Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-274/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın dövlət eytiyacı üçün alınması ilə bağlı kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə əlaqədar kompensasiyanın cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)236/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. 2. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan cavabdeh müəyyən edilmiş, cavabdehə tapşırılmışdır ki, qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.
3. Qərarın icrası məqsədi ilə cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.
4. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının təsiri altına düşür.
5. Dövlət ehtiyacları üçün satın alınma layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib olmuş müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzillərin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında, torpaq sahəsinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 500 manata qədər qiymətləndirilir.
6. İddiaçıya məxsus torpaq sahəsi onun istifadəsindən çıxsa da, bu vaxta qədər ona qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməmişdir. İddiaçı, bununla bağlı müxtəlif dövlət orqanlarına, o cümlədən cavabdehə müraciətlər etsə də mübahisə öz həllini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 26 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 5 5.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alınmışdır.
9. Torpaq sahəsi xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350.000 ABŞ dolları borcun əvəzinə verilmişdir. Əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı xx.xx.2008-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilə imzalanmış və həmin müqavilə Yasamal Rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, xx.xx.2008-ci il tarixli qərarda dı ilə təsdiq edilmişdir.
10. Torpağın dəyəri xx.xx.2006-cı il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,9 AZN, yəni borc müqaviləsinin bağlanma tarixinə 350.000 ABŞ dolları 315.000 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2864 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8096 AZN, yəni barışıq sazişinin bağlanması tarixinə 350.000 ABŞ dolları 283.360 manat təşkil etmiş və 1 kv.m torpağın dəyəri 2576 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8151 AZN, yəni qərardadın təsdiq olunma tarixinə isə 350.000 ABŞ dolları 285 285 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2593 manat müəyyən edilir. 11. 2019-cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsi 1.7 AZN-dir. Deməli, həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə infl yasiyanın təqribən 80%-dən artıq olmasını göstərir. Hazırda isə Yasamal RİH-in əməkdaşları tərəfindən qeyrirəsmi şəkildə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110.000 manat məbləğində kompensasiyanın ödənilməsi təklif olunmuşdur ki, bu məbləğdə 64.705 ABŞ dolları təşkil edir. Təklif olunan kompensasiya məbləği ədalətli olmamışdır. Təklif olunan kompensasiya qüvvədə olan normativ hüquqi aktın tələblərinə uyğun hesablanmamış, həmçinin 350.000 ABŞ dollarına nisbətdə 5,4 dəfə azdır.
12. Odur ki, göstərilən məsələyə aydınlıq gətirilməsi üçün bir sıra dövlət hakimiyyət orqanlarına rəsmi müraciətlər edilmişdir. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilmiş, yəni dövlət eh tiyacları üçün alınan torpaq sahəsinə görə 1 kv.m. üçün əvvəlcə 1000 manat təklif edilsə də və o, bu məbləğin ədalətli olmadığına görə müvafiq qurumlara müraciət etdikdən sonra həmin kompensasiyanın 500 manata azaltmaqla yeni təklifin 500 manat hesablanmasının heç bir hüquqi əsası ola bilməz. Ödəniləcək kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələblərini nəzərə alaraq, ona ödəniləcək kompensasiya məbləğinin 438.257 manat təşkil etdiyini müəyyən etmək olar. Belə ki, 110 kv.m. torpaq sahəsinin 350.000 ABŞ dollarına (285.285 manat) əldə olunmasını və həmin dövrdən hal-hazıradək manatın ABŞ dollarına nisbətən 81,1% (inflyasiyaya faizi) aşağı düşməsinin nəzərə alınmasını, yəni Mərkəzi Bankın mövqey inə əsasən kompensasiyanın 516.651 manat (285.285x181,1%) təşkil etdiyini, Dövlət Statistika Komitəsinin mövqeyinə əsasən isə həmin dövrdən 2019-cu ilin avqust ayınadək 164,7% inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə nisbətdə kompensasiyanın 469.864 manat (285.285x164,7%) təşkil etdiyini və hər 2 hesablama üsuluna nisbətdə orta məbləğ olan - 493.257 manat ((516.651+469.864):2) kompensasiyanın ədalətli olduğu hesab edilməlidir. Cavabdehin etirazları:
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi üçün iddiaçı “Daşınmaz əmlakın alınması qrupu”nun sakinlər üçün keçirdiyi iclaslara dəfələr lə dəvət olunmasına baxmayaraq iclaslarda iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinə görə iddiaçıya kompensasiya məbləğinin hesablanması mümkün olmadığından kompensasiya ödənilməmişdir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. İddiaçının tələb etdiyi kompensasiya məbləğinin verilməsi mümkün deyil, çünki iddiaçı şişirdilmiş kompensasiya məbləği tələb edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasına dair qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-666/2020 nömrəli, 4 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia qismən təmin edilərək “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın mü əyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının icrası ilə əlaqədar – iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə d ə həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunan mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. İddiaya qarşı qeyd olunan hallar, o cümlədən mülkiyyət haqqında sənədlərin təqdim edilmədiyi üçün kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş cavabdeh daşıyır. İddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfin dən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, həmin maddələrin tələblərinə əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün alınarkən ödəniləcək kompensasiyaya həm torpağın bazar dəyəri, həm də mövcud inflyasiya nəzərə alınmaqla müəyyən edilməli idi.
16. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın – təzminat məbləğinə 209.000 manat əlavə edilməsi və cəmi 264.000 manat məbləğində kompensasiyanın tutulması hissəsinin dəyişdirilməsi, yəni təzminat məbləğinə 438.257 manat əlavə edilməsi və cəmi 493.257 manat məbləğində kompensasiyanın tutulması il ə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin “55 000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində təmin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 267/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək iddiaçıya 275.000 manat kompensasiyanın ö dənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin olunmamışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı, ağlabatan məbləğ olaraq ekspert rəyi ilə müəyyən edilən 2500 manat məbləğdən aşağı 2400 manat müəyyən etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər kv. metri üçün 2500 manat müəyyən edilən məbləği ağlabatan, ədalətli və qanuni hesab etmiş, həmin məbləğin məhkəmə tərəfindən azaldılması üçün hər hansı əsas müəyyən edilməmişdir.
20. İddiaçı kasasiya şikayəti verərək həmin qərarın “275.000 manat məbləğində və iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilməsi, yəni “493.257 manat məbləğində və iddia tam təmin edilsin” hissələri ilə əvəz edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kasasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1(102)1170/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, B.M.Məmmədli və Z.M.Quliyev) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-267/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamış, alınmanın təsirinə məruz qalan iddiaçı ilə razılıq əldə olunmamış, torpaq sahəsinin bazar qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyi daşıdığı halda bu öhdəliyi yerinə yetirməmişdir.
24. Məhkəmə “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiya sının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedentlərinə və milli qanunvericiliyin müvafiq normalarına istinad edərək bu nəticəyə gəlmişdir ki, hazırkı işdə iddiaçının hüquqlarına müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuş və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir.
25. Cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir.
26. Cavabdeh şikayətində həmin ünvanda digər şəxslərlə bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinə istinad edərək qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirmişdi r. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqısatqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.
27. Cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsi və razılaşma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələb lərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməz.
28. Əmlak Ekspert Mərkəzi 2019-cu ilin dekabr ayında iddiaçının mülkiyyətində olan 110 kv.m torpaq sahəsinin bazar dəyərinin hər kvadratmetrinin 2.500 manat olmaqla cəmi 275.000 manat hesablanması barədə rəy tərtib etmişdir. Ekspert rəyindən görünür ki, torpaq sahəsi qiymətləndirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun yuxarıda bəhs olunan müddəaları nəzərə alınmamışdır. Torpaq sahəsinin hər kvadratmetrinin məhz 2.500 manat müəyyən edilməsi rəydə əsaslandırılmamışdır. Rəydə qiymətləndirmə aparılarkən ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqinin aparılması və təhlil olunması, monitorinq bazasında toplanan, əməkdaşlıq edilən reiltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstə rən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunduğu qeyd edilmiş, lakin həmin məlumatlar rəydə ətraflı göstərilməmiş və rəyə əlavə edilməmişdir.
29. İddiaçı tərəfindən birinci instansiya və apellyasiya məhkəməsinə təqdim edilmiş internet və digər məlumatlarda Bakı şəhəri, Yasamal rayonu ərazisində torpaq sahələrinin satış qiyməti göstərilmiş, apellyasiya məhkəməsi həmin məlumatlara münasibət bildirməmişdir.
30. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını təzminat məbləğinə 209.000 manat əlavə edilməməsi hissəsində mübahisələndirmiş, apellyasiya məhkəməsi iddiaçının şikayətinin dəlillərinə münasibət bildirməmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının mülkiyy ətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya hesablanmamasında və iddiaçıya kompensasiya ödənilməməsində cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasını müəyyən etməklə düzgün nəticəyə gəlsə də, həm iddiaçının, həm də cavabdehin "xxxx" MMC-nin ekspert rəyi ilə razı olmadığına, eləcə də cavabdehin nümayəndəsinin təkrar ekspertiza keçirilməsinə dair vəsatətinə ümumiyyətlə qiymət verməmiş, həmin vəsatətin hansı səbəbdən qəbul edilməməsi araşdırılmamışdır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlarla bağlı tam və hərtərəfli araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-236/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)666/2020 saylı 4 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək, iddiaçıya 275.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
34. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən hər iki tərəf iddiaçının mülkiyyətində olmuş və dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatətlər təmin edilərək iş üzrə yenidən əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın həyata keçirilməsi "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinə həvalə edilmişdir. 35. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyində iddiaçının mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 2018ci il üçün 1 kv.m dəyəri 2315 manat olmaqla ümumi dəyəri 254600 manat, 2019-cu il üçün 1 kv.m dəyəri 2420 manat olmaqla ümumi dəyəri 266200 manat, 2020-ci il üçün 1 kv.m-nin dəyəri 2500 olmaqla ümumi dəyəri 275000 manat olduğu qeyd edilmişdir. 36. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyi Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarındakı göstəricilər və məlumatlar nəzərə alınmaqla əsaslandırıldığından, ekspert tərəfindən qiymətləndirmə aparılarkən internet resurslarından istifadə edilərək yaxın ərazilərdə satışa təklif edilmiş torpaq sahələrinin bazar qiymətləri nəzərə alındığından məhkəmə hesab edir ki, həmin rəy əsas götürülərək iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan kompensasiyanın məbləği mövcud inflyasiya nəzərə alınmaqla torpaq sahəsinin 2020-ci il üçün müəyən edilmiş qiyməti əsasında 1 kv.m üçün 2500 manat olmaqla 110 kv.m torpaq sahəsi üçün cəmi 275.000 manat məbləğində müəyyən edilməlidi r.
37. Məhkəmə tərəflərin təqdim etdikləri sübutları qiymətləndirərkən təkcə sübutun qəbuledilənliyi məsələsini və işə aidiyyətini deyil, həm də sübutedici dəyərini qiymətləndirməkdə sərbəstdir. Bu baxımdan məhkəmə həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərinin dəlilləri və məhkəməyə təqdim etdikləri sübutlarla bağlı qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpağa görə kompensasiya məbləği müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilməli olduğundan iddiaçı tərəfindən təqdim edilmiş internet saytlarından əldə edilmiş məlumatların və cavabdehin təqdim etdiyi alınan torpaq sahəsinin yerləşdiyi ərazidə dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlaklarla bağlı bağlanmış alq ı-satqı müqavilələrinin iddiaçıya ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən ekspert rəyindən üstün hüquqi qüvvəsi yoxdur.
38. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin ona 350.000 ABŞ dolları borclu olan şəxslə 2008-ci ildə barışıq sazişi bağlanması nəticəsində əldə edilməsi həmin sahənin bazar dəyərinin 2008-ci ildə 350.000 ABŞ dolları olduğuna dair nəticəyə gəlmək üçün əsas deyil.
39. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
40. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən "Torpaqların dövlət ehtiyacları üç ün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsinə istinad edilməklə, kompensasiya məbləğinin müstəqil qiymətləndiricinin rəyi əsasında formalaşdığı qeyd olunmaqla, kompensasiyanın müəyyən olunmasına əsas olan digər halların hüquqi qüvvəsinin olmadığı barədə qanunsuz nəticəyə gəlinmişdir. Göründüyü kimi məhkəmə tərəfindən istinad edilən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsi səhv və təhrif edilmiş şəkildə göstərilmişdir. 41. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və di gər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir.
42. Halbuki, məhkəmə işin bu halında kompensasiya məbləğini tənzimləyən norma kimi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 58.2-ci maddəsini tətbiq etməli idi. Sözügedən normanın dispozisiyasına, eyni zamanda, formalaşmış məhkəmə təcrübəsinə əsasən torpağa görə kompensasiya hesablanması üçün məhkəmələr tərəfindən ilk növbədə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə müvafiq araşdırılmalar aparılmalıdır. Başqa sözlə, k ompensasiya məbləğinin bazar qiymətinə uyğun hesablanması üçün məhkəmələr imperativ norma olan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinin tələblərini üstün tutmalıdılar. Yəni, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" 51 saylı Qərarını qəbul etdiyi 16 fevral 2018-ci il tarixdən əvvəlki üç ay ərzində alınan daşınmaz əmlaka uyğun torpağın notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilməli idi. Lakin, məhkəmə kompensasiya məbləğinin müəyyən edilməsi üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyini ə sas götümüşdür.
43. Bildiririk ki, kompensasiya məbləğini müəyyən etmək məqsədi ilə notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinin əldə olunması üçün məhkəmə tərəfindən hər hansı tədbir görülməmişdir və notariuslara bu əqdlərin əldə edilməsi üçün müvafiq sorğular verilməmişdir. Qeyd olunanlara əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinin tələbləri pozulmuşdur.
44. MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun olmadığından, eyni zamanda hansı meyarlara əsasən qiymətləndirmə aparılması məlum olmadığından, hansı əsaslarla mübahisəli torpaq sahəsinin 1 kv.m sahəsinin 2020-ci il üzrə 2.500 (iki min beş yüz) manat olaraq qiymətləndirildiyi göstərilmədiyindən, hər ha nsı mötəbər mənbəyə və faktiki vəziyyətə əsaslanmadığından qanunsuz və əsassızdır.
45. Cavabdeh qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən torpaq sahəsinin digər payçıları olan X1, X2 və X3 mülkiyyətlərində olan torpaq sahələrinin hər 1 kv.m. sahəsi 500 manat məbləğində qiymətləndirilərək həmin şəxslərlə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanaraq onlara kompensasiya ödənilmişdir. Məhkəmə digər payçılara nisbətdə iddiaçıya dəfələrcə artıq kompensasiya məbləği hesablamaqla sosial ədalət prinsipini pozmuşdur. Sözügedən müqavilələr məhkəməyə təqdim edilsə də, məhkəmə hesab etmişdir ki, MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin qeyd olunan ekspert rəyi üstündür. Bu üstünlüyü "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-cİ maddəsi ilə əsaslandırmışdır. Lakin, həmin Qanunun 23.1.4-cü maddəsinə görə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir. 46. "Sovetski" ərazisində qiymətləndirilməni müsahibə nəticəsində seçilmiş müstəqil ekspert "xxxx" MMC həyata keçirir. Bundan əlavə, “Sovetski” ərazisində yerləşən torpaq sahəsinə dair başqa alqı-satqı müqavilələri də məhkəməyə təqdim edilmişdir. Həmin müqavilələrdə də torpaq sahələrinin hər 1 kv.m. sahəsi 500-550 manatdan hesablanaraq mülkiyyətçilərə kompensasiya məbləği ödənilmişdir. Bundan başqa “Sovetski" ərazisində olan torpq sahələri ilə bağlı formalaşmış məhkəmə təcrübəsini əks etdirən qanuni qüvvəsini almış məhkəmə aktları da məhkəməyə t əqdim edilmişdir (AR Ali Məhkəməsinin İK-nın 2-1 (102)-1376/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı). Tərəfimizdən təqdim edilmiş bütün sübutlara baxmayaraq, məhkəmə qanunvericiliyin tələblərinə və standartlara zidd olan müsahibə yolu ilə seçilməyən “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyini üstün tutraq bazar qiymətinin müəyyən edilməsində səhv nəticəyə gəlmişdir və nəticə olaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 58.3-cü maddəsinin tələblərini pozmuşdur.
47. Bundan başqa, məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən edilməsi üçün “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyi əsas götürülə bilməzdir. Belə ki, qeyd olunan rəydən görünür ki, internet resur slarından istifadə edilərək yaxın ərazilərdə satışa təklif edilmiş torpaq sahələri ilə bağlı internet saytlarına istinad olunmuşdur. Beləliklə, həmin rəyi təhlil edərkən və internet resurslarında axtarış edərkən müəyyən edilir ki, rəyin 8-cİ səhifəsində qeyd olunan "analoq 1” kimi qeyd olunan elan 25.03.21-ci il tarixində, “analoq 3” kimi qeyd olunan elan isə 22.09.22-ci il tarixində İnternet saytlarında yerləşdirilmişdir, “analoq 2” kimi qeyd olunan elan rəydə istinad olunan internet səhifəsində ümumiyyətlə aşkar edilmir. 48. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin qeyd olunan ekspert rəyi xx.xx.2021-ci il tarixində tərtib edildiyi üçün həmin rəyin 8-ci səhifəsində qeyd olunan "analoq 2”-də istinad edilən internet saytında yerləşdirilmiş elan rəyin tərtib edilmiş tarixindən son ra yerləşdirilib ki, bu da sözügedən rəyin formal olduğuna, kompensasiya məbləğinin faktiki bazar qiymətinə uyğun olmadığına və yaxın ərazilərdə satışa təklif edilmiş torpaq sahələrinin bazar qiymətlərini əks etdirmədiyinə dəlalət edir.
49. Bundan başqa, ekspertin qarşısına qoyulmuş suallar 2018, 2019 və 2020-ci il tarixləri üzrə bazar qiymətinin müəyyən edilməsindən ibarət olsa da, sözügedən ekspert rəyində qeyd olunan illərdə bazar qiymətinin müəyyən edilməsinin əsaslandırılması, yaxın ərazilərdə satışa təklif edilmiş torpaq sahələrinin bu illərdə olan bazar qiymətlərinin müəyyən edilməsi ümumiyyətlə aşkar edilmir. Belə olan halda, MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci İl tarixli ekspert rəyinin mübahisə predmeti olan torpağa görə kompensasiya hesablanması üçün əsas götürülməsi səhv qərar qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Republikasının Mülki Prosessual Məcəllənin 103.1ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən, bildiririk ki, “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021- ci il tarixli ekspert rəyi məhkəmə tərəfindən tam araşdırılmadan və lazımi qaydada təhlil edilmədən hüquqi qiymət verilmişdir.
50. Digər tərəfdən, “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin qeyrirəsmi internet resurslarına istnad etməsi, həmin istinadların şəxsi mülahizəyə söykənməsi və nəticəsinin bilinməməsi şirkətin ekspert rəyinin mötəbərliyini əhəmiyyətsiz edir və şübhə altına alır. Bundan başqa, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti öz rəyində notarial qaydada bağlanmış müqavilələrə istinad etməmişdir və yaxın ərazidə olan əmlaklar ilə bağlı alqı-satqı müqavilələrini öz rəyinə əlavə etməmişdir. Bunlara baxmayaraq, məhkəmə “Sovetski" adlanan ərazidə olan daşınmaz əmlaklara dair notarial qadada bağlanmış alqı- satqı müqavilələrinin əldə edilməsi və onlara əsasən orta bazar qiymətinin müəyyən edilməsi üçün notariat ofislərinə sorğu verməli olmalı halda bunu etməyərək qanun pozuntusuna yol vermişdir. Beləliklə də, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəllənin 58.7-cİ maddəsinin tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 52. “Torpaql arın dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyə tlərdən istifadə edə bilməz. Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə tor paqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
53. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti v əzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
55. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxla nılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
56. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1(102)1170/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərarında məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş al qı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsi və razılaşma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməz. (qərarın 68, 69-cu bəndləri).
58. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində sonuncu icraat zamanı işə əlavə edilmiş alğı-satqı müqavilələri də torpaqların dövlət ehtiyacları üçün alınması qaydasında mülkiyyətçilərlə Cavabdeh arasında bağlandığından, Ali Məhkəmənin yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, həmin növ müqavilələr “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 v ə 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməzlər.
59. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında qeyd olunan hüquqi mövqeni nəzərə alaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin müddəalarının tələblərinin təmin olunması məqsədi ilə Yasamal rayounun ərazisində fəaliyyət göstərən 12 və 23 saylı Notariat Ofislərinə müvafiq sorğularala müraciət etsə də (iş v. 165, 166), həmin sorğuların icra olunduğuna və bunun nəticələoinə dair işdə hər hansı məlumat yoxdur.
60. Torpağın bazar qiymətinin torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiyməti n orta göstəricisi əsasında müəyyən edilməli olduğu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində imperativ olaraq təsbit olunduğuna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbini təmin etməmiş, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətini həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə uyğun qaydada müəyyən etməmişdir.
61. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə tərəflərin vəsatət verdiklərinə, bu səbəblə də qiymətləndirmə ekspertiza təyin etməsinə və həmin qiymətləndirmənin nəticələrinə istinadı da vəziyyəti dəyişmir və məhkəməni “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədl əri üçün torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə əməl etmək vəzifəsindən azad etmir.
62. Beləliklə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin müddəalarının tələbləri, buradan, həm də İPM-in 12.1, 12.2, 58.7, 82 və 96.11-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-236/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar