Məhkəmə qərarları › İş №2-1(102)-2737/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2737/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2737/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin Cavabdeh qarşı iş üzrə (Açar söz: artıq ödənilmiş müavinətin qaytarılması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin Cavabdeh qarşı artıq ödənilmiş müavinət məbləğinin qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1022/2 019 saylı 22 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh X5 ilə 01 noyabr 1994-cü il tarixdə nikaha daxil olmuş və onların bu nikahından 27.09.1995-ci il təvəllüdlü A, 16.07.2000-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud B adlı övladları olmuşdur. X5 08 fevral 2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” X3 görə 01.09.2001-ci il tarixdən sosial müavinət almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2012-ci il tarixli qərarı ilə X1 20 aprel 1988-ci il tarixdən 14 avqust 1992-ci il tarixədək və 02 dekabr 1996-cı il tarixdən 26 dekabr 1997-ci il tarixədək işlədiyi və 16 iyul 2000-ci il tarixdən 01 fevral 2006-cı il tarixədək 16 iyul 2000-ci il tarixdə doğulmuş övladı X3 qulluq etdiyi müddətin onun sığorta stajına daxil edilməsi, 02 fevral 2007-ci il tarixdən etibarən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və 08 fevral 2007-ci il tarixdən yaranmış pensiya məbləğinin hesablanaraq birdəfəyə iddiaçı Cavabdeh ödənilməsi öhdəliyi cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sağlamlıq imkanları məhdud 18 yaşınadək övladının əmək pensiyası hüququ olduğu dövrdə artıq aldığı müavinətin şö bənin hesabına bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-325/2019 saylı 21 yanvar 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək Cavabdeh sağlamlıq imkanları məhdud 18 yaşınadək övladına görə 08 fevral 2007-ci il tarixdən 01 avqust 2018-ci il tarixədək ona ödənilmiş müavinət məbləğinin tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh 2007-ci il təvəllüdlü övladı X6 onun 2007-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğundan, bu hüququ həyata keçirib-keçirməməsindən asılı olmayaraq, ailə başçısını itirməy ə görə müavinəti almamalı idi. Odur ki, ona 2007 - 2018-ci illərdə ödənilmiş müavinət məbləği iddiaçıya qaytarılmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-325/2019 saylı 21 yanvar 2019-cu il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1022/2019 saylı 22 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-325/2019 saylı 21 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmiş, Cavabdeh sağlamlıq imkanları məhdud 18 yaşınadək övladına görə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)-1086/2012 saylı iş üzrə 27 iyun 2012-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi tarixdən 01 avqust 2018-ci il tarixədək ona artıq ödənilmiş müavinət məbləği tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə artıq ödənilmiş müavinətin tutulması tarixini düzgün müəyyən etməmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2012-ci il tarixli qərarı ilə X1 20 aprel 1988-ci il tarixdən 14 avqust 1992-ci il tarixədək və 02 dekabr 1996-cı il tarixdən 26 dekabr 1997-ci il tarixədək işlədiyi və 16 iyul 2000-ci il tarixdən 01 fevral 2006-cı il tarixədək 16 iyul 2000-ci il tarixdə doğulmuş övladı X3 qulluq etdiyi müddətin onun sığorta stajına daxil edilməsi, 0 2 fevral 2007-ci il tarixdən etibarən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və 08 fevral 2007-ci il tarixdən yaranmış pensiya məbləğinin hesablanaraq birdəfəyə iddiaçı Cavabdeh ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının əmək pensiyasının X1 vəfat etdiyi 08 fevral 2007-ci il tarixdən yarandığı müəyyən edilsə də, bu hüquq məhkəmə qərarı əsasında yaranmışdır. Odur ki, müavinətin verilməsinin dayandırılmalı olduğu müddət həmin 27 iyun 2012-ci il tarixli məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix hesab olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1022/2019 saylı 22 may 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişd ir. Kassasiya şikayətinin dəlilləri Kassator İPM-nin 2.2.7, 48.1, 90, 91, 94, 96-cı maddələrinə, MPM-nin 25.1-ci maddəsinə, “Sosial müavinətlər haqqında” Qanunun 3.1, 11.1.4, 12.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1022/2019 saylı 22 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alın madan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1022/2019 saylı 22 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1– cimaddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növlərimüəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailəbaşçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailəbaşçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ail ə üzvlərinin ailə başçısınıitirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşınadək. “Sosial müavinətlər” haqqında Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, Bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4-cü madd əsinə əsasən, aylıq müavinətlərin sırasına sağlamlıqimkanları məhdud 18 yaşınadək uşaqlara müavinət və ailə başçısını itirməyə görəmüavinətlərdə aid edilmişdir. Həmin Qanunun 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişqaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğumüəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsindəgöstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdəmüavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödəniş inindayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıqmüavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icrahakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtinaedilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, müavinətin dayandırılmasına əsas olmuş hallar meydana gəldikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana bu barədə məlumat verməli və bunun nəticəsi olaraq müavinətin verilməsi dayandırılmalıdır. Eyni şəxsin həm müavinət alması, həm də əmək pensiyası almasının yolverilməz olması nəzərə alınarsa, əmək pensiyası hüququnun yarandığı andan müavinət alması dayandırılmalıdır. Cavabdeh kassasiya şikayətində pensiyasının alınması ilə bağlı hüququnun yarandığı vaxtdan iddiaçıya və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini qeyd etsə də, bu iş materialları ilə öz təsdiqini tapmır. Cavabdehə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2012-ci il tarixli qərarı ilə ailə başçısını itirməyə görə pensiya təyin edildiyindən həmin tarixdən etibarən cavabdeh müavinət almamalı idi. Buna baxmayaraq məhkəmə qətnaməsinin qəbul olunmasından sonra da cavabdeh müavinət almağa davam etmiş, müavinətin ödənilməsinin davam etdirilməsinə etiraz etməmişdir. Halbuki, “Sosial müavinətlər” haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayan dırılmasına səbəb olan hallar baş verdikdəmüavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Hazırkı iş üzrə isə cavabdehin müavinətin dayandırılması ilə bağlı müraciət etməsi vəzifəsi məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən yaranır və beləliklə apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, müavinətin verilməsinin dayandırılmalı olduğu müddət 27 iyun 2012-ci il tarixli məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix hesab olunmalı və həmin tarixdən sonra ödənilmiş müavinət iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar q əbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası İnzibati-Prosessual QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1022/2019 saylı 22 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar