Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2752/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 avqust 2023-cü il tarixli, 2-1(104)-613/2023 nömrəli qəra rdadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X1 və X2 şəhid olduğu üçün ona şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2-1(083)35/2019 nömrəli qərarı ilə (hakim K.Vəliyev) iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 avqust 2023-cü il tarixli, 2-1(104)-613/2023 nömrəli qərardadı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, R.Mamedov və Ş.Rzaquliyev) iddiaçının apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2-1(083)-35/2019 nömrəli qərarı xx.xx.2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, sözügedən qərardan apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə rabitə orqanına verilmişdir ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə nəticələnmişdir. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 22.1, 22.2, 24.1-ci və MPM-in 135.1, 135.2, 135.3, 135.5-ci maddələrinə istinad etmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və apellyasi ya şikayətinin mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı kassasiya şikayətində qeyd edir ki, İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Göründüyü kimi iddiaçı yataq xəstəsi olduğu üçün Gəncə İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (083)-35/2019 saylı qərarından şikayət verə bilməmişdir. Lakin məhkəmə tərəfindən həmin səbəb üzrlü hesab edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə (İPM) a) Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla tə qdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xə bərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlən ilmə hüququ təmin edilməlidir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
10. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
11. Apellyasiya məhkəməsinin q ərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
13. Prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbə rliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
14. İşin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə şəxsən qəbzə imza edilərək qəbul edilmiş, həmin qərardan apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə rabitə orqanına verilmişdir.
15. Hazırkı qərarın 9-cu bəndində qeyd olunan İPM-in 85-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 gün müddətində verilə bilər. Göründüyü kimi, apellyasiya şikayəti isə təxminən 4 il 3 aydan sonra verilmişdir.
16. İddiaçı buraxılmış müddətin bərpası barədə ərizədə, eləcə də kassasiya şik ayətində yataq xəstəsi olduğunu bildirsə də, lakin bununla bağlı əsaslı sübutlar təqdim edilməmişdir.
17. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin.
18. Həmçinin qeyd edilməlidir ki, İPM-in 24-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
19. Beləliklə, iddiaçının şikayəti üzrə apellyasiyanın mü mkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.
20. Hazırkı qərarın “9 a” bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 avqust 2023-cü il tarixli, 2-1(104)-613/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.