Məhkəmə qərarları › İş №2-1(102)-276/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-276/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-276/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir şəhər Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-439/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 04.12.1973-cü il tarixdən 08.02.1974-cü il tarixədək fəhlə işləmiş, 27.05.1974-cü il tarixdən 06.03.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, 15.03.1976-cı il tarixdən 13.07.1983-cü il tarixədək 13 saylı Mexanikləşdirilmiş Səyyar Dəstədə (PMK-13-də), 14.07.1983-cü il tarixdən 16.02.1988-ci il tarixdən 7 nömrəli Şəki Sənaye Kombinatında (Promkombinatda), 16.02.1988-ci il tarixdən 30.01.1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, 30.01.1989-cu il tarixdən 17.04.2004-cü il tarixədək Şəki Sənaye Kombinatında, 17.04.2004-cü il tarixdən 01.10.2005-ci il tarixədək Şəki Tikinti Materialları Kombinatında ekskavator maşinisti və 05.01.2010-cu il tarixdən 30.04.2014-cü il tarixədək “Barama” Kiçik Müəssisəsində operator işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini 12.03.2018-ci il tarixli **/****nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısına əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yoxdur. Hazırkı iş üzrə iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Şəmkir şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.03.2012-ci il tarixdən Bununla razılaşmayan iddiaçı hazırkı iddianı irəli sürərək tələbini onunla əsaslandırmışdır ki, o, 04.12.1973-08.02.1974, 15.03.1976-13.07.1983, 14.07.1983- 01.10.2005, 05.01.2010-30.04.2014-cü illərdə Şəki şəhərində yerləşən müxtəlif daş karxanalarında ekskavatorçu-maşınıst işləmişdir. O, güzəştli şərtlə pensiya təyin olunması üçün cavabdehə müraciət etsə də onun müraciəti təmin olunmamışdır. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 30 may 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin üzərinə iddiaçı Iddiaçı na 01.03.2015-ci il tarixdən güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 30 may 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-439/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 30 may 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi (04.12.1973-08.02.1974, 27.05.1974-06.03.1976, 15.03.1976-13.07.1983, 14.07.1983-01.10.2005) və 20 ildən artıq xüsusi (15.03.1976-13.07.1983, 14.07.1983-01.10.2005) sığorta stajına malik olmuşdur ki, bu da iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə pensiya təyin edilməsinə əsas verir. Belə ki, iddiaçı 01.01.2006-cı il tarixədək həm 25 il ümumi həm də 12 il 6 ay xüsusi sığorta stajını tamamlamışdır. İddiaçı **.**.****-ci il tarixdə doğulmuşdur ki, qanunvericiliyin tələbləri baxımından onun pensiya hüququ 55 yaşı tamam olduğu 19.05.2010-cu il tarixdə yaranmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-439/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini n dəlillərinə görə məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.2.1-ci bəndinə əsasən açıqda dağ-mədən işləri və yer səthində işlər, ekskavator maşinistləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxildir. Lakin iddiaçı daş karxanasında deyil, Şəki rayonunda yerləşən tikinti təşkilatlarında işləmişdir. İddiaçının işlədiyi peşə siyahıda nəzərdə tutulmamışdır. Kassator İPM-nin 90-96.9-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-43 9/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-439/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.* *.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 04.12.1973-cü il tarixdən 08.02.1974-cü il tarixədək fəhlə işləmiş, 27.05.1974-cü il tarixdən 06.03.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, 15.03.1976-cı il tarixdən 13.07.1983-cü il tarixədək 13 saylı Mexanikləşdirilmiş Səyyar Dəstədə (PMK-13-də), 14.07.1983-cü il tarixdən 16.02.1988-ci il tarixdən 7 nömrəli Şəki Sənaye Kombinatında (Promkombinatda), 16.02.1988-ci il tarixdən 30.01.1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, 30.01.1989-cu il tarixdən 17.04.2004-cü il tarixədək Şəki Sənaye Kombinatında, 17.04.2004-cü il tarixdən 01.10.2005-ci il tarixədək Şəki Tikinti Materialları Kombinatında ekskavator maşinisti və 05.01.2010-cu il tarixdən 30.04.2014-cü il tarixədək “Barama” Kiçik Müəssisəsində operator işləmişdir. Əmək pensiyaları haqqınd a Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə iddiaçının 25 ildən artıq sosial sığorta stajına malik olması işin tərəflər tərəfindən mübahisələndirilməyən hallarına aiddir. Hazırkı iş üzrə tərəflər arasında mübahisələndirilən yeganə hal iddiaçını n 16.02.1988-ci il tarixdən 30.01.1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, 30.01.1989-cu il tarixdən 17.04.2004-cü il tarixədək Şəki Sənaye Kombinatında, 17.04.2004-cü il tarixdən 01.10.2005-ci il tarixədək Şəki Tikinti Materialları Kombinatında ekskavator maşinisti işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamasıdır. “Ekskavator maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.1.2-ci (Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: d ağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər) və 1.2.1-ci (Açıqda dağ-mədən işləri və yer səthində işlər) bəndlərində nəzərdə tutulmuşdur. Bundan əlavə, sözügedən peşə iddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının “dağ mədən işləri” bölməsində 2010100a—14388 kodu ilə göstərilmişdir. Hazırkı iş üzrə iddiaçıya məxsus və iş materiallarına əlavə edilmiş əmək kitabçasında onu n 16.02.1988-ci il tarixdən 30.01.1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, 30.01.1989-cu il tarixdən 17.04.2004-cü il tarixədək Şəki Sənaye Kombinatında, 17.04.2004-cü il tarixdən 01.10.2005-ci il tarixədək Şəki Tikinti Materialları Kombinatında ekskavator maşinisti işləməsi öz təsdiqini tapsa da, iddiaçının işlədiyi müəssisələrin əmək şəraiti ilə bağlı hər hansı məlumat iş materiallarında yoxdur. Başqa sözlə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alması üçün iddiaçının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan şəraitli işlərdə (tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunel lərdə və s. yeraltı qurğularda yeraltı işlər; açıqda dağ-mədən işləri və yer səthində işlər) işləməsi iş materialları ilə öz təsdiqini tapmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi qeyd olunan məsəlləyə hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Halbuki cavabdehin apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili iddiaçının 16.02.1988-ci il tarixdən 30.01.1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, 30.01.1989-cu il tarixdən 17.04.2004-cü il tarixədək Şəki Sənaye Kombinatında, 17.04.2004-cü il tarixdən 01.10.2005-ci il tarixədək Şəki Tikinti Materialları Kombinatında ekskavator maşinisti işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamasıdır. İşə təkrar b axan apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi peşənin xarakterisitikası (iş şəraiti) istiqamətində araşdırmaqla işə yenidən baxmalı və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olub-olmamasına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məh kəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-439/18 saylı 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar