Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-276/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi; operativ vergi nəzarəti; topdan və pərakəndə satış) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (xx.xx.2016-qeydiyyata alın ıb; VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1906/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2020-ci il tarixli, **********2533 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarina əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən «Muxtaroğlu-VM” MMC-yə məxsus olan Abşeron rayonu, X ırdalan şəhəri, Sənaye zonası, Azbentonit yolu, Yaşıl ada restoranın yanı ərazisində yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. 2. xx.xx.2020-ci il tarixdə tərtib olunan DVX seriyalı ******* nömrəli “Operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktda xx.xx.2020-ci il tarixdə, saat 16:30-da iddiaç ıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbentonit yolunda yerləşən anbarda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 5.109.794,12 manat məbləğində malların Vergi Məcəlləsinin tələblərinə zidd olaraq e-qaimə faktura təqdim edilmədən satılması faktının aşkar olunduğu qeyd olunmuşdur. 3. xx.xx.2020-ci il tarixli, **********4227 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 510.979,41 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlə t Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********4227 № li qərarın ləğv edilməsi, yoxlama nəticəsində hesablanmış 510.979,41 manat maliyyə sanksiyasının «Muxtaroğlu-VM” MMC-nin şəxsi hesab vərəqindən silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsində göstərilmişdir ki, mübahisələndirilən qərar əsaslandırılmamış, həmçinin vergi orqanı əsassız olaraq anbarda olmayan malların topdan satıldığı nəticəsinə gəlmiş, vergi ödəyicisinin xeyrinə ola biləcək halları nəzərə almamış və araşdırmamışdır.
6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, «Muxtaroğlu-VM” MMC-nin rəhbəri X1İxrac Əməliyyatları üzrə Nəz arət Baş İdarəsinə xx.xx.2020-ci il tarixində verdiyi izahatda bildirmişdir ki, MMC-də keçirilən operativ vergi nəzarəti zamanı xx.xx.2020-ci il tarixə alış qiyməti ilə 2.004.324,20 manat dəyərində mal müəyyən olunmuşdur (Malların sayımında vergi əməkdaşları ilə birlikdə MMC-nin məsul şəxsi iştirak etmişdir). xx.xx.2020-ci il tarixə mal qalığı 3.179.468,0 manat olmuş, yoxlama keçirilən günədək 4.055.569,27 manat mal idxal olunmuş və xx.xx.2020-ci il tarixədək 643.990,26 manat mal e-qaimə ilə satılmışdır. Yerdə qalan 5.109.794,12 manat mal topdan olaraq ayrı-ayrı vergi ödəyicilərinə e-qaimə təqdim olunmadan satılmışdır. Göründüyü kimi, «Muxtaroğlu-VM” MMC-nin rəhbəri X3 da e-qaimə verilmədən 5.109.794,12 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Eyni zamanda, «Muxtaroğl u-VM” MMC-nin rəhbəri X3 cavabdehə xx.xx.2020-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus təsərrüfat subyekti Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbentonit yolu, “Yaşıl ada” restoranın yanı ərazisində yerləşən (**********-31001) kodlu anbardan ibarətdir. Qeyd olunan ünvanda yerləşən anbardan başqa heç bir yerdə təsərrüfat subyektimiz, saxlanc yerimiz və yolda olan malımız yoxdur. Anbarda olan bütün mallar MMC-yə məxsusdur. Fəaliyyətimiz tam olaraq topdan satışdan ibarətdir, bütün mallar topdan satılır və ticarət əlavəsi 10% olmaqla həyata keçirilir.
7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-526/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **** ******4227 №li Qərar ləğv edilmiş, yoxlama nəticəsində hesablanmış 510.979,41 manat maliyyə sanksiyası «Muxtaroğlu-VM” MMC-nin şəxsi hesab vərəqindən silinmişdir.
8. Məhkəmə hesab etmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilməsinə baxmayaraq, cavabdeh göstərilən məlumatlara dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, vergi orqanı tərəfindən MMC-nin tədbir zamanı müəyyən olunan satılmış mallarına deyil, tədbirə qədər müddətdə satdığı mallar da daxil edilməklə, ümumilikdə 5.109.794,12 manat dəyərində malları ilə bağlı Vergi Məcəll əsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Cavabdeh yalnız iddiaçının nümayəndəsinin təqdim etdiyi izahatı sübut kimi qəbul etmişdir. Həmin sənəd isə iddiaçı barəsində maliyyə sanksiyasının tətbiq edilməsi üçün yetərli əsas hesab oluna bilməz. Həmçinin, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alı ndığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarətkassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Hazırkı mübahisədə cavabdeh iddiaçının göstərilən tarixlərdə yalnız topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə, bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdi q edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Əlavə olaraq, hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamış, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə-faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı da cavabdeh vergi orqanı məhkəməyə təqdim edə bilməmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103 )-1906/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və M.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə etirazdakı dəlilləri sadalamış, həmçinin əlavə olaraq aşağıdakıları qeyd etmişdir. 14. “MUXTAROĞLU-VM" MMC-nin rəhbəri X3 da e- qaimə verilmədən 5.109.794,12 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Eyni zamanda, “MUXTAROĞLU-VM" MMC-nin rəhbəri X2 İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə xx.xx.2020-ci il tarixində təqdim etdiyi arayışda qeyd edilmişdir ki, “MMC-yə məxsus təsərrüfat subyekti Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonası, Azbentonit yolu, “Yaşıl ada” restoranın yanı ərazisində yerləşən (**********-31001) kodlu anbardan ibarətdir. Qeyd olunan ünvanda yerləşən anbardan başqa heç bir yerdə təsərrüfat subyektimiz, saxlanc yerimiz və yolda olan malımız yoxdur. Anbarda olan bütün mallar MMC-yə məxsusdur. Fəaliyyətimiz tam olaraq topdan satışdan ibarətdir, bütün mallar topdan satılır və ticarət əlavəsi 10% olmaqla həyata keçirilir. Əlavə olaraq bildirirəm ki, vergi orqanında qeydiyyatda olan nəzarət kassa aparatının faktiki olaraq qeydiyyatda olmasına baxmayaraq fəaliyyətimiz tam olaraq topdansatış olduğu üçün istifadə olunmur”. Bundan əlavə, İddiaçı MMC-nin 2020-ci ilin dekabr ayında vergi orqanına təqdim etdiyi bəyannamədə satış topdansatış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci il dekabr ayında topdansatış fəaliyyəti üzrə 2.711.346,25 manat).
15. Əlavə olaraq, “MUXTAROĞLU-VM" MMC tərəfindən müxtəlif vaxt aralıqlarında 10-15 dəqiqə ərzində ardıcıl olaraq günün ikinci yarısından etibarən müxtəlif məbləğlərdə pul vəsaitləri nəzarət-kassa aparatına mədaxil olunmuşdur. Sözügedən hal faktiki olaraq topdansatış qaydasında satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pə rdələnməsi kimi qiymətləndirilir. Həmçinin, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli qoşmaya əlavə olunub) əsasən, nəzarət-kassa aparatına mədaxil olunmuş 5874 sayda çekin cəmi 13 şəxs arasında bölüşdürülməsi halı aşkar olunmuşdur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən, nəzarət kassa aparatına mədaxil olunmuş, ümumi dəyəri ******* manat olan 2200 sayda, ümumi dəyəri 923950,8 manat olan 1747 sayda, ümumi dəyəri 545285 manat olan 981 sayda, ümumi dəyəri 516820,6 manat olan 917 sayda çek eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının ******* manat məbləğində 5874 sayda çeki il ə cəmi 13 şəxsə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Beləliklə, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektlərinin anbar tipli olması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış BDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi və s.) faktiki otaraq topdansatış qaydasında satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən həyata keçirilməsi, əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndiri lir.
16. Eyni zamanda, vergi ödəyicisinə məxsus olan təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında olan məlumatlarda icarəyə alınan obyektin fəaliyyət sahəsi “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı (əsas)” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.
17. Bundan əlavə, məhkəmə qərarında qeyd edilmişdir ki, “iddiaçıya məxsus anbarda keçirilən operativ vergi nəzarəti tədbiri ilə alınmış mallar ümumilikdə 5.109.794,12 manat məbləğində elektron qaimə-faktu ra verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 510.9794,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Cavabdeh yalnız iddiaçının nümayəndəsinin təqdim etdiyi izahatı sübut kimi əlavə etmişdir ki, həmin sənəd iddiaçı barəsində maliyyə sanksiyasının tətbiq edilməsinə yetərli hesab oluna bilməz”.
18. Halbuki, maliyyə sanksiyası bu qaydada hesablanmışdır: ******* manat (mal qalığı) + 4055569,27 ( idxal) – 585445,69 (643990,26 (təqdim edilmiş e-qaimə malın maya dəyərinə 10% ticarət əlavəsi ilə) * 100/110 (ticarət əlavəsi)) – 2004324,2 (xx.xx.2020-ci il tarixə mal qalığı) = 4645267,38 və alınmış bu rəqəmin üzərinə 10% ticarət əlavəsi gəlsək 4645267,38 + 4645267,38 * 10% = 5 1096794,12 manat alınacaq və həmin məbləğə 10 faiz maliyyə sanksiyası tətbiq edilmişdir (51096794,12*10%= 5109679,41). Həmçinin, vergi orqanının məlumat bazasına əsasən, idxal olunmuş mallar barədə məlumat, elektron qaimə-faktura ilə satışı barədə məlumat, 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsində ******* manat dəyərində ilin sonuna mal qalığı barədə məlumat (2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsi), operativ vergi nəzarəti zamanı aşkarlanan mal qalığı barədə akt (DVX seriyalı 001515 akt) məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmənin “qeyd olunan məbləğin hansı qaydada formalaşması iş materiallarında olan sənədlərlə sübuta yetirilmir” arqumenti anlaşılan deyil.
19. Sonuncu olaraq, məhkəmə operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu qeyd etməklə, maddələri heç bir əsas olmadan məhdudlaşdırıcı təfsir etmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisn a olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi;... Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıq da, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda:... 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış mal ların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir;
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Madd ə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti va xtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası qeyd edi r ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq kassatorun təkrarlanan dəlilləri (iddiaçının səlahiyyətli nümayəndəsinin etirafının nəzərə alınmaması; operativ vergi yoxlamasının əvvəlki dövrləri əhatə etməsinin mümkünlüyü) ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının 2020-ci il yanvar ayının 1-nə 3179468,0 manat dəyərində mal qalığı olmuş, 2020-ci ildə 4055569,27 manat dəyərində mal idxal edilmiş, operativ vergi yoxlaması zamanı 2004324,20 manat dəyərində mal iddiaçıya məxsus anbarda aşkar edilmişdir..
28. Cavabdeh iddiaçının anbarında aşkar edilməyən malların topdan satdığını, lakin qanunun tələblərinə zidd olaraq elektron qaimə-faktura təqdim etmədiyini iddia edir və bu zaman müəssisənin səlahiyyətli nümayəndəsinin izahatına və cavabdehə təqdim etdiyi arayışa əsaslanır. Cavabdeh eyni zamanda, kassasiya şikayətində də izahatdakı dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını bildirir. 29. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəf lərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan, hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...”
30. Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə kollegiyası cavabdehin dəlill əri ilə əlaqədar qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə kollegiyası cavabdehin hazırki mübahisə üzrə yeganə mövqeyi olan (yəni, iddiaçının topdan satışla məşğul olmasının təsdiq edilməsinə dəlalət edən əsas dəlili)- iddiaçı müəssisənin səlahiyyətli nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Başqa sözlə, məhkəmə kollegiyası razılaşır ki, iddiaçının qeyd edilən malları topdan satması ilə bağlı cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh kassasiya şikayətində malların böyük həcmlərlə və iri məbləğlərlə satılmasının, cəmi 13 şəxs tərəfindən həmin malların kassa çekləri ilə bağlı ƏDV geri al əməliyyatının həyata keçirilməsini topdan satışın həyata keçirilməsinin sübutu kimi qeyd etsə də, qeyd edilməlidir ki, qanunvericilikdə topdan və pərakəndə satışın həcmi ilə bağlı hər hansı müddəa nəzərd ə tutulmamışdır.
31. Bundan əlavə, məhkəmə kollegiyası operativ vergi yoxlamasının əhatə etdiyi dövrlə bağlı cavabdehin dəlilləri ilə razılaşmır və əvvəlki qərarlarındakı hüquqi mövqeni təkrarlamaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Vergi Məcəlləsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məc əllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
33. Hazırkı iş üzrə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə aparılan əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və məqsədinə uyğun deyildir.
34. Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyası operativ vergi yoxlaması barədə qərarın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət edilməsi və büdcədən vergi m əbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
36. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).
37. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 23 noyabr 2020-ci il tarixli, **********2533 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsind ə qeyd edilən hər hansı əsasa istinad edilməmiş (50-ci maddəyə ümumi şəkildə istinad edilmişdir), sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda isə Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilmişdir.
38. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
39. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyə n edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifad ə etdiyini əsaslandırmalıdır.
40. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin, VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandı rılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, hazırkı halda iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın disk resion səlahiyyətə malik olmadığı və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
41. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 23 noyabr 2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş (50-ci maddəyə ümumi şəkildə istinad edilmiş), bundan əlavə, reyestrdə 50.2.2-cü maddəyə istinad edilsə də, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri hansı məlumatlar əsasında həmin qərarın qəbul edilməsi əsaslandırılmamışdır. Beləliklə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.2-cü maddəyə sadəcə istinad etməklə kiyafətlənmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından, iş üzrə araşdırma hərtərəfli aparıldığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1906/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanı