Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2748/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə (hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi; üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə və icraatın davam etdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərb aycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)-2509/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2779/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 1316 a saylı bağ sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” nün verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) həvalə edilmiş, qərar xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almış və icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. X2 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2779/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş edilmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 1318 saylı bağın torpaq s ahəsinin plan və ölçüsünün verilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı ekspert rəyi ilə məlum olmuşdur ki, ona məxsus 1318 saylı bağ torpaq sahəsi 1316a saylı bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-1(112)-924/2023 nömrəli sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 21(82)-2779/2013 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı məhkəmə qərarı əsasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Həmin qərarın məzmunundan da görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən istifadəsinə verilmiş 1316a saylı bağ sahəsinin adına sənədləşdirilməsi üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Lakin hər iki təşkilat tərəfindən iddiaçının müraciətinin müsbət həllindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının iddia etdiyi yer bağların sxematik xəritəsinə əsasən 1316a saylı bağ sahəsinin yerinə deyil, 1318 saylı bağ sahəsinin yerinə, yəni onun istifadəsinə verilmiş bağ sahəsinin yerinə uyğun gəlir. Göründüyü kimi, sözügedən məhkəmə qərarı onun qanunla qorunan maraqlarına toxunur.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 28 fevral 2024-cü il tarixli, 2-1(82)-2779/2013 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli qərar qəbul edilərkən məhkəmə araşdırması zamanı işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə cavabdehə müraciət edib istifadəsində olan bağın torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmiş, təqdim olunmuş sənədlər cavabdeh tərəfindən araşdırılarkən məlum olmuşdur ki, torpaq sahəsinin faktiki yeri və ölçüləri Ləhiş ərazisi üzrə bağ sahələrinin yerləşmə sxeminə uyğun gəlmir. Belə ki, iddiaçıya 1316 a saylı bağ sahəsi ayrıldığı halda, sxematik xəritəyə əsasən faktiki olaraq 1318 və 1319 saylı bağ sahələrinə aid ərazidən istifadə edir. Bundan əlavə, bağ sahəsi layihəyə uyğun 48 m × 25 m konfiqurasiyada deyil, 40 m × 30 m ölçüdə hasarlanmışdır ki, nəticədə bağlararası yolun bir hissəsi hasarlanmışdır. Bununla əlaqədar iddiaçının ərizəsi təmin edilməmiş və xx.xx.2013-cü il tarixli xx/xx-2962 nömrəli məktubla ona məlumat verilmişdir. Məhkəmə qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə bir nəticəyə gəlmişdir ki, cavabdehin imtinası iddiaçının istifadə etdiyi torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 222 nömrəli sərəncamına əsasən, Birlik ilə iddiaçı arasında 24 iyul 2006-cı il tarixdə bağlanmış 30413 nömrəli bağın istifadəyə verilməsi barədə müqavilə əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1316a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmiş, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2013cü il tarixli 2 -1(82)-1431/ 2013 nömrəli qərarı ilə həmin bağ sahəsinə plan-sxemin verilməsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar icra edilərək iddiaçının istifadəsində olan bağ sahəsinə plan-sxem tərtib olunub ona təqdim edilmişdir. Həmçinin, imtina məktubunda göstərilən hal, yəni iddiaçının 1316 a saylı bağ sahəsi əvəzinə 1318 saylı bağ sahəsinin ərazisindən istifadə etməsi qeyd olunan məhkəmə qərarında mübahisələndirilmiş və məhkəmə tərəfindən həmin mübahisəyə hüquqi qiymət verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2013-cü il tarixli 2-1(82)1431/2013 nömrəli qərarına əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 30413 saylı 24 iyul 2006-cı il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləsinə əsas ən İddiaçı istifadəsinə verilmiş bağın nömrəsinin məhz 1316 a olması Bakı şəhər X3 mühəndisləri tərəfindən yerində ölçmə işləri aparılarkən bir daha təsdiq olunmuşdur. Cavabdeh 05 mart 2023-cü il tarixli imtina məktubunda iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsində uyğunsuzluğun olmasını, iddiaçının 1318 saylı bağ sahəsinin ərazisindən istifadə etdiyini göstərsə də, imtinasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni istifadəsində olan bağ sahəsinin nömrəsində hər hansı uyğunsuzluğun olması müəyyən edilməmiş və əksinə, arxiv daşıyıcısı olan cavabdehin verdiyi arxiv əsaslarında iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsinin 1316 a olması qeyd olunmuşdur. Göründüyü kimi, artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə X2nun ərizəsinin əsasları olan dəlillərə qiymət verilmiş və həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı qanuni istifadəsində olan bağ sahəsinin nömrəsində hər hansı uyğunsuzluq olmamış və əksinə, arxiv daşıyıcısı olan cavabdehin verdiyi arxiv əsaslarında iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsinin 1316a olması qeyd olunmuşdur.
6. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş “1316 a” saylı və “1318” saylı bağ sahələrinin ayrılmasına dair müqavilələrdən görünür ki, “1316 a” saylı bağ sahəsi iddiaçıya 24 iyul 2006-cı il tarixli müqavilə ilə, “1318” saylı bağ sahəsi isə X2na 19 sentyabr 2006-cı il tarixli müqavilə əsasında ayrılmışdır. Bu hal isə, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılması zamanı bağ sahəsinin boş olmasını bir daha təsdiq etmi ş olur. Belə olan təqdirdə, məhkəmə işin yuxarıda qeyd edilən hallarını ərizəçinin dəlilləri ilə birgə araşdıraraq, Konstitusiya Məhkəməsinin Plenumunun hazırkı qərardadda göstərilən hüquqi mövqeyinə istinad edərək hesab etmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər məsələlərin yoxlanılması məqsədi daşımalı olmayıb, maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi daşımalı olduğundan, hazırkı mübahisədə isə X2nun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmas ı halı müəyyən edilmədiyindən və ərizəçinin hüquqlarının pozulmaması artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, ərizə əsassız hesab edilməklə təmin olunmamalıdır.
7. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 27 iyun 2024-cü il tarixli, 21(103)-2509/2024 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi i lə razılaşmışdır.
10. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
11. Kassasiya şikayətinin dəlilləri ərizənin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati m əhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üç üncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şik ayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qəra rdadı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərt ərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
21. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevr al 2022-ci il tarixli Qərardadının 58-ci bəndində göstərilənlərə əsasən, cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür.
23. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2013-cü il tarixli məhkəmə qərarının ərizəçi Nazim Qayıbovun hüquqlarına və qanunla qorunan maraqlarına toxunması sübuta yetirilmədiyindən, artıq başa çatmış məhkəmə icraatı üzrə işə onun üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə də təmin edilə bilməz.
24. Məhkəmə kollegiyası həmçinin, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı iş üzrə xx.xx.2013-cü il tarixli məhkəmə qərar ı ilə iddiaçının tələb etdiyi və ona yuxarıda qeyd olunan müqavilə ilə ayrılmış məhz 1316 a saylı bağ sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi inzibati orqana həvalə edilmişdir. Həmin məhkəmə qərarı ilə iddiaçıya planı və ölçüsünün verilməsi qərara alınan bağ sahəsinin nömrəsi “1318” (ərizəçinin bağ sahəsinin nömrəsi) olsaydı, məhkəmə qərarının ərizəçi Nazim Qayıbovun hüquqlarına toxunduğu qənaətinə gəlmək olardı. Hazırkı vəziyyətdə isə qeyd edilən səbəblərdən xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ərizəçi Nazim Qayıbovun hüquqlarına və qanunla qorunan maraqlarına toxunmur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilənlər ərizəçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarının səhv icra edilməsi nəticəsində iddiaçının bağ sahəsinin planı və ölçüsünün düzgün tərtib edilməməsi barədə yeni məhkəmə mübahisəsi açmaq hüququnu istisna etmir.
26. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-2509/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.