Məhkəmə qərarları › İş №2-1(102)-2739/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2739/2023

30.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2739/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması, müddətin bərpasına dair ərizənin təmin olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-157/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 27 fevral 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-4036/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-157/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ya işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qə rar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı, həmçinin ərizə verərək kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsini və müddətin bərpasına dair qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayd a nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məh kəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, ap ellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə təmin olunmamalı, müvafiq olaraq kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina olunmalıdır.

9. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməkl ə verildiyi müəyyən olunmuşdur.

11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-157/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı iddiaçıya 01 iyul 2023-cü il tarixdə təqdim edilmiş, lakin həmin qərardan kassasiya şikayəti 25 avqust 2023cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra təqdim edilmişdir.

13. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş bildirişdə prosessual müddətin buraxılmadığını təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin 30 oktyabr 2023-cü il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.

14. İddiaçının vəkili tərəfindən məhkəməyə təqdim olunmuş kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpası ərizədə göstərilmişdir ki, iş üzrə apellyasiya məhkəməsinin keçirmiş olduğu sonuncu iclasda cavabdehin nümayəndəsi cavabdeh orqanın iddiaçıya 2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə pensiyanın təyin olunması barədə qərar vermiş olduğunu bildirdikdən sonra, hakim tərəfindən iddia tələbinin 2017-ci ildən pensiya təyin edilməsi tələbi olması və cavabdehin nümayəndəsinin də pensiya təyinatı ilə bağlı idarənin qərar verməsini bildirməsi səbəbindən apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar verildi. İclas günündən bir neçə gün keçdikdən sonra iddiaçı tərəfindən yenidən Mərkəzi Filiala sənədlərlə müraciət edilsə də, pensiya təyinatı ilə bağlı qərar verilmədi və əlavə olaraq bir neçə orqan a yenidən sorğu verildiyi bildirildi və bir aydan çox müddət keçdikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina verilməsi barədə şifahi məlumat verildi. Yenidən cavabdeh orqana sənədlərlə müraciət edilməsi və cavabdeh orqan tərəfindən müraciətə gec cavab verilməsi iddiaçı və vəkili tərəfindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasına səbəb olmuşdur.

15. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə göstərilən halları (cavabdehə yenidən müraciət edilməsi və s.) təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının v əkilinin ərizədə istinad etdiyi əsasların mövcudluğu təsdiq olunmadığından, müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Ona görə də, müddətin bərpasına dair ərizə təmin olunmamalı, müvafiq olaraq kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina olunmalıdır.

16. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)-157/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar