Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2738/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçılar X1 İddiaçı2, İddiaçı3, X1 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə, üçüncü şəxslər Nizami rayon İHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2738/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğl u, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçı X1, vəkili Vəkil1 iddiaçılar İddiaçı2, X3, X1, üçüncü şəxs Cavabdeh2, vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçılar X1, İddiaçı2, İddiaçı3, X1 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə, üçüncü şəxslər Nizami rayon İHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı pasport qeydiyyatının bərpa edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1048/2019 saylı qərardadından iddiaçılar X1 və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar X1, İddiaçı2, İddi açı3, X2 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə, üçüncü şəxslər Nizami rayon İHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, 43 saylı evə pasport qeydiyyatlarının bərpa edilməsi və onların şəxsiyyət vəsiqələrində evin nömrəsinə dair texniki səhvin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli, 2-1(82)-7/2014 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X1, İddiaçı2, İddiaçı3 və X1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ***** saylı evə pasport qeydiyyatları bərp a edilmiş və onların şəxsiyyət vəsiqələrində evin nömrəsinə dair texniki səhvin aradan qaldırılması vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – İ.H.Bayramova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1048/18 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva)üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbləri təmin edilməmişdir. Qərardan kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Üçüncü şəxs Cavabdeh2 xxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarının l əğv olunması ilə bağlı icrada geriyə dönüş edilməsi, icranın nəticələrinin aradan qaldırılması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının 2-1(103)-1048/18 saylı, xxxx 2018-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və məlumat üçün Bakı şəhəri Cavabdeh1-nə göndərilmiş, lakin Cavabdeh1 Pasport Qeydiyyatı və ŞV şöbəsi qərarın icra olunması üçün göstəriş olmadığını əsas gətirərək, iddiaçılar X1, İddiaçı2, İddiaçı3, X1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi *** saylı evə qeydiyyatlarını ləğv etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1 048/2019 saylı qərardadı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) üçüncü şəxs Cavabdeh2 ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarının icrasına dönüş edilərək, X1, İddiaçı2, İddiaçı3, X1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, **** küçəsi *** saylı evə pasport qeydiyyatları ləğv edilmiş, icra edilməsi üçün qərardad Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından iddiaçılar X1 və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçıların Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ***** küçəsi *** saylı evə olan pasport qeydiyyatlarının ləğv edilməsi üçün heç bir əsas mövcud olmamış, üçüncü şəxs Cavabdeh2 iddiaçıların mübahisəli evdən qeydiyyatlarının ləğv edilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etməli idi, lakin məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarının icrasına dönüş etməklə, iddiaçıların mübahisəli evə pasport qeydiyyatlarını ləğv etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuş, qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Tərəflərin izahatları İddiaçı X1 və vəkili Vəkil1 məhkəmə koll egiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı3, X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi. Üçüncü şəxs Nizami rayon İHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi məhkəmə iclası nın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası üçüncü şəxslər Nizami rayon İHB-nın Keşlə qəsəbə inzibati ərazi da irəsi üzrə nümayəndəliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması z əruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı X1, vəkili Vəkil1, üçüncü şəxs Cavabdeh2, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1048/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-7/2014 saylı, xxxx 2014-cü il tarixli qərarı xxxx 2014-cü il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün xxxx 2014-cü il tarixdə Nizami Rayon Polis İdarəsinə göndərilmiş, Cavabdeh1 xxxx 2014-cü il tarixli, ***** nömrəli məktubla məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-7/2014 saylı, xxxx 2014-cü il tarixli qərarının xxxx 2014-cü il tarixdə icra edildiyini bildirmiş, bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-7/14 saylı, xxxx 2014-cü il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarı icra edildiyindən, inzibati iş üzrə icra icraatına xitam verilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarı qəbul edildikdən sonra icraya yönəldilmiş, X1, İddiaçı2, İddiaçı3, X1 Bakı şəhəri, Niz ami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi **** saylı evə pasport qeydiyyatları bərpa edilmiş, birinci instansiya məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının 2-1(103)-1048/18 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə ləğv edildiyindən, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarı əsasında həyata keçirilmiş icra hərəkətlərində dönüş edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmənin xxxx 2014-cü il tarixli qərarının icrasına dönüş edərək, iddiaçıların Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, **** küçəsi **** saylı evə pasport qeydiyyatlarının ləğv edilməsi, qərardadın icra edilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2014-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasının xxxx 2018-ci il tarixli qərarı ilə ləğv edildiyindən, məhkəmənin xxxx 2014-cü il tarixli qərarı əsasında həyata keçirilmiş icra hərəkətlərində dönüş edilməli olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1048/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1048/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2738/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2738/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver