Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2739/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı 09. 02.1972-ci il tarixdən - 11.02.1983-cü il tarixədək Sevil Qazıyeva adına 5 nömrəli pambıqçılıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1492/2019 saylı iş üzrə 03.07.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1956-ci il tarixdə Beyləqan rayonunun Mayak qəsəbəsində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunverici liyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə ona 09.02.1972-ci ildən - 11.02.1983-cü ilədək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuş, cavabdeh tərəfindən 02.06.2006-cı ildə ona yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan yaşayış yerinin dəyişməsi ilə əlaqədar olaraq 2008-ci ildən pensiya ödənişi cavabde h tərəfindən davam etdirilmişdir. İddiaçı 09.02.1972-ci il tarixdən 11.02.1983-cü il tarixədək Sevil Qazıyeva adına 5 nömrəli pambıqçılıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin 03.09.2018-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə xahişi təmin edilməmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, 09.02.1972-ci il tarixdən - 11.02.1983-cü il tarixədək Sevil Qazıyeva adına 5 nömrəli pambıqçılıq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesabla nması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 26.02.2019-cu il tarixli iş № 2-1(82)-271/2019, (sədrlik edən hakim Xaliq İmanov) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.02.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.07.2019-cu il tarixli iş № 2-1(103)-1492/2019 (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 26.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının şöbəyə təqdim etdiyi sənədlərə əsasən pensiya hüququnun yarandığı 02.06.2006-cı il tarixdən Fondun Zəngilan rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşayış ünvanı ünvan 2 ünvanını dəyişmiş və Fondun ünvan 3iş məktubuna əsasən pensiyasının ödənişi(PİN 084315) 01.02.2008-ci il tarixdən Fondun Nərimanov rayon şöbəsi tərəfindən davam etdirilir. 01.01.2017-ci il tarixə pensiyasının məbləği 110 manat (baza hissəsi-110) təşkil edir. Həmçinin vətəndaşın pensiya uçot vərəqinə əlavə edilmiş 1/İT-l ******* saylı əmək kitabçasının surətində qeyd edilən müəssisələr barəsində heç bir məlumatın olmaması səbəbindən sığorta stajı hesablanarkən həmin illər nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın müddəalarını mübahisəyə tətbiq etməli olduğu halda, etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2-1(103)1492/2019 saylı qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının şöbəyə təqdim etdiyi sənədlərə əsasən pensiya hüququnun yarandığı 02.06.2006-cı il tarixdən Fondun Zəngilan rayon şöbəsi tərəf indən yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşayış ünvanı ünvan 2 ünvanını dəyişdi və Fondun ünvan 3iş məktubuna əsasən pensiyasının ödənişini (PİN 084315) 01.02.2008-ci il tarixdən Fondun Nərimanov rayon şöbəsi tərəfindən davam etdirilir. 01.01.2017-ci il tarixə pensiyasının məbləği 110 manat (baza hissəsi-110) təşkil edir. Həmçinin vətəndaşın pensiya uçot vərəqinə əlavə edilmiş 1/İT-l ******* saylı əmək kitabçasının surətində qeyd edilən müəssisələr barəsində heç bir məlumatın olmaması səbəbindən sığorta stajı hesablanarkən həmin illər nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, ba xılması və saxlanması Qaydaları”nın müddəalarını mübahisəyə tətbiq etməli olduğu halda, etməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 09.02.1972-ci il tarixdən 11.02.1983-cü il tarixədək Sevil Qazıyeva adına 5 nömrəli Pambıqçılıq sovxozunda işləməsi Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş 01.12.2017-ci il tarixli 703 saylı arxiv arayışı ilə təsdiq edilmiş, eləcə də həmin dövrün qarşılıqlı yoxlanılması zamanı iddiaçının qeyd olunan müddətdə işləməsi müəyyən olunmuşdur. Ona görə də, iddiaçının yaşa görə əmək pensiyası hüququ 02.06.2006-cı ildə yarandığından, cavabdeh inzibati orqanın həmin dövrün əmək kitabçasında olmamasına və “Əmək pensiyaları haqqında” Qanunun hazırki redaksiyada olan müddəalarına istinad etməklə ona imtina etməsi iddiaçının sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (istinadlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 02 may 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa qədər olan redaksiyasına aiddir) 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil ed ilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində isə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1dən başlayaraq, 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasın da təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası DSMF-nun 17 saylı 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (23.11.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı, və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrünə bölünür. Həmin Qaydaların 4.3.3.1-ci (DSMF-nun Kollegiyasının 29.08.2013-cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığorta olunan əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinə arayışlar əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 03.07.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.07.2019-cu il tarixli 2-1(103)1492/2019 nömrəli qərarı dəyişd irilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2739/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2739/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver