Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2744/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2744/18) Bakı şəhəri 19 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə iddiaçının 01.09.1970-ci il tarixdən 24.06.1974-cü il tarixədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı müddətin onun sosial sığ orta stajına daxil edilməsi öhdəliyinin qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-460/2018 saylı iş üzrə 02.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxxxx 1952-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 01.09.1970-ci il tarixdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, sənayenin planlaşdırılması ixtisası üzrə tam kursu bitirmiş və ona Dövlət İmtahan Komissiy asının 24.06.1974-cü il tarixli qərarı ilə iqtisadçı ixtisası verilərək adına A-l seriyalı 000200 nömrəli diplom hazırlanmışdır. İddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 31.05.2018-ci il tarixli **********4 nömrəli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığı bildirilmiş və bu səbəbdən də təhsil müddətini sığorta stajına daxil etməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun təhsil müddətini sosial sığorta stajına daxil etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti iş stajı kimi nəzərə almır. İddiaçı cavabdeh Dövlət S osial Müdafiə Fondu Mingəçevir şəhər şöbəsinə qarşı cavabdehin üzərinə iddiaçının 01.09.1970-ci il tarixdən - 24.06.1974-cü il tarixədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 27.06.2018-ci il tarixli iş № 2-1(84)-1131/2018, (sədrlik edən hakim Rüfət Məcidov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.06.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barə də yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.10.2018-ci il tarixli iş № 2-1(107)-460/2018 (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Gündüz Abbasov və Rövşən Rəfiyev) qərarı ilə birinci instansiya məhkəməsinin 27.06.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,01 yanvar 2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş v ə ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanununun 21-ci maddəsinin tələbinə görə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. Cavabdeh 29.09.2015-ci il tarixli 578 nömrəli qərarı ilə İddiaçı 63 yaşı tamam olan 09.09.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2015-ci ildə yaranmışdır və 2015-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Bütün yuxarıda göstərilənl ərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Fəxrəddin Əbdurəhmanov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üz rə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normaların ın faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,Cavabdeh 29.09.2015-ci il tarixli 578 nömrəli qərarı ilə İddiaçı 63 yaşı tamam olan 09.09.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2015-ci ildə yaranmışdır və 2015-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Qeyd olunan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 1970-1974-cü illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-ci maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmin d övrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırkı mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüququdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş hə ddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Bu baxımdan da “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə si hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli 21(107)-460/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2744/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2744/2018
19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver