Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2755/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1964-cü il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2-1(106)-11/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən o, X8 İdarəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, X1 xx.xx.1984-cü il tarixdən xx.xx.1985ci il tarixədək, “Azneft” X5 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “quyuların qazılması üzrə qazmaçı köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “buruq ustası”, “Şirvanneft” NQÇİ-də xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “yeraltı təmir ustası”, "xxxx" Müştərək Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx", Karasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “istismar sahəsi üzrə mühəndis”, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “quyu sınağı və kimyəvi üsulla işlənmə üzrə mühəndis”, xx.xx.20 09-cu il tarixdən xx.xx.2009-cu il tarixədək “quyuların tədqiqi üzrə usta”, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək “boru meydançasında fəhlə” işləmiş, xx.xx.2013-cü il tarixdən “istehsalat sahəsinin ustası” işləyir.
2. İddiaçı xx.xx.1982-ci il tarixli hərbi biletdəki qeydlərə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Karasu Əməliyyat Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı Karasu Əməliyyat Şirkətində quyuların təmirə hazırlanması sexində "xxxx" vəzifəsində işləyir. O, Karasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “istismar sahəsi üzrə mühəndis”, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “quyu sınağı və kimyəvi işləmə üzrə mühəndis”, xx. xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Mişovdağ sahəsində “quyuların tədqiqi üzrə usta”, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək “boru meydançasında fəhlə”, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək quyuların təmirə hazırlanması sexində “istehsalat sahəsinin ustası” (8 il 5 ay 19 gün güzəştli iş stajı), həmçinin "xxxx" X2 sahəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “gecə növbəsi ustası” (cəmi 4 il 9 ay 21 gün güzəştli iş stajı) işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iste hsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına (10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) əsasən ümumilikdə 13 il 3 ay 10 gün güzəştli iş stajına malikdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 74 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini – X3 xx.xx.1994-cü il tarixli, 130 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək X5 İdarəsində 3-cü dərəcəli “qazmaçı köməkçisi”, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 4-cü dərəcəli “qazmaçı köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 5-ci dərəcəli “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müvəqqəti “buruq ustası” işləmiş, bu müddətdə ümumi və güzəştli iş stajı 7 il 5 ay 17 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən “qazmaçı köməkçisi”, “buruq ustası” peşələri güzəştli iş stajı təşkil edir. 6. “X6 LTD” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 52 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı “Şirvanneft” NQÇİ-nin 3 saylı Neftqazçıxarma sexində “yeraltı təmir üzrə operator” və “yeraltı təmir üzrə usta” peşələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 21302000
2. Neft-qaz və qaz kondensatının hasilatı) əsasən İddiaçı “Şirvanneft” NQÇİ-də ümumi və güzəştli şərtlərlə 10 ay 7 gün əmək stajı var. Belə ki, İddiaçı xx.xx.1995-ci il tarixli, 47/k nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (6 ay 17 gün) 3 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli “yeraltı təmir üzrə operator” (“2130200a—15870 quyuların yeraltı təmiri üzrə operatorlar”) peşəsində; xx.xx.1995-ci il tarixli, 172/k nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (3 ay, 20 gün) 3 saylı Neftqazçıxarma sexində “yeraltı təmir üzrə usta” (“2130200b—23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar”) peşəsində işləmişdir. İddiaçı xx.xx.1996-cı il tarixli, 20-k-a nömrəli əmrlə xx.xx.1996-cı il tarixdən "xxxx" Müştərək Müəssisəsinin fəaliyyət zonasının genişləndirilməsilə əlaqədar köçürmə yolu ilə işdən azad edilmişdir.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək döyüşən ordunun tərkibində 90-cı illərdə xidmət etdiyi üçün həmin dövrdəki stajının üçqat həcmdə hesablanmalı olduğunu qeyd edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ona ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (23 il 2 ay 5 gün (xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-cı il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək) təşkil edir. Qeyd olun anlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı 10 noyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xa hiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X8 İdarəsində “yerqazan” vəzifəsində işləmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, X1 xx.xx.1986-cı il tarixdən xx.xx.1985-ci il tarixədək “rəngsaz”, “Azneft” Birliyinin X5 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “qazmaçı köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “buruq ustası” peşələrində işləmişdir. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. O, “Şirvanneft” NQÇİ-də xx.xx.199 5-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “yeraltı təmir ustası”, "xxxx" Müştərək Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx", Karasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “istismar sahəsi üzrə mühəndis”, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək quyuların “yeraltı və əsaslı təmiri sahəsində mühəndis”, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “quyu sınağı və kimyəvi üsulla işlənməsi üzrə mühə ndis” peşələrində işləmişdir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olduğu zaman xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (2 ay 27 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 1 gün) və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 28 gün) döyüş zonasında xidmət etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən döyüş zonasındakı xidmət dövrü üçqat ölçüdə ümumi iş stajına əlavə edilməlidir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, onun döyüş zonasındakı xidmət dövrü birqat ölçüdə hesaba alınmışdır. Onun döyüş zonasındakı xidmət dövrü üçqat ölçüdə nəzərə alınacağı halda, onun 25 il 1 ay 16 günlük ümumi iş stajı olacaqdır ki, bu da, cavabdehin imtinasının əsassız olduğ unu göstərir.
11. Cavabdehin iddia tələbinə dair etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.
12. Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 23 il 2 ay 6 gün (xx.xx.1982-xx.xx.1984-ci il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 13 il 4 ay 23 gün (xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Eyni zamanda ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18850,70 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 64331,40 manat olmaqla cəmi pensiya kapitalı 83182,10 manat təşkil edir.
13. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-518/2022 nömrəli (hakim S.F.Həsənov) qərarı ilə iddiа təmin edilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki,
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-87/2-342/2023 nömrəli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1993-cü il tarix dən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini – X3 xx.xx.1994-cü il tarixli, 130 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “f” bəndinə (ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
17. Həmin məktuba əlavə edilmiş istefada olan gizir İddiaçı şəxsi işində olan xidmət dəftərçəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.199 4-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2-1(106)-11/2023 nömrəli qərarı ilə (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və C.F.İmanov) cаvаbdеhin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-518/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəs inə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığı müəyyən edildiyindən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi tələbində haqlıdır.
20. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir.
22. Belə ki, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı aşağıdakı kimidir: xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək; xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək; xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək; xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək; xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək; xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək; xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək; xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (cəmi: 23 il 2 ay 5 gün). İddiaçının xx.xx.20 06-cı il tarixədək güzəştli iş stajı isə 13 il 4 aydır.
23. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan çox (13 il 4 ay) olsa da, ümumi iş stajı 23 il 2 ay 5 gün olmaqla 25 ildən azdır və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına imkan vermir.
24. Bununla yanaşı, məhkəmə qanunun tətbiqində səhvə yol verərək iddiaçının hərbi qulluqçu olmamasına və Qanunun 9.8-ci maddəsi ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etməsinə baxmayaraq Qanunun 9.5-ci maddəsi ilə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olan şəxslərə tətbiq olunan “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərb i xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarını tətbiq etmiş və xx.xx.1992-xx.xx.1994-cü illəri güzəştli hesab edərək hesablamışdır.
25. Həmçinin iddiaçı xx.xx.1992-xx.xx.1994-cü illərdə həqiqi hərbi xidmətdə olduğunu təsdiq etmək üçün məhkəməyə Daxili İşlər Nazirliyi X10 İdarəsinin xx.xx.2022-ci il tarixli, 024-1368-1222 nömrəli məktubunu təqdim etmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsində qeyd olunmuş “müvafiq icra h akimiyyəti orqanı”nın səlahiyyətlərini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi həyata keçirir. Yəni iddiaçının xx.xx.1992-xx.xx.1994-cü illərdə həqiqi hərbi xidmətdə olduğunu təsdiq edən sənəd Daxili İşlər Nazirliyinin deyil, Müdafiə Nazirliyinin məktubu ola bilər.
26. Göründüyü kimi, məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüq uqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə
149. Normativ hüquqi akt lar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir 29. “Əmək pensiyaları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (iddiaçının müraciət etdiyi vaxt qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 30. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdi yi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
31. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şə raiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 32. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” 34. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həq iqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydası nda yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
37. Apellyasiya instansi yası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüqu qi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
42. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə m ünasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun xx.xx.2006-cı il tarixədək tələb edilən 25 il ümumi iş stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı da cavabdehin imtinasını əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır.
44. Cavabdehin kassasiya şikayətinin məzmununa görə xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir.
45. Göründüyü kimi iddiaçı nın xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli sığorta stajının olmasına münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur.
46. Belə ki, iddiaçı “Azneft” X5 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “quyuların qazılması üzrə qazmaçı köməkçisi” (7 il 4 ay 1 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (1 ay 3 gün) “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (14 gün) “buruq ustası”, “Şirvanneft” NQÇİ-də xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (6 ay 17 gün) “yeraltı təmir operatoru”, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (3 ay 20 gün) “yeraltı təmir ustası”, "xxxx" Müştərək Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 2 gün) “yeraltı təmir ustası”, xx.xx.1997- ci il tarixdən xx.xx.1997-ci il tarixədək (2 ay 20 gün) “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (6 ay 18 gün) “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (3 il 20 gün) "xxxx" işləmişdir ki, həmin peşələr də 2 nömrəli Siyahıda (Xİİ bölmə (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı), “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (2130100a— 11297)”, “buruqların ustaları və onların köməkçiləri (2130100b—23196)”, “quyuların yeraltı təmiri üzrə operatorlar (2130200a—15870)”, “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə nef t, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar (2130200b—23187)”) öz əksini tapmışdır.
47. Beləliklə iddiaçının 1 yanvar 2006-cı il tarixə xüsusi iş stajı 12 il 6 aydan artıqdır və bu staj onun iş yeri tərəfindən verilmiş təfərrüatlı arayışlarla təsdiq olunur.
48. Kasasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, işin araşdırılmış hallarına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (2 il) Sovet Ordu sıralarında, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (2 il 3 ay 21 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olmuş, həmçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (3 ay 20 gün) X8 İdarəsində, xx.xx.1984 -cü il tarixdən xx.xx.1985-ci il tarixədək (7 ay 29 gün) X1, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (7 il 5 ay 18 gün) “Azneft” X5 İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (10 ay 7 gün) “Şirvanneft” NQÇİ-də, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək (4 il 9 ay 29 gün) "xxxx" Müştərək Müəssisəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (5 il 1 ay 2 gün) Karasu Əməliyyat Şirkətində işləmişdir.
49. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (2 ay 27 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 1 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 28 gün) Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etdiyini, qanunvericiliyə əsasən döy üşlərdə iştirak müddətinin üçqat ölçüdə nəzərə alınmalı olduğunu, belə olan halda isə xx.xx.2006cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğunu bildirir. Cavabdeh isə iddiaçının döyüşlərdə iştirak müddətini birqat ölçüdə nəzərə alaraq iddiaçının xx.xx.2006cı il tarixədək tələb olunan 25 il ümumi sosial sığorta stajının olmadığını qeyd edir.
50. Nəzərə almaq lazımdır ki, xx.xx.2005-ci il tarixli, 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir.
51. Həmçinin xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqi lliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir.
52. Beləliklə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisələndirilən dövrdə qüvvədə olan redaksiyada “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir.
53. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (2 ay 27 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 1 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 28 gün) Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Belə olan halda, iddiaçının Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etdiyi müddətlər onun ümumi stajına üçqat ölçüdə daxil edilməlidir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Hazırkı halda qeyd edilən müddətlər cavabdeh tərəfindən ümumi olaraq iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (2 il 3 ay 21 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət dövrünün tərkib hissəsində, yəni birqat ölçüdə artıq nəzərə alındığından, həmin müddətlər əlavə olaraq ikiqat ölçüdə (2 ay 27 gün + 2 ay 27 gün + 3 ay 1 gün +3 ay 1 gün + 3 ay 28 gün + 3 ay 28 gün = 1 il 7 ay 21 gün) hesablanmaqla iddiaçının ümumi stajına (23 il 6 ay 5 gün + 1 il 7 ay 21 gün) daxil edilməlidir. 54.. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığı müəyyən edildiyindən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin t arixdən hesablanaraq ödənilməsi tələbində haqlıdır.
55. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb edilən iki şərt - 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlandığından apellyasiya məhkəməsinin ona 57 yaşının tamam olduğu 01 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
57. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti t əmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2023-cü il tarixli, 21(106)-11/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.