Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2749/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi, məhkəmə icraatının iştirakçısı olmayan şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünsüzlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh1nə qarşı “xx.xx.2019-cu il tarixli 160 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023 -cü il tarixli, 2-1(104)-153/2023 nömrəli qərardadından X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli Sərəncamı ilə Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100 kv.m torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
2. Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli Sərəncamı ilə Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli Sərəncamı, inzibati icraat haqqında hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəzərə alınmaqla ləğv edilmişdir.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tar ixli 160 nömrəli Sərəncamın ləğv olunmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-350/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-152/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-350/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilmiş, Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli Sərəncamı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində birinci icraat
5. X5 ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-152/2021 nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, Ə.G.Abdullayev və A.V.Bayramov) 07 aprel 2022-ci il tarixli, 21(104)-152/2021 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(104)-152/2021 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, Ə.G.Abdullayev və A.V.Bayramov) 21 aprel 2022-ci il tarixli, 21(104)-287/2022 nömr əli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-350/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-1(102)-1555/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(104)-287/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
10. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandır mışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya 100 kv.m torpaq sahəsinin ayrılması barədə Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamının X3 hansı hüquqlarını pozduğu, həmin şəxsin sözügedən torpaq sahəsi üzərində subyektiv hüququnun olub-olmadığı, olduğu təqdirdə isə həmin hüquqların hansı hüquqmüəyyənedici sənədlər əsasında təsdiq olunduğu araşdırılmamış, eləcə də X3 İPMin 28-ci maddəsinə əsasən iş üzrə inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti məhkəmə qərardadında əsaslandırılmamışdır. Eyni zamanda, Cavabdeh1 başçısının 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli sərəncamı qəbul olunarkən cavabdeh orqan tərəfindən inzibati icraatın aparılması barədə də apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq araşdırma həyata keçirilməmi şdir. Həmçinin, birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehin nümayəndəsi öz izahatında qeyd etmişdir ki, iddiaçıya Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli sərəncamı ilə şəxsi istifadə üçün nəzərdə tutulmuş 1 sot torpaq sahəsi verilmiş, lakin iddiaçı əlavə torpaq sahəsi zəbt edərək 2 sotdan çox ərazini hasarlamış, bu isə qonşusu Qətibə adlı şəxsin narazılığına səbəb olmuşdur. Cavabdehin öz izahatında qeyd etdiyi 2 sot torpaq sahəsinin iddiaçıya ayrılmış 100 kv.m torpaq sahəsi ilə və X5 ilə nə kimi əlaqəsinin olduğu da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. c) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.Q.Rzaquliyev /sədrlik edən və məruzəçi/, L.S.Süley manov və A.H.Hüseynzadə) 26 iyul 2023-cü il tarixli, 2-1(104)-153/2023 nömrəli qərardadı ilə X3 işdə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən Gəncə şəhəri Xəqani küçəsində yerləşən və iddiaçının istifadəsində olan torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, iddiaçıya fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahəsi üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə qonşudur, lakin üçüncü şəxsə məxsus torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə olan halda, mübahisə üzrə qəbul ediləcək qərar X3 qanunla qorunan maraqlarına toxunmur. Hazırki iş üzrə onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə hüquqi əsas mövcud deyildir.
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.Q.Rzaquliyev /sədrlik edən və məruzəçi/, L.S.Süleymanov və A.H.Hüseynzadə) 26 iyul 2023-cü il tarixli, 2-1(104)-153/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-350/2020 saylı qərarı ləğv edilmiş, yeni qərar çıxarılmış, iddia təmin edilmiş və Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli, 160 nömrəli Sərəncamı ləğv edilmişdir.
14. X5 qərardaddan və qərardan kassasiya şikayətləri verərək qərardadın ləğv edilməsi, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi, habelə qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Qərardaddan verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisəli sahə olan Gəncə şəhəri DOS-102, ev 111-də yaşayır. xx.xx.1994-cü ildə X4 adına özəlləşdirilmiş həmin evi 1 saylı Gəncə Notariat Kontorunun xx.xx.1994-cü il tarixli, 3M-3-466 saylı alqı-satqı müqaviləsinə əsasən almış və Kəpəz rayonu üzrə 29 nömrəli reyestr kitabında xx.xx.1994-cü il tarixdə 11694 nömrə ilə qeydiyyat aparılmışdır. 1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mənzil sahəsi 24.1 kv.m olan 2 yaşayış otağı və 12.7 kv.m köməkçi sahədən ibarətdir. 1994-cü ildən sonra hərbiçilərin köməkliyi ilə həmin torpaq sahəsində 4 otaqdan ibarət ev tikdirmişdir. Torpaq sahəsi 567 kv.m olmuş, həmçinin 100 kv.m əlavə torpaq sahəsi də onun faktiki istifa dəsində olmuşdur. Həmin sahəyə ağac əkmiş və ağaclara qulluq edib sulamışdır. Lakin iddiaçı onun əlavə olan və istifadəsində hazırki vaxtadək sahiblik etdiyi torpaq hər hansı bir hüququ yaranmamışdır. Torpaq sahəsi onun faktiki istifadəsində olduğu üçün hesab edir ki, həmin torpaq sahəsi alqı-satqı yolu ilə gələcəkdə ona satılmalıdır. Çünki, iddiaçının mübahisə etdiyi torpaq sahəsi onun çəkdiyi hasardan qarşıda onun hasarı ilə hündür mərtəbəli binanın qarşısındakı ərazidə yerləşir. Yəni həmin sahə onun hasarından sonrakı torpaq sahəsi hündür mərtəbəli yaşayış binasının arasında yerləşdiyinə görə, onun həmin sahəyə hərhansı bir aidiyyəti yoxdur. Həmin sahə də təxminən 10 sota yaxındır. İddiaçının ərazisi hasarla hündür mərtəbəli binanın arasında yerləşir. Gəncə Apellyasiya Məhkəməsi işə bax arkən onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, qeyd olunan torpaq sahəsi 1994-cü ildən onun istifadəsində olduğuna görə, hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirak etməsi barədə qərar qəbul edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təş əbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirak çılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi dax ilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Mə hkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti ( qərardaddan şikayət) vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya (qərardaddan şikayət) mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası X3 Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-153/2023 nömrəli qərardadından verdiyi kassasiya şikayətinə baxaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instans iyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Apellyasiya instansiyası məhkəməsinin iclasında X5 Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 saylı sərəncamının hüququna hansı qaydada toxunması ilə bağlı izah etmişdir ki, iddiaçıya tikintinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahəsi ilə qonşuluqda onun faktiki istifadəsində olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsi faktiki istifadəsində olsa da, hüquqmüəyyənedici sənədi yoxdur. Amma hesab edir ki, torpaq sahəsi faktiki istifadəsində olduğuna görə, özəlləşdirilməsi üçün açıq elan edildiyi halda mülkiyyətinə veriləcəkdir. 22.Qanunvericiliyin tələbinə görə, adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. H əmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur.
23. Ümumi qaydaya görə, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s. görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
24. Məhkəmə kollegiyası Qətibə Şabanovanın kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırmaları, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, X3 mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh1 başçısının 17 mart 2017-ci il tarixli, 529 nömrəli Sərəncamı ilə iddiaçıya verilmiş və hazırki mübahisə predmeti olan torpaq sahəsi qonşuluqda yerləşməklə, Qətibə Şabanovanın həmin torpaq sahəsinə aidiyyəti yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin 100 kv.m torpaq sahəsi ilə bağlı qəbul ediləcək hər hansı qərar da Qətibə Şabanovanın qanunla qorunan maraqlarına toxunmur.
25. Eyni zamanda qeyd edilməlidir ki, Qətibə Şabanovanın uzun müddət həmin torpaq sahəsini zəbt edərək istifadə etməsi, başqa sözlə, qanunsuz istifadə etməsi belə, onun torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüququnun yaranmasına əsas vermir.
26. Hazırkı halda, Qətibə Şabanovanın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi üçün əsas olmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq onun iş üzrə üçüncü şəxs qismində iştirakına xitam vermişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-153/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 27.Həmçinin qeyd edilməlidir ki, X3 üçüncü şəxs q ismində məhkəmə icraatında iştirakına xitam verildiyindən, beləliklə də o, hazırkı məhkəmə icraatının iştirakçısı sayılmadığından, onun həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023cü il tarixli, 2-1(104)-153/2023 nömrəli qərarından kassasiya şikayəti vermək hüququ da istisna edilir. Belə ki, İPM-in 90.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
28. Odur ki, X3 Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2-1(104)-153/2023 nömrəli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. 29.Yuxarı da göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 21(104)-153/2023 nömrəli qərardadından X3 verdiyi kassasiya şikayəti təmin edilməsin. Qərardad dəyişdirilmədən saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 21(104)-153/2023 nömrəli qərarından X5 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin Qərar qətidir.