Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2746/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “X5” MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “xxxx MMC-nin iştirakı ilə)qarşı iş üzrə QƏRAR Açar söz: sərəncamların ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “X5” MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “xxxx MMC-nin iştirakı ilə) qarşı sərəncamların ləğv edilməsi və qanunsuz müdaxilələrdən çəkinmə tələbinə dair iş üzrə Bakı Apelyas iya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 08 may 2019-cu il tarixli, 2-1(103)-254/2019 saylı qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X5” MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “xxxx MMC-nin iştirakı ilə) qarşı Bakı şəhər İcra Hakimiyyətinin 03.09.2015-ci il tarixli, 368 saylı Sərəncamının ünvan 1 ünvanında yerləşən “X5” MMC-nə məxsus 1160 kv.m torpaq sahəsi və 520 kv.m tikililərə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsinə, Sərəncamdan irəli gələn “xxxx” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 03.03.2016-cı il tarixdə bağlanılan 1139 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında X3 və 7/42 nömrəli ayrıc aktı və cizgisi, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində “xxxx” MMC-yə yaşayış binalarının Baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə 30.05.2017-ci il tarixli 222 nömrəli sərəncamının ləğv edilməsinə, cavabdehin “X5” MMC-nin Ceyhun Hacıbəyli küçəsində ona məxsus 1160 kv.m torpaq sahəsində tikilən 516 kv.m tikililərlə (yaşayış sahəsi) bağlı qanunsuz müdaxilələrindən çəkinməsinə və iddiaçının X5 MMC-yə məxsus 1160 kv.m torpaq sahəsi və 516 kv.m şəxsi mülkiyyətində yerləşən sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı fevral 2016-cı il tarixli qərarında nəzərdə tutulan tələblərin icrası məqsədilə həmin sahədə ço xmərtəbəli yaşayış binasının inşa edilməsi üçün sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 03.09.2015-ci il tarixli, 368 saylı Sərəncamının ünvan 1 ünvanında yerləşən “X5” MMC-nə məxsus 1157,3 kv.m torpaq sahəsi və 516 kv.m tikililərə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsinə, Sərəncamdan irəli gələn “xxxx” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 03.03.2016-cı il tarixdə bağlanılan 1139 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında X3 və7/42 nömrəli ayrıc aktı və ciz gisi, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Nəsimi rayonu, C.Hacıbəyli, S.Əzizov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində “xxxx” MMC-yə yaşayış binalarının Baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə 30.05.2017-ci il tarixli 222 nömrəli sərəncamın ləğv edilməsini, cavabdehin “X5” MMC-nin Ceyhun Hacıbəyli küçəsində ona məxsus 1157,3 kv.m torpaq sahəsində tikilən 516 kv.m tikililərlə (yaşayış sahəsi) bağlı qanunsuz müdaxilələrindən çəkinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 13.10.2017-ci il tarixli iş № 2-1(81)-5002/2017, (sədrlik edən hakim M.Bayramov) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.10.2 017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs “xxxx” MMCapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.10.2017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08.05.2019-cu il tarixli iş № 2-1(103)-254/2019 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs “xxxx” MMC-nin apelyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2-1(81)-5002/17 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin 03 sentyabr 2015-ci il tarixli, 368 saylı Sərəncamının, ünvan 2 ünvanda yerləşən “X5” MMC-yə məxsus 0,04782 kvadrat metr torpaq sahəsi və onun üzərində yerləşən 382,3 kvadrat metr tikiliyə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsi, “xxxx” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 03 mart 2016-cı il tarixdə bağlanılan 1139 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında X1 və 7/42 nömrəli ayrıc aktının və cizgisinin, eləcə də Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsind ə “xxxx” MMC-yə yaşayış binalarının Baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə 30 may 2017-ci il tarixli 222 nömrəli sərəncamının ünvan 3 ünvanda yerləşən “X5” MMC-nə məxsus 0,04782 kvadrat metr torpaq sahəsi və onun üzərində yerləşən 382,3 kvadrat metr tikiliyə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsi, Bakı şəhəri İcra Hakimiyyətinə “X5” MMC-nin ünvan 1 ünvanda yerləşən 0,04782 kvadrat metr torpaq sahəsi və onun üzərində yerləşən 382,3 kvadrat metr tikililər (yaşayış sahəsi) ilə bağlı qanunsuz müdaxilələrindən çəkinmək vəzifəsinin tapşırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətlərinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsi iddianın təmin edilməyən hissəsini onunla əsaslandırmışdır ki, “iddiaçının adına 14 iyul 2017-ci il tarixli texniki pasportda faktiki sahənin 0,11573, tikintialtı sahənin 0,0516 hektar olduğu qeyd edilsə də, həmin torpaq sahəsində iddiaçının tikdiyi əlavə tikililərin mövcudluğu faktı barədə ərizə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə rədd edilmişdir və iddiaçı tərəf əlavə tikililərlə bağlı məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir”. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırlar. Belə ki, iş materiallarına əlavə olunmuş ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanına dair İddiaçı MMC-nin adına tərtib edilmiş 14 iyul 2017-ci il tarixli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, faktiki sahə 0,11573 hektar, tikintialtı sahə 0,0516 hektar, digər sahələr 0,06413 hektar təşkil edir. Halbuki məhkəmə qeyd edir ki, iddiaçı tərəf əlavə tikililərlə bağlı məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Bununla da 14 iyul 2017-ci il tarixli fərdi yaşayış evinin Texniki Pasportunu hüquqmüəyyənedici sənəd kimi qəbul etməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimatın 5.5-ci bəndinə əsasən “Daşınmaz əmlakın texniki pasportu inventarlaşdırma anında bina, tikili və qurğunun mövcudluğunu, mənsubiyyətini, təyinatını, texniki göstəricilərini, konstruktiv elementlərin xarakteristikasını, təsvirini, inventar dəyərini və sairəni özündə əks etdirən texniki sənəddir”. 14 iyul 2017-ci il tarixli fərdi yaşayış evinin Texnik i Pasportundan da görünür ki, həqiqətən də iddia tələbinə uyğun olaraq faktiki sahə 0,11573 hektar, tikintialtı sahə 0,0516 hektar, digər sahələr 0,06413 hektar təşkil edir. Hüquqi faktın mövcudluğuna dair iş üzrə İddiaçı MMC-nin ərizəsinin Bakı Apelyasiya Məhkəməsi tərəfindən rədd edilməsinə gəldikdə isə bu, o demək deyildir ki, istifadəsində sözügedən sahə mövcud deyildir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən ərizə rədd edilərkən ona əsaslandırılmışdır ki, ərizəçi faktın təsdiqi üçün əvvəlcə məhkəməyə deyil, səlahiyyətli quruma müraciət etməli idi, buna baxmayaraq məhkəmə başqa qurumun vəzifə səlahiyyətinə aid olan məsələni həll etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində deyilir - hər kəsin mülkiyyət hüququ va rdır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur, hətta dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”, Mülki Məcəllənin 203-cü maddəsinə görə də fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. İddiaçı MMC Türkiyə Respublikası hüquqi şəxsi vasi təsilə sərmayə qoyulmuş xarici investisiyalı hüquqi şəxsdir. 1997-ci ildən etibarən Azərbaycan Respublikasında “X5 X4 Nakliyyat Ticaret” MMM olaraq qeydiyyatdan keçmiş, yenidən təşkil olunaraq İddiaçı MMC olaraq fəaliyyətini davam etdirir. “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununda da deyilir ki, Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə təmin olunur. “X5” MMC 1999-cu ildən mübahisə predmeti olan torpaq sahəsindən heç bir tələblə qarşılaşmadan və qeyd-şərtsiz istifadə etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı “X5” MMC kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 0 8 may 2019-cu il tarixli 21(103)-254/19 saylı qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin kasasiya şikayəti və kasasiya şikayətinə əlavəsi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin qərarında qeyd edilir, “cavabdeh İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən ərazi həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikilməsi üçün “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Halbuki həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binaları, o cümlədən hazırkı iddiaçıya mülkiyyət hüququ ilə məxsus ola n fərdi yaşayış evi dövlət obyektləri sırasına daxil deyildir. Belə olan halda həmin yaşayış evinin, yalnız mülkiyyətçi ilə könüllü şəkildə bağlanan razılaşma ilə sökülməsi yolveriləndir. Lakin hazırkı halda cavabdeh inzibati orqanın sərəncamı üçüncü şəxs “xxxx” MMC-yə iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsinə əsas verdiyindən həmin sərəncam iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur ki, bu da həmin sərəncamın ləğv edilməsi üçün əsasdır”. Halbuki, 03 sentyabr 2015-ci il tarixli, 368 saylı Sərəncamın 2.5-ci bəndindən görünür ki, sözügedən sərəncamın mövcudluğu vətəndaşların heç bir subyektiv hüququnu pozmur. Vətəndaşlarla razılaşdırıldıqdan sonra tikinti aparıla bilər. Həmçinin də “xxxx” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 03 mart 2016-cı il tarixdə bağlanılan 11 39 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında X2 əsasən 07 hektar sahə “xxxx” MMC-yə məxsusdur və istifadəsinə verilmişdir. Sözügedən Sərəncam ləğv olunarsa, ümumiyyətlə 2 saylı blokun istifadəsində olan hissəsində tikilməsini məhdudlaşdıracaqdır. Bundan əlavə olaraq məhkəmə baxışı zamanı sübut olundu ki, qeyd olunan ərazi 1 saylı blok deyil, 2 saylı blokdur. Bununla yanaşı sözügedən sərəncam iddiaçı olan hüquqi şəxsin heç bir hüququnu məhdudlaşdırmır və onun razılığı olmadan onsuzda tikintinin icra olunması mümkün deyildir. Lakin sərəncamın ləğvi bilavasitə onun hüququnu məhdudlaşdırır, çünki 2 saylı blokun ərazisindəki 0,07 ha sahə bizə məxsusdur və onun tikintisinə məhdudiyyət yaradacaqdır. Bu da onun hüquqlarını kobud pozulması ilə bitəcəkdir. Hazırkı iş üzrə məhkəmə aiddiyyət i pozulmuşdur. Belə ki, cavabdeh İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən ərazi həmin ərazidə yerləşən yaşayış və qeyriyaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikilməsi üçün “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Belə olan halda, “xxxx” MMC-nin məhkəmə proseslərinə cavabdeh qismində cəlb edilməli olduğu halda, düzgün olmayaraq üçüncü şəxs qismində cəlb olunmuşdur. Eyni zamanda, hazırkı mübahisənin predmetini sərəncamın etibarsızlığı deyil, sərəncamın ləğvi təşkil etmişdir. Belə olan halda, hazırkı mübahisəyə “xxxx” MMC cavabdeh qismində cəlb edilməklə inibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılmalı olmuşdur. Bütün yuxarıda gö stərilənlərə əsasən üçüncü şəxs “xxxx” MMC kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi İşlər üzrə Kollegiyasının 08 may 2019-cu il tarixli, 2(103)-254/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 may 2019-cu il tarixli 2-1(103)-254/19 saylı qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsiniAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(103)-254/2019 saylı qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və üçüncü şəxsin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının və üçüncü şəxsin kasasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 08 may 2019-cu il tarixli, 2-1(103)-254/2019 saylı qərarla, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs “xxxx” MMC-nin apelyasiya şikayətlərinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2-1(81)-5002/17 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin 03 sentyabr 2015-ci il tarixli, 368 saylı Sərəncamının, ünvan 2 ünvanda yerləşən “X5” MMC-nə məxsus 0,04782 kvadrat metr torpaq sahəsi və onun üzərində yerləşən 382,3 kvadrat metr tikiliyə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsi, “xxxx” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 03 mart 2016-cı il tarixdə bağlanılan 1139 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında X1 və 7/4 2 nömrəli ayrıc aktının və cizgisinin, eləcə də Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində “xxxx” MMC-yə yaşayış binalarının Baş planı üzrə 1 saylı blokun tikintisinə icazə verilməsi barədə 30 may 2017-ci il tarixli 222 nömrəli sərəncamının ünvan 3 ünvanda yerləşən “X5” MMC-nə məxsus 0,04782 kvadrat metr torpaq sahəsi və onun üzərində yerləşən 382,3 kvadrat metr tikiliyə (yaşayış sahəsi) aid olan hissədə ləğv edilməsi, Bakı şəhəri İcra Hakimiyyətinə “X5” MMC-nin ünvan 1 ünvanda yerləşən 0,04782 kvadrat metr torpaq sahəsi və onun üzərində yerləşən 382,3 kvadrat metr tikililərlə (yaşayış sahəsi) ilə bağlı qanunsuz müdaxilələrindən çəkinmək vəzifəsinin tapşırılması, iddia tələbinin qalan hissədə təmin edi lməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152.1, 157.9, 158.4-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 32.1, 34.2, 68.2, 82, 87.6-cı maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 08 may 2019-cu il tarixli qərarı və həmin qərardan iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərindəki dəlillərlə əlaqədar olaraq, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin tələblərinə görə sübutların araşdırılması qaydası sözügedən Məcəllənin 58.7-ci maddəsinin müddəaları əsasında həyata keçirilir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələblərinə riayət etməmiş, yəni, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamış, nəticə etibarı ilə də onlar düzgün qiymətləndirilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarının nəticə hissəsindən göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş «xxxx» MMC ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında 03 mart 2016-cı il tarixdə bağlanılan 1139 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsini, 7/42 nömrəli ayrıc aktını və cizgisini ləğv etmişdir. Halbuki sözügedən sən ədlər, yəni müqavilə ayrıc aktı və cizgi inzibati akt deyildir və onlarla bağlı olan hüquq münasibətləri inzibati hüquq münasibətləri sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt anlayışı verilmişdir, yəni, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Digər tərəfdən və bu xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin ləğv etdiyi 03 mart 2016-cı il tarixli, 1139 nömrəli X3 cavabdehlə üçüncü şəxs arasında bağlanmışdır, lakin iddiaçının irəli sürdüyü hazırkı iddi a tələbi üçüncü şəxsə qarşı deyil, cavabdehə qarşı yönəldilmişdir, yəni, üçüncü şəxsə aid əqdin ləğv edilməsi üçün onun hazırkı işdə prosessual hüquqi statusu üçüncü şəxs yox, cavabdeh olmalı və ona qarşı cavabdeh qismində iddia irəli sürülməlidir. Əks halda apelyasiya instansiyası məhkəməsinin hazırkı prosessual hərəkəti, nə İnzibati Prosessual Məcəllənin, nə də Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin İİ cildinin 3-14-cü səhifələrində olan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş 19 dekabr 2018-ci il tarixli, 2-1(102)-2220/2018 saylı qərarından göründüyü kimi, İddiaçı MMC-nin hazırkı iddiaçının əsasını təşkil edən iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 31 avqust 2017-ci il tarixli, ******* nömrəli çıxarış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 avqust 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmə İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı ilə isə apelyasiya məhkəməsinin 02 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işin həmin halını, iddiaçının hazırkı iddia tələbinin irəli sürməsi üçün subyektiv hüququnun olub-olmaması məsələsini ümumiyyətlə araşdırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hes ab edir ki, kasasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli qərarı qanuna uyğun olmayan və əsassız olduğundan ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayətləri qalan hissədə, sübutların geniş həcmdə araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X5”xxxx“xxxx MMC-nin kasasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli, 2-1(103)-254/19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhk əməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2746/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2746/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver