Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2745/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüququn qeydiyyata alınması, yeni açılmış hallarla bağlı icraat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: x2) “qeyri-yaşayış binasının qeydiyyata alınması və çı xarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli 2-1(103)-1152/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2012-ci il 14 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən üçmərtəbəli qeyri-yaşayış binasının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 25 dekabr tarixli 2inz(81)3429/2012 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən üçmərtəbəli qeyri-yaşayış bin ası üzərində iddiaçının yaranmış hüququnun onun adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən icrası təmin edilmişdir. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 12 iyul tarixli 2inz(81)3429/2012 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 17 avqust tarixli 2-1(103)-1955/2016 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 8 dekabr tarixli 2-1( 102)-1855/2016 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 17 avqust tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 18 may tarixli 21(103)-861/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 12 iyul tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, yeni açılmış hallarla bağlı icraat təzələnmiş, ilkin icraat üzrə araşdırmanın davam etdirilməsi üçün iş aidiyyətı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 2 noyabr tarixli 2-1(102)-1770/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2017 -ci il 18 may tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Təzələnmiş icraat qaydasında məhkəmə hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək hazırkı iş üzrə məhkəmə baxışının 1(093)-45/18 nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər dayandırılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 may tarixli 2-1(81)1039/2018 nömrəli qərardadı ilə iş üzrə icraat Bakı Hərbi Məhkəməsində baxılan x3 və x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələri ilə bağlı başlanmış 1(093)-45/2018 nömrəli cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 iyul tarixli 2-1(103)-1884 /2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iddiaçının vəsatəti təmin edilməmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2018-cı il 12 dekabr tarixli 2-1(102)-2267/2018 nömrəli qərardadı ilə şikayət üzrə kassasiya mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 fevral tarixli 2-1(81)-1/2019 nömrəli qərarı ilə həmin məhkəmənin 2012-ci il 25 dekabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmiş, qərarın icrası ilə bağlı yaranmış hüquqi nəticələr, yəni ünvan 2 ünvanında yerləşən üçmərtəbəli qeyri-yaşayış binasının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınmasına dair qeydiyyat və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təzələnmiş icraat zamanı təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi sərəncam ümumiyyətlə mövcud olmamış, başqa sərəncamın məzmununa müdaxilələr edilməklə, saxtalaşdırılaraq məhkəməyə təqdim edilmiş, bunun nəticəsində iddianın təmin edilməsinə nail olunmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 2019-cu il 20 iyun tarixli 2-1(103)-1152/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 4 iyul tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 20 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 29cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddə sinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə müvafiq olaraq hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsinə müvafiq olaraq hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüquq aktlarının tələbinə görə ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. İnsan hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsinə əsasən, bu tələbləri mülki və cinayət işlərinin ədalətli həll olunması ilə bağlı nəinki birinci instansiya məhkəmələrinə həmçinin apellyasiya instansiyalarına da aiddir. Bu tələb birinci instansiya məhkəmələrinin qərarlarından (aktlarından) verilmiş şikayətlər əsasında apellyasiya və kassasiya qaydasında baxılan işlərin ədalətli həll olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə icraat zamanı tədqiq olunmuş sübutlar əsasında işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verməmiş, nəticədə yuxarıda göstərilən müddəaların tələblərinə zidd olan və iddiaçının hüquqlarını pozan qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının qüvvəyə minmiş 1-1(103)-01/2019 nömrəli 2019-cu il 8 fevral tarixli qərarı ilə x2nun ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına heç bir hüququ olmadığı və zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verilməsi barədə göstərilən faktiki hallara və hüquqi dəlillərə məhkəmə tərəfindən heç bir qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bund an sonra mətndə - İPM) 58.8-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 2 noyabr tarixli 2-1(102)-1770/2017 nömrəli qərarında x2nun hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğu barədə nəticəyə gəlməsinə əsas olmuş hər iki sənəd elan edildiyi andan hüquqi qüvvəyə minən Bakı Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının 2019-cu il 8 fevral tarixli qərarı ilə saxta olduğu müəyyən edilmiş və x2 zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakına xitam verildiyindən onun verdiyi mülki iddia rədd edilmişdir. Müvafiq ola raq 2019-cu il 9 aprel tarixində Bakı Hərbi Məhkəməsində x3 və x1 təqsirləndirilməsi ilə bağlı 1(093)-45/2018 nömrəli cinayət iş üzrə icraat zamanı dövlət ittihamçısı tərəfindən x2nun şikayət ərizəsi əsasında irəli sürülmüş ittihamdan imtina edilmişdir. İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 106-cı maddəsinə uyğun olaraq məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İPM-in 28.1-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi bar ədə qərardad qəbul edir. İPM-in 29-cu maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Üçüncü şəxs 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi ərizəsində mübahisəli predmet olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası və torpaq sahəsinin gah onun özünün, gah atası x4 şəxsi mülkiyyətində olmasını göstərərək bu halı təsdiq edən heç bir sənəd təqdim etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş dir. Etirazda göstərilmişdir ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, mübahisəli qeyriyaşayış sahəsinin yerində əvvəllər mövcud olmuş tikilinin “Razvitiye” birgə müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər vardır. Üçüncü şəxsin atası x4 isə həmin müəssisənin direktoru olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin 122 saylı, 2009-cu il 19 oktyabr tarixli məktubunda Zabitlər Parkının ərazisində 460 kv.m ümumi sahədən ibarət olan tikili və qarajın “Razvitiye” birgə müəssisəsinə aid olduğu və həmin müəssisənin balansında olduğu bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi ilə “Razvitiye” birgə müəssisəsi arasında mövcud tiklinin altında və ona bitişik ərazidəki torpaq sahəsinin (cəmi 406 kv.m) uzun müddətli icarəyə verilməsinə dair 1990-cı il 2 yanvar tarixdə bağlanılmış müqavilə mövcuddur. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının mərhum atasına Bakı şəhər İcra Hakimiyyəti başçısının 1994-cü il 9 fevral tarixli, 116 saylı Sərəncamı verilməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini cənab H.Fətəliyev tərəfindən imzalanmış 116 saylı Sərəncam torpaq sahəsi ayrılması haqqında deyildir. 1994-cü ilin yanvar, fevral, mart aylarında vətəndaş x1 adına ünvan 1 ünvanda yerləşən ərazidə torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının idarə arxivində heç bir sərəncam aşkar edilməmişdir. Bundan əlavə, iddiaçıya qarşı irəli sürülmüş ittihamla müəyyən olunmuşdur ki, iddiaçı atası x5 Yasamal rayonu, Kiyev prospektində mağaza tikintisinə icazə verilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 116 saylı Sərəncamına bilə-bilə yalan məlumatlar daxil edərək həqiqi məzmununu təhrif edərək düzəlişlər etməklə saxtalaşdırıb, həmin sərəncamın İ bəndində göstərilən ünvan 4 keçidinin sağ tərəfində” ünvanı “Nəsimi rayonu, Mərdanov qardaşları küçəsinin 1994-cü ildə köhnə adı “Qoqol” küçəsində yerləşən 94 saylı binanın sol tərəfində göstərərək həmin daşınmaz əmlakın guya qeyd edilən saxta sərəncamın əsasında inşa olunması barədə rəsmi dövlət orqanlarına bilə-bilə yalan məlumat verməklə qeyd edilən saxta sənəddən istifadə edərək əmlakın ilkin mərhələdə 2013-cü il 21 fevral tarixdə öz adına qeydiyyata alınmasına nail olmuş, daha sonra etdiyi ictimai təhlükəli əməlini pərdələmək məqsədilə həmin əmlakın hərrac vasitəsilə özgəninkiləşdirilməsinə nail olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, x2nun cinayət işində zərərçəkmiş şəxs kimi tanınmasına xitam verilməsi hazırkı işə yenidən baxılmasını və saxta sübutlarla baxılmış məhkəmə qərarının ləğv olunmasını istisna etmir. Üçüncü şəxs göstərilənlərə əsasən şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Üçüncü şəxsin vəkili Nəsibov Kamandar Rəfi oğlu 2019-cu il 20 noyabr tarixli məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Yuxarıda qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 18 may tarixli 2-1(103)-861/2017 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 12 iyul tarixli qərardadı ləğv edilmiş, yeni açılmış halla bağlı icraat təzələnmiş, ilkin icraat üzrə araşdırmanın davam etdirilməsi üçün iş aidiyyətı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 2 noyabr tarixli 2-1(102)-1770/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 18 may tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yeni açılmış halla bağlı icraatın təzələnməsinə və işə mahiyyəti üzrə baxılmalı olduğuna dair məhkəmə qərarı qüvvəyə mindiyindən, icraatın təzələnməli olubolmadığı hazırkı halda araşdırma predmeti deyil. Hazırkı halda həll edilməli olan məsələ, icraatın təzələnməsinə əsas verən hallar da nəzərə alınmaqla iddianın əsaslı olubolmadığının yoxlanılmasından ibarətdir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olu narkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. İddiaçı tələbinin əsası olaraq mərhum atasının adına olan torpaq sahəsi ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 116 saylı, 1994-cü il 9 fevral tarixli sərəncamına istinad etmişdir. Həmin sərəncamdan görünür ki, A.M.Atakişiyevin 1993-cü il 8 fevral tarixli ərizəsini nəzərə alınaraq, Nəsimi rayonu, Qoqol küçəsində yerləşən 94 saylı binanın sol tərəfində mağaza layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Lakin məhkəmə qərarı qəbul edildikdən sonra təzələnmiş icraat zaman ı müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi sərəncam ümumiyyətlə mövcud olmamış, başqa sərəncamın məzmununa müdaxilələr edilməklə ondan hüquqmüəyyənedici sənəd kimi istifadə edilmiş, bunun nəticəsində iddianın təmin edilməsinə nail olunmuşdur. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 7-3469/17 saylı, 2016-cı il 9 iyun tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini H.Fətəliyev tərəfindən imzalanmış 116 saylı sərəncam 1994-cü il 9 fevral tarixli yox, 1994-cü il 28 yanvar tarixlidir və bu sərəncam torpaq sahəsi ayrılması haqqında deyil. 1994-cü ilin yanvar, fevral, mart aylarında vətəndaş x1 adına ünvan 1 ünvanda yerləşən ərazidə torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının idarə arxivin də heç bir sərəncam aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 116 saylı sərəncamı 1994-cü il 28 yanvar tarixdə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində ünvan 5saylı ünvanda yerləşən məscidin icarəyə verilməsi haqqında olmuş, “Samur” Ləzgi Milli Mərkəzinin “İçərişəhər” ərazisində A.Zeynallı küçəsində 55 saylı ünvanda yerləşən Xİİ əsrin memarlıq abidəsi olan məscidin onların istifadəsinə verilməsi haqda olan müraciətini və bu məsələyə respublikanın rəhbər direktiv orqanının razılığını nəzərə alaraq “İçərişəhər” Dövlət TarixiMemarlıq Qoruğu ərazisində ünvan 5saylı ünvanda yerləşən Xİİ əsrin memarlıq abidəsi olan məscid mövcud vəziyyətdə “Samur” Ləzgi Milli Mərkəzinə icarəyə verilmişdir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 116 saylı sərəncamı tamamilə başqa məzmunda olmuş, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 168 saylı 1994-cü il 9 fevral tarixli Torpaq sahəsi ayrılması barədə sərəncamına müdaxilə edərək, həmin sərəncamın tarixini olduğu kimi saxlayaraq, nömrəsini və məzmununu dəyişməklə məhkəməyə təqdim etmişdir. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 iyun tarixli 2-1(103)-1152/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılı
Məhkəmə qərarları › İş №2-1(102)-2745/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2745/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver