Məhkəmə qərarları › İş №2-1(102)-2753/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2753/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2753/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dai r inzibati iş üzrə iddiaçının dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(103)2427/2024 nömrəli qərardadından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(112)-5688/2024 nömrəli qərarı ilə iddia tə min edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı hüquqlarının peşəkar müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(103)-2427/2024 nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir.

6. İddiaçı həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, eyni zamanda, kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və dövlət hesabına vəkillə təmin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olunan səbəblərdən təmin edilməməli, həmçinin onun kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

9. Kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

11. Belə ki, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarda dı elektron imza ilə təsdiq edilib xx.xx.2024-cü il tarixdə AZEMİS-də iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

12. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən qanunla müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

13. Bu qərardadın 7-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

14. Eyni zamanda, bu qərardadın 7-ci bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

15. İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə sözügedən qərardaddan kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə onun elektron ünvanına sözügedən qərardaddan vəkilin iştirakı olmadan kassasiya şikayətini verə biləcəyinə dair apellyasiya instansiyası məhkəməsinin məktubu daxil olmuşdur. O, xx.xx.2024-cü il tarixədək sözügedən qərardaddan vəkilin iştirakı olmadan kassasiya şikayəti verə biləcəyini bilməmişdir. xx.xx.2024-cü il tarixdə kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə təqdim etmək istədikdə, ona kassasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürdüyü, bunun üçün prosessual müddətin bərpasına dair ərizə verməli olduğu bildirilmişdir. Ona görə də, o, xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti ilə bərabər buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Müddətin ötürülməsi iddiaçı tərəfindən qeyd edilən hallarla əlaqələndirilmiş və müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyi qeyd edilərək buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir.

17. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

18. Göründüyü kimi, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin məhkəməyə müddətin üzrlü səbəbdən və onun təqsiri olmadan buraxılmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmi n edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 21(103)-2427/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar