Məhkəmə qərarları › İş №2-1(102)-274/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-274/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-274/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)1924/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 29.12.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur.1992-2000-ci illərdə Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin (Azərbaycan Respublikası İqtisad Məhkəməsinin) sədr müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 06.12.1993-cü il tarixli Qərarı ilə iddiaçıya hakim kimi 1-ci ixtisas dərəcəsi verilmişdir.

2. İddiaçıya 20.02.2004-cü ildə 2-ci qrup əlil kimi əmək pensiyası tə yin edilmişdir. 11.04.2008-ci ildə onun pensiyasının növü dəyişdirilmişdir və hazırda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini kimi “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq olaraq pensiya alır.

3. İddiaçı 1-ci ixtisas dərəcəli hakim olduğu üçün mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanması və 2008ci ilin mart ayından hazıradək ödənilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi, hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul təminatı fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəmə sində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, pensiyanın yenidən hesablanması və verilən pensiya məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və 01.01.1993-cü ildən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensi ya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin, hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, bu qərarın 4-cü bəndində qeyd edilmiş tələblərlə yanaşı, 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olun masını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29.12.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1992-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini vəzifəsində işləmişdir. 2008-ci ilin mart ayından 2-ci qrup əlil kimi pensiyaya çıxmış və 11.04.2008-ci ildə onun pensiyasının növü dəyişdirilərək, hakim kimi əmək pensiyası təyin edilmişdir. Hazırda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini kimi “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq olaraq pensiya alır. Əmək pensiyası yenidən hesablanaraq ona verilən pensiya məbləğinə 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycanda mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq ödənilməli və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərq, eləcə də hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqi birdəfəlik ödənilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi üçün aldığı pensiyanın 01.01.2021-ci ildən başlayaraq qəsdən azaldılmış 750 manatı da ona ödənilməlidir.

7. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair 15.05.2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vax tı ilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar, o cümlədən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün mövcud minimum əmək haqqının beş misli qismində əlavə nəzərə alına bilməz. Göstərilənlərlə yanaşı, iddiaçıya 01.09.2008 – 31.12.2008-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 319797,18 manat pe nsiya məbləği ödənilməli olduğu halda, 422835,36 manat ödənildiyi aşkar edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3338/2021 nömrəli (hakim Miminat Hacıbəyova) qərardadı ilə iddia, 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissəsində mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının bu barədə məhkəməyə qədər cavabdehə müvafiq ilkin müraciəti olmadığından iddia mümkün sayılmamalıdır.

9. Birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3338/2021 nömrəli qərarı ilə iddia 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının məhkəmə hakimi işlədiyi dövrlərdə ona məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı ödənilməmişdir, habelə iddiaçı birinci ixtisas dərəcəli hakim kimi minimum əmək haqqının beş misli məbləğində əlavə haqq almamışdır və beləliklə də, qeyd edilən məbləğlərdən məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin əsası kimi göstərdiyi “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli Qərarı qüvvədə deyildir və hazırda işə baxılan zaman tətbiq edilə bilməz. Bundan başqa, həmin haqqın iddiaçı tərəfindən alınması da sübuta yetirilməmişdir.

12. Birinci instansiya məhkəməsi onu da qeyd etmiş dir ki, iddiaçının iddiası 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində hazırki iş üzrə qəbul edilmiş 06 may 2021-ci il tarixli qərardadla mümkün sayılmamışdır.

13. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)3338/2021 nömrəli qərardadından apelyasiya şikayəti verməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə- apelyasiya instansiyası məhkəməsi) 16.09.2021-ci il tarixli, 2-1(1 03)-1924/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3338/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarı və buna müvafiq olaraq Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsinin 10 dekabr 1993-cü il tarixli, 108 N-li əmri mövcud olsa da, iddiaçının 2000-ci ilə qədər hakim işlədiyi dövrdə, o cümlədən, Azərbaycan Respublikasının İqtisad Məhkəməsində sədr müavini vəzifəsində işlədiyi zaman İ ixtisas dərəcəsinə görə minimum əmək haqqının 5 misli miqdarında əlavə haqqın hesablanıb ona verilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. İşə apelyasiya qaydasında baxılarkən də iddiaçının həmin vəsaiti alması barədə arxiv materialları aşkar olunmamışdır. Hazırda məzuniyyətə çıxarkən hakimlərə verilən 2 aylıq əmək haqqı məbləğində müavinətlə və müalicə üçün onlara verilən 2 aylıq əmək haqqı məbləğində müavinətlə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, 2000-ci ilə qədər qanunvericiliklə həmin pul təminatlarının hakimlərə verilməsi nəzərdə tutulmadığından iddiaçının həmin vəsaitləri alması mümkün ola bilməzdi. Ona görə də iddiaçının apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm alıdır.

17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir.

19. İddiaçının kassasiya şikayətinin dəlilləri onun apelyasiya şikayətindən yalnız “01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq ona ödənilməsi barədə cavabdehə ilkin müraciətinin olduğu” hissəsində fərqlidir. Lakin buna baxmayaraq, iddiaçı kassasiya şikayətinin nəticəvi hissəsində apelyasiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. M a d d ə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlə rə; 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 23. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 1 0

9. Hakimlərin sosial müdafiəsi Hakimlərin həyatı və sağlamlı ğı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların i ki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işlədiyi müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildə n 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan s onra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatla rın təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Maddə 87.2. Apellyasiya instansiyası m əhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyə tli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə, “Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qul luq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, iddiaçının 1-ci ixtisas dərəcəli hakim kimi Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq nəzərə alınmaqla aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının rədd edilməsinə dair apelyasiya məhkəməsini n qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan məhkəmə qərarı həmin hissədə kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslan-dığından, şikayət təmin edilməli, apelyasiya məhkəmənin qərarı ləğv olunmalı və iş həmin hissədə təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Kassasiya şikayəti qalan hissədə əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qalan hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəblərdən kassasiya şikayəti qalan hissədə təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının qismən ləğvini və qismən dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisə iddiaçının hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə birinci ixtisas dərəcəli hakimlər üçün müəyyən edilmiş minimum əmək haqqının beş misli məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi, eləcə də qüvvədə olan qanunvericiliyə əsasən hakimlərə məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məblə ğində müavinət və müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı fərqinin birdəfəlik ödənilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının tələbi və hüquqi marağı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 nömrəli qərarının 1-ci bəndinə əsasən minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq nəzərə alınmaqla aylıq pensiya məbləğinin yenidən hesablanmasına və 2008-ci ilin mart ayından yaranmış fərqin birdəfəlik ödənilməsinə, hakimlərə məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə olunma ları üçün verilən 2 aylıq əmək haqqı həcmində pul təminatı fərqinin birdəfəlik ödənilməsinə yönəlmişdir.

30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

31. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün q ərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, iş üzrə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən iddiaçının hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə birinci ixtisas dərəcəli hakimlər üçün müəyyən edilmiş minimum əmək haqqının beş misli məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödəni lməsinə dair tələbi ilə bağlı qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hissədə işə baxılan zaman yuxarıda istinad olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

32. İş üzrə materialların tədqiqindən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci ixtisas dərəcəli hakimlər üçün iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş minimum əmək haqqının 5 misli miqdarında əlavə haqqın ona ödənilməsinə dair sübutların əldə edilməsi ilə bağlı öz təşəbbüsü əsasında müvafiq prosessual hərəkətləri həyata keçirməmiş, eləcə də bununla bağlı cavabdehdən və aidiyyəti qurumlardan (məsələn, dövlət arxivindən, iddiaçının iş yerindən v ə s.) müvafiq rəsmi məlumatların və sənədlərin əldə olunmasını təmin etməmişdir. Nəzərə almaq lazımdır ki, obyektiv araşdırma prinsipinin tələbləri baxımından qeyd olunan sübutların əldə olunmasında məhkəmə tərəflərə yardım göstərməli, eyni zamanda mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutları öz təşəbbüsü ilə toplamalıdır. Bu zaman həmçinin tərəflərin, xüsusən də iddiaçının sübutları təqdimetmə imkanları da nəzərə alınmalıdır. Bu mənada apelyasiya məhkəməsi yalnız qeyd olunan xüsusatla bağlı sübutlar əldə olunduqdan, yoxlanıldıqdan və məhkəmə tərəfindən tədqiq edildikdən sonra yekun qərar qəbul etməyə haqlıdır.

33. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı tələbi onun birinci ixtisas dərəcəli hakimlər üçün müəyyən edilmiş mi nimum əmək haqqının beş misli məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə əsas iddiasının həllinə bağlıdır. Apelyasiya məhkəməsi tərəfindən əsas iddianın təmin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin mövcudluğu müəyyən olunduğu təqdirdə, yaranmış fərq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilməlidir.

34. Beləliklə, yuxarıda istinad olunan normaların tələblərinə və qeyd olunan səbəblərə görə, iddiaçı hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə birinci ixtisas dərəcəli hakimlər üçün müəyyən edilmiş minimum əmək haqqının beş misli məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə iddiasının rədd olunm ası hissəsində apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır.

35. Məhkəmə kollegiyası iddia tələbinin hakimlərə məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə olunmaları üçün onlara verilən 2 aylıq əmək haqqı həcmində pul təminatı nəzərə alınmaqla yaranmış fərqin birdəfəlik ödənilməsi barədə hissəsi ilə bağlı apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

36. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçı 1992-ci ildən 2000-ci ilədək hakim işlədiyi dövrdə yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş əlavələri, yəni məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində hakimlərə verilən müavinəti, müalicə ilə əlaqədar verilən 2 aylıq əmək haqqı həcmində pul təminatını almamışdır və bu iş üzrə materiallarla təsdiq olunur.

37. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işlədiyi dövrdə qüvvədə olmuş qanunvericlikdə təsbit olunmamış və həmin dövrdə almadığı əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bu mənada artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunverici liyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15.05.2020-ci il tarixli qərarında (bax: hazırkı qərarın 24-cü bəndi) ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödənilmiş olsun.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqeyi və həmin qərarda şərh olunmuş normaların, habelə əmək pensiyası qanunvericiliyinin məqsədləri baxımından qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı iddiaçının tələb etdiyi əlavələrin onun hakim işlədiyi dövrdə qüvvədə olmuş qanunvericlikdə təsbit olunmadığı, iddiaçının həmin əlavələri almadığı, həmin əlavələr üzrə məcburi dövlət sosial sığorta haqqını ödəmədiyi nəzərə alınmalıdır.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və y a qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrın və onlara edilən artımların nəzərə alınması istisna edilir.

41. Beləliklə, kassasiya şikayətinin bu hissədə təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Odur ki, kassasiya şikayəti bu hissədə təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin “01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərardadından iddiaçı apelyasiya şikayəti verməmişdir. Həmin qərardad qanuni qüvvəyə mi nmişdir.

43. Buna baxmayaraq, apelyasiya instansiya məhkəməsi iddia tələbini həmin hissədə apelyasiya araşdırmasının predmetinə daxil edərək ona digər tələblərlə birlikdə eyni hüquqi müstəvidə qiymət vermiş və bununla da prosessual səhvə yol vermişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iddianın sözügedən hissədə təmin edilməməsi barədə qərarı prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin hissədə ləğv edilməlidir.

44. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsil ə verilir.

45. İş üzrə materiallardan görünür ki, iddia tələbinin həmin hissədə mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilməmişdir.

46. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 21(103)-1924/2021 nömrəli qərarı “minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından halhazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın rədd edilməsi” hissəsində ləğv edilir. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilir. Həmçinin, apelyasiya instansiyası məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(103)1924/2021 nömrəli qərarı “01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi” hissəsində ləğv edilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Apelyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar