Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-275/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilkin qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.01.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “ilkin qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(103)-1336/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarından görünür ki, X3 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir.
2. Sonradan göstərilən Qərarın 1-ci bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərində Z.Səfərova adına düzə liş aparılmış və həmin düzəliş olunan ünvan 1 ünvanda yerləşən yaşayış evə Z.Səfərovanın adına mülkiyyət hüququ qeydə alınmışdır.
3. Həmin evə Texniki Pasportu noyabr 1992-ci il tarixində üçüncü şəxs Z.Səfərovanın adına tərtib olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 və qeyriləri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X2 Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı2 tərəfindən ünvan 3 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşayırlar. Uşaqları mübahisələndirilən ünvan 3 ünvandan orta məktəbə getmiş və poliklinikalara da oradan qeydiyyata alınmışlar. İddiaçı3 bacısı X8 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlibgetsə də, sonradan münasibətlər pozulmuş, heç qonaq kimi də, həmin evə gəlməmişdir. Yəni həmin ünvana yaşayış hüququ yaranmamışdır. Bu yaxınlarda isə onlara məlum olmuşdur ki, X8 1993-cü ildən ünvan 3 ünvanına qeydiyyata alınmış, bununla yanaşı onlara qarşı “evdən çıxarma, evə köçürülmə, özbaşına inşa edilmiş tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı5 - azyaşlı uşaqları X12, X7, X4 ilə birlikdə, İddiaçı1, İddiaçı6 azyaşlı qızı X5 ilə birlikdə, İddiaçı7 - azyaşlı uşaqları X6, X9 ilə birlikdə, İddiaçı8, İddiaçı4 mülkiyyətində olan ünvan 3 saylı evdən çıxarılmaları, onun həmin evə köçürülməsi, cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin işə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatında baxılmaqdadır. Həmin iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X8 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə düzgün olmayan məlumat vermişdir. İlk iddiasında o, özü qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz Çəmənzəmənli 106 v ünvanında yaşayır. Həmçinin həmin iş üzrə ilkin iddiaçı olan X8 iddia tələbinin əsası kimi, vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2018-ci il tarixli məktubuna əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 30 noyabr 2018-ci il tarixli **********27 nömrəli məktubunda Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b ünvanının X2 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında ün van 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə tanış olduqda məlum olmuşdur ki, qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991- ci il tarixli, 16/279 saylı qərarda aydın qeyd edilmişdir ki, X3 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün X3 göndərilmişdir. Belə olan halda mübahisəli ev necə X2 adına ilkin qeydiyyatdan keçə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, X2 ad ına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Qeyd olunanların nəzərə alınaraq həmin iş üzrə cavabdeh İddiaçı3 tərəfindən X3 qarşı “İstifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, sonradan isə onun tərəfindən “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edilmişdir. Qeyd edir ki, həmin iş üzrə qarşılıqlı İddiaçı3 tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia və qarşılıqlı ərizəsinə əlavənin məhkəmənin icraatına götürülməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ilkin qeydiyyatın etibarsız hesab edilməsi tələbi yerli məhkəmə qarşısında deyil, inzibati məhkəmə qarşısında qaldırılmalıdır. Ha zırda cavabdeh İddiaçı3 tərəfindən X3 qarşı “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə üzrə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət olunaraq “İlkin qeydiyyatın etibarsız hesab edilməsi” hissəsində tələb azaldılmışdır. Həmçinin bildirir ki, həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən X1 mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, X3 məxsus mülkiyyət sənədi barədə onlarda hər hansı məlumat olmadığından onun adına olan ilkin qeydiyyatın etibarsız hesab edilməsini məhkəmədən tələb etmək məcburiyyətindədirlər. Bununla yanaşı hesab edirlər ki, ünvan 3 ünvanı nda yerləşən fərdi yaşayış evinə dair X2 ilkin qeydiyyat sənədləri məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən sorğu əsasında tələb edilməli və sorğuya cavab verildikdən sonra həmin cavab əsasında iddiaçılar tərəfindən iddia ərizəsinə dəqiqləşmə verilməlidir. Beləliklə hesab edirlər ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 adına verilmiş ilkin qeydiyyat qanunsuz hesab edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 30 aprel tarixli, 2-1(112)-574/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. Bakı İnzibati Məhkəməsini 2-1(112)-574/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, Bakı şəhər i, Nərimanov rayonu, X10 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyat ləğv edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli, “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y. Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki, sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi, qərarın üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin - Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi, bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaratmışdır. Beləliklə, Z.Səfərovanın ünvan 4 ünvana dair hüquqların ilkin qeydiyyatının əsasını qanun pozuntusuna yol verilməklə dəyişiklik edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq qərarı təşkil etdiyindən, həmin qərardan irəli gələn hüquqi nəticələr də özü-özlüyündə qanunsuzdur və ləğv edilməlidir.
9. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1944/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar üçüncü şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etsələr də həmin evə dair iddiaçıların hansı hüquqlarının olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin, iddiaçı inzibati orqanın bundan təxminən 30 il əvvəl qəbul etdiyi, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarı əsasında veri lmiş 1993-cü il 18 avqust tarixli qeydiyyatı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Normanın tələbindən göründüyü kimi, iddiaçının, inzibati akt ona təqdim (elan) edildiyi vaxtdan 30 gün müddətində şikayət vermə müddəti var. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, həmin aktın iddiaçıya təqdim və ya elan olunması barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. İddiaçı, iddia ərizəsində bildirmişdir ki, hazırda mübahisələndirilən inzibati akt barədə Nərimanov rayon Məhkəməsində iş ə baxılarkən məlumatı əldə etmişdir. İddiaçı bu dəlilini bildirsə də, birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır. İşə yenidən baxan birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktdan şikayət verilməsi üçün subyektiv hüququnun olub-olmaması, eləcə də iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ətraflı araşdırma aparmalı, iddiaçının dəlillərinə münasibət bildirərək qəbul etdiyi yekun məhkəmə aktını əsaslandırmalıdır.
12. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması və yekun qərar qəbul edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)133/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və K.N.Bədəlov) apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar inzibati aktı - Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarını mübahisələndirmirlər. Onlar hesab edirlər ki, həmin qərar özünün həqiqi məzmununa görə onların hüquqlarına toxunmur və mübahisəli deyil. Onlar məzmunu təhrif olunmuş (düzəliş edilmiş) qərar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin (cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətinin nəticəsinin) ləğvini tələb edirl ər. Həmin məzmunda tələb isə öhdəliyin icrası haqqında iddialara aiddir və bu növ iddianın qaldırılması üçün İPM-də müddət müəyyən edilməmişdir. Beləliklə, işin təkrar baxılması (icraatın davam etdirilməsi) üçün birinci instansiya məhkəməsinə göndərilməsi əsaslarını müəyyən edən İPM-in 87.7, 87.7.1 və 87.7.2-ci maddələrində nəzərdə tutulmuş hallar hazırkı işdə mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və İ.Ə.Kərimli) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci insta nsiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar çıxarılmış, iddiaçılar İddiaçı1 və qeyrilərinin iddia ərizəsi təmin edilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən evə dair üçüncü şəxs Z.Səfərovanın adına aparılmış dövlət qeydiyyatının əsasını təşkil edən - Bakı şəhəri Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin, üzərində düzəliş edilən və cavabdeh idarənin arxivində saxlanılan 13 sentyabr 1991-ci il tarixli 16/279 saylı qərarının halhazırda qüvvədə olması onu deməyə əsas verir ki, üçüncü şəxsin adına aparılan qeydiyyat qanuni əsaslara malikdir. Belə olan halda, cavabdeh tərəfindən üçüncü şəxs Z.Səfərovanın adına aparılmış dövlət qeydiyyatının qanunsuz və əsassız olmasından söhbət gedə bilməz. Beləliklə də iddiaçıların həmin qeydiyyatın ləğvini tələb etm əkdə haqlı olmadıqları sübuta yetirilir.
17. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Belə ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı2 tərəfindən ünvan 5 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan ailəsi ilə birlikdə həmin evdə iddiaçılar yaşamış, eləcə də, uşaqları mübahisələndirilən ünvan 5-dən orta məktəbə getmiş və poliklinikalara da, oradan qeydiyyata alınmışlar. Üçüncü şəxs, yəni, İddiaçı3 bacısı X8 həmin evdə heç bir vaxt yaşamamış və yaşamır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlib-getsə də, sonradan müna sibətlər pozulmuş, heç qonaq kimi də, bu evə gəlməmişdir. Yəni bu ünvana yaşayış hüququ yaranmadığından, daşınmaz əmlaka dair “subyektiv hüququ” mövcud ola bilməzdi.
19. İddia verilməzdən bir müddət öncə iddiaçılara məlum olmuşdur ki, hazırkı iddia üzrə cavabdeh X8 1993-cü ildən ünvan 5 ünvanına qeydiyyata alınmış, bununla yanaşı onlara qarşı “evdən çıxarma, evə köçürülmə, özbaşına inşa edilmiş tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı5 - azyaşlı uşaqları X12, X7, X4 ilə birlikdə, İddiaçı1, İddiaçı6 azyaşlı qızı X5 ilə birlikdə, İddiaçı7 - azyaşlı uşaqları X6, X9 ilə birlikdə, İddiaçı8, İddiaçı4 mülkiyyətində olan ünvan 5 saylı evdən çıxarılmaları, onun həmin evə köçürülməsi, cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Həmin iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X8 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə düzgün olmayan məlumat vermişdir. İlk iddiasında o, özü qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz Bakı şəhəri, Çəmənzəminli 106v ünvanında yaşayır.
21. Həmçinin, həmin iş üzrə ilkin iddiaçı olan X8 iddia tələbinin əsası kimi, vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən v erilmiş 30 noyabr 2018-ci il tarixli məktubuna əsaslanmışdır.
22. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 30 noyabr 2018-ci il tarixli, **********27 nömrəli məktubunda Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100b ünvanının X2 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
23. Həmin sənədlərlə tanış olduqda onlara məlum olmuşdur ki, qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991ci il tarixli, 16/279 saylı qərard a aydın qeyd edilmişdir ki, X3 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün X3 göndərilmişdir. Belə olan halda mübahisəli ev necə X2 adına ilkin qeydiyyatdan keçə bilərdi?!. Qeyd olunanlardan göründüyü kimi, X2 adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir.
24. Həmçinin, məhkəmənin diqqətinə çatdırılmışdır ki, həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən X1 mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
25. Belə ki, məhkəməyə Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********53 saylı məktuba əsasən göndərilən sorğuya cavabda ünvan 8 ünvan X2 adına ilkin qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 07 dekabr 2019-cu il tarixli 35/1083 saylı Arayışdan görünür ki, X8 ünvan 9 ünvanında qeydiyyatdadır. ünvan 10 ünvanda İddiaçı3 qeydiyyatsız yaşayır.
26. Bundan başqa, araşdırma zamanı məlum olmuşdur ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarında aparılan düzəliş texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqların qeydə alınması nəzərdə tutulan şəxsin yəni Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqların qeydiyyatı aparılmışdır.
27. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq, yeni münasibətlər yarandığından, bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi.
28. Göründüyü kimi, bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək Qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Ey ni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmişdir və beləliklə, rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaranmışdır. Məhkəmə bu halın araşdırılması üçün aidiyyəti qurumlara, eləcə də, Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi Z.Səfərovanın adına dəyişiklik edilmiş Qərarın və ilkin qeydiyyatın ləğv edilməsində haqlı olmuşdur. Digər tərəfdən, işin bu halını təkzib edə biləcək sübut qarşı tərəfdən təqdim edilməmişdir.
29. İşin qeyd olunan halları və qan unvericiliyin tələbləri onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yanlış olaraq, inzibati aktda əlyazma ilə olan və heç bir hüquqi qüvvəyə malik olmayan düzəlişin qanuni və əsaslı olması və mübahisəli ünvanda yerləşən üçüncü şəxs Z.Səfərovaya məxsus mübahisəli evə dair cavabdehin hüquq sələfi tərəfindən aparılan dövlət qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olduğu qənaətinə gəlmiş, qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir.
30. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 910.2, 10.2.1, 10.2.2, 10.2.4, “İnzibati icraat haqqında” Qanunun 61.4, 65.1.3, 67.1, 67.2, Mülki Məcəllənin 16.1, 203.1 və İPM-in 2.2.3, 34.1, 35.1, 87.6, 90.1, 91 və 96.9-cu maddələrinə istinad edilmişdir. b) Kass asiya şikayətlərinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Mülki Məcəllə: Maddə
359. Əqdlərdə təmsilçilik anlayışı... 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edi lmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.
34. Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyin nəzdində olan Texniki-İnventarizasiya üzrə Təsərrüfat hesaba Mərəzi büronun Nizamnaməsi.
35. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakt iki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəy yən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.6 Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar q əbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən iddianın təmin edilməməsi barədə yekun nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
40. Obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
41. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə üçüncü şəxsin adına olan reyestr qeydiyyatın ləğv edilməsi ilə bağlı yuxarıda istinad edilən normaların dispozisiya şərtlərinin mövcud olub-olmadığını müəyyən etməyə və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin ape llyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. İşə təkrar baxan apellyasiya məhkəməsinin gəldiyi nəticəsi işin faktiki hallarına uyğun olmamışdır.
42. Belə ki hazırkı iş üzrə iddiaçının tələbi Daşınmaz Əmlakın Dövlət Reyestrində üçüncü şəxs X2 Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi ilə bağlıdır və iddiaçılar 1988-ci ildən ünvan 3 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin alındığını və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşadıqlarını, uşaqlarının həmin ünvandan orta məktəbə getdiyini və poliklinikalarda qeydiyyata alındıqlarını, üçüncü şəxs (İddiaçı3 bacısı) Ziba Səfərovanın isə həmin evdə yaşamadığı halda, Nərimanov Rayon XDS İcr aiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16/279 saylı qərarına saxta düzəlişlə həmin evə dair cavabdeh tərəfindən dövlət qeydiyyatı aparıldığını göstərərək, üçüncü şəxsin adına olan qeydini mübahisələndirirlər.
43. İşə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılan zaman müəyyən edilmişdir ki, üçüncü şəxs Ziba Səfərovanın adına hazırkı cavabdehin hüquq sələfi olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 18 mart 1993-cü il tarixli, 30/3311 saylı Qeydiyyat vəsiqəsi - Bakı şəhəri Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16/279 saylı qərarı əsasında verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Ray on XDS İcraiyyə Komitəsinin işə əlavə olunmuş, cavabdeh idarənin arxivində saxlanılan, qərarının təsdiq olunmuş surətindən isə görünür ki, Ziba Səfərova həmin dövlət qurumuna vəkalətnamə vasitəsilə müraciət edərək ünvan 11 ünvanında yerləşən, vətəndaş Q.M.Quliyanın 1961-ci ildən yaşadığı qanunsuz tikilinin rəsmiləşdirilməsini xahiş etmiş və həmin İcraiyyə Komitəsi tərəfindən mübahisəli evin (384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini), sonuncunun adına mülkiləşdirilməsinə icazə verilmiş, lakin sonradan həmin orqanın özü tərəfindən qəbul etdiyi qərarın “qərara aldı” hissənin 1-ci bəndində, evin adına rəsmiləşdirildiyi “Q.M.Quliyanın” üstündə əlyazma ilə “Z.Səfərova” düzəlişi edilməklə həmin qurumun vəzifəli şəxsinin müvafiq imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur (1-ci cild, i.v. 30). Bununla da cavabdeh tərəfindən mübahisəli evin 3-cü şəxsin adına qeydiyyata alınması əsaslı olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinin X2 mülkiyyətində olmasına dair sənədlərin və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlər sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir.
45. Bununla yanaşı, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 N2 İİ qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Azərbayc an Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından, həmçinin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətindən dəfələrlə tələb edilmişdir.
46. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b N2 İİ qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarının İ bəndindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir.
47. Sorğuya cavab olaraq Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 dekabr 2020-ci il tarixli **********53 saylı məktubda qeydiyyat vəsiqəsi idarənin arxivində saxlanıldığı bildirilmiş, lakin Nərimanov XDS İcraiyyə Komitəsinin qərarının əslini məhkəməyə təqdim edilmədən qərarın üzərində düzəliş olunan kserosurətini məktuba əlavə etmişdir. 48. 35N2İİ MKİS tərəfindən Nərimanov rayon məhkəməsinə verilmiş 07 dekabr 2019cu il tarixli, 35/1081JV2 -İİ Arayışda qeyd olunur ki. 51 saylı Notariat ofisinin verdiyi akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b saylı mənzildə İddiaçı3 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. 49. 35N2İİ MKİS tərəfindən İşiq idarəsinə verilmiş 07 dekabr 2019-cu il tarixli, 35/1083JVb-li Arayışda qeyd olunur ki, 51 saylı Notariat ofisinin verdiyi akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b saylı mənzildə İddiaçı3 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. 50. 35N2İİ MKİS tərəfindən X11 verilmiş 07 dekabr 2019-cu il tarixli, 35/1084J№-li Arayışda qeyd olunur ki, 51 saylı Notariat ofisinin verdiyi akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b saylı mənzildə İddiaçı3 ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. 51. 35N2İİ MKİS tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinə verilmiş 28 fevral 2017-ci il tarixli, 35/268N°-li Arayışda qeyd olunur ki, 51 saylı Notariat ofisinin verdiyi akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b saylı mənzildə İddiaçı3 uzun müddətdir qeydiyyatsız yaşayır.
52. İş materiallarında olan mübahisəli mənzilə dair iddiaçı tərəfindən sosialkommunal ödənişləri etməsi, elektrik, qaz, su və sair kommunal xidmətlərə görə müqavilələrin onların adına olması iddiaçıların uzun müddət Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100 b saylı mənzildə yaşamalarını və istifadə etmələrini təsdiq edir.
53. İşə baxan apellyasiya instansiyası məhkəməsi Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №-li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında’' 16/279 saylı qərarına istinad etməklə belə nəticəyə gəlmişdir ki, üçüncü şəxsin adına aparılan qeydiyyat qanuni əsaslarla olmuşdur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100b ünvanında yerləş ən fərdi yaşayış evinin X2 mülkiyyətində olmasına dair sənədlərlə və hüququn qeydiyyata alınmasına əsas, olmuş sənədlərlə bağlı işin hallarını hərtərəfli araşdırmamışdır.
55. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin Qərarının üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin-Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, Qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmişdir. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməmişdir. Məhkəmə bu halın araşdırılması üçün aidiyyəti qurumlara, eləcə də, Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir.
56. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 verilən vəkalətnamənin, eyni zamanda yaşayış s ahəsinin Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə əsas olmuş sənədləri araşdırılmadan və işə baxılan zaman Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, l00b ünvanında yerləşən fərdi yaşayış evinin X2 adına, rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin və vəkalətnaməni tələb etmədən və onun mətnini araşdırmadan apellyasiya instansiyası məhkəməsi iş üzrə yanlış olaraq, inzibati aktda əlyazma ilə olan və heç bir hüquqi qüvvəyə malik olmayan düzəlişin qanuni və əsaslı olması və mübahisəli ünvanda yerləşən məxsus mübahisəli evə dair cavabdehin hüquq sələfi tərəfindən aparılan dövlət qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olduğu qənaətinə gəlmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, hüquqların qeydiyyatı üçün təqdim edilən sənədlər (sübutlar) mötəbər olmalıdır və hazırkı qərarın 33-cü bənd ində qeyd olunan maddi hüquq normasının tələblərinə cavab verməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gədiyi nəticəni işin faktiki hallarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğvi üçün əsasdır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları nəzərə alınmadığından, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
59. İşə təkrar baxan apellyasiya məhkəməsi hazırkı qərarın 32-35-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normaların tələblərinə uyğun araşdırılma aparılmalı və qərar qəbul edilməlidir.
60. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1336/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.