Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-275/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsinəqarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “01.09.1971-ci ildən 1976-cı ilədək X1 əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-363/2018 saylı, 2 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1971-ci ildə X2 daxil olmuş, 1972-ci ildə hərbi xidmətə çağırılmış, 1974-cü ildə hərbi xidməti başa vurmuş və 1976-cı ildə həmin təhsil müəssisəsini bitirərək diplom almış və ona Dövlət İxtisas Komissiyasının 29.04.1976-cı il tarixli qərarı ilə texnik mexanik ixtisası verilmişdir. İddiaçı əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə cavabdehə müraciə t etmiş, lakin cavabdeh 08.02.2018-ci il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddəti nəzərdə tutulmadığından, iddiaçının 1971-1976-cı illərdə X1 əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı 3 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “01.09.1971-ci ildən 1976-cı ilədək X1 əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əyani təhsil müddəti iş stajına 01.01.2016-cı il tarixə kimi pensiyaya çıxmış şəxslərə şamil edilir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(84)-721/2018 saylı iş) 10 may 2018-ci il tаrixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının 1972ci ilin may ayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə olduğu dövr istisna olmaqla 1971-1976-cı illərdə X1 əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxu yanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Maddi hüquq normasının tələbindən görünür ki, qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə göstəriş mübahisələnən hüquq qazanılan vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. İddiaçının təhsil aldığı müddət artıq onun qazanılmış hüququdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tаrixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X5, 21(107)-363/2018 saylı iş) 2 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 8 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir.Qanunun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Cavabdehin 29.01.2015-ci il tarixli 53 nömrəli qərarı ilə iddiaçıya 57 yaşı tamam olduğu 15.11.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2010-cu ildə yaranmışdır və 2010-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. tərəflərin izahatları: İddiaçı məhkəmə kolle giyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı bildirir ki, 13 fevral 2018-ci il tarixdə cavabdeh tərəfindən ona pensiya təyin edilmiş, lakin pensiya təyini zamanı əyani təhsil dövrü onun ümumi sığorta stajına daxil edilməmişdir. Cavabdeh hesab edir ki, iddiaçıya 57 yaşının tamam olduğu 15 noyabr 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci və 21-ci maddələri təhsil dövrünün sığorta stajına aid edilməsini nəzərdə tutmamışdır. İddiaçı təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahişi ilə məhkəməyə müraciət etmiş, məhkəmələr yuxarıda qeyd edilən qərarları qəb ul etmişlər. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi işdə olan sənədlərlə təsdiq olunmasa da, cavabdeh kassasiya şikayətində onun 29 yanvar 2015-ci il tarixli 53 nömrəli qərarı ilə iddiaçıya 15 noyabr 2010-cu il tarixdən yaşa görə güzəştli şərtlə əmək pensiyası təyin edildiyini bildirdiyindən, məhkəmə kollegiyası bu barədə mübahisə görmür və hər hansı araşdırma aparılmasına ehtiyac duymur. Doğrudan da, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil dövrünün sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Lakin nəzərə alınmalıdır ki, şəxsin pensiya hüququnun nə vaxt yaranmasından asılı olmayaraq hazırkı qanunun deyil, şəxsin təhsil aldığı dövr qüvvədə olmuş qanunvericiliyin tələbləri əsas götürülməlidir. İddiaçı orta ixtisas təhsilini 1 971-1976-cı illərdə almışdır, iddiaçı bu dövr daxilində həm də hərbi xidmətdə olmuşdur, yəni bu dövrün içində hərbi xidmət dövrü istisna olmaqla qalan müddətin təhsil dövrü kimi ümumi sığorta stajına aid edilməsi xahiş edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi ə mək stajına aid edilmişdir. O da vurğulanmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, bəhs edilən təhsil dövrünü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyas iya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-363/2018 saylı, 2 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-275/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-275/2019
12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver