Məhkəmə qərarları › İş №2-1(102)-2752/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2752/2025

13.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2752/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; məhkəmə icraatının dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2025-ci il tarixli, 2-1(103)-2452/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının 2022-ci ildə təqdim etdiyi, yəni satdığı mallar onun alışında və idxalında olmamış bu səbəbdən onun barəsində cavabdeh tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərar qəbul edilmiş və iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. İddiaçı özü 2022-ci il üzrə verdiyi gəlir vergisi bəyannaməsində gəlirini 149.685,44 manat, xərci isə 65.981,04 manat göstərmişdir. İddiaçı VM-nin 102.1.30-cu maddəsinə əsasən gəlirinin 75%-ni gəlir vergisindən azad etmiş ((149.685,44 -65.981,04) *75%) 20.973,90 mənfəətə cəlb edilməli olan gəlir yaranmış, keçmiş illərin də zərəri 20.973,90 manat olduğundan 0 manat mənfəət vergisi bəyannaməsi təqdim etmişdir.

3. Cavabdeh iddiaçının riskli vergi ödəyicisi olmasını nəzərə almaqla tətbiq etdiyi 75%-lik azad olmanı qəbul etməmiş, iddiaçının özünün bəyan etdiyi gəlir və xərcləri mübahisələndirməmiş, keçmiş illərin zərərini də nəzərə almaqla xx.xx.2023-cü il tarixli **********338300 saylı qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 12.546,10 manat əlavə vergi hesablanmışdır ((149.685,44(gəlir)-65.981,04(xərc)- 20.973,90 (keçmiş illərin zərəri)*20%). İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiyası məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət vergisi üzrə 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(112)-11907/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, **********338300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti ve rərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1516/2024 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, C.Yusifov və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(112)-11907/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati Kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-1(102)-458/2025 nömrəli (hakimlər N.Rəsulbəyova (məruzəçi), K.Bədəlov və Z.Quliyev) qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(103)1516/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki: “İddiaçı riskli vergi ödəyicisi hesab olunduqdan sonra cavabdeh Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməməsi qənaətinə gəlmiş və kameral vergi yoxlaması nəticəsində hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla 12.546,10 manat əlavə gəlir vergis i hesablamışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbindən əvvəl cavabdehə qarşı riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8561/2023 nömrəli qərarı ilə iddia tələbi qismən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması hissəsində təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-431/2024 nömrəli qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 21(102)-1508/2024 nömrəli qərarla qismən təmin edilmiş, Bakı Apellyasiy a Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, işdən müəyyən etmək olmur ki, iddiaçının riskli hesab edilməsinin əsasında duran əməliyyatlara görə hansı elektron qaimə-fakturalar verilmiş, eyni zamanda, bu qaimə-fakturalardan konkret olaraq hansıları ləğv edilmişdir. Eləcə də, ləğv edilməmiş elektron qaimə-fakturaların mövcud olub-olmamasına da aydınlıq gətirilməmişdir. Yuxarıda qeyd edilən iş hal hazırda Bakı Apellyasiya Məhkəməsində baxılma mərhələsindədir. Məhkəmə kollegiyası hesab edir ki, digər iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən apellyasiya məhkəməsi qarşısında qoyulan göstərişlərin araşdırılması, hazırkı işin də araşdırılmalı olan hallarını təşkil edir. Belə ki, mövcud işdən görünmür ki, hansı elektron qaimə-fakturalar ləğv edilmiş, ləğv edilmiş elektron qaiməfakturalar üzrə ödənilmiş məbləğlər geri qaytarılıb-qaytarılmamış və buna dair dəqiqləşdirilmiş bəyannamə təqdim edilib-edilməmişdir. Belə ki, qeyd olunan məsələ üzrə iddiaçının fəaliyyəti təhlil olunmuş və təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə 3 "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə tətbiq edilməsi imkanı həmin apellyasiya məhkəməsində araşdırılan iddiadan asılıdır. Belə ki, həmin normanın tələbləri baxımından vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, digər iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı işin apellyasiya məhkəməsi tərəfindən dayandırılması məqsədəmüvafiq hesab edilə bilər.” ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2025-ci il tarixli, 2-1(103)-2452/2025 nömrəli (hakimlər Ş.Məmm ədova (məruzəçi), C.Məmmədov və P.Hüseynov) qərardadı ilə hazırkı işin icraatı, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1002/2025 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi dayandırılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi işin materiallarını, şikayətin dəlillərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-458/2025 nömrəli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, iş üzrə icraat dayandırılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 21(103)-1002/2025 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilmədən hazırkı işə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İPM-nin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahis ə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçı "xxxx" Firmasının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarş2ı022-ci il mənfəət dövrü üzrə 28 avqust 2023-cü il tarixli **********338300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barəd ə” qərarın ləğv edilməsinə dair işə apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin 2-1(102)-458/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına istinad edərək iş üzrə icraatı dayandırması əsassız olmuşdur. Ali Məhkəmə sözügedən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işin dayandırılmasının məqsədəmüvafiq hesab edilə biləcəyini qeyd edir, bu məsələnin həllini apellyasiya instansiyası məhkəməsinin mülahizəsinə buraxır. Lakin Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırmadan 2-1(103)-1002/2025 saylı işin hazırkı işlə əlaqəsinə aydınlaşdırmad an hazırda mübahisələndirilən qərardadını qəbul etmişdir. Belə ki, 2-1(103)-1002/2025 saylı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2**********12000 saylı "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" qərarı mübahisələndirilir. Bakı Apellyasiya Məhkəməsində hazırda dayandırılan 2-1(103)-2452/2025 saylı iş üzrə isə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarı mübahisələndirilir. 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarın qəbul edilməsinə əsas olaraq iddiaçının riskli vergi ödəyiciləri siyahısında olması göstərilməmiş, hesablama risklilik ilə əlaqədar aparılmamışdır. Belə ki, 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarın əsaslandırılması hissəsində qərarın qəbul edilməsinə səbəb olaraq 2022-ci il üzrə iddiaçı tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin nəzarət-kassa aparatlarının onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə təqdim edilmədiyi göstərilmişdir. Eyni zamanda kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********862400 №-li məktubda isə səbəb olaraq qeyd edilir ki, “mənfəət vergisi bəyannaməsinin 239-cu sətrindəki 20973,90 manat məbləği sizin əvvəlki illərdə təqdim etdiy iniz bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir”.

15. Göründüyü kimi hazırki iş üzrə kameral vergi yoxlamasının səbəbi olaraq iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə istinad edilməmiş, ümumilikdə 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarın risklilik ilə əlaqəsi qeyd edilməmişdir. Bu səbəbdən 2-1(103)-2452/2025 saylı işin dayandırılması üçün hər hansı əsas mövcud deyil.

16. Belə ki, mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması İnzibati Prosessual Məcəllənin 7-ci maddəsi ilə tənzimlənir. İPM-in 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasib ətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Göstərilən maddəyə əsasən işin icraatını dayandırmaq haqda qərardad qəbul edilməsi üçün iki şərt ödənilməlidir: 1) dayandırılan icraatda preyudisial maraq olmalıdır; 2) barəsində icraatın dayandırıldığı hüquqi mübahisə ilə digər məhkəmədə araşdırılması vacib olan hüquqi münasibət arasında qarşılıqlı əlaqə olmalıdır. Preyudisiallıq o zaman mövcud olur ki, icraatda olan hüquqi mübahisənin həll edilməsi üçün başqa məhkəmədə həmin vaxt araşdır ılan hüquq münasibətinin məhz həmin məhkəmə tərəfindən müəyyən edilməsi vacib olsun. Qarşılıqlı əlaqədən bəhs edə bilmək üçün isə araşdırılan hüquq münasibətinin müəyyən edilməsi inzibati məhkəmə icraatında olan mübahisə barəsində qəbul ediləcək qərara təsir etməlidir (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2199/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı, § 27-28).

17. Göründüyü kimi qeyd edilənlərə əsasən hazırkı iş üzrə göstərilən əsaslar mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə icraatın dayandırılması nəticəsinə gələrkən yuxarıda qeyd edilən halları nəzərə almamış, işin hallarını araşdırmadan qərardad qəbul etmiş, bununla da işin hallarının hərtərəfli araşdırılması prinsipinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə İPM-in 7. 2-ci maddəsində göstərilən əsaslar mövcud deyil.

18. İPM-in 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə a ktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları). b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən bax ılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Madd ə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol veri lmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsa slandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduqdan sonra cavabdeh Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququnun onun barəsində tətbiq oluna bilməməsi qənaətinə gəlmiş və kameral vergi yoxlaması nəticəsində hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla 12.546,10 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçı hazırkı iddia tələbindən əvvəl cavabdehə qarşı riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iş halhazırda Ali Məhkəmədə baxılma mərhələsindədir.

25. Məhkəmə kollegiyası hesab edir ki, digər iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən apellyasiya məhkəməsi qarşısında qoyulan göstərişlərin araşdırılması, hazırkı işin də araşdırılmalı olan hallarını təşkil edir. Belə ki, mövcud işdən görünmür ki, hansı elektron qaimə-fakturalar ləğv edilmiş, ləğv edilmiş elektron qaiməfakturala r üzrə ödənilmiş məbləğlər geri qaytarılıb-qaytarılmamış və buna dair dəqiqləşdirilmiş bəyannamə təqdim edilib-edilməmişdir. Belə ki, qeyd olunan məsələ üzrə iddiaçının fəaliyyəti təhlil olunmuş və təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə 3 "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir.

26. Kollegiya qeyd edir ki, İPM-in 7.2-ci maddəsində təsbit edilmişdir ki, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan dig ər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.

27. Hazırkı işdə kollegiya hesab edir ki, belə asılılıq vardır. Çünki iddiaçı tərəfindən Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə tətbiq edilməsi imkanı həmin apellyasiya məhkəməsində araşdırılan iddia üzrə işin nəticəsindən asılıdır.

28. Apellyasiya instansiyası məhkəmə düzgün olaraq Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1002/2025 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilmədən hazırkı işə baxılmasının mümkün olmaması qənaətinə gəlmişdir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2025-ci il tarixli, 21(103)-2452/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar