Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2747/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı ## ###### 1993-cü il tarixdən ## ###### 1994-cü ilə kimi hərbi prokurorluq orqanlarında xidməti, onun döyüş bölgəsində xidmət dövrünə aid edilməklə, xidmət müddətinin bır ayının üç ay kimi hesablanması qət edilmişdir.
2. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş ## ####### 2023-cü il tarixli, *-*-**/*/*-****/**** nömrəli arayışdan görünür ki, iddiaçı ##.##.1993-cü ildən ##.##.1995-ci ilədək Füzuli qarnizonu hərbi prokurorluğunun müstəntiqi; ##.##.1995ci ildən ##.##.1997-ci ilədək Bakı qarnizonu hərbi prokurorluğunun müstəntiqi; ##.##.1997-ci ildən ##.##.1999-cu ilədək Yardımlı rayon prokurorunun böyük köməkçisi; ##.##.1999-cu ildən ##.##.2000-ci ilədək Füzuli rayon prokurorluğunun müstəntiqi; ##.##.2000-ci ildən ##.##.2001-ci ilədək Sərəncamda olmuşdur. İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun ##.##.2000-ci il tarixli, **/**-**/***-k nömrəli əmri ilə intizam məsuliyyətinə cəlb edilərək tutduğu vəzifədən azad olunmuş, ##.##.2001-ci il tarixli **/*** nömrəli əmrinə əsasən ştatların ixtisarı ilə əlaqədar ##.##.2001-ci il tarixdən prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun ##.##.1997-ci il tarixli *** nömrəli əmri ilə ona R xüsusi rütbəsi verilmiş və prokurorluq orqanlarından xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. İddiaçı şəxsi işinə əsasən ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək o, Tuva Respublikasının DİNnin Kızıl şəhər Polis Şöbəsinin müstəntiqi vəzifəsində çalışmışdır.
3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, HP-**/** nömrəli məktub ilə iddiaçı İddiaçı müraciətinə aşağıdakı formada cavab verilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o, ##.##.1979-##.##.1981-ci il tarixlərdə SSRİ Silahlı Qüvvələrində (##.##.1980-ci il-##.##.1981-ci il tarixlərdə SSRİ Silahlı Qüvvələri tərkibində Əfqanıstan Demokratik Respublikasında) müddətli həqiqi hərbi xidmətdə olmuş, ##.##.1983- ##.##.1993-cü il tarixlərdə RSFSR Tuva MSSR daxili işlər orqanlarında milis nəfəri işləmiş, X2 Məktəbində ali təhsil almış və RSFSR Tuva MSSR DİN-in Kızıl şəhər polis idarəsində müstəntiq vəzifəsində çalışmışdır. İddiaçı ##.##.1993-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına qulluğa qəbul olunaraq ##.##.1995-ci il tarixədək Füzuli qarnizonu hərbi prokurorluğunun müstəntiqi, ##.##.1995- ci il tarixdən ##.##.1997-ci il tarixədək Bakı qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifələrində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə verilmiş ##.##.1994-cü il tarixli əmrlə hərbi xidmətə qəbul olunaraq ona R hərbi rütbəsi verilmiş, ##.##.1997-ci il tarixli əmrlə isə xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidməti ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixə kimi 02 il 16 gün, RSFSR X2 Məktəbində kursant kimi xidməti, RSFSR Tuva MSSR daxili işlər orqanlarında milis nəfəri və RSFSR Tuva MSSR DİN-in Kızıl şəhər polis idarəsində müstəntiq kimi xidməti ##.##.1983-cü il tarixdən ##.##.1993-cü il tarixə kimi 09 il 07 ay 19 gün, hərbi qulluqçu kimi hərbi prokurorluq orqanlarında xidməti ##.##.1993-cü il tarixdən ##.##.1997-ci il tarixə kimi təqvimlə 03 il 08 ay 18 gün olmaqla ümumi hərbi xidməti 15 il 04 ay 23 gün təşkil edir. SSRİ Silahlı Qüvvələri tərkibində Əfqanıstan Demokratik Respublikasında müddətli hərbi xidməti ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti 03 (üç) ay hərbi xidmət kimi güzəştlə 02 il 24 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli qərarına, Azərbaycan Respublikası Baş prokurorunun ##.##.1994-cü ii tarixli ***-L nömrəli və Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrinə əsasən ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti 03 (üç) ay hərbi xidmət kimi güzəştlə 04 il 08 ay 12 gün, ##.##.1995-ci il tarixdən ##.##.1997-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti 02 (iki) ay hərbi xidmət kimi güzəştlə 01 il 04 ay 12 gün, RSFSR X2 Məktəbində kursant kimi xidməti, RSFSR Tuva MSSR daxili işlər orqanlarında milis nəfəri və RSFSR Tuva MSSR DİN-in Kızıl şəhər polis idarəsində müstəntiq kimi xidməti ##.##.1983-cü il tarixdən ##.##.1993-cü il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti ay yarım hərbi xidmət kimi güzəştlə 02 il 09 ay 10 gün olmaqla İddiaçı ümumilikdə güzəştlə hərbi xidmət illəri cəmi 26 il 03 ay 21 gün təşkil edir.”
4. Azərbaycan Respublikası Hərbi prokurorunun kadr məsələləri üzrə böyük R tərəfindən verilmiş arayışa əsasən Azərbaycan Respublikası Hərbi prokurorluğunun sabiq əməkdaşı R X3 ##.##.1993-cü il tarixdən ##.##.1997-ci il tarixə kimi Respublika Hərbi prokurorluğu orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş ##.##.2007-
5. arayışa əsasən İddiaçı ##.##.1993-cü il tarixdən ##.##.1997- ci il tarixədək ci il tarixli Azərbaycan Respublikası Hərbi prokurorluğu orqanlarında çalışmış, sonra isə ##.##.2001-ci il tarixədək Azərbaycan Respublikası prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı Respublika Hərbi Prokurorluğu orqanlarındaki iş stajı Azərbaycan Respublikası prokurorluğu orqanlarındakı iş stajına daxil edilir.
6. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış ## ###### 2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ##.##.1983-##.##.1988-ci il tarixlərdə Rusiya Federasiya Tuva Respublikasının daxili işlər oqanlarında işlədiyi və ##.##.1988-##.##.1992-ci il tarixlərdə X2 Məktəbində təhsil aldığı müddətlər prokurorluqdaki iş stajı hesablanarkən nəzərə alınmamış, 1992-ci ilin avqust ayından 1993-cü ilin avqust ayına kimi RSFSR Tuva MSSR DİN-nin Kızıl şəhər polis idarəsində müstəntiq vəzifəsində işlədiyi müddət prokurorluqdakı iş stajına hesablanmışdır.
7. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli, *- **-*/*-*-*****/**** nömrəli qərarından görünür ki, iddiaçının hazırki pensiya məbləği 2.474,80 manat, yenidən hesablanmış pensiya məbləği isə 1.961,42 manat təşkil edir.
8. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, iddiaçının hazırki pensiya məbləği 3.516,06 manat, yenidən hesablanmış pensiya məbləği isə 2.506,08 manat təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2023-cü ilin sentyabr ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi, icazəsi olmadan pensiyasından tutulmuş pul vəsaitinin geri qaytarılması və fərdi şəxsi hesabında toplanmış 18705,04 manat pul vəsaitinin əmək pensiyasının hesablanmasında nəzərə alınması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi və hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1960-cı ildə anadan olmaqla, Bakı şəhəri, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, 11 В saylı evdə qeydiyyatdadır. 1979-1981-ci illərdə keçmiş SSRİ dövründə Sovet ordusu sıralarında Əfqanıstan Demokratik Respublikasında həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmət dövründə yaralanmışdır, müharibə veteranıdır. ##.##.1983-cü ildən ##.##.1988-ci ilədək Rusiya Federasiyasının Tuva Avtonom Respublikasının Daxili İşlər Nazirliyinin tərkibində polis nəfəri kimi qulluq etmişdir. ##.##.1988-##.##.1992-ci illər dövründə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Xabarovski şəhərində yerləşən Ali Milis Məktəbinin hüquqşünaslıq fakültəsində əyani təhsil almış, ##.##.1992-##.##.1993-cü illər dövründə Tuva Avtonom Respublikasının Kızıl şəhəri üzrə Polis İdarəsində müstəntiq vəzifəsində çalışmışdır. İddiaçı Respublika Hərbi Prokurorluğunda işə qəbul olunmaqla bərabər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə zabit heyətinə hərbi qulluğa qəbul olumuşdur. ##.##.1993 - ##.##.1995-ci illər dövründə döyüş bölgəsində yerləşən Füzuli hərbi prokurorluğunda müstəntiq vəzisəsində xidmət göstərməyə başlamışdır. Həmin dövrdə hərbi prokurorluğun əməkdaşları Azərbaycan Respublikası Müdafiə - Nazirliyinin təminatında olmaqla, xidməti döyüş bölgəsi hesab edilirdi. Ona görə 1 ay qulluğu 3 ay kimi iş stajına hesablanırdı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** saylı Qərarı). Birinci dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə pensiya məbləğinin düzgün hesablanması və vurulmuş maddi ziyanın ödənilməsi barədə iddiası təmin edilərək, ## ###### 1993-cü ildən ## ###### 1994-cü il tarixədək hərbi prokurorluq orqanlarında xidməti döyüş bölgəsində xidmət dövrünə aid edilməklə xidmət müddətinin bir ayı 3 ay kimi hesablanması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra ##.##.2008-ci ildə icra olunması üçün DSMF-in Binəqədi rayon Şöbəsinə göndərilmişdir. ##.##.1995- ##.##.1997-ci illər dövründə Bakı hərbi prokurorluğunda müstəntiq vəzifəsində çalışmışdır. Bu illər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** saylı qərarı və Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1993-cü il tarixli *** saylı əmrinə əsasən xidmət müddətinin 1 ayı 2 ay kimi hesablanırdı. Hərbi xidmət dövründə döyüş bölgəsində fəaliyyət göstərdiyinə görə, həmin dövrdə ağır dərəcədə xəstələnərək II qrup əlil olmuşdur. Bu əsasla Müdafiə Nazirliyinin müvafiq əmri ilə hərbi xidmətdən kənarlaşdırılmışdır. ## #### 1997-ci ildən ## ### 1999-cu ilədək Yardımlı rayon prokurorunun böyük köməkçisi, ## ### 1999-cu ildən ## ### 2000-ci ilədək Füzuli rayon Prokurorluğunun müstəntiqi, ## ### 2000-ci ildən ## #### 2001-ci ilədək olan müddətdə isə sərəncamda olmuşdur. ##.##.2001-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən prokurorluq orqanlarında işdən azad edilmişdir. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən əmək fəaliyyəti yenidən hesablanaraq 26 il 03 ay 21 gün təşkil etmişdir. AR Müdafiə nazirliyinin ##.##.2023-cü il tarixli məktubundan da müəyyən olunur ki, xidmət illərinin yenidən hesablanması barədə aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq iddiaçının xidmət illəri- təqvimlə 15 il 04 ay 23 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 10 il 10 ay 28 gün, ümumi xidmət illəri isə 26 il 03 ay 21 gün təşkil edir. İddiaçı iş stajının dəqiq hesablanması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün arayışın verilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna məktubla müraciət etmişdir. Lakin bu arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsas kimi qəbul etməkdən imtina etmişdir. Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ##.##.2023-cü il tarixli məktubla ##.##.2023-cü il tarixli arayışı iddiaçıya göndərmişdir. Bundan sonra, ##.##.2011-ci ildən Binəqədi qəsəbə bələdiyyəsinin hüquqşünası, ##.##.2015-ci ildən hüquq sektorunun müdiri kimi ##.##.2021-ci il tarixədk əmək fəaliyyəti ilə məşğul olmuşdur. İkinci dəfə Bakı İnzibati Məhkəməsinin ##.##.2015-ci il tarixli 2-1(81)- ****/**** saylı qərarı ilə pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi barədə iddiası təmin edilərək, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiya məbləğinin ##.##.2006-cı ildən yenidən hesablanaraq ödənilməmiş fərqin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Binəqədi rayon Şöbəsinə həvalə edilməsi qət edilmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün DSMF-nin Binəqədi rayon Şöbəsinə göndərilmişdir. Üçüncü dəfə Bakı İnzibati Məhkəməsinin ##.##.2017-ci il tarixli 2-1(81)- ****/**** saylı qərarı ilə pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi barədə iddiası təmin edilərək, pensiyanın hesablanması zamanı prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən mükafat nəzər alınmaqla pensiyasının ##.##.2006-cı il tarixdən yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin DSMF-in Binəqədi rayon Şöbəsinə həvalə edilməsi qət edilmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra 18.01,2018-ci ildə icra olunması üçün DSMF-nin Binəqədi rayon Şöbəsinə göndərilmişdir. Beləliklə, mülkü prokurorluqdan da iddiaçının 4 il 6 ay 6 gün iş stajı yaranmışdır. Ona görə də onun ümumi iş stajı 30 il 9 ay 27 gün təşkil edir. Bu səbəbdən də onun pensiya orta aylıq əmək haqqının 60%-i ilə deyil, 80%-i ilə hesablanmalıdır.
11. Cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə imtina məktubunda göstərilənlər qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, qanunauyğun olmayan hallarla bağlı cavabdeh tərəfindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizəsinin dinlənilməsi üçün ona məktub ünvanlanmış, ##.##.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, əlecə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair ##.##.2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
12. İddiaçının məhkəməyə təqdim etdiyi sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıdan tutulmuş 1315,72 manat pul vəsaitinin geri qaytarılması, onun Füzuli hərbi prokurorluğunda ##.##.1994-cü il tarixdən ##.##.1995-ci ilə kimi xidmət müddətinin 1 gün 3 gün kimi və Bakı Hərbi prokurorluğunda ##.##.1995-ci il tarixdən ##.##.1997-ci ilə kimi xidmət müddətinin 1 gün 2 gün kimi müəyyən edilməklə iş stajına əlavə edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: T.Məlikov) 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfikndən iddiaçıdan tutulmuş 1.315,72 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, iddiaçının Füzuli hərbi prokurorluğunda ##.##.1994cü il tarixdən ##.##.1995-ci ilə kimi xidmət müddətinin 1 gün 3 gün kimi və Bakı Hərbi prokurorluğunda ##.##.1995-ci il tarixdən ##.##.1997-ci ilə kimi xidmət müddətinin 1 gün 2 gün kimi müəyyən edilməklə iş stajına əlavə edilməsi və iddiaçı İddiaçı pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pensiya işində olan Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş sənədlər və arayışlar sözügedən xidmət illərinin güzəştli formada daxil edilməsinə əsas verir. Belə ki, həmin sənədlərin kontekstindən aparılan qiymətləndirmə nəticəsində müəyyən olunur ki, iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixə kimi xidmət müddətinin 1 ayı 3 ay kimi, ##.##.1995-ci il tarixdən ##.##.1997-ci il tarixə kimi xidmət müddətinin 1 ayı 2 ay kimi hesablanır. Göründüyü kimi həm Baş Prokurorluq, həm də Hərbi Prokurorluq, iddiaçının xidmət illərinin güzəştli formada hesablanmalı olması ilə bağlı öz mövqelərini təqdim etmişdirlər. Hər iki qurumun bu məsələdə ifadə etdiyi hüquqi mövqe xüsusi əhəmiyyət daşıyır. Çünki bu qurumlar xidmət illərinin güzəştli hesablanması ilə bağlı müvafiq qanunvericiliyin tətbiqinə dair səlahiyyətli orqanlar hesab olunur ki, onların mövqeyi, məsələnin qanunvericiliyə uyğun həllində hüquqi əsas yaradır. O da nəzərə alınmalıdır ki, cavabdeh üçün preyudisial əhəmiyyət daşıyan Binəqədi Rayon Məhkəməsinin ## ###### 2008-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı ## ###### 1993cü il tarixdən ## ###### 1994-cü ilə kimi hərbi prokurorluq orqanında xidməti onun döyüş bölgəsində xidmət dövrünə aid edilməklə, xidmət müddətinin bir ayı üç ay kimi hesablanması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və ## ###### 2008-ci ildə icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının Füzuli hərbi prokurorluğundakı ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək xidmət dövrünün bir hissəsinin güzəştli şərtlərlə hesablanmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, xidmət müddətini həmin qurumdakı ##.##.1995-ci ilə qədərki xidmət dövrünün də staja daxil edilməsindən imtina edilməsi əsassızdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.Abbasova /sədrlik edən və məruzəçi/ A.Oruczadə və E.Əliyev) 2025-ci il 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 20.8-ci maddəsinə əsasən, Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir (## #### 2017-ci il tarixədək olan redaksiya): 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə- orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə- orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 55- 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıdan tutulmuş 1.315,72 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, iddiaçının Füzuli hərbi prokurorluğunda ##.##.1994-cü il tarixdən ##.##.1995-ci ilə kimi xidmət müddətinin 1 gün 3 gün kimi və Bakı Hərbi prokurorluğunda ##.##.1995-ci il tarixdən ##.##.1997-ci ilə kimi xidmət müddətinin 1 gün 2 gün kimi müəyyən edilməklə iş stajına əlavə edilməsi və iddiaçı İddiaçı pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
29. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının Füzuli hərbi prokurorluğunda xidmət müddətinin 1 günün 3 gün kimi, Bakı Hərbi prokurorluğunda ##.##.1995-ci il tarixdən ##.##.1997-ci ilə kimi xidmət müddətinin 1 gününün 2 gün kimi qəbul edilməli olmasını müəyyən edən hər hansı hüquq normasına istinad edilməmiş, iddianın həmin hissədə əsaslı olması qənaətinə Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən verilmiş məlumatlara əsaslanaraq gəlinmişdir.
30. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, HP-**/** nömrəli məktubda Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrinə əsasən iddiaçının ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddətinin 03 (üç) ay hərbi xidmət kimi güzəştlə 04 il 08 ay 12 gün, ##.##.1995-ci il tarixdən ##.##.1997-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddətinin 02 (iki) ay hərbi xidmət kimi güzəştlə 01 il 04 ay 12 gün olduğu qeyd olunmuşdur. Təkrar apellyasiya araşdırması zamanı qeyd olunan əmrlər əldə edilərək təhlil edilməli və hüquqi qiymət verilməlidir.
31. Bundan başqa apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh üçün preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2008-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı ## ###### 1993cü il tarixdən ## ###### 1994-cü ilə kimi hərbi prokurorluq orqanında xidməti onun döyüş bölgəsində xidmət dövrünə aid edilməklə, xidmət müddətinin bir ayı üç ay kimi hesablanması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və ## ###### 2008-ci ildə icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının Füzuli hərbi prokurorluğundakı ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək xidmət dövrünün bir hissəsinin güzəştli şərtlərlə hesablanmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, xidmət müddətini həmin qurumdakı ##.##.1995-ci ilə qədərki xidmət dövrünün də staja daxil edilməsindən imtina edilməsi əsassızdır.
32. Kollegiya apellyasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının Füzuli hərbi prokurorluğundakı xidmət dövrünün yalnız ## ###### 1993-cü ildən ## ###### 1994-cü il tarixədək dövrünün döyüş bölgəsində xidmət dövrünə aid edilməklə xidmət müddətinin bir ayının üç ay kimi hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hazırda mübahisələndirilən dövr isə iddaçının Füzuli hərbi prokurorluğunda ##.##.1994cü il tarixdən ##.##.1995-ci il tarixədək olan xidmət müddətidir.
33. İddianın “iddiaçıdan tutulmuş 1.315,72 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması” hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından iddiaçıdan 1.315,72 manat pul vəsaitinin cavabdeh tərəfindən tutulması aydın şəkildə müəyyən edilmir. Bundan başqa cavabdeh tərəfindən verilmiş iddiaya qarşı etirazda, apellyasiya şikayətində, həmçinin kassasiya şikayətində 1315,72 manat pul vəsaitinin 747,11 manatının tutulduğu, qalıq artıqödəmənin 568,61 manat təşkil edtdiyi qeyd edilmişdir. Odur ki, təkrar araşdırma zamanı iddiaçıdan konkret olaraq nə qədər pul vəsaitinin tutulduğu dəqiqləşdirilməli və araşdırmanın nəticəsinə uyğun olaraq yekun nəticəyə gəlinməlidir.
34. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
35. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-
36. və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş yuxarıda qeyd in 12.1-ci edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.