Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2744/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:(“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları mövcud olmadığından bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsindən imtina əsassız olmuşdur.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dada şov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-679/2019 saylı, 03 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, X3 və X2 Telman Teymur oğlu (bundan sonra - iddiaçı) ilə bağladığı 23 dekabr 2005-ci il tarixli, 36951 saylı müqaviləyə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu (hazırki Xəzərrayonu)Türkan ərazisindəki ölçüsü 0.08 ha torpaq sahəsi olan 1132 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 23 dekabr 2005-ci il tarixli, 344 saylı sərəncamının icrası qaydasında X3 və İstismarı Birliyinin cavabdehlə bağladığı 23 dekabr 2005-ci il tarixli, 36951 saylı müqaviləyə əsasən sözügedən bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. İddiaçı istifadəsində olan bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdehin **********65 saylı, 21 iyul 2017-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bundan əlavə, iddiaçı inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin tərtibi üçün bağ sahəsinin yerini tanımadığından ərizənin icrası mümkün olmamışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, xxx qəsəbəsində yerləşən ümumi sahəsi 0.08 ha olan 1132 olan saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, bağ sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X3 və İstismarı Birliyi ilə bağlanmış 23 dekabr 2005-ci il tarixli, 36951 saylı müqavilə əsasında Bakı şəhəri, xxx qəsəbəsində yerləşən ümumi sahəsi 0.08 hektar olan 1132 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmiş, lakin bu günə qədər bağ sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, bağ sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə 06 iyul 2017ci il tarixdə ərizə ilə müraciət etmiş, cavabdehin 21 iyul 2017-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədiyindən, eləcə də inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin tərtibi üçün bağ sahəsinin yerini tanımadığından ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2-1(82)181/2018 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, Türkan qəsəbəsində yerləşən ümumi sahəsi 0.08 ha olan 1132 olan saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati icraat zamanı işin bütün hallarını faktiki və hüquqi cəhətdən hərtərəfli, tam və obyektiv araşdırmamış, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-679/2019 saylı, 03 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə Ü.A.Mayılov və) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2-1(82)-181/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-679/2019 saylı, 03 may 2019-cu il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, göstərilən bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, 1132 nömrəli bağ sahəsinin arxiv cizgisi olmadığı və sözügedən ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı üçün 1132 nömrəli bağ sahəsinin yeri ni dəqiq müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə qanunamüvafiq imtina cavabı verilmişdir. Yəni, göründüyü kimi, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən qeyd olunan hallar araşdırılmamış, şikayətdə qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış, idarə tərəfindən verilmiş ekspertizanın keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə vəsatət təmin edilməmiş və nəticədə istinad edilən qanunvericiliyin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şi kayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdehin kassasiya şikayətində, eləcə də **********65 saylı, 21 iyul 2017-ci il tarixli imtina məktubunda müvafiq bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim olunmamasına və ərizəçinin bağ sahəsinin yerini tanımamasına istinad olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına Bakı şəhəri, Əzizbəyov rayonu (hazırki Xəzər rayonu) Türkan ərazisindəki ölçüsü 0.08 ha torpaq sahəsi olan, 1132 saylı bağ sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair X3 və İstismarı Birliyi ilə bağlanmış müqavilə əlavə edilmişdir. Həmin müqavilə isə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 7-ci maddəsinin tələbinə görə müvafiq bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınması üçün əsasdır. Ona görə də iddiaçı tərəfindən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi barədə cavabdehin dəlili əsassızdır. Qeyd olunmalıdr ki, iddiaçının bağ sahəsinin yerini tanımaması barədə cavabdehin digər dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 noyabr 2018-ci il tarixli, **********24 saylı mütəxəssis rəyində ölçülmüş ərazinin faktiki sahəsinin 0.0794 ha olduğu və elektron kadastr baza məlumatlarında İddiaçı torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyi və iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi və 1132 nömrəli bağ sahəsinin arxiv cizgisi olmadığı və sözügedən ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığı üçün 1132 saylı bağ sahəsinin yerini dəqiq təyin etmək mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının bağ sahəsinin naturada yerini tanımaması barədə cavabdehin dəlilləri mütəxəssis rəyi ilə təkzib olunur, iddiaçının naturada istifadəsində olan bağ sahəsinin koordinatları mütəxəssis rəyində göstərilmişdir. Mütəxəssis rəyində sözügedən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil verməsi qeyd olunsa da, apelyasiya instansiya məhkəməsində məhkəmə araşdırması zamanı bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh tərəfindən həmin uyğunsuzluğun mövcudluğuna, ümumiyyətlə uyğunsuzluğun nədən ibarət olmasına dair məhkəməyə hər hansı sübut tə qdim edilməmişdir. Bundan əlavə, cavabdehin məhkəməyə ünvanladığı **********81 saylı, 29 aprel 2019cu il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat iddiaçının qanuni istifadəsinə verilmiş bağ sahəsinin ünvanı ilə bağlı hər hansı uyğunsuzluq aşkar edirsə, onun həmin uyğunsuzluğu aradan qaldırmaq və sözügedən bağ sahəsi üzərində iddiaçının hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq vəzifəsi aşağıdakı maddi hüquq normasını n tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin 27.11.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2, 3.2.1 və 3.2.5-ci bəndlərinə görə daşınmaz əmlak obyektinə ünvan qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə və daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə verilir və ya dəyişdirilir. Qaydaların 3.17-ci bəndinə görə artıq nömrələnmiş daşınmaz əmlak obyektləri arasında yeni inşa edilmiş daşınmaz əmlak obyektinə iki nömrədən kiçik nömrəyə kəsr xəttindən sonra yeni nömrə, zəruri hallarda isə hərf (ə, ö, ü, ı, i, ğ, ç, ş, hərfləri istisna olmaqla a,b,c və s.) əlavə etməklə nömrə verilir. “İnzibat i icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş h üquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən, torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, k ollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən, 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsin ə əsasən, 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; qanunvericilikdə nəzərdə tutulan digər əsaslar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinan ın əsasları nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı, cavabdeh inzibati orqan tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində s adalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tut ulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymətləndirərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmələr iddianın əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayətində Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edilmədiyini qeyd edir. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icr aatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin normanın təhlilindən görünür ki, məhkəmə o şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edir ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırki halda isə belə bir ehtimal yaranmadığı üçün haqlı olaraq Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyini üçüncü şəxs kimi işə cəlb etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümləd ən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inz ibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-679/2019 saylı, 03 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2744/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2744/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver