Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2741/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: sərəncamın ləğvi, əlverişsiz inzibati akt. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 01.11.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı2 və iddiaçıların vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı sərəncamın ləğvi və kompensasiya ödənilməsi təl əbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-924/2019 saylı iş üzrə 03 iyun 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 31.05.2008-ci il tarixli və 10.03.2016-cı il tarixli texniki pasportlara əsasən ünvan 2 qarajlar sırasında 9 nömrəli qaraj (sahəsi 17,9 kv.m, tikinti altı sahəsi 23 kv.m) İddiaçı2, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19-cu saylı binanın arxasında, sağdan 2 saylı qaraj (sahəsi 15,6 kv.m, tikinti altı sahəsi 20,4 kv.m) isə İddiaçı1 qanun i istifadəsindədir. Bakı şəhəri Cavabdehin 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə veril məsinin tapşırıldığı nəzərə alınaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələbləri rəhbər tutulmaqla aşağıdakılar qərara alınmışdır: 1. rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə 1,422 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilsin. 2. rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-nə aşağıdakılar həvalə edilmişdir: 2.1. "xxxx" MMC ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3. ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; 2.4. tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınsın; 2.5. layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətləri köçürülsün; 2.6. rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilmək lə müvəqqəti olaraq başqa mənzillərə köçürülsün. 3) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülsün. 4) sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin. 5) Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. Daha sonra Bakı şəhəri Cavabdeh tərəfindən 15.10.2018-ci il tarixli, 31 nömrəli icazəyə əsasən ünvan 1 ünvanında yerləşən 16 və 18 mərtəbəli yaş ayış binalarının tikintisinə icazə, həmçinin tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. 2018-ci ilin may ayında iddiaçıların qanuni istifadələrində olan 2 və 9 saylı qarajlar “xxxx” MMC tərəfindən iddiaçılarla razılıq əldə edilmədən sökülmüş, lakin iddiaçılara bununla bağlı hər hansı kompensasiya məbləği ödənilməmişdir. İddiaçılar məhkəməyə müraciət edərək Bakı şəhər Cavabdehin 06.03.2018-ci il tarixli 98 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsini və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişlər. Apellyasiya məhkəməsindəki icraat zamanı isə iddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişlər ki, kompensasiya ödənilməsi dedikdə keçən dövr ərzində avtomobillərin saxlanılması üçün dayanacağa ödənilməli olan xərcin əvəzi nəzərdə tutulmuşdur. Odur ki, ərizədə kompensasiya kimi yuvarlaq olaraq hər bir qaraj üçün 7200 manat (12 ay x 600 manat) məbləğində kompensasiya nəzərdə tutulmuşdur. İddiaçılar tələblərini onunla əsaslandırılmışlar ki, “xxxx" MMC tərəfindən 2018-ci ilin may ayından etibarən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (qarajlar) söküntüsünə başlanılmışdır. 19 may 2018-ci il tarixdə İddiaçı1, 28 may 2018-ci tarixdə isə İddiaçı2 məxsus qarajlar razılıq alınmadan və xəbərdarlıq olunmadan sökülmüşdür. Bundan xəbər tutd uqda MMC-nin işçilərindən qanunsuz hərəkətlərə son vermələrini bildirməklə qarajları hansı əsasla sökdüklərini öyrənməyə çalışmışlar. Bu zaman söküntü işlərini həyata keçirən şirkətin nümayəndəsi tərəfindən şifahi olaraq bildirilmişdir ki, söküntünün həyata keçirilməsi səlahiyyəti onlara Nərimanov Rayon İcra Başçısının sərəncamı ilə verilib və söküntü tam əsaslıdır. 21.05.2018-ci il tarixdə RİH-ə sözügedən söküntü-tikinti işlərinin həyata keçirilməsinə əsas olan sərəncamın rəsmi qaydada təqdim edilməsi barədə müraciət etmiş, lakin həmin sərəncam yenə də təqdim olunmamış və yalnız məhkəməyə vermiş olduqları “müvəqqəti xarakterli müdafiə tədbiri barədə" ərizənin baxışı əsnasında 29.05.2018-ci il tarixdə bəhs olunan sərəncam ilə tanış olmaq imkanları yaranmışdır. Sərəncamda qeyd olunan ünvan (Əliyar Əliyev “22”) qarajların yerləşdiyi ərazini əhatə etmir. Belə ki, qarajlardan öncə gələn birinci binanın nömrəsi “150”, qarajlardan sonra isə gələn birinci binanın nömrəsi “54"dür. Eyni zamanda, qarajla üzbəüz, yolun o biri tərəfində yerləşən binanın nömrəsi “63-69”dur. Sərəncamın 2.6-cı bəndində yaşayış binalarının sakinlərinin “qarşılıqlı razılaşma əsasında” yeni mənzillərlə təmin edilməsinin qeyd olunmasına baxmayaraq, həmin sərəncamın 3-cü bəndində RİH qeyri-yaşayış sahələrinin yalnız “sökülməsi”nə dair qeydlə kifayətlənmişdir. Halbuki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının 1.2-ci bəndində aşağıdakılar göstərilmişdir: hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların r azılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması”. Göründüyü kimi, yaşayış və ya qeyriyaşayış məqsədləri daşımasından asılı olmayaraq həmin obyektlərin əvvəlcədən dəyəri ödənilməli və ya onlar əvəzləşdirilməlidir. Sərəncamı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə ziddiyyət təşkil edir, çünki Sərəncamda Qərarın əksinə yalnız yaşayış sahələrinin sakinlərinin razılığının əldə edilməsi nəzərdə tutulur. Beləliklə, sözügedən RİH-nin Sərəncamı Nazirlər Kabinetinin Qərarı ilə ziddiyyət təşkil etdiyindən qanunsuzdur və ləğv olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası MM-nin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla ya naşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alman torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Beləliklə, mülki qanunvericilikdə bəhs olunan məqsədlər üçün “torpaq” dedikdə həmçinin tikililər, qurğular və bu kimi digər obyektlər də başa düşülür. Sərəncamda “xxxx” MMC şirkətinə söküntü işlərinin aparılması ilə bağlı səlahiyyət verilmir. Belə ki, sərəncamın yalnız 2-ci bəndində “xxxx” MMC-yə həvalə olunan məsələlər qeyd olunur. Əliyar Əliyev küçəsi ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə dair müddəa isə Sərəncamın 3-cü bəndində öz əksini tapır. Sərəncamın 5-ci bəndində sözügedən inzibati aktın yalnız layihələndirmə üçün əsas olduğu göstərilir. Bu da o de məkdir ki, adı çəkilən sərəncam əsasında hər hansı söküntü işlərinin aparılmasına icazə verilməmişdir. Sözügedən Sərəncam ilə yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinin nəzərdə tutulmasına baxmayaraq, inzibati aktın qəbul edilməsindən əvvəl RİH tərəfindən maraqlı şəxslərin nəinki mülahizələri dinlənilməmiş, onlara ümumiyyətlə məlumat belə verilməmiş və bununla da maraqlı şəxsləri inzibati icraatdan qanunsuz kənarlaşdıraraq nəticədə birtərəfli qayda inzibati orqanın maraqlarına uyğun olan Sərəncam qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qərarı (hakim – Z.M.Tağıyev) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsindək i icraatda iştirak edən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 verdiyi izahatında göstərmişdir ki, iddiaçıların qarajı onlar tərəfindən sökülmüşdür və qarajların üstündə artıq bina tikilir. İddiaçılara onlar tərəfindən hər hansı kompensasiya verilməmişdir, bununla belə, hər kv.m sahə üçün 500 manat kompensasiya verməyə hazırdırlar. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi etirazında iddianın haqlı olaraq biricini instansiya məhkəməsi tərəfindən rədd olunduğunu bildirərək göstərmişdir ki, Bakı şəhəri Cavabdehin 06.03.2018-ci il tarixli, 98 nömrəli mübahisələndirilən sərancamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən qəbul edilmişdir, NK-nin sözügedən qərarının müddəalarını təkrarlayır və sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönələn əlverişli inzibati aktdır. İddiaçılar digər sakinlər kimi tikinti təşkilatı tərəfindən onlara pul kompensasiyasının verilməsinə dair edilmiş əlverişli təkliflərlə razılaşmamış, mövcud şəraitdən sui-istifadə etməklə ağlabatmayan kompensasiyalar tələb etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-924/2019 saylı, 03 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,2 saylı Bakı İnzibati İqtisadi İqtisadi Məhkəməsinin 2-1 (82)-136/2019 saylı iş üzrə 10 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək apelly asiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “xxxx” MMC tərəfindən 2018-ci il may ayından etibarən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (qarajlar) sökiintüsünə başlanılmışdır. 19 may 2018-ci il tarixdə İddiaçı1, 28 may 2018-ci il tarixdə isə İddiaçı2 məxsus qarajlar razılıq alınmadan və xəbərdarlıq olunmadan sökülmüşdür. Bundan xəbər tutduqda MMC-nin işçilərindən qanunsuz hərəkətlərə son verilmələrini bildirməklə qarajları hansı əsasla sökdüklərini öyrənməyə çalışmışlar. Bu zaman söküntü işlərini həyata k eçirən şirkətin nümayəndəsi tərəfindən şifahiolaraq bildirilmişdir ki, söküntünün həyata keçirilməsi səlahiyyəti onlara Nərimanov rayon İcra Başçısının sərəncamı ilə verilib və söktüntü tam əsaslıdır. Həmin sərəncamda qeyd olunan ünvan (Ə.Əliyev 22) qarajların yerləşdiyi ərazini əhatə edir. Belə ki, qarajlardan öncə gələn birinci binanın nömrəsi “150”, qarajlardan sonra gələn birinci binanın nömrəsi “54”-diir. Eyni zamanda qarajla üzbəüz, yolun o biri tərəfində yerləşən binanın nömrəsi “63-69”-dur. Sərəncamın 2.6-cı bəndində yaşayış binalarının sakinlərinin “qarşılıqlı razılaşma əsasında” yeni mənzilərlə təmin edilməsinin qeyd olunmasına baxmayaraq, həmin sərəncamın 3-cü bəndində RİH qeyri-yaşayış sahələrinin yalnız “sökülməsi”nə dair qeydlə kifayətlənmişdir. Halbuki, Nazirlər Kabinetini n 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının 1.2-ci bəndində aşağıdakılar göstərilmişdir: Hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılsın. Göründüyü kimi yaşayış və ya qeyri-yaşayış məqsədləri daşımasından aslı olayaraq həmin obyektlərin əvvəlcədən dəyəri ödənilməli və ya əvəzləşdirilməlidir. Bakı şəhəri Nərimanov RİH Başçısının sərəncamı Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları alınan torpaqlarla bağlı daşınmaz əmlaka da şamil edilir. Beləlikl ə, mülki qanunvericilikdə bəhs olunan məqsədlər üçün torpaq dedikdə həmçinin tikililər, qurğular və bu kimi digər obyektlər başa düşülür. Sərəncamda “xxxx” MMC şirkətinə söküntü işlərinin aparılması ilə bağlı səlahiyyət verilmir. Belə ki, Sərəncamda yalnız 2-ci bəndində “xxxx” MMC-yə həvalə olunan məsələlər qeyd olunur. Əliyar Əliyev ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə dair müddəa isə Sərəncamın 3-cü bəndində öz əksini tapır. Sərəncamın 5-ci bənində sözügedən inzibati aktın yalnız lahiyələndimə məqsədi daşıdığı qeyd olunur. Buda onu göstərir ki, sözügedən sərəncam əsasında hər hansısa söküntü işlərinin aparılmasına icazə verilmir. Məhkəmə araşdırması zamanı iddiaçılara məxsus qarajların sökülməsi və dəyərinin ödənilməməsi sübut edilmişdir. Bu hal mübahisə pr edmeti olmamışdır. Məhkəmə araşdırması zamanı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə sözügedən sərəncam bir-birinə uyğun olmamamağı aspektindən qiymətləndirmə aparılmamışdır. Həmin sərəncam əsasında yüksək mərtəbəli binanın tikilməsi əsas gətirilərək onun əlverişli inzibati aktı olması qiymətləndirilmişdir. Qanunsuz və əlverişsiz inzibati aktın icra edilməsi ilə yüksək mərtəbəli binanın tikilməsi onun əlverişli olması nəticəsi vermir. Məhkəmə bu mövqeyə gəlməklə səhv etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı2 və iddiaçıların vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə ka ssasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə Bakı şəhərinin müvafiq icra hakimiyyəti orqanlarına, o cümlədən Cavabdehə 5 il müddətinə aşağıdakıların həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır: 3. mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatla qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün t ələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respubliksının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə qazılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin imtsmarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 4. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fi ziki şəxslərin mülkiyyətində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmasını; 5. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını; 6. tikintiyə başlamazdan əvvəl tikilicək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uy ğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını;... Hazırkı işin hallarına görə mübahisələndirilən Bakı şəhəri Cavabdehin 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrasının təmin edilməsi qaydasında qəbul edilmişdir. İddianın rədd edilməli olduğuna dair gəldiyini nəticəni apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncama qanunsuz əlverişsiz inzibati akt kimi hüquqi qiymət verilə bilməz. Məhkəmə bu zaman özünün mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhər Cavabdehin 06.03.2018-ci il tarixli, 98 nömrəli s ərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı əsasında qəbul edilmişdir. Həm Nazirlər Kabinetinin qərarının, həm də Bakı şəhər Cavabdehin sərəncamının qəbul edilməsinin məqsədi qəzalı və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının yeni, müasir binalarla əvəz edilməsi, nəticədə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması və ərazidə yeni müasir yaşayış komplekslərinin salınması olduğundan əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Tərəflərin izahatlarından görünür ki, inzibati aktın icrası üçüncü şəxs tərəfindən təmin edilərək hazırda yüksəkmərtəbəli yaşayış binasının inşasına başlanılmışdır. Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, həmin aktın ləğv edilməsi barədə iddiaç ıların tələbi təmin oluna bilməz. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların yalnız qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi nəzərdə tutulduğundan, hazırkı halda isə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qanunsuz və əlverişsiz olduğu müəyyən edilmədiyindən iddiaçıların kompensasiya tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarından da göründüyü kimi, sökülməsi nəzərdə tutulan qəzalı binaların yerində çoxmənzilli yeni binaların inşası üçün ayrılmış ərazidə yerləşən daşınmaz əmlakların sahiblərinə həmin əmlakların dəyərinin, o cümlədən yaşayış binası tikilənədək kirayə haqlarının ödənilməsi vəzifəsi tikinti şirkətlərinin üzərinə qoyulmuş, icra hakimiyyəti orqanlarına bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmamışdır. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində təsbit edilmişdir ki, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər. Həmin Əsasnamənin 6.8-ci maddəsində isə təsbit edilmişdir ki, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktların hüquqi qüvvəsi ilə bağlı qaydaya görə yerli icra hakimiyyəti orqanlarının aktları hüquqi iyerarxiyada özündən üstün hüquqi qüvvəyə malik olan aktlara uyğun olmalıdırlar. İşin hallarından göründüyü kimi Bakı şəhəri Cavabdehin iddiaçılar tərəfindən mübahisələndirilən 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinet inin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Ona görə də, həmin sərəncam ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına, eləcə də tənzimlədiyi məsələləri nizamlayan digər qanunvericilik normalarının tələblərinə uyğun olmalıdır. Sərəncamın iddiaçılara aid olan hissəsi ilə bağlı 3-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə qərar verilmişdir. Ümumən sərəncamın müddəalarının təhlilindən müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış binalarının sökülməsi ilə bağlı məsələlərə münasibətdə fərqli tənzimləmələr apar ılmışdır. Belə ki, sərəncamın 2.6-cı bəndində rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Lakin sərəncamda qeyri-yaşayış binalarının yalnızca sökülməsi qərara alınmış, onların sahibləri ilə razılaşmanın əldə edilməli olduğu, habelə mülkiyyətçilərə əvvəlcədən hər hansı kompensasiyanın ödənilməli olduğu, eləcə də əvəzləşdirmənin aparılmalı olduğu ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarından icra hakimiyyəti orqanlarına verilmiş tapşırıq ondan ibarət olmuşdur ki, qəzalı vəzi yyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadələrində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılması təmin edilməli idi. Beləliklə, Bakı şəhəri Cavabdehin 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı qeyriyaşayış sahələrinin onların mülkiyyətçiləri ilə əvvəlcədən razılaşma əldə edilməklə və ədalətli bazar dəyəri qabaqcadan kompensasiya kimi mülkiyyətçilərə ödənilməklə sökülməli olduğuna dair müddəa nəzərdə tutmadığı üçün Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarından irəli gələn tələblərə uyğun olmamışdır. Sözügedən müddəları nəzərdə tutmadığı üçün həmin sərəncam həm də Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin yuxarıda göstərilən normaları ilə də ziddiyyət təşkil edir. Bu mənada, kollegiya apellyasiya məhkəməsinin gəldiyi mübahisələndirilən sərəncamın qanunsuz və əlverişsiz inzibati akt kimi qəbul edilməsinin mümkün olmadığına dair mövqeni qanunsuz və əsassız hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri Cavabdeh özünün 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı ilə iddiaçıların sahib olduğu qarajların əvvəlcədən onlarla hər hansı razılaşma əldə edilmədən və ko mpensasiya ödənilmədən sökülməsinə qərar vermişdir. Bu halın iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə təşkil etdiyi aşkar və mübahisə olunmaz faktdır. Həmin sərəncam əsasında hərəkət edən “xxxx” MMC isə iddiaçıların qarajlarını sökmüşdür. Beləliklə, Bakı şəhəri Cavabdeh özünün 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı ilə iddiaçıları əvvəlcədən dəyəri ödənilmədən mülkiyyət hüquqlarından məhrum etmiş, eləcə də daha sonra söküntü işləri aparmaq üçün “xxxx” MMC-nin qanunsuz hərəkətlərinə hüquqi əsas vermişdir. Bu vəziyyətdə həmin sərəncan şübhəsiz kimi iddiaçılara aid hissədə əlverişsiz inzibati akt olmuşdur. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya dü zgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkra r baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-924/2019 saylı iş üzrə 03 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2741/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2741/2019
01.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver