Məhkəmə qərarları › İş №2-1(102)-2751/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2751/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2751/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sədərək rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü(müddət); işin hallarının araşdırılması prinsipinin pozulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sədərək rayon İcra Hakimiyyətinə qarşı “Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X2 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyy ətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb, 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrin etibarsız sayılması və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi və iş yerinə - Sədərək rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Mustar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(108)72/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Sədərək rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək, səhhə ti ilə bağlı olaraq işdən azad edilməsini xahiş etmişdir. 2.Sədərək rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilmişdir (əsas: xx.xx.2023-cü il tarixli ərizə). 3.İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Sədərək rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək, xx.xx.2023-cü il tarixli ərizəsinin nəzərə alınmamasını və əvvəlki vəzifəsinə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir (iddiaçı səhhətində hər hansı problem olmamasına və ərizəni anlaqsız vəziyyətdə yazmasına istinad etmişdir). 4.Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçı öz ərizəsi əsasında “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən işd ən azad edilmişdir. 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq vakansiyalar elan edir. Odur ki, dövlət qulluğu sahəsində ixtisasa uyğun işlə təmin edilmək üçün X7 müraciət oluna bilər.

5. İddiaçı bundan sonra cavabdeh Sədərək rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, Sədərək rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X2 01 avqust 2023-cü il tarixd ən əsas əmək məzuniyyətində olduğunu nəzərə alıb, 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrin etibarsız sayılması, 08 avqust 2023-ü il tarixdən buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və iş yerinə (Sədərək rayon İcra Hakimiyyəti) tutduğu vəzifəyə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(122)1219/2023 saylı qərardadı ilə ərizə təmin edilərək iddia geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəmə sində icraat

7. İddiaçı təkrarən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq, Sədərək rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X2 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb, 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrin etibarsız sayılması və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi və iş yerinə - Sədərək rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sabiq icra başçısı (X5) ona işdən azad edilməsi ilə b ağlı ərizə yazmalı olduğunu bildirmiş və nəticədə əmrə tabe olaraq, səhhəti ilə əlaqədar işdən azad edilməsi barədə ərizə yazmışdır. Halbuki, işlədiyi dövrdə əmək fəaliyyəti müxtəlif vaxtlarda yüksək qiymətləndirilərək mükafatlandırılmışdır. İşdən çıxarılması barədə əmr verildikdən bir gün sonra X5 icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. Bundan sonra, yenidən ərizə ilə müraciət edərək əvvəlki ərizənin nəzərə alınmaması və işə bərpa olunmasını xahiş etmişdir. 9.İddiaçı daha sonra prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. 10.Ərizəçi göstərmişdir ki, əvvəlki məhkəmə işində hakim Elnur Hüseynov cavabdeh Sədərək rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 vasitəsilə Sədərək rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadəyə onun 20 (iyirmi) illik i ş stajını, təcrübəsini, ailə vəziyyətini, yaşını, nümunəvi işçi olmasını və iş yerinin boş olmasını nəzərə alıb müvafiq işlə təmin edilməsi və ya öz köhnə iş yerinə bərpa olunmasına köməklik göstərilməsi məqsədilə xahişinin çatdırılmasını bildirmiş və hakim əlavə olaraq biləvasitə özü Naim müəllimlə telefon əlaqəsi yaradaraq, onu (ərizəçini) qəbul etməsini və köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə zalında proses iştirakçılarının şahidliyi ilə o, 19 dekabr 2023-cü il tarixdə məhkəməyə sədrlik edən hakim Elnur Hüseynovdan ərizəsini geri götürdüyü və iş ilə təmin olunmadığı təqdirdə yenidən iddia qaldırmaq hüququnun olub-olmaması barədə soruşmuş, cavabında isə ona əgər iş ilə təmin olunmasa, sənədləri geri aldıqdan sonra istədiyi vaxt yenidən iddia qaldırmaq hüququnun olduğu bildiril miş, bu səbəbdən ərizəsini geri götürmüşdür. Rayona qayıtdıqdan sonra icra hakimiyyətinin başçısı onu qəbul etmiş və köməklik göstərməyə çalışacağını bildirmişdir. Təəssüflər olsun ki, bu günə qədər ona heç bir köməklik olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən buraxılmış prosessual müddətin üzrlü səbəblərdən buraxılmasını nəzərə alıb, müddətin bərpa olunması barədə qərar qəbul edilməsini və iddianı icraata qəbul edərək baxılmasını xahiş etmişdir. 11.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. 12.Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)710/2024 saylı qərardadı ilə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır. 13.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddia tələbi üç hissədən ibarətdir:

1. Sədərək rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X2 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb, 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrin etibarsız sayılması; 2. həmin tarixdən buraxılmış iş günlərinə görə iddiaçıya əmək haqqının ödənilməsi; 3. iddiaçının əvvəlki iş yerinə - Sədərək rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması. İddiaçının mübahisələndirdiyi inzibati akt 08 avqust 2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı mübahisələndirdiyi inzibati akt qəbul edildikdən təqribən bir neçə ay sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı ötürü lmüş müddətin bərpasına dair ərizəsində, həmçinin məhkəməyə ünvanladığı digər ərizələrdə mübahisəli əmri 05 sentyabr 2023-cü il tarixdə aldığını, 07 sentyabr 2023-cü il tarixdə hüquqlarının müdafiəsi məqsədilə məhkəmədə iddia qaldırdığını, sonradan iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri götürdüyünü, məhkəmənin müvafiq qərardadında bu halın onun yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmədiyini, ona görə də müddəti ötürməsinin üzrlü hesab edilməsini əsas gətirsə də, məhkəmə bu halları müddətin bərpasına əsas verən mötəbər hal kimi qiymətləndirmir. Belə ki, iddiaçı işdən çıxarılması ilə bağlı əmri aldıqdan sonra məhkəmədə iddia qaldırmış, sonradan öz ərizəsi əsasında iş üzrə icraata xitam verilmişdir. Bununla da, iddiaçı bu halın doğuracağı hüquqi nəticələrdən xəbərda r olmuşdur. Sonradan 23 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə müraciət edərək əmri mübahisələndirmiş və müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyini əsas gətirmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya mübahisələndirilən əmr məlum olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində onu mübahisələndirsə də, sonradan iş üzrə icraata xitam verilməsi barədə ərizə yazmışdır. Bu hal isə müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçının tələbinin ikinci və üçüncü hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, 08 avqust 2023-cü il tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi və iş yerinə - Sədərək rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması yalnız iddia tələbinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq əmrin etibarsız sayılmasından sonra mümkün ola bilər. Buna görə də məhkəmə hesab edir ki, əmrin etibarsız sayılması barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır.

14. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 15.Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə sinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(108)-72/2024 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)710/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 16.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: 18.İddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən o, əmrin mübahisələndirilməsi ilə əlaqədar ilk əvvəl vaxtında mə hkəmə mübahisəsi açmaqla prosessual müddəti ötürmədən iddia vermiş, işin məhkəmədən kənar həlli qaydasında hakimin təklifi səbəbindən mübahisəyə baxıldığı dövrdə ərizəsini geri götürmüşdür. Məhkəmə qarşısında öz qüsurlu mövqeyini əvvəlcədən görüb işin mübahisəsiz həllinə razılaşan cavabdeh təşkilat sonradan verdiyi vədə əməl etmədiyindən iddiaçı yenidən iddia ilə həmin məhkəməyə müraciət etməli olmuşdur ki, sonradan da hazırkı vəziyyət yaranmışdır. Mümkün sayılmamanın əsası kimi isə məhkəmə iddianın növünün mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, mübahisələndirilən əmrin barəsində verilmiş iddianın qanunla müəyyən olunmuş prosessual müddətlər çərçivəsində məhkəməyə təqdim olunmamasına istinad etmişdir. Halbuki, hakimin təklifi və cavabdeh orqanın nümayəndəsinin məhkəmədə müsbət mövqeyi nəzərə alınmaqla, tələbin məhkəmədən kənar təmin ediləcəyinə söz verildiyini və bununla bağlı hakimin yeni icra başçısı (belə ki, iddiaçı barəsində əmr imzalanan günün səhərisi, yəni 09 avqust 2023-cü il tarixdə, Sədərək rayon İcra Hakimiyyətinin başçısı tutduğu vəzifədən azad olunmuşdur) ilə telefon danışığı aparmasını nəzərə alaraq, məhkəmə iclasında ərizə verməklə iddianın və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bunun əsasında məhkəmənin xx.xx.2023- cü il tarixli, 2-1 (122)-1219/2023 nömrəli qərardadı qəbul edilmiş və iş üzrə icraata xitam verilməklə, qərardadın məzmununda ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir.

19. Məhkəmə iclas zalında hakim şifahi olaraq da bunu bildirmiş və onun işə bərpası baş tutmazsa, işə yenidən baxacağını bəyan etmişdir. (həmin işin audio-video görüntülərinə nəzər yetirilməlidir). Lakin aradan keçən qısa müddət ərzində işin məhkəmədən kənar qaydada həll olunmasında bir nəticə əldə olunmamış, cavabdeh orqan tərəfindən müsbət addım atılmamışdır. Odur ki, hüquqlarının müdafiə olunması məqsədilə iddianı təkrar verməli olmuşdur.

20. Lakin işə baxan aşağı instansiya məhkəmələri qeyd edilən halları üzrlü səbəb kimi nəzərə almamış, əsassız olaraq prosessual müddəti bərpa etməmiş və iddianı mümkünsüz hesab etmişlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əri zə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə ba ğlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydad a əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 26.İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı o nun barəsində qəbul edilmiş əmri ilk dəfə İPM-in 38.1-ci maddəsində təsbit edilmiş prosessual müddətlər çərçivəsində məhkəmə qaydasında mübahisələndirmiş, daha sonra iddia ərizəsini geri götürmüş, bir müddət keçdikdən sonra oxşar tələblə yenidən məhkəməyə müraciət etmişdir.

27. İşə baxan aşağı instansiya məhkəmələri iddia tələbini müddətin ötürülməsi əsası ilə mümkün saymamış və prosessual müddətin bərpası barədə gətirilən dəlilləri üzrlü (ilk məhkəmə icraatında mübahisənin məhkəmədən kənar həllinə nail olmaqla bağlı iddiaçıda yaranmış təəssürat və cavabdehin vədi) hesab etməmişlər.

28. Məhkəmə kollegiyası iddia müddəti institutunun əhəmiyyəti ilə bağlı qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstit usiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hü ququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasın a kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

29. Eyni zamanda, İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 30.Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada, üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar... çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarı). 31.Belə ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).

32. Bundan əlavə, ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

33. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa, cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. 34.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir.

35. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə bax ılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. 36.Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. 37.Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.

38. Odur ki, prosessual müddətin bərpası ilə bağlı vəsatətlərin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, şəxsin iddianı qaldırmaqda davam edən hüquqi marağı mövcud olmalı, lakin obyektiv səbəblərdən müraciət imkanı istisna edilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir k i, hazırkı işdə apellyasiya instansiyası məhkəməsi müddət məsələsinə formal yanaşmış, iddiaçının dəlilləri üzrə araşdırma və qiymətləndirmə aparmamış, İPM-in 38.1-ci maddəsinin tələbini birmənalı tətbiq etmişlər.

40. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə qeyd olunmalıdır ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının birinci müraciəti üzrə aparılmış məhkəmə icraatının materiallarını tələb etməli, iddiaçının ilk dəfə verdiyi iddia ərizəsini geri götürməsinin səbəblərini ətraflı araşdırmalı (bu zaman cavabdehin bu məsələdə hər hansı vədinin olub-olmamasını müəyyən etməli) və bundan sonra prosessual müddətin bərpa edilməsi məsələsinə (müddətin ötürülməsində üzrlü hal olubolmamasına) qiymət verməlidir. 41.Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(108)-72/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar