Məhkəmə qərarları › İş №2-1(102)-2753/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2753/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2753/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (İş № 2-1(102)-2753/2023) Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi, prosessual müddətin ötürülməsi; kassasiya şikayətinin mümkünlüyü zamanı dinlənilmə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarının ləğv olunması tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(108)-33/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cavabdehə qarşı 18 may 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli əlilliyin dəyişdirilməsi barədə 04/187 nömrəli qərarının ləğv edilməsini məhk əmədən xahiş etmişdir. İddiaçı eyni zamanda, ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət də təqdim etmişdir.

2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: E.Hüseynov) 03 iyul 2023-cü il tarixli, 2-1(122)-595/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməyərək, iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir.

4. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Qarayev sədrlik edən və məruzəçi, Y.Qurbanov və S.Bəylərli) xx.xx.2023-cü il tarixli, 2-1(108)33/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddi açı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(108)-33/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya göndərilmiş, qərarla yanaşı “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardım haqqında məlumat” da xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (iş materiallarında olan (iş v. 137) xəbərnamə ilə bu hal təsdiqlənir).

7. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(108)-33/2023 nömrəli qərardadından iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti ve rilmişdir.

8. İddiaçının kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün İPM-in 94.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük prosessual müddət də ötürülmüşdür. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikay ət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxl ayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

10. Mülki Prosessual Məcəllə Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.Bu aşağıdakı səbəblərdən irəli gəlir.

12. Belə ki, bu Qərarın 9-10-cu bəndlərində qeyd edilən prosessual normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməli, eyni zamanda kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilməlidir.

13. Nəzərə alınmalıdır ki, məhkəmə icraatının səmərəliliyinin artırılması üçün kassasiya şikayətlərinin tərtibi ilə bağlı prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi xüsusi əhəmiyyətlidir. Odur ki, bu məqsədlə Ali Məhkəmə tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardım haqqında” Məlumat hazırlanmışdır. Bu məlumat kassasiya şikayətinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin müvafiq müddəalarından irəli gələn və şikayət tərtib edilərkən riayət edilməli olan əsas tələbləri əks etdirm iş və inzibati mübahisələrə dair işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından (qərar və ya qərardadlarından) kassasiya şikayəti vermək istəyən şəxsə yardım məqsədilə hazırlanmışdır. Göstərilən tələblərə əməl edilməməsi isə kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Həmçinin, məlumatda qeyd edilmişdir ki, kassasiya şikayəti verən şəxs şikayətin mümkünsüzlüyünə səbəb olan nöqsanların aradan qaldırılmasına dair sənədləri, məlumatları və ya mülahizəsini kassasiya şikayəti ilə birgə məhkəmə aktını çıxarmış apellyasiya instansiyası məhkəməsinə təqdim etməlidir.

14. Hazırkı iş üzrə sözügedən Məlumat iddiaçıya apellyasiya instansiya məhkəməsinin qərarı ilə birgə təqdim edilmiş (bununla da, İPM-in 96.3-cü maddəsindəki dinlənilmə hüququ təmin edilmiş), Məlumatın İV bəndində kassasiya şikayətinin forma və məzmununa dair tələblər əks etdirilmiş, həmin bəndin birinci və ikinci hissələrində isə qeyd edilmişdir ki: “1. Şikayət vəkil tərəfindən tərtib edilməli, həmçinin vəkil tərəfindən imzalanmalı və vəkilin orderinin əsli şikayətə əlavə edilməlidir.

2. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı aztəminatlılığı təsdiq edən müvafiq sübutları təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət edə bilər.”

15. Məlumatın V bəndinə isə qeyd edilmişdir ki: “1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində, məhkəmə qərardadının təqdim olunduğu gündən isə 10 (on) gün müddətində verilməlidir.

2. Müddətinin başlanğıcı məhkəmə aktının şəxsə rəsmi qaydada təqdim olunduğu gündən başlayır. Müddətlərin hesablanmasına və qurtarmasına dair müddəalar MPM-in 128 və 129-cu maddələrində təsbit olunmuşdur. İşdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildyi vaxtdan təqdim edilmiş sayılır. Rəsmi qaydada təqdim edilmənin digər üsulları MPM-in 135-ci maddəsində göstərilmişdir.

3. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə də verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Müddətin ötürülmədiyini güman edən şəxslər bu halı təsdiq edən sübutları təqdim etməlidir.”

16. İddiaçı 10 gün müddətində vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətini təqdim etməli olması ilə bağlı məlumatlandırılsa da, kassasiya şikayətini vəkilsiz tərtib etmiş, həmçinin dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət də etməmişdir. Bununla yanaşı, prosessual müddətin ötürülməməsinə dair sübutlar təqdim etməmiş və ya ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verməmişdir.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.

18. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(108)-33/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar