Məhkəmə qərarları › İş №2-1(102)-2757/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2757/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2757/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə sərəncam veriməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 20 iyun 2024-cü il tarixli, 2-1(103)2077/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********221 nömrəli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli arayışlarından, habelə İddiaçı EZ ******* nömrəli Hərbi biletinin surətindən görünür ki, baş leytenant İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası SQ-da kursant, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir.

2. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənəddən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir.

3. AZ-İ 976073 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.2014-cü il tarixdə nikahları bağlanılmış və bu akt qeydlər kitabında xx.xx.2014-cü il tarixdə 249 nömrə ilə qeyd aparılmışdır.

4. Asan 7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışa əsasən ünvan 1 ünvanda iddiaçı və onun ailə üzvləri X4 və X5 qeydiyyatdadırlar.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın aşkar edilmədiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2 nəfər ailə üzvü (Ramazanova (Beydullayeva) Aygün Fikrət qızı və X5) ilə birgə mənzil növbəsinə götürülməsi və mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ehtiyatda olan hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə (arvadı və 1 oğlu) mənzil növbəsinə götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildə Aprel döyüşlərində hərbi xidmətdə olduğu zaman düşmənin atdığı mərmi nəticəsində yaralandığına görə ona 2017-ci ildə əlillik dərəcəsi təyin edilərək ordu sıralarından ehtiyyata buraxılmışdır. 2022-ci ilin yanvar ayından etibarən Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. O, ehtiyatda olan zabit kimi özünün və digər 2 ailə üzvünün mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə dair ərizə ilə cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətindən əsassız səbəblərdən dəfələrlə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

9. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən (daşınmaz əmlakın olub-olmaması barədə 1 saylı Bakı Ərazi İdarəsinin **********28 saylı xx.xx.2022-ci il tarixli məktubu) müəyyən olunmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına (ümumbirgə pay) Zaqatala şəhərində 0.05 ha yaşayış təyinatlı torpaq sahəsinə dair JN 195F, Kod 40201004 nömrəli xx.xx.2006-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və Zaqatala rayonu 2 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2119 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən iddiaçı həmin torpaq sahəsindəki payını X1 bağışlamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Göründüyü kimi yaşayış sahəsi olmayan hərbi qulluqçuların sırf mənzillə deyil, torpaq sahəsi ilə də təmin olunması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (mənzil sahəsinə və torpaq sahəs inə) malik olub-olmamaları yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının adına daşınmaz əmlak (ümumbirgə payda yaşayış təyinatlı torpaq sahəsi) mövcud olmuş, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci m addəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Göründüyü kimi qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsini nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Hesab edirlər ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) xx.xx.2024-cü il tarixli, 2-1(112)2233/2024 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı və 1 oğlu) mənzil növbəsinə götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərin in ödənilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınmağa hüququ yarandığından, cavabdehin mənzil siyahısına alınmasından imtinası qanunsuz və əsassız olmuşdur. İşdə olan cavabdehin imtina məktubu həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbinə zidd olaraq inzibati akt formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi qətidir. Cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əs aslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə də zidd olmuşdur.

12. Bundan başqa, qeyd edilən xüsusi vəziyyətin nəzərə alınmaması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna da səbəb ola bilər. Belə ki, ölkədə bütün icra hakimiyyəti orqanları tərəfindən digər ehtiyatda olan və müharibə əlili olan hərbi qulluqçulara münasibətdə mənzil növbəsinə götürülməsi və mənzil kirayə xərclərinin ödənilməsi hüququ tanındığı halda, iddiaçıya münasibətdə əksi vəziyyəti yaratmış olar. Halbuki, hər iki vəziyyət eyni mühüm faktiki hallara malikdirlər. Eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi isə qadağan edilir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiy a şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2233/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 21(103)-2077/2024 nömrəli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: K.H.Əkbərov və G.M.Abbasova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti etiraza və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddənin 2-ci hissəsinin 3-cü abzasının birinci cümləsinə əsasən: - “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz t orpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.” - 4-cü abzasının birinci cümləsinə əsasən isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 12-ci maddənin 7-ci hissəsinə əsasən: - “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı bi rləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).”

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəm inatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.... Maddə

52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə

55. Yaşayış sahəsinə ehtiyacı olan qi smində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır:... 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;...

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna gö türülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə müba hisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun və ailə üz vlərinin mənzil növbəsinə götürülməsini və mənzil verilənədək kirayə pulunun verilməsi barədə sərəncam verilməsinə nail olmaqdan ibarətdir.

29. İşin müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası SQ-da kursant, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyinə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdən “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, üç nəfər ailə tərkibində (özü, arvadı və övladı) ünvan 1 ünvanda qeydiyyatdadır və onun adına r espublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir.

30. Beləliklə, iddiaçının xəstəliyinə görə ehtiyata buraxılması, həm də onun xəstəliyinin 3cü dərəcə müddətsiz əlilliklə qiymətləndirilməsi nəzərə alınmalı, onun cavabdehə qarşı hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi barədə işə baxan apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilməlidir.

31. Cavabdeh tərəfindən istinad olunan, iddiaçının vaxtilə ümumi birgə mülkiyyətdə olan 0,05 ha torpaq sahəsindən ona düşən payını bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsinə münasibətdə isə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, torpaq sahəsindəki cüzi bir payı nı 2021-ci ildə bağışlama müqaviləsi əsasında digər payçının xeyrinə güzəşt etməsi, ayrıca yaşayış sahəsi olmayan iddiaçının bilərəkdən öz vəziyyətini süni pisləşdirilməsi kimi qəbul edilməməlidir.

32. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası bildirir ki, Mənzil Məcəlləsinin 55-ci maddəsində “yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması”na əsas olmuş hallar sadalanmışdır. 55.1.5-ci maddədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilməsi uçotdan çıxarılma halı kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı hətta uçota alınmış olsaydı belə, onun Zaqatala şəhərində ümumi birgə mülkiyyət hüququ olan 0,05 ha torpaq sahəsindəki payı qanunvericiliyə uyğ un olaraq müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən ayrılmadığından bu hal uçotdan çıxarılmaq üçün belə əsaslı səbəb hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır... Onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günü n 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

34. Cavabdeh hesab edir ki, iddiaçının mülkiyyətində torpaq sahəsi olduğundan o, mənzil uçotuna götürülə və mənzillə təmin edilənə qədər kirayə haqqı ala bilməz.

35. Cavabdehin dəlilini əsaslı saymayan məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının başqaları ilə ümumi birgə mülkiyyətində olan torpaq sahəsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, habelə müvafiq bələdiyyə tərəfindən yaşayış sahəsinin tikintisi üçün verilməsi iş materialları ilə sübuta yetmədiyindən cavabdehin dəlili əsaslı sayıla bilməz.

36. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçı xəstəliyinə görə ehtiyata buraxıldıqdan sonra hərbi qeydiyyata düşmək üçün sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmiş və iddiaçıya Bakı şəhərində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, habelə müvafiq bələdiyyə tərəfindən yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilməsi təsdiqini tapmamışdır.

37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiy a instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)2077/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar