Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2746/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2746/18) Bakı şəhəri 19 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı cavabdehin üzərinə iddiaçıya hüququnun yarandığı 12.12.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair Şəki A pelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-412/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan MR-da anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 01.09.1978-ci ildən - 03.05.1979-cu ilədək V.İ.Lenin adına X6 Birliyinin toxucu istehsalatına toxucu şagirdi, 03.05.1979-cu ildən 10.05.1983-cü ilədək toxucu, 10.05.1983-cü ildən 01.09.1997-ci ilədək otrıvşik (təlimatçı), 02.03.2009-cu ildən - 01.07.2009-cu ilədək özəl istehsal sahəsində toxucu işləmiş, 08.01.2010-cu ildən “xxxx” ASC-nin toxucu istehsalatının 2 №-li toxucu sexində toxucu işləyir və bu hal İT-İ seriyalı ******* nömrəli 28.05.1979-cu il tarixli əmək kitabçasında qeyd edilmişdir. “xxxx” ASC-nin 22.09.2017-ci il tarixli 297 №-li arayışına əsasən iddiaçı 03.05.197910.05.1983; 08.01.2010-17.06.2015; 02.08.2016-12.12.2016; 03.05.2017-22.09.2017-ci illərdə toxucu işləmiş, 2010 dekabr, 2013 mart, aprel, may aylarında əmək haqqı almamışdır. “xxxx” ASC-nin 18.11.2015-ci il tarixli 544 nömrəli arayışına əsasən iddiaçı 123564 saylı xəstəlik vərəqəsinə əsasən 30.03.2013-cü ildən - 01.06.2013-cü ilədək xəstəlikdə olmuş, həmin dövr üçün ona 231,34 manat hesablanmışdır. İddiaçı Dövlət Sosial X4 şəhər şöbəsinə müraciət et miş, lakin sonuncu 20.12.2016-cı il tarixli 80/3926 nömrəli cavab məktubunda bildirmişdir ki, “xxxx” ASC tərəfindən verilmiş 21.11.2016-cı il tarixli 459 №-li güzəşt arayışına və 16.07.2015-ci il tarixli 01 №-li arayışa əsasən, iddiaçının 9 il 7 ay güzəştli sığorta stajı hesablanmışdır. İddiaçının güzəştli iş stajı tamamlanmadığından ona pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər, yəni xüsusi və ümumi iş stajı və 52 yaşı var. Lakin cavabdeh əsassız olaraq onun tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinin üzərinə iddiaçıya hüququnun yarandığı 12.12.2016-cı il tarixdən güzəştli şər tlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 31 may 2018-ci il tarixli iş № 2-1(84)-292/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20 sentyabr 2018-ci il tarixli i ş № 2-1(107)-412/2018 (hakimlər İmanverdi Şükürov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Rafail Əliyev) qərarı ilə birinci instansiya məhkəməsinin 31.05.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşın 8 ay 2 gün şagirdlik dövrünün güzəştli sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun olmadığından 01.07.2017-ci il tarixə tələb olunan 10 il güzəştli stajı tamamlanmır. Nəticədə onun əmək pensiya almaq hüququ olmadığı müəyyən olunur.Apelyasiya instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilərək qeyd edilir ki, vətəndaşın 10 ildən ar tıq güzəştli sığorta stajı 01.03.1981-28.11.1993-cü illəri nəzərə almaqla, 01.01.2006-cı il tarixədək tamam olmuşdur lakin, həmin əsaslandırma hissəsinində göstərilir ki, vətəndaş 10.05.1983-cü ildən - 01.09.1997-ci ilədək otrivşik (təlimatçı) işləmişdir. Bu peşə isə güzəştli sayılmır. Belə bir ziddiyətli qərar qəbul olunaraq, hüquq normaları ciddi şəkildə pozulmuşdur. Vətəndaşın 01.01.2006-cı il tarixədək tələb olunan güzəşti sosial sığorta stajı tamamlanmır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 senyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının va xtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, vətəndaşın 8 ay 2 gün şagirdlik dövrünün güzəştli sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə uyğun olmadığından 01.07.2017-ci il tarixə tələ b olunan 10 il güzəştli stajı tamamlanmır. Nəticədə onun əmək pensiya almaq hüququ olmadığı müəyyən olunur.Apelyasiya instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilərək qeyd edilir ki, vətəndaşın 10 ildən artıq güzəştli sığorta stajı 01.03.1981-28.11.1993-cü illəri nəzərə almaqla, 01.01.2006-cı il tarixədək tamam olmuşdur lakin, həmin əsaslandırma hissəsinin də göstərilir ki, vətəndaş 10.05.1983-cü ildən - 01.09.1997-ci ilədək otrivşik (təlimatçı) işləmişdir. Bu peşə isə güzəştli sayılmır. Belə bir ziddiyyətli qərar qəbul olunaraq, hüquq normaları ciddi şəkildə pozulmuşdur. Vətəndaşın 01.01.2006-cı il tarixədək tələb olunan güzəşti sosial sığorta stajı tamamlanmır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayət ində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuşİT-İ seriyalı ******* nömrəli 28.05.1979-cu il tarixli əmək kitabçasına əsasən iddiaçı 01.09.1978-ci ildən 03.05.1979-cu ilədək V.İ.Lenin adına X6 Birliyinin toxucu istehsalatına toxucu şagirdi, 03.05.1979-cu ildən 10.05.1983-cü ilədək toxucu, 10.05.1983-cü ildən 01.09.1997-ci ilədək otrıvşik (təlimatçı), 02.03.2009-cu ildən 01.07.2009-cu ilədək özəl istehsal sahəsində toxucu işləmiş, 08.01.2010-cu ildən "xxxx" ASC-nin toxucu istehsalatının 2 №-li toxucu sexində toxucu işləyir. Özəl istehsal sahəsinin 16.07.2015-ci il tarixli 01 nömrəli arayışına əsasən iddiaçı mart 2009-iyun 2009-cu il lərdə özəl istehsal sahəsində işləyərək əmək haqqı almışdır. Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarını n təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərb aycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan - xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. “Sosial sığorta haqqında” Az ərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qab iliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquq i şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, hazırkı iş üzrə sığorta edən özəl istehsal sahəsi (sahibkar X3) "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən özəl istehsal sahəsinin (sahibkar X2) məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə görə iddiaçının mart 2009-iyun 2009-cu ildə işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməməsi əsassızdır. Belə ki, məcburi dövlət sosdial sığorta haqqının ödənilməməsi sığortaolunan iddiaçının təqsiri deyildir və müvafiq sənədlərin arxivə təhvil verilməsi də onun vəzifəsi deyildir. Bu vəzifə sığorta edənlərə - özəl istehsal sahəsinə (sahibkar X1) aiddir və uçotun vaxtlıvaxtında aparılmasına nəzarət Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu 06.09.2013-cü ildə onun ümumi iş stajı bitsə də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xüsusi iş stajının bitdiyi (01.09.1978-03.05.1979 toxucu şagirdi (8 ay 2 gün) + 03.05.1979-10.05.1983 toxucu (4 il 7 gün) + mart 2009-iyun 2009 toxucu (3 ay 29 gün) + 08.01.2010-17.06.2015 toxucu (5 il 5 ay 9 gün – 2 ay əmək haqqı almadığı dövr = 5 il 3 ay 9 gün) + 02.08.2016-12.12.2016 toxucu (4 ay 10 gün) tarixdən təyin edilməlidir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığorta stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçının “xxxx” ASC-də 2013-cü ilin aprel və may aylarında əmək qabiliyyət ini müvəqqəti itirdiyi dövr sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin bütün şəhər və rayon şöbələrinin rəhbərlərinə ünvanladığı 08 noyabr 2007-ci il tarixli 24/5-3402 nömrəli məktubunda tabe orqanlara bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na işçilərin peşələri ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ olduğu bildirilmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı 07 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: (....) qadınlar - 50 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. A zərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 32. “Toxuculuq istehsalatı” bölməsində toxucuların peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi göstərilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkə məsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 şəhər şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli 2-1(107)-412/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2746/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2746/2018
19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver