Məhkəmə qərarları › İş №2-1(102)-2744/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2744/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2744/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin tam reabilitasiya olunmasına dair qərarın mübahisələndirilməsi; işin faktiki hallarının tam araşdırılmaması; ziddiyyətli məlumatların mövcud olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya Bakı şəhər X1 *******AACC* nömrəli göndərişi əsasında ##.##.2017-ci il tarixdən 5 il müddətinə ##.##.2022-ci il tarixədək ümumi xəstəlik səbəbindən 2-ci dərəcə əlillik təyinatı aparılmışdır.

2. “xxxx” QSC-nin Həkim Sanitar Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ###### 2018-ci il tarixli, *********** nömrəli məktubuna dair ünvanladığı **-** nömrəli, ##.##.2019-cu il tarixli məktubdan görünür ki, QSC-nin Həkim-Sanitar Xidmətinə tabe tibb müəssisələri dəmir yolçulara, ailələrinə və qanunvericiliyə uyğun olaraq digər şəxslərə tibbi xidmət göstərir. Aparılan araşdırmada qeyd olunan 39 nəfərin göstərilən tibb müəssisələrində müayinə və müalicə almadığı, təqdim olunan rəylərin rəsmi qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Buna görə də həmin 39 nəfərə verilmiş tibbi göndərişlərin etibarsız sayılması məqsədəuyğun hesab olunur. Siyahıda iddiaçının adı 11-ci sıradadır.

3. “xxxx” QSC-nin Həkim Sanitar Xidmətinin məlumatına əsasən, iddiaçının xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilmədiyinə görə iddiaçı barəsində rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bununla əlaqədar iddiaçının əlilliyinə dair qiymətləndirmə əlillik altsistemində etibarsız hesab olunmuşdur.

4. Bundan sonra iddiaçı əlilliyinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına əsasən, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək, iddia təmin edilmiş, iddiaçının əlilliyinin ##.##.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “ürək xəstəlikləri”nə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslər barəsində inzibati icraat başlanılmışdır. Bununla əlaqədar olaraq, cavabdeh orqan tərəfindən iddiaçıya ##.##.2023-cü il tarixli, *-**-*/*-R-*****/**** nömrəli bildiriş göndərilmişdir. Adıçəkiən bildirişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən iddiaçı ##.##.2023-cü il tarixində saat 12:30-da Agentliyə əyani müayinəyə dəvət edilmişdir.

8. Əyani müayinə nəticəsində cavabdeh tərəfindən iddiaçıya münasibətdə “tam reabilitasiya olunması” barədə ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv olunmasını xahiş etmişdir.

10. Iddia tələbi hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı cavabdeh tərəfindən icra edilərək iddiaçının dayandırılmış əlilliyi ##.##.2019-cu il tarixdən bərpa edilmişdir. Bərpa edilən zaman iddiaçının yaşa görə pensiya hüququ yarandığından, onun əlillik qiymətləndirilməsi müddətsiz olaraq əlillik alt sisteminə işlənilmişdir. Cavabdeh sonradan iddiaçını əyani müayinəyə dəvət etmiş, müayinə nəticəsində cavabdeh orqan ##.##.2023-cü il tarixli qərarla iddiaçıya təyin edilmiş əlilliyin ləğv olunması haqqında qərar qəbul etmişdir. Daha sonra cavabdeh ##.##.2023-cü il tarixli, *-**-*/*-H-*****/**** nömrəli bildirişlə iddiaçıya müraciət edərək, ona ##.##.2017-ci il tarixdə təyin edilmiş 5 il müddətinə 2-ci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyini bildirmişdir. Ləğvetmə barədə qərarın mətni ilə “e-sosial” portalından tanış olunması göstərilsə də, həmin qərar bu günə qədər şəxsi kabinetdə öz əksini tapmamışdır. Cavabdeh adıçəkilən bildirişi tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə istinad etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Bu əsasdan hesab edir ki, iddiaçı həmin qərarın mübahisələndirilməsi üçün müddəti ötürməmişdir, cavabdeh iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. 10.1. Belə ki, cavabdeh ləğvetmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə, bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı icra edildiyi dövrdə iddiaçının 64 yaş yarımı tamam olmuşdur. Yəni, iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatan şəxs statusuna malik şəxs olmuşdur. Belə olan halda, iddiaçıya təyin edilmiş əlillik müddətsiz olaraq təyin edilsə də, sonradan qanunsuz və əsassız olaraq iddiaçıya müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarının 4.4-cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

11. Bakı Inzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin ##.##.2023-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan ##.##.2023-cü il tarixli qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin tələblərinə əməl etməmiş, əlilliyin ləğvinə əsas verən halların ona 1 il müddətində məlum olduğunu göstərməmiş və bunu əsaslandırmamışdır. Bununla da, iddiaçının qanunla qorunan etimad hüququ nəzərə alınmamışdır. Iddiaçının əlilliyi ##.##.2017-ci ildə təyin olunsa da, cavabdeh yalnız 2019-cu ilin martında icraata başlamış və qanuni əsas olmadan qərarı etibarsız saymışdır. Halbuki, qanun belə hallarda konkret müddət və prosedur müəyyən edir. Cavabdeh sübutları vaxtında qiymətləndirməyərək, yalnız 2023-cü ildə təzələnmiş icraat aparmış və bu da qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə səbəb olmuşdur.

13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və P.Hüseynov) ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, maddi hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız olmuşdur. Iddiaçının tam bərpa olunması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə, iddiaçı barədə icraatın başlanmasına əsas olmuş məhz əsaslı sübutun mövcudluğuna ümumiyyətlə məhəl qoymamış, iddiaçının iddia ərizəsindəki əsaslandırmalarına istinad edərək öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır. Iş materiallarından isə açıqca müəyyən edilir ki, iddiaçıda sözügedən ağırlaşmalar mövcud olmamışdır. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

19. Inzibati Prosessual Məcəllə Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Hazırkı qərarın 1-7-ci bəndlərində işin qeyd olunan hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya Bakı şəhər X1 *******AACC* nömrəli göndərişi əsasında ##.##.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, sonradan “xxxx” QSC-nin Həkim Sanitar Xidmətinin ##.##.2019-cu il tarixli məktubu nəzərə alınaraq, onun barəsində verilmiş *******AACC* nömrəli göndəriş etibarsız sayılmış və onun əlilliyi altsistemdə etibarsız hesab edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2021-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçının bununla bağlı tələbi təmin edilərək, onun əlilliyinin ## #### 2019-cu il tarixdən bərpa edilməsi cavabdehə həvalə edilmişdir.

24. Qeyd olunan məhkəmə qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. Bundan sonra iddiaçının əlilliyinə münasibətdə cavabdeh tərəfindən hansı hərəkətin edildiyi, əlilliyin hansı formada bərpa edildiyi ilə bağlı iş materiallarında ziddiyyətli məlumatlar mövcuddur.

25. Belə ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, məhkəmə qərarı icra edildiyi dövrdə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən yaş həddinə çatdığından, onun əlilliyi cavabdeh tərəfindən altsistemdə “müddətsiz” olaraq qeydə alınmışdır. Tələbinin əsası kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş TSEK-

26. informasiya sistemindən çıxarışdan da görünür ki, iddiaçının ##.##.2017-ci il in elektron tarixdə təyin edilmiş əlilliyinin bitmə tarixi “müddətsiz” olaraq göstərilmişdir.

27. Halbuki, nəzərə almaq lazımdır ki, qeyd olunan mübahisə ilə bağlı kassasiya instansiyası məhkəməsinin yekun qərarı ##.##.2022-ci il tarixdə qəbul edildiyindən, məhkəmə qərarının icra edilməsi üçün ağlabatan müddət olaraq 2022-ci ilin sonlarında cavabdehə təqdim edildiyi ehtimal olunur.

28. Qüvvədə olan əmək qanunvericiliyinin tələbi baxımından, ## #### 2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən yaş həddinin kişilər üçün “65 yaş” olaraq müəyyən edildiyi, iddiaçının isə ##.##.1958-ci il təvəllüdlü olduğu nəzərə alınaraq, iddia ərizəsində özünün də bildirdiyi kimi, məhkəmə qərarının icra edilməsi üçün cavabdehə təqdim edildiyi dövrdə 64,5 yaşında olduğu müəyyən edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

30. Iddiaçı isə məhkəmə qərarının icra edildiyi dövrdə 65 yaşına çatmadığından, onun əlilliyi yuxarıda qeyd olunan normanın tələbinə əsasən müddətsiz təyin edilə bilməzdi.

31. Digər tərəfdən, bu ziddiyyət cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubda (iş v. 61-62) da özünü göstərir.

32. Belə ki, cavabdeh həmin məktubda iddiaçıya ##.##.2017-ci il tarixdən əlilliyin 5 il müddətinə təyin edildiyini, əlilliyin bərpasına dair məhkəmə qərarının tərəflərindən icra edilərək əlillik təyinatının bərpa edildiyini bildirmiş, lakin əlilliyin müddətsiz olaraq qeydə alınmasına dair hər hansı məlumat qeyd etməmişdir.

33. Qeyd olunan məktubda müddətsiz əlillik təyinatıyla bağlı heç bir məlumat göstərilmədiyi halda, iddiaçının “tam reabilitasiya olunması” barədə mübahisələndirilən ##.##.2023-cü il tarixli (iş v. 71-72) qərarda əlilliyin müddətsiz xarakter daşıdığı göstərilmişdir.

34. Kollegiya hesab edir ki, göstərilən ziddiyyətlərin aradan qaldırılması və işin faktiki hallarının düzgün müəyyən edilməsi iddia tələbinin mahiyyətinə düzgün hüquqi qiymət verilməsi baxımından həlledici əhəmiyyət daşıyır.

35. Belə ki, əgər iddiaçıya təyin olunmuş əlillik müddətli – yəni, 5 il üçün nəzərdə tutulmuşdursa, bu halda həmin müddətin ##.##.2022-ci il tarixdə başa çatdığı qəbul edilməlidir. Yəni, məhkəmə qərarının icra edildiyi dövrdə (2022-ci ilin sonlarında) artıq iddiaçı barəsində əlilliyin təyin edilməsinə dair qüvvədə olan inzibati akt mövcud deyildi.

36. Bu isə öz növbəsində, ##.##.2023-cü il tarixli qərarla iddiaçının “tam reabilitasiya olunmuş” hesab edilməsinin hüquqi nəticə doğurub-doğurmaması məsələsini aktuallıqdan məhrum edir. Çünki hüquqi nəticə doğura bilməsi üçün belə bir qərarın mövcud hüquqi statusa təsir etməsi zəruridir.

37. Qanunvericiliyin tələblərinə görə, yalnız maraqlı şəxsin hüquqlarını məhdudlaşdıran, onu hüquqdan məhrum edən və ya üzərinə əlavə öhdəliklər qoyan inzibati aktlar əlverişsiz inzibati akt kimi qiymətləndirilə bilər və məhkəmə icraatının predmeti ola bilər. Bu baxımdan, inzibati aktın hüquqi təsir qabiliyyəti əsas meyarlardan biridir.

38. Əgər iddiaçının əlillik statusu artıq ##.##.2022-ci il tarixdə mövcud deyildirsə, əlilliyi ilə bağlı sonrakı tarixdə – ##.##.2023-cü il tarixdə qəbul edilmiş “tam reabilitasiya olunması” barədə qərar onun hüquqi vəziyyətinə hər hansı təsir göstərmir, yeni hüquqi nəticə yaratmır və bu məzmunda qərarın qəbul edilməsi onun hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz.

39. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması, iddiaçıya ##.##.2017-ci il tarixdən təyin olunmuş əlilliyin müddətinin (5 il müddətinə müddətli, yoxsa müddətsiz olması) dəqiq müəyyən edilməsi zəruridir. Yalnız bu məsələ aydınlaşdırıldıqdan və iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbi dəqiqləşdirildikdən sonra tələbin əsaslılığı barədə hüquqi cəhətdən əsaslandırılmış yekun nəticəyə gəlmək mümkündür.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

41. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar