Məhkəmə qərarları › İş №2-1(102)-2750/2018

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2750/2018

26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2750/2018 26.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD (prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə) iş № 2-1(102)-2750/18 Bakı şəhəri 26 dekabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin vəkili Nəva id Abbasovun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 21(107)-484/2018 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “11 oktyabr 2014-cü il tarixdən 11 oktyabr 2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müav inətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2-1(85)-1164/2018 saylı qərarı ilə (hakim Vidadi Qasımov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-1(107)-484/2018 saylı qərarı ilə (sədrlik edən hakim Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verməklə onun ləğv edilməsi və iddia təl əbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti verilən qərar cavabdehə 08 oktyabr 2018-ci il tarixdə təqdim olunmuş, kassasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinə 08 noyabr 2018-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 26 dekabr 2018-ci il tarixdə baxılacağına dair məhkəmə bildirişi cavabdehə və vəkilinə göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması cavabdehə təklif edilmişdir. Cavabdehin vəkili tərəfindən prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə ilə prosessual müddətin buraxılmasının səbəbi kimi bildirilmişdir ki, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddət bir təqvim ayı kimi qəbul edilmiş və bu səbəbdən 08 noyabr 2018-ci il tarixin şikayət verilmişdir. Göstərilənlərə əsasən cavabdeh şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa, kassasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları İclasda iştirak edən cavabdehin vəkili prosessual müddətin bərpası barədə ərizəni müdafiə etmiş və buraxılmış müddətin üzrlü hesab edilərək kassasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. ƏSASL ANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası buraxılmış müddətin bərpasına dair ərizəni nəzərdən keçirərək hesab edir ki, buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməməli, kassasiya şikayəti mümkün hesab edilməməli və onun qəbuludan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi vəya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. - 96.2.-ci maddəsin əəsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtinae dildiyi hallarda, apelly asiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının alındığı gündən 1 ay – 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Bu müddəaların tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 51-ci səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, cavabdehə apellyasiya məhkəməsinin qərarı 08 oktyabr 2018-ci il tarixdə təqdim edilmişdir. İşin 55-ci səhifəsində olan zərfin üzərindəki ştampdan göründüyü kimi, şikayət məhkəməyə 08 noyabr 2018-ci il tarixdə göndərilmişdir. Prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası İPM-nin müddəalarında aşağıdakılar müəyyən olunmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Buraxılan prosessual müddətin cavabdehin təqsiri olmadan buraxılmasını əsaslandırarkən, cavabdehin vəkili kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin bir təqvim ayı kimi anlaşıldığı üçün prosessual müddətin ötürüldüyünü bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizədə göstərilmiş əsas buraxılmış müddətin bərpası üçün yetərli deyildir. Belə ki, yuxarıda istinad edilmiş Məcəllənin 94.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilməsi müəyyən edilsə də, lakin Məcəllənin89-cu maddəsində məhkəmə qərarının onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minməsi müəyyən edilmişdir. Hər iki maddələrin əlaqəli təhlil i o nəticəni yaradır ki, inzibati prosessual qanunvericilikdə kassasiya şikayətinin verilməsi müddəti 1 ay kimi nəzərdə tutulmuş, lakin həmin ayın günlərlə hesablanması 30 gün kimi müəyyən edilmişdir. Hər hansı bir ayın 31ci günü mövcud olduqda belə, bu istisna kimi qəbul edilməməli və hər bir halda şikayətin verilməsi müddəti 1 ay və ya 30 gün kimi qəbul edilməlidir. Şikayətin 31-ci gün verilməsi artıq onu ehtiva edir ki, apellyasiya məhkəməsinin qərarından 30 gün keçdiyi üçün, o, qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə cavabdehin ərizəsində istinad edilmiş hal qanunvericiliklə müəyyən edilmiş proses iştirakçısının təqsiri olmadan buraxılması kimi qiymətləndirilmir və bu səbəbdən ə rizə təmin edilməməli, kassasiya şikayətinin verilmə müddəti buraxıldığından, kassasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 96.2-ci və 96.3-cü maddələrinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2, 24.3, 89, 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayı llı rayon şöbəsinin müdiri Kamran Muradov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 21(107)-484/2018 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin və kassasiya şikayəti mümküns ayılmasın, onun qəbulundan imtina edilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar