Məhkəmə qərarları › İş №2-1(102)-2741/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2741/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2741/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.12.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2-1(103)-1761/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********069100 nömrəli qərarından görünür ki, İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli, **********069100 nömrəli qərarının ləğv olunması, inzibata icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dö vlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 19 avqust 2021ci il tarixli **********069100 nömrəli Qərarı ilə vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı cavabdeh orqan tərəfindən barəsində qəbul etdiyi 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli Qərarını qanunsuz və əsassız hesab edir. İddiaçı qeyd edir ki, qərarın qəbul edilməsi qanunla müəyyən edilmiş qaydada onun hüquqlarının pozulmasına səbəb olmuş, sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər vurmuşdur. Odur ki, qərar ləğv olunmalı, inzibati icraata xitam verilərək ədalət bərpa olunmalıdır. Belə ki, İddiaçı oglu 2016-cı il tarixdən etibarən vergi ödəyici kimi qeydiyyata alınaraq əsas fəaliyyəti "Ofis və Ticarət müəssi sələri üçün mebellərin istehsalı" fəaliyyəti ilə məşğuldur. Fəaliyyəti dövründə heç bir riskli əməliyyatlar aparmamışdır. Qərarın qəbul edilməsi qanuni və əsaslı deyil. Belə ki, qərarda müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020- 23.0.2021-ci il tarixlərdə cəmi 117.3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda "Alüminium arakəsmə, siyirtmə qapılı. Mətbəx stolu. Kitab rəfi 98x46. İşçi stolu, kastamonu malta, dəmir ayaqlı 1250x650x750 mm və s. Qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə-faktura üzrə xvergi ödəyicisinin alışında, idxalında qeyd edilən mal (iş. xidmət) müəyyən edilməmişdir. Bu səbəbdən cavabdeh orqan iddiaçının əsas fəaliyyət növünün "Ofis və Ticarət Müəssisələri üçün Mebellərin İstehsalı" fəaliyyətinin olduğunu və təsərrüfat suby ektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin o cümlədən riskli əməliyyatların” Meyarlarının 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab edərək qanunsuz qərarın qəbul edilməsinə nail olmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6247/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli, **********069100 nömrəli qərarı ləğv edilmişdir.

6. Məhk əmə qeyd etmişdir ki, cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini də sübut edə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən dəlil və sübutları vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə cavabdeh inzibati orqan tərəfindən qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qər arın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1761/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və M.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin də lilləri

11. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində cəmi 117,3 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda "Alüminium arakəsmə, siyirtmə qapılı, Mətbəx stolu, Kitab rəfi 98x46, işçi stolu, kastamonu malta, dəmir ayaqlı, 1250x650x750 mm və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir.

12. Qeyd edilənləri nəzərə alaraq, Meyarların 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən iddiaçı ri skli vergi ödəyicisi hesab edilmiş və barəsində xx.xx.2021-ci il tarixli **********069100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilərək vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.

13. İddiaçı riskli vergi ödəyicisi hesab edildikdən sonra xx.xx.2022-ci il tarixdə təsərrüfat subyektinin qeydiyyata alınmasına dair ərizə ilə vergi orqanına müraciət etmiş, Abşeron rayonu, Novxanı kəndi ərazisində 80 kv.m sahəni icarəyə götürərək mebel sexi kimi fəaliyyət göstərdiyini bildirmişdir.

14. Lakin onun tərəfindən riskli əməliyyatlar çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturaların ləğv edilməsi həyata keçirilmədiyindən, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır.

15. Qeyd olunana münasibətdə bi ldirmək istəyirik ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr iddiaçının xidmət sahəsində fəaliyyət göstərdiyini sübut etmək üçün yetərli deyildir.

16. Əksinə iddiaçı məhkəmə iclasında dəfələrlə faktiki olaraq xidmət sahəsi ilə deyil, icarəyə götürdüyü mebel sexində 4 nəfər işçisi ilə birgə mebel istehsalı ilə məşğul olduğunu etiraf etmişdir.

17. Lakin istehsal etdiyi mebel məhsulları üçün lazım olan xammal materialların hardan təmin olunmasına dair məlumatı vergi orqanına təqdim edə bilmədiyindən, Nazirlər Kabinetinin müəyyən etdiyi Meyarların təsir dairəsinə düşür və bununla riskli vergi ödəyicisi hesab edilir.

18. Göründüyü kimi, iddiaçı tərəfindən istehsal edilmiş mebel üçün lazım olan xammalın nədən ibarət olması, ha rdan əldə olunması, istehsal obyektinə hansı formada çatdırılması araşdırma predmetini təşkil etməmişdir.

19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – v ergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya i dxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfində n öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci y arımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal b axımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən Vergi Məcəlləsinin 3.8, 3.11, 13.2.81, 13.2.82-ci maddələrinə, “İnzibati icraat haqqında” qanunun 15.1, 15.2, 24.1, 24.2, 24.4, 45.1, 47.1, 67.1, 67.2, 67.3-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicis inin, o cümlədən riskli əməliyyatların meyarları”nın 1.1, 2.1, 3.1-ci bəndlərinə istinad edərək belə hesab etmişdir ki, “Yuxarıda qeyd olunan qanunvericilik normalarında riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları göstərilmişdir. Hazırkı işdə isə bu halların heç biri müəyyən olunmur. Cavabdeh tərəfindən mübahisələndirilən qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»nın 2.1.1, 2.1.3 və 3.1.1-ci bəndlərinə istinad edilsə də, cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı riskli vergi ödəyicisi hesab olunması üçün risk meyarlarına cavab verən şəxs hesab edilmir.” 2

6. Eyni zamanda apellyasiya məhkəməsinin qənaətinə görə, “mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır.”

27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul e dilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli, **********069100 nömrəli qərarının ləğv olunması, inzibata icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli **********069100 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının iddiasına dair verilmiş etirazında göstərilmişdir ki, “Araşdırm a zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində cəmi 117,3 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda “Alüminium arakəsmə, siyirtmə qapılı, Mətbəx stolu, Kitab rəfi 98x46, İşçi stolu, kastamonu malta, dəmir ayaqlı, 1250x650x750 mm və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir.”

30. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ayrı-ayrı hüquqi şəxslərlə ofis mebellərinin hazırlanması kimi xidmətlərin göstərilməsinə dair müqavilələr bağlayaraq, qeyd olunan xidmətləri göstərmiş, müvafiq müqavilələr və elektron qaimə fakturalar işə əlavə edilmişdir. İddiaçının faəliyyəti, bağlanılmış müqavilələrdə göstərildiyi kimi mebel idxalından ibarət olmuşdur.

31. Bununla yanaşı iddiaçıda nəzarət kassa aparatlarından keçmiş çeklər də vardır.

32. Bundan başqa iddiaçı Abşeron rayonu, Novxanı kəndi ərazisində 80 kv.m. tikilini mebel istehsalı sahəsi kimi istifadə edilməsi və orada bu fəaliyyətlə məşğul olması məqsədi ilə icarəyə götürülmüş və buna dair fiziki şəxs İ.T.Abışovla 01 oktyabr 2021-ci il tarixli, 3 saylı icarə müqaviləsi bağlanmışdır.

33. Xüsusi olaraq qeyd edilməlidir ki, Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən həmin obyektin adının (mebel sexi) olduğu yer üzrə uçota alınması təsdiq edilir.

34. Eyni zamanda iş materiallarından göründüyü kimi, iddiaçı sözügedən xidmətlə məşğul olması üçün 27 noyabr 2018-ci il tarixdə "xxxx" ASC ilə, 12 sentyabr 2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə, "xxxx" MMC ilə müqavilələr bağlanmış, onlara bu sahədə xidmət göstərərək, müvafiq elektron qaimələr almışdır.

35. Başqa sözlə, cavabdeh tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********3069100 saylı qərar qəbul olunduğu zaman iddiaçının əmtəəsiz əməliyyatları olmamışdır.

36. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi cavabdehin sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş məsələlər aradan qaldırılmışdır.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, artıq mövcud olmayan əsaslar üzrə mübahisə predmeti olan cavabdehin qərar ına istinadən iddiaçının riskli vergi ödəyicisi kimi riskli vergi ödəyiciləri siyahısında saxlaması yuxarıda göstərilmiş maddi hüquq normalarına zidd olmaqla, həm də əsassız və ədalətsizdir.

38. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ehtimal olunsa ki, hal-hazırda iddiaçı riskli vergi ödəyicisi kimi hərəkət edirsə, bu zaman bu başqa bir araşdırmanın predmeti olmaqla cavabdehin sözügedən məsələ ilə bağlı araşdırma aparmaq və müvafiq qərar qəbul etmək hüququ vardır.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1761/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar