Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2736/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.10.2023 Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2-1(103)-2122/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 599 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən 1.0 hektar torpaq sahəsi "xxxx" LTD Şirkətinə “Özəl xəstəxana tikintisi üçün” ayrılmış və həmin torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02/91 saylıxx.xx.2002-ci il tarixli Ayrıc Aktı və ayrılmış torpaq sahəsinə cizgi verilmişdir.
2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 239 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən 0.8 hektar torpaq sahəsi "xxxx" LTD Şirkətinə “ofis binasının tikintisi üçün” ayrılmış və həmin torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 99/179 saylı xx.xx.1999-cu il tarixli Ayrıc Aktı və ayrılmış torpaq sahəsi cizgisi verilmişdir. Həmin torpaq sahəsi 49 illik müddətinə “torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti və “AZERCELL Telekom” LTD arasında xx.xx.2001-ci il tarixli 0020 saylı Müqavilə bağlanmışdır. Həmin ərazidə 10000 kv.m torpaq sahəsi 49 illik müddətinə “torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti və “AZERCELL Telekom” LTD arasında xx.xx.2002-ci il tarixli 0088 saylı Müqavilə bağlanmışdır.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003- cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Tbilisi prospektində (indiki "xxxx"in yerləşdiyi ünvan) iddiaçı qanun suz olaraq 3 otaqlı ev inşa etmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədi ilə ev sökülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən iddiaçıya maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi kimi 300.000(üç yüz min) manat civarında pulun ödənilməsi, yaxud Bakı şəhərində 4 otaqlı evlə, yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 1999-cu ilin may ayında Azercell Telekom MMC-yə ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda ("xxxx" Telekom MMC-nin Baş ofisi ünvanı, Tbilisi prospekti 149) yerləşən zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdıqları 10 sot torpaqlarını və evi, 7 ay törədilən vəhşilikdən sonra dağıdılmışdır. 1999-cu il iyulun 17- də söküntü aparılan ərazidə çəkilmiş video əlavə olunur. Azərbaycan Şəhərsalma va Tikinti məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraglı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin e vlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli Q-520/2 saylı İddiaçı2 ünvanlandığı, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən evin sökülməsini təsdiqləyən rəsmi məktubu bunun təsdiqidir. (əlavə olunur) Bu illər ərzində dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək, vurulmuş maddi ziyan 150000.0 (yüz əlli min) manat və mənəvi ziyanla bağlı 150000.0 (yüz əlli min) manat, cəmi 300000.0 (üç yüz min) manat məbləğin ödənilməsi, yaxud Bakı şəhərində 4 otaqlı evlə, yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixli Q498-152 saylı məktubla məsuliyyətdən yayınaraq, Yasamal r ayon İcra Hakimiyyəti başçısına müraciətin aidiyyəti üzrə baxılması üçün göndərir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Baki İnzibati Məhkəməsinin 2-1(112)-648/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı2 onun hüquq varisi olan İddiaçı1 ilə əvəz edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-192/2023 nömrəli qərarı ilə (hakim: X6) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sökülmüş evin yerləşdiyi torpaq sahəsində iddiaçı tərəfindən qanunsuz olaraq tikinti aparılmışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində (o cümlədən icarəsində) və ya mülkiyyətində olmadığı, onun həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olmadığı, (hüquqmüəyyənedici sənədin olmadığı) bunun üzərindən tələb hüququnun da istisna edildiyi nəzərə alındıqda, iddiaçı hazırkı kompensasiya tələbində haqlı sayıla bilməz. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsində qanunsuz tikililərin inşa edilməsi və qanunsuz davranışın hüquqi nəticələri ilə bağlı risklər iddiaçının məsuliyyət sferasına aid olunmalıdır. İddiaçıya məxsus sökülmüş evin yerləşdiyi torpaq sahəsində qanunsuz olaraq tikinti aparıldığından, torpaq sahəsi onun qanuni istifadəsində (o cümlədən icarəsində) və ya mülkiyyətində olmadığından, onun həmin torpaq sahəsi və tikilinin üzərində hər hansı hüququ mövcud olmadığından, həmçinin zərərin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində meydana gə ldiyi sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2-1(103)-2122/2023 nömrəli qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X1) Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassa siya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, işdə olan materiallardan və tərəflərin izahatlarından da müəyyən edilməkdədir ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə ünvanındakı torpaq sahəsinin iddiaçılardan zorla alınaraq cavabdehə verilməsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş evin sökülməsi müqabilində iddiaçının anası İddiaçı2 bunların müqabilində Bakı-Aeroport yolunun kənarında salınan qəsəbədə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması Bakı İnzibati məhkəməsinin qərarında qeyd olunmuşdur. Bu isə öz-özlüyündə iddiaçının anası X2, həmçinin ailə üzvlərinin həmin torpaq sahəsi üzərində hüquqlarının mövcud olduğuna dəlalət etməkdədir ki, qanunsuz sökülən evin və alınan torpaq sahəsinin müqabilində iddiaç ılara müvafiq qaydada torpaq sahəsi təklif edilməkdədir. Yəni bunun özü iddiaçının anası X2, həmçinin ailə üzvlərinin qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının mövcud olduğunu göstərməkdədir ki, bu səbəbdən İnzibati məhkəmənin öz qərarında iddiaçının qeyd edilən torpaq sahəsi və tikilmiş evlə bağlı hər hansı hüquqi əsas və sübut təqdim edə bilməməsi ilə bağlı halların qanunsuz olduğunu hesab edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c. ərizə və vəsatət:
16. İddiaçı, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına xahiş etmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin vəsatətinin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətb iqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
18. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir.
19. İddiaçı ilə Ali Məhkəmənin sədrinə ünvanlandığı vəsatətlər ilə iş üzrə hakimlər Quliyev Zakir Müslüm oğluna və Nəbizadə Rahib Sahib oğluna etiraz etmişdir.
20. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı Ali Məhkəmənin sədrinə ünvanlandığı vəsatətlərində barəsind ə əvvəllər baxılmış işdə iştirak etmiş məhkəmə tərkibinin hazırkı işdə baxılmasına etiraz etdiyini bildirmiş, hakim tərəfindən işə baxılmasının yol verilməməsi və hakimə etiraz olunması üçün İPM-in 18 və 19-cu maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri olmadığından, hazırkı tərəflər arasında mübahisə predmeti ilə əvvəlki işdə olan mübahisə predmeti fərqli olduğundan İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 21.3-cü maddəsinin tələbinə əsasən iddiaçının etirazı məhkəmə tərkibi tərəfindən baxılmamış saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Torpaq Məcəlləsi Maddə 11 Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Maddə
49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
19. Hakimə etiraz olunması üçün əsaslar 19.1. Hakimə aşağıdakı hallarda etiraz oluna bilər: 19.1.1. bu Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda; 19.1.2. o, inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən inzibati a ktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə; 19.1.3. o, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin mümkün nəticəsi barədə məhkəmə baxışından kənar istənilən formada mövqe bildirdikdə (və ya açıq bəyanat verdikdə); 19.1.4. o, inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər nümayəndəsi və ya vəkili olduqda; 19.1.4-1. o, məhkəmədə baxılan inzibati mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.5. o, işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali M əhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona ai d müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsi barədə əsaslarının mövcudlu ğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun əmlakına maddi zərər dəydiyini iddia etsə də, həmin zərərin cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, habelə məhkəm ə araşdırması zamanı bu hallarla bağlı hər hansı xüsusat aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi iddia edilən mübahisəli yaşayış sahəsinin sökülməsinə dair heç bir göstəriş (sərəncam) verildiyi öz təsdiqini tapmamışdır.
30. Sökülmüş evin yerləşdiyi torpaq sahəsində iddiaçı tərəfindən qanunsuz olaraq tikinti aparılmışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində (o cümlədən icarəsində) və ya mülkiyyətində olmadığı, onun həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olmadığı, (hüquqmüəyyənedici sənədin olmadığı) bunun üzərindən tələb hüququnun da istisna edildiyi nəzərə alındıqda, iddiaçı hazırkı kompensasiya tələbində haqlı sayıla bilməz.
31. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
32. Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulduğu sübuta yetirilmədiyi, həm də özbaşına tutduğu torpaq sahəsindən çıxarıldığı halda, ona formal xarakterli mülahizələrinə əsasən cavabdehə qarşı mənəvi ziyan tələbi təmin edilə bilməz. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı həm maddi və həm də mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinin əsaslılığı sübut olunmur.
33. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 21(103)-2122/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.