Məhkəmə qərarları › İş №2-1(102)-2740/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2740/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2740/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXnin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2740/19 Bakı şəhəri 04 dekabr 2019-cu il Açar sözlər: güzəştli şərtlərlə pensiyanın təyin edilməsi, pensiya məbləğinin orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı XX Xnin və vəkili Vəkil1 iştirakları ilə, iddiaçı XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-1193/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02 iyun 2007-ci il tarixdən, yəni 50 yaşının tamam olduğu gündən qanunvericiliyin həmin dövrdə qüvvədə olmuş tələblərinə uyğun olaraq son əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu tarixdən, yəni 02 iyun 2009-cu il tarixdən, qanunvericiliyin həmin dövrdə qüvvədə olmuş tələblərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqı əsas götürlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 07 aprel 1992-ci il tarixdən ikinci qrup Çernobl AES əlili olaraq pensiya almışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq onun əlil kimi 50 yaşdan əmək pensiyası hüququ yaransa da, uzun müddət xarici ölkədə müalicə alması səbəbindən hüququndan istif adə edə bilməmişdir. İddiaçı ona 50 yaşının tamam olduğu 02 iyun 2007ci il tarixdən əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2-1(81)507/2019 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının iş stajının mövcud olması, habelə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etməsi iş materialları ilə öz təsdiqini tapdığından, onun 52 yaşdan, yəni 02 iyun 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin qərardan cavabd eh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-1193/2019 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 2004-2005-ci illərin əmək haqqısı əsas götürülməklə və birdəfəlik ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamaqla bildirmişdir ki, bi rinci instansiya məhkəməsi iddiaçıya 52 yaşdan, yəni 02 iyun 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdə haqlı olmuş, lakin pensiyanın iddiaçının 2004-2005-ci illər əmək haqqısı əsas götürülməklə hesablanması və fərqin birdəfəlik ödənilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Qanunvericiliyin iddiaçının ona əmək pensiyasının təyin olunmasına dair cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan tələblərində pensiyanın orta aylıq əmək haqqından hesablanması nəzərdə tutulmamışdır. Bundan başqa, qanunvericilik pensiyanın birdəfəlik ödənilməsinə dair tələbləri də əks etdirmədiyindən birinci instansiyanın həmin hissədə gəldiyi nəticə də düzgün olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 27.1, 27.2, 27.3, 32.1, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13, maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun qismən – iddia tələbinin rədd olunduğu hissədə ləğv və iddianın həmin hissədə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının pensiya hüququnun 2009-cu ildə yarandığını öz qərarında göstərsə də, pensiyanın qanunvericilyinin müraciət olunan dövrdə qüvvədə olmuş tələblərinə əsasən hesablanmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Qanunveri ciliyin onun hüququnun yarandığı tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq onun əmək pensiyası əmək fəaliyyətinin müraciət edilməzdən əvvəlki sonuncu 24 ayının əmək haqqı nəzərə alınmaqla hesablanmalıdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13, 71, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası i clasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxx 1957-ci il tarixdə Qazax rayonunda doğulmuşdur (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı 01 oktyabr 1982-İ il tarixdən 01 oktyabr 1990-cı il tarixədək Azərbaycan SSR Maddi-Texniki Təchizat üzrə Dövlət Komitəsində işləmişdir (Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərko ntrakt” SC-nin 28 aprel 2016-cı il tarixli, 01-SM-42 nömrəli arayışı) İddiaçı 01 oktyabr 2001-ci il tarixdən 01 dekabr 2009-cu il tarixədək “KLS Hoding LTD” Azərbaycan Respublikasındakı Nümayəndəliyində nümayəndəliyin başçısının müavini vəzifəsində işləmiş və onun əmək haqqısı 2004-cü il üzrə ümumilikdə 12524 331 AZM, 2005-ci il üzrə isə 15805 671 AZM təşkil etmişdir (nümayəndəliyin 01/02-08 nömrəli, 04 oktyabr 2016-cı il tarixli arayışı) İddiaçıya Nəsimi rayon Şöbəsi tərəfindən 07 aprel 1992-ci il tarixdə Çernobıl ASEdə baş vermis qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, cavabdeh tərəfindən iddiaçıya 01 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdehin 14/4550 nömrəli 10 oktyabr 2018-ci il tarixli məktubu ilə, iddiaçının müraciəti təmin edilməmiş, imtinanın əsası kimi 01 yanvar 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə görə pensiyaların orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması nəzərdə tutulması qeyd olunmuşdur. Cavabdehin 10 oktyabr 2018-ci il tarixli, 14/4150 saylı məktubundan aydın olur ki, iddiaçı pensiyanın təyin edilməsi üçün 2018-ci ildə müraciət etmiş və həmin məktubda ona 01 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi göstərilsə də, belə bir qərar pensiya işində mövcud deyil. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qnauni əsaslarının tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin iddiaçının ona əmək pensiyasının təyin olunmasına dair cavabdehə müraciət etdiyi dövr də qüvvədə olan tələblərində pensiyanın orta aylıq əmək haqqından hesablanması nəzərdə tutulmamışdır Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinə görə, pensiyanın hesablanması qanunvericilyinin müraciət olunan dövrdə qüvvədə olmuş tələblərinə əsasən deyil, onun pensiya hüququnun yarandığı vaxtdan qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən aparılmalıdır. İddiaçının pensiya təminatı hüququ 2009-cu il tarixində yarandığından, həmin dövr qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq olunmalı idi. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddiaçının dəlili ilə razılaşdığını qeyd edir. İlk olaraq məhkəmə kollegiyası qanunvericiliyin zamana görə müddəaların tətbiqi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 217-ci maddələrinin mən asına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişdir. Eyni mahiyyətli müddəada həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanun vericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Bununla da məhkəmə kollegiyası hesab edir ki, pensiya məbləğinin hesablanması ilə bağlı apellyasiya məhkəməsinin zamana görə qüvvədə olan qanunvericiliyin tətbiqi ilə bağlı bildirdiyi hüquqi əsas qanunvericiliyin tələblərinə uyğun deyildir və apellyasiya məhkəməsi məsələyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası mübahisəli məsələlərə aşağıdakı maddi hüquq normaların tətbiqini zəruri hesab edir. İşin hallarından göründüyü kimi, iddiaçıya 07 aprel 1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin ona münasibətdə tətbiq edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra məntdə Qanun): - 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır; - 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Maddələrin tələblərindən göründüyü kimi, müəyyən istisna ilə hər hansı bir pensiyaçının pensiyasının bir növündən digər növünə keçirilməsi hüququ əks olunmuşdur. İstinad edilən Qanunun 26-cı maddəsi “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydalarını, həmin Qanunun 27-ci maddəsi isə “Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” qaydalarını tənzimləmişdir. İddiaçıya əl illiyə görə əvvəlki qanunvericiliklə hesablanmış əmək pensiyasının məbləği 01 yanvar 2006-cı il tarixindən Qanunun 26-cı maddəsinə əsasən yenidən hesablanmalı idi. Daha sonra iddiaçı 02 iyun 2009-cu il tarixindən onun istinad edilən Qanunla digər növ pensiya almaq hüququnun yaranmasına əsaslanmışdır ki, bu halda yeni növ pensiyanın hesablanması zamanı Qanunun 27-ci maddəsinin tələblərinin nəzərə alınması zəruri olmuşdur. Həmin tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun) redaksiyasına görə: - 10.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK/ T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiy asının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 27.2-ci madəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədəksığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Sadalanmış müddəaların mənasına görə, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesa blanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanıtərəfindən qəbul edilmiş Qayadalar əsasında aparılmalı və orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 3363 sayla 10 oktyabr 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış və tətbiq edilən dövrdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının: - 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; - 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğunolaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; - 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindiyi tarixə qazanılm ış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır. Göstərilmiş müddəalardan isə göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun: - 71-ci maddəsinə əsasən, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan fak tik orta aylıq əmək haqqından hesablanır (...); - 72-ci maddəsinə əsasən, orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Göstərilmiş bu müddəların tələblərindən göründüyü kimi, əvvəl qüvvədə olmuş qanunvericiliyin tələbləri pensiyanın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Bunun üçün isə müraciət edənin arzusu əsasında orta aylıq əmək haqqı ya əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına, və yaxud ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində orta aylıq əmək haqqından hesablanır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq müəyyən edilir ki, iddiaçının pensiya hüququ yarandığı 02 iyun 2009-cu il tarixində pensiyasının hesablanması zamanı zəruri olan sığorta hiss əsinin müəyyən edilməsi üçün onun 01 yanvar 2006-cı il tarixinə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqısı nəzərə alınmalıdır. Bu halda apellyasiya məhkəməsi istinad edilən qanunvericiliyin tələblərini tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddiaçının dəlili əsaslı olmuş və iddia tələbi 02 iyun 2009-cu il tarixdən, qanunvericiliyin həmin dövrdə qüvvədə olmuş tələblərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqı əsas götürlməklə pensiyanın hesablanması hissəsində təmin edilməlidir. İddia tələbinin yaranmış fərqin birdəfəlik ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Apellyasiya məhkəməsi tələbin bu hissəsini təmin etməməklə birdəfəlik pensiyanı n ödənilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına əsaslanmışdır. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin nəticəsini düzgün hesab etmir. İstinad edilən Qanunun zamana görə qüvvədə olmuş 37-ci maddəsi “Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları”nı tənzimləmişdir. Həmin qaydalarda hansı hallarda pensiyanın hissələrinə uyğun, hansı hallarda isə tam ödənilməsi məsələləri əks olunmuşdur. Həmin Qanunun: - 37.1-ci maddəsinə əsaəsn, əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi müəyyən edilmişdir. Müddəayə əsasən əmək peniyasını təyin edə n orqan tərəfindən, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” təsdiq etmişdir ki, həmin qaydalarda yuxarıda əks olunmuş məsələ tənzimlənməmişdir. Beləliklə, aparılmış təhlildən göründüyü kimi, keçmiş müddət üçün əmək pensiyasının məbləğinin birdəfəlik və ya hissə-hissə ödənilməsi ilə bağlı hər hansı bir qadağaedici imperativ norma qanunvericilikdə nəzərdə tutulmamışdır və bu səbəbdən məsələyə qiymət verərkən məhkəmə bunun əksinə olan geniş qiymətləndirmə səlahiyyətinə malik olmamalıdır. Bundan başqa, mə hkəmə kollegiyası istər məsələ üzrə məhkəmə təcrübəsinə, eyni zamanda inzibati orqanın inzibati təcrübəsinə əsaslanmaqla qeyd edir ki, digər şəxslərə münasibətdə analoji məsələlər qeyd edilmiş qaydada öz həllini tapdığından, iddiaçıya münasibətdə ayrı təcrübənin tətbiq edilməsinin zəruri edən şərtlər iş üzrə müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçıya ödənilməli olan məbləğ hesablanarkən nəzərə almaq lazımdır ki, iddiaçı iddia olunan illər üzrə əlilliyə görə pensiya ilə təmin edilmiş, lakin həmin illər üzrə digər pensiya növü üzrə əmək pensyanın hesablanması qərara alındığından, sonuncu məbləğ əvvəl ödənilmiş pensiya məbləği nəzərə alınmaqla hesablanmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cı maddəinə görə isə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və iddiaçının kassasiya şikayətində göstərilmiş dəlillər qərarın qismən ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı XXX tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-1193/2019 saylı qərarı qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və iddia “2004-2005-ci illərin əmək haqqı əsas götürlməklə pensiyasının təyin edilməsi və yaranacaq fərqin birdəfəlik ödənilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində” təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar