Məhkəmə qərarları › İş №2-1(102)-274/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-274/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-274/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X1 adına verilmiş JN 57A nömrəli, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında xx.xx.2013-cü ildə X2 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışının verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2-1(105)-568/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Torpaq şöbəsi tərəfindən X1 adına verilmiş JN 57A nömrəli, ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında xx.xx.2013-cü ildə X2 verilmiş XX RX ******* seriyalı reyestr çıxarışının etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 25 sot torpaq sahəsinə və evə atasının adına reyestr çıxarışının verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 21 iyun 2024-cü il tarixli 21(118)-932/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: L.E.Rəhimli /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və F.Ə.Məmmədov) 26 avqust 2024-cü il tarixli 2-1(105)-568/2024 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə qərardad qəbul edilərək iddia mümkün sayılmamışdır.

4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı və inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah 09 sentyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə çatdırılmışdır.

5. İddiaçının vəkili 19 sentyabr 2024-cü il tarixdə qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamların ın (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmama sı barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.

8. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edild iyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

9. Hazırkı iddianın mümkünlük şərtlərinin yoxlanılması məqsədilə işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

10. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 26 avqust 2024-cü il tarixli qərardadı 09 sentyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə çatdırılmışdır. Belə olan halda, iddiaçıya münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı həmin tarixdən (09 sentyabr 2024-cü il) başlanmış və 18 sentyabr 2024-cü il tarixində bitmişdir. Buna baxmayaraq, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili həmin qərardan kassasiya şikayətini 19 sentyabr 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir.

11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 6-cı bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür.

12. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən proses iştirakçılarına inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah göndərilmiş, buna baxmayaraq iddiaçı şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə mübahisə açmamışdır.

13. Odur ki, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

14. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2024-cü il tarixli 2-1(105)-568/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar