üst-üstə düşmədiyini bildirib imtina cavabı vermişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğundur. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəl lənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dö vlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əs asnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi r əy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Cavabdehin təşkil etdiyi komissiyanın ekspert rəyində qeyd edilir ki, iddiaçı bakalavr təhsilini menecment, magistr təhsilini isə beynəlxalq ticarət hüququ və Avropa İttifaqı üzrə almışdır. Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı və 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları ilə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. İddiaçının mövqeyinə görə Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda menecment və beynəlxalq ticarət ixtisaslarının ikisi də 4-cü ixtisas qrupuna, yəni iqtisadiyyat və idarəetmə qrupuna aid edilmişdir. Bu ixtisaslar heç də bir-birindən ayrı və tamamilə fərqli bazalı ixtisaslar deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.9-cu bəndində qeyd edilmişdir ki, müvafiq ixtisas üzrə magistr hazırlığı AMEK istisna olmaqla, yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir. Bu qərara görə bakalavr təhsili almış şəxs həmin ixtisas üzrə bakalavr buraxılışı olmuş ali məktəbdə eyni ixtisas üzrə magistr təhsili ala bilər. Nəzərə alınmalıdır ki, iddiaçı bakalavr təhsilini də Türkiyə Respublikasında almışdır. İddiaçının bakalavr pilləsi üzrə aldığı ixtisaslaşmanın magistr pilləsi üzrə aldığı ixtisaslaşma üzrə eyni qrupda olub-o lmaması apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılıb qiymətləndirilməmişdir. “Ali təhsilin magistratura üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qərarda həm beynəlxalq ticarət, həm iqtisadiyyatın hüquqi tənzimlənməsi, həm də menecment ixtisası eyni (bir) ixtisas qrupunda-İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda yer almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında verdiyi 26 iyul 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iqtisadiyyat ixtisasında iqtisadi hüquq fənni əsas fənlər blokuna, maliyyə hüququ fənni isə seçmə fənlər blokuna aiddir. Sənayenin iqtisadiyyatı və idarə edilməsi ixtisasında isə iqtisadi hüquq fənni se çmə fənlər blokuna aiddir. 2014-cü ildə qəbul edilmiş Ali təhsil pilləsinin dövlət standartında isə ixtisasların nəzdində bütün ixtisaslaşmalar ləğv edilmişdir. Bununla belə, 2009-2014-cü illərdə fəaliyyət göstərən ali təhsil pilləsinin dövlət standartında iqtisadiyyat ixtisasının iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisaslaşmasını bitirən tələbələrin diplomlarında ancaq ixtisasın adı iqtisadiyyat sözü yazılmışdır. Bu ixtisaslaşmanı bitirən məzunlara hüquqyönlü fənlər tədris edildiyinə baxmayaraq onlar hüquqşünas kimi tanınmırlar. Məktubda həmçinin qeyd edilmişdir ki, dünya iqtisadiyyatı ixtisası daxilində beynəlxalq ticarət ixtisaslaşması olmuşdur. Həmin məzunların diplomlarında beynəlxalq ticarəti yazılırdı (səh.109). İddiaçının hələ menecment ixtisası üzrə təhsil aldığı və cavabdeh tər əfindən tanınmış diplomla bağlı Sakarya Universiteti tərəfindən verilmiş cədvəldən görünür ki, iddiaçıya hüququn təməl kavramları, borclar hüququ, ticarət hüququ fənləri tədris edilmişdir (səh.48). Yəni, yuxarıdakı sənədlərə görə iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə təhsil almış məzunlara ayrı-ayrı hüquq sahələri üzrə tədrisin edilməsi onların hüquqşünas olması anlamına gələ bilməz. Bundan başqa, o da nəzərə alınmalıdır ki, işin 117-ci səhifəsində olan İstanbul Ticarət Universitetinin saytından çıxarılmış məlumatlara görə beynəlxalq ticarət hüququ üzrə təhsil hüquq sahəsini deyil, beynəlxalq ticarət üzrə hüquqi tənzimlənməni əhatə edir. Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura üzrə ixtisasların (ixtisaslaşma ların) Təsnifatı”nda 2-ci ixtisas qrupu adlanan Humanitar və sosial ixtisaslar qrupunda beynəlxalq ticarət hüququ ixtisaslaşması qeyd edilməmişdir. Apellyasiya məhkəməsi beynəlxalq ticarət hüququ üzrə ixtisaslaşmanın təsnifatda qeyd edilən 2-ci ixtisas qrupuna aid olmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə obyektiv və qanuni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin mütəxəssisləri işə cəlb edilməli, yuxarıdakı hallar nəzərə alınmaqla iddiaçının magistr pilləsi üzrə aldığı təhsilin bakalavr pilləsi üzrə aldığı təhsillə eyni ixtisas qrupuna aid olub-olmaması müəyyən edilməlidir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-356/2019 saylı, 29 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar