Məhkəmə qərarları › İş №2-1(102)-2736/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2736/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2736/2025 15.05.2026 ALI MƏHKƏMƏ İddiaçıblikası adından İddiaçıblikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “xxxx” Idarəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi İddiaçıblikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi, 6 ünvanında yerləşən 0,20949 ha torpaq sahəsinə dair İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2023-cü il tarixli ** nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yerquruluşu planında göstərilən koordinatlarda yerləşən torpaq sahəsi, ləğv olunmuş neft-qaz quyularının (ən yaxın quyu 2,8 metrlik məsafədə), eləcə də “SOCAR”-ın “xxxx” Idarəsinin istismarında olan Sabunçu-Böyükşor D-219 mm-lik (Balaxanı ağır) və Sabunçu-Böyükşor D-219 mm-lik (Balaxanı yüngül) xxxxnin mühafizə zonası daxilində yerləşir. Sözügedən torpaq sahəsinə dair (Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən qanunsuz olaraq Üçüncü şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ##.##.2023-cü il tarixli, 005011002748 reyestr və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, icarə hüququ əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi, 6 ünvanında yerləşən 0,2095 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara dair Üçüncü şəxs adına olan ##.##.2023-cü il tarixli, 005011002748 reyestr və ********** qeydiyyat nömrəli çıxarış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” **** nömrəli, ##.##.2023-cü il tarixli müqaviləyə əsasən hazırlanmışdır. Təkrar sorğular nəticəsində məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamına əsasən, Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə Üçüncü şəxs (icarəçi) arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” ##.##.2023-cü il tarixli müqavilə bağlanmışdır. Göründüyü kimi, sözügedən müqavilə əsasında Üçüncü şəxs ##.##.2023-cü il tarixli çıxarış verilmişdir. Ərazi xxxxnin mühafizə zonasına düşdüyündən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sərəncam əsassızdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli məktubu ilə cavab verilərək, Üçüncü şəxs tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında müraciətdə göstərilən torpaq sahəsinə dair onunla ##.##.2023-cü il tarixli, **** nömrəli icarə müqaviləsi bağlanıldığı qeyd olunmuş və ərizənin təmin edilməsindən imtina olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi, 6 ünvanında yerləşən 2094 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla daşınmaz dövlət əmlakının registrində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi, 6 ünvanında yerləşən 2094 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə Üçüncü şəxs arasında bağlanmış ##.##.2023-cü il tarixli **** nömrəli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Həmçinin, iddia tələbində qeyd olunan torpaq sahəsi icarəyə verilən zaman orada yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ ********** qeydiyyat nömrəli ##.##.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən Üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində Üçüncü şəxs mülkiyyət hüququ qeydiyyata alınmazdan əvvəl həmin tikili digər şəxslərin mülkiyyətində olmuş və həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportda qeyriyaşayış obyektinin istifadəsində olan torpaq sahəsinin ölçüləri 2094,4 kv.m qeyd olunmuşdur (Texniki pasport əlavə olunur). Qeyd edilənlərdən əlavə, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, yuxarıda qeyd olunanlardan və iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı uzun müddət ərzində mübahisəli torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyektinin ayrı-ayrı şəxslərin mülkiyyətində olmaqla, həmin şəxslərin müvafiq sənədlər əsasında torpaq sahəsi üzərində istifadə hüququna malik olduğunu bildiyi halda, onun tərəfindən 15 ildən artıq müddət ərzində məhkəmədə iddia qaldırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. Bundan əlavə, * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı uzun müddət ərzində mübahisəli torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə Üçüncü şəxs arasında bağlanmış **** nömrəli ##.##.2023-cü il tarixli icarə müqaviləsinin mövcudluğundan məlumatlı olmuşdur. Üçüncü şəxs tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın yeganə mülkiyyətçisi Üçüncü şəxsdur və mübahisə predmeti olan torpaq sahəsi onun istifadəsindədir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, həmin sahə üzərində Əhməd Xəlilovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun mövcudluğu, iddiaçının həmin torpaq sahəsi ilə bağlı hər hansı hüququnu istisna edir. Iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın etibarsız sayılması ilə bağlı “Inzibati icraat haqqında” İddiaçıblikasının Qanununun 65-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslardan hər hansı ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı uzun müddət ərzində mübahisə predmeti olan torpaq sahəsinin digər şəxslərin qanuni istifadəsində olmasından məlumatlı olduğu halda, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi iddia müddətinin ötürülməsindən yayınmaq olmuşdur. Hazırkı halda, iddiaçı “Inzibati icraat haqqında” İddiaçıblikasının Qanununun 65-ci və 67-ci maddələrinin tələblərini nəzərə alaraq Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamının etibarsız hesab edilməsini deyil, ləğv edilməsini formal olaraq məhkəmədən xahiş etmək hüququna malikdir. Lakin tələb bu formada irəli sürüləcəyi təqdirdə də, həm yuxarıda qeyd edilən hallara görə, həm də iddia müddəti ötürüldüyünə görə təmin edilə bilməz. Göründüyü kimi, iddiaçı inzibati aktların mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

4. Bakı Inzibati Məhkəməsinin (hakim: C.Ə.Quliyev) ## ###### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçıblikasının Dövlət Neft Şirkəti “xxxx” Idarəsinin cavabdeh İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbi barədə Bakı Inzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı iş üzrə Üçüncü şəxs üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.

5. Bakı Inzibati Məhkəməsinin (hakim: C.Ə.Quliyev) ## ###### 2025-ci il tarixli e-*- *(***)-****/**** nömrəli, qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakim: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və E.Ə.Əliyev) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “xxxx” Idarəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Iddiaçı hazırkı iddiasında inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in ## #### 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, # ###### 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti IPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçıblikasının Inzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni # ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün isə əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, IPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Iddiaçının mübahisə açdığı inzibati akt 2023-cü ildə qəbul edilmiş olsa da, həmin inzibati aktın qəbuluna əsas verən hüquqmüəyyənedici sənəd sözügedən torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə dair çıxarış və onun yerləşdiyi torpaq sahəsinə dair texniki pasport olmuşdur. Iş materiallarında olan qeyriyaşayış binasına dair ##.##.2009-cu il tarixdə tərtib edilmiş, reyestr nömrəsi 005011002748-06301 olan texniki pasport onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış binası hazırkı iş üzrə üçüncü şəxs olan Üçüncü şəxs əvvəl digər şəxs - X1 mülkiyyətində, torpaq sahəsi isə istifadəsində olmuşdur. Məhkəmə kollegiyası, əvvəla, qeyd edir ki, iddiaçı qeyd edilən hüquqmüəyyənedici sənədləri mübahisələndirməmişdir. Bununla belə, məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiаçının həmin hüquqmüəyyənedici sənədlərə münasibətdə öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin II yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).

9. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

10. Iddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

12. İddiaçıblikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. Iddia müddəti Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. .... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

13. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” İddiaçıblikası Ali Məhkəməsi Plenumunun ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

18. Avropa Insan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

19. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. Hazırkı iş üzrə iddiaçı iddiasında inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır. Bu baxımdan, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

21. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

22. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

23. Iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

24. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

25. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

26. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

27. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən və apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar