Məhkəmə qərarları › İş №2-1(102)-276/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-276/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-276/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (açar sözlər:döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd olunmamışdır.) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanəhməd oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı a dı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx N019-cu il tarixli, N-1(107)-640/N019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.199N-ci ildə Mingəçevir Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi toplanışa çağırılaraq N35(734) saylı hərbi hissəyə göndərildiyini, həmin ilin iyun ayından erməni işğalçılarına qarşı Ağdərə rayonu, Marquşevan və Kasapert kəndləri uğru nda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, toplanış müddəti başa çatdıqdan sonra həmkarları ilə birlikdə evə qayıtdığını, bu məlumatların hərbi biletində qeyd edildiyini, Mingəçevir şəhər məhkəməsinin xx.xx.N019cu il tarixli qətnaməsi ilə buna dair hüquqi faktın müəyyən edildiyini, cavabdeh tərəfindən isə xx.xx.N018-ci il tarixli məktubla hərbi hissəyə və döyüş əməliyyatlarına ezam olunmağı barədə məlumat olmadığına istinad etməklə müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirərək, xx.xx.199N-ci ildən xx.xx.199N-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Mə hkəməsinin xx xxxxxxx N019-cu il tarixli, N-l (84)-886/N019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddia tələbi təmin edilməmişdir(hakim – V.K.Qasımov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr N019-cu il tarixli, N-1(107)-640/N019 saylı qərarı ilə (sədrlik edən M.R.Hüseynov, hakimlər G.Q.Abbasov və R.R.Rəfiyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xxxx N019-cu il tarixli, N-1 (84)-886/N019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx N019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil k assasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.N019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin nəticə hissəsində İddiaçı xx.xx.199N-ci il tarixdən xx.xx.199N-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu, Marquşevan və Kasapet kəndləri uğrunda gedən döyüşlərdə iştirak etməsi və xx.xx.199N-ci il tarixdən N saylı hərbi hissədən təxris olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə məhkəmə tərəfindən nəzə rə alınmamış, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilmədi. Cavabdehin nümayəndəsi X4 və vəkili X3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi X4 və vəkili X1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx N019cu il tarixli, N-1(107)-640/N019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edi lməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1967-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri N0 Yanvar küçəsi ev 37/49 mənzil 11-də yaşayır, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, xx.xx.199N-ci ildə Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi toplanışa çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissə komandirinin xx.xx.199N-ci il tarixli 16 nömrəli əmri ilə tərxis edilmiş, N nömrəli hərbi hissədən daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N () nömrəli hərbi hissənin xx.xx.199N-xx.xx.1994-cü il tarixində döyüş əməliyyatlarında iştirak etmə si barədə məlumat var, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.199N-ci ildən xx.xx.199N-ci ilədək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, sonuncu, N nömrəli hərbi hissənin, Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə xx.xx.N018-ci il tarixli məktubla veteran adı verməkdən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.199N-ci ildən xx.xx.199N-ci ilədək N nömrəli hərbi hissənin tərkibinə hərbi toplanışa çağrılması ilə bağlı iş materiallarında sübutlar olsa da, onun döyüş zonasında, yəni Ağdərə rayonu, Marquşevan və Ka sapet kəndləri uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı sübutlar mövcud deyil, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.199N-ci il tarixli xxx nömrəli əmri ilə Arxa cəbhə mühafizə taburu (N35 h/h) buraxılmış və şəxsi heyəti 3-cü Əlahiddə motoatıcı briqadasının 3-cü Əlahiddə motoatıcı taburunun (734 h/h) tərkibinə verilmiş, N və N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrləri kitabında xx.xx.199N-ci ildən xx.xx.199N-ci ilədək N nömrəli hərbi hissə və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissə qeyd edilmiş, N nömrəli hərbi hissədən daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd olunmamış, həmçinin iddiaçıya məxsus məxsus ГР seriyalı 045103 nömrəli hərbi biletin 11-ci qrafasında olan, onun xx.xx.199N-ci ildən xx.xx.199N-ci ilədək N nömrəli hərbi hissənin tərkibində Ağdərə, Marquşevan və Kasapet döyüşlərində iştirakı barədə qeydiyyatın kimin tərəfindən və hansı əsasla aparılması barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumatın olmadığı müəyyən edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həq iqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, N16 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il xxx 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş ş əxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il xxx tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanl arı tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçınınxx.xx.199N-ci ildən xx.xx.199N-ci ilədək N nömrəli hərbihissənin tər kibinə hərbi toplanışa çağrılması ilə bağlı iş materiallarında sübutlar olsa da, iddiaçının döyüş zonasında, yəni Ağdərə rayonu, Marquşevan və Kasapet kəndləri uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı sübutların mövcud olmadığını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatın qeyd olunmadığını, beləliklə, iş üzrə iddiaçının hərbi xidməti barədə müvafiq məlumatların təqdim olunmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx N019-cu il tarixli, N-1(107)640/N019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx N019-cu il tarixli, N-1(107)-640/N019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar